|
Mayelərin səthi gərilmə əmsalının damcı üsulu ilə təyini Ləvazimat
|
səhifə | 2/3 | tarix | 28.11.2023 | ölçüsü | 59,98 Kb. | | #133608 |
| UNEC 1698229984Işin gedişi
Şaquli vəziyyətə gətirilmiş büretkaya tədqiq olunan maye tökməli, kranı açaraq mayeni qərarlaşmış axınla tədricən damcıladaraq, təmiz yuyulub qurudulmuş və kütləsi əvvəlcədən təyin edilmiş stəkana 50-100 damcı yığmalı.
Stəkanı maye ilə birlikdə çəkib, mayenin kütləsini tapmalı.
Maye kütləsini damcıların sayına bölüb, bir damcının m0 kütləsini tapmalı.
Damcının qırıldığı borunun boğazının radiusunu (r) mikrometrlə bir neçə dəfə ölçüb, onun orta qiymətini götürməli. Böyük dəqiqlik tələb olunmadıqda r radiusu əvəzinə borunun R xarici radiusunun 0.62 hissəsini götürmək olar.
r və m0 üçün tapılan qiymətləri (4) ifadəsində yazıb, α-nı hesablamalı.
Təcrübəni müxtəlif saylı damcılar üçün 3 dəfə təkrar edib, səthi gərilmə əmsalı üçün orta qiymət tapmalı. Sonra isə təcrübənin mütləq və nisbi xətalarını hesablamalı.
Laboratoriya işinin simulyasiya vasitəsilə yerinə yetirilməsi
Maye kapillyar boruda qalxarkən sıxlığı ρ olan maye sütununun çəkisi mye səthinə təsir edən səthi gərilmə qüvvəsinn tarazlaşdırır. Onda səti gərilmə qüvvəsi
olar. Burada h – boruda mayenin qalxma hündürlüyü, ρ – mayenin sıxlığı, r – kapillyar borunun daxili radiusu, θ – kənar bucaqdır.
Ləvazimat: təmiz və quru kapillyar, başlığı olan əqrəb, su ilə dolu stəkan, mikroskop, idarə edilən taxta altlıq, altlıqlar və sıxıcılar.
İşin yerinə yetirilməsi
Hündürlüyü tənzimlənən dayağı masanın üzərinə qoymalı və vintlər vasitəsilə dayağın oturacağını üfiqi vəziyyətə gətirməli.
Kapillyar borunu və tıxacdakı göstəricini bərkitməli və sərt dayağa elə sıxmalı ki, kapillyar boru və göstərici şaquli olsun.
Üfiqi dayağın hündürlüyünü elə tənzimləməli ki, kapillyar boru ağzı açıq stəkanda olan suya batsın.
Göstəricini elə tənzimləməli ki, onun ucu suyun səthinə toxunsun.
Dostları ilə paylaş: |
|
|