70
olur. Spinozanın təliminə əsasən demək olar ki, fərqli
insanlarda azadlıq müxtəlif dərəcələrdə ifadə olunur.
Beləliklə, dərketmə affektlər qarşısında aciz olsa da, o,
özü affektə çevrilə bilər (dərketməyə sevgi). Dərketmə sevgisi
bütün qalan affektləri basıb insan azadlığının ən yüksək
mərhələsinə ucala bilər. Azadlığa bu mənada (yəni dərk edilmiş
zərurət kimi) nail olanlar həyatdan özünü təcrid etmiş müdrik
adamlardır. Bunlar üçün həyatın mənası “Allaha olan
intellektual sevgi”dir (yəni təbiətin dərk edilməsinə olan eşq).
Spinozanın etika haqqında başlıca əsərləri “Etika”, “Teoloji –
siyasi traktat”, “İntellektin tənzimlənməsi haqqında traktat”
(yarımçılıq yazılıb).
O, belə bir rasionalist fikir irəli sürür ki, əxlaqlı, müsbət
davranış həqiqi biliyin nəticəsi olmalıdır. Spinoza dərketmə
pillələri
və
əxlaqi
yüksəliş
arasında
münasibətləri
dəqiqləşdirməyə çalışırdı. Həm də o, hesab edirdi ki, ağıllı
davranış dünya harmoniyasının tərkib hissəsidir. Spinozanın
əxlaqi fikrində platonizmdən irəli gələn panteist tendensiyalar
müşahidə olunur. Onun avtonom subyektində rasional
dərketmə və sevgi bir-birinə qovuşub inkişaf etməlidir.
Burada
fərdin abstrakt-rasional və konkret tərəfləri arasında
münasibətlər araşdırılır. Panteizm zəminində qurulan əxlaqda
stoisizmin əksinə olaraq sosial tərəf qabardılır.
Spinoza yaradıcılığının erkən dövründə yazdığı “Allah,
insan və xoşbəxtlik haqqında qısa traktat” (1958-1660) əsərində
antropoloji məsələləri təbiət baxımından izah etməyə çalışır. İlk
növbədə o, düşünmək qabiliyyətinin Allahın atributu (əlaməti)
olduğunu göstərir. Spinoza özünə müasir olan ən yeni
metodlarla subyekti və onun fəaliyyətini təbiət anlayışına daxil
etməyə çalışır. Eyni zamanda burada “Mən” və “aləm”,
“intellektuallıq” və “maddilik” anlayışlarını bir-birinə qarşı
qoyur. İnsan, təbiətin tərkib hissəsi olaraq bir sıra səbəbiyyət
əlaqələrindən xəbərdar olmalıdır. “Etika” (1662-1675) əsərində
Spinoza varlığın ən ümumi əlaqələri haqqında yeni izahını