FƏLSƏFƏ: HUMANİTAR, İDEOLOCİ VƏ EVRİSTİK ASPEKTLƏR
Son illərdə ölkəmizdə fəlsəfi fikir elə bil ki, yenidən doğulur və bu yeni nəfəsin səbəbi, heç şübhəsiz, yeni əsrdə və ya yeni minillikdə deyil, müstəqillik amilində axtarılmalıdır.
Lakin nə qədər təəccüblü olsa da, müstəqilliyin ilk illərində fəlsəfi fikirdə inkişaf əvəzinə, bir tənəzzül və durğunluq müşahidə olunmağa başladı. İqtisadiyyatda, elmdə, təhsildə azadlıqdan sui-istifadə, qərarlaşmış strukturların dağıdılması halları fəlsəfədən də yan ötmədi. Bir sıra başqa istiqamətlərdə olduğu kimi, fəlsəfə də də konturları görünməyən bir azadlıq dəryasına qərq oldu. Uzun illər ərzində fikirləri məngənədə saxlayan, yaradıcı fantaziyaya meydan verməyən ideoloji qəliblər sındırıldıqdan sonra azad və nəhayətsiz fikir dünyasına qədəm qoyarkən keçirdiyimiz sevinc hissləri tezliklə dibi görünməyən, sərhədləri müəyyənləşməmiş bu nəhayətsizliyin doğurduğu əsrarəngiz bir qorxu ilə müşayiət olundu. Həmişə nədənsə yapışmağa məcbur olan, divarları özünə bələdçi seçən kor adam sərhədsiz, geniş meydanda oriyentiri itirdiyi kimi, azadlığa çıxmış fəlsəfi fikir də büdrəməmək üçün yenidən köhnə qəliblərin qırıntılarından yapışmağa çalışdı.
Müasir Azərbaycanda fəlsəfənin inkişafı üçün, bir tərəfdən Qərb fəlsəfi fikrinin açdığı geniş asfalt yolla getmək, digər tərəfdən, əsasən qonşu müsəlman ölkələrindən daxil olan dini fəlsəfi biliklərə yiyələnmək kimi əlavə imkanlar açılmışdır. Üçüncü bir yol isə kommunist ideologiyasından əl çəkmiş Rusiya ilə elmi-fəlsəfi əlaqələri bərpa etməkdən ibarətdir ki, əhalinin rus dilini bilməsi və rusdilli fəlsəfi kitabların və dövrü mətbuatın Azərbaycanda geniş yayılması bu yolun imkanlarını xeyli artırır.
Lakin biz ona görə müstəqillik əldə etməmişik ki, yenə də kimləri isə təqlid edək. Azərbaycan fəlsəfi fikrinin öz siması, öz problematikası, öz dəst-xətti olmalıdır. Mütləq ruha gedən yol milli ruhdan keçməlidir. Lakin bunun üçün əvvəlcə milli özünüdərk tələb olunur ki, bu vəzifənin də ictimai miqyasda yerinə yetirilməsi milli fəlsəfi fikrin inkişafından kənarda mümkün deyil.
Cəmiyyət boşluğu sevmir və yaranmış sosial-idraki vakuum həqiqi fəlsəfi fikirlə dolana qədər bura çoxlu psevdofəlsəfələr, saxta «tədqiqatlar» daxil oldu. Azərbaycan elminin strukturunda fəlsəfə üçün ayrılmış yeri tutmaq, kvotaya yiyələnmək üçün müxtəlif çeşidli cəhdlər göstərildi. Bu sahədə yazılan dissertasiya işlərini və kitabları nəzərdən keçirsək yaranmış real vəziyyəti daha aydın təsəvvür edə bilərik. Qərbə pəncərə açılmasına baxmayaraq, dil baryeri hələ də qaldığından Qərbi Avropanın fəlsəfi həyatına daxil olmaq bir yana dursun, müvafiq fəlsəfi ədəbiyyatın orijinaldan tərcüməsinə də hələ ki, rast gəlinmir.
Azərbaycanlı filosofların, şübhəsiz, planetin hər bir sakini kimi ümumbəşəri ideyaların, dünya fəlsəfi fikrinin inkişafında iştirak etməyə, beynəlxalq fəlsəfi ictimaiyyətin birgə tədqiqatlarına qoşulmağa mənəvi haqları vardır. Lakin bunun üçün əvvəlcə müvafiq elmi-fəlsəfi mühit yaranmalıdır. Əgər biz həqiqətən Qərb dəyərlərinə, o cümlədən Qərb fəlsəfi fikrinə yiyələnmək istəyiriksə, fəlsəfə klassiklərinin əsərləri Azərbaycan dilinə tərcümə olunmalı və onların şərhi və təhlili istiqamətində tədqiqatlar aparılmalıdır.
Düzdür, dəqiq elmlər sahəsində Azərbaycan alimləri dünya elmində gedən proseslərə, qismən də olsa, qatıla bilirlər. Çünki riyaziyyat və təbiətşünaslıq bütün dünyada eynidir. Hər bir xalqın, hər bir ölkənin öz riyaziyyatı, öz elmi ola bilməz və qapılar hamı üçün açıqdır. Burada dil baryeri də xeyli zəifdir; çünki riyazi dil və elmi terminologiya universal olduğundan, dəqiq elmlərdə tərcümələr daha adekvat olur. Fəlsəfədə isə problematika fərqi ilə, milli mentalitet fərqi ilə yanaşı, dil baryeri də olduqca mühüm bir amilə çevrilir. Fəlsəfəyə azca da olsa bələd olanlar dilin nə dərcədə ağır olduğunu, yəqin ki, bilirlər. İnsanlar, hətta öz dilində də fəlsəfənin mürəkkəb üslubuna uyğunlaşmaqda çətinlik çəkirlər. Belə olduğu halda, milli fəlsəfə tədqiqatçılarının dünya fəlsəfi fikrinin inkişaf prosesinə qatılması xeyli çətinləşmiş olur.
Lakin çətinlik bundan ibarət deyil. Ümumi fəlsəfi problemlərlə yanaşı, milli fəlsəfi problemlər də vardır ki, onların ümumbəşəri bilik kontekstində tədqiqi ilə biz özümüz məşğul olmasaq, heç kim məşğul olmayacaq. Yəni fəlsəfədə riyaziyyat və təbiətşünaslıqdan fərqli olaraq, müəyyən avtonomluq da vardır. Bu hal daha çox dərəcədə artıq fəlsəfədən ayrılaraq nisbi müstəqillik əldə etmiş konkret fəlsəfi elmlər sahələrində, sosiologiyada, politologiyada, fəlsəfə tarixində və s. özünü göstərir.
Fəlsəfi biliklər sisteminin öyrədilməsi, əslində gərək zaman oxunda, tarixi müstəvidə həyata keçirilsin. Əvvəla, insanlar ümumiyyətlə mədəniyyət tarixinin tərkib hissəsi kimi dünya fəlsəfi fikrinin korifeyləri haqqında məlumata malik olmalıdırlar. Necə ki, hər bir ziyalı musiqiçi olmasa da – Bethoven, Çaykovski, Ü.Hacıbəyov haqqında, rəssam olmasa da – Rafael, Rembrant, Van Gog, Pikasso haqqında, ədəbiyyatçı olmasa da Homer, Nizami, Şekspir, Viktor Hüqo haqqında müəyyən məlumatlara malikdir, eləcə də Sokrat, Aristotel, Bəhmənyar, Con Lokk, Kant və onların ideyaları haqqında müəyyən bilgilərə malik olmaq «mədəni adam» olmağın əsas şərtləri sırasına daxildir. Digər tərəfdən, ideyaların inkişaf tarixini bilmədən sivilizasiyanın da tarixini mənimsəmək mümkün deyil.
İkincisi, fəlsəfi biliklər elmdən fərqli olaraq zaman keçdikcə köhnəlmir. Əgər fizikada, riyaziyyatda hər bir yeni nəsl əvvəlki nəslin çiyinləri üzərində qərar tutursa, fəlsəfədə sonra gələnlər əvvəlkilərlə yanaşı dayanmaq məcburiyyətindədir. Bu gün sıravi bir fizik Nyutondan daha çox bildiyi halda, fəlsəfə üzrə ən məşhur akademikin belə fəlsəfəni Aristoteldən daha yaxşı bildiyini düşünmək sadəlövhlük olardı. Biz bu gün də Platonu, Aristoteli, Hegeli çətinliklə başa düşür (əgər başa düşürüksə) və onların baş vurduğu dərinliyə girməyə cəsarət göstərmirik.
Fəlsəfə klassikləri bizim müasirlərimizdir. Görünür, ona görədir ki, fizika ilə məşğul olan alimlər özünə rahatca «fizik» deyə bilir, amma fəlsəfə ilə məşğul olanlar özü haqqında «filosof» deməyə çəkinirlər.
Fəlsəfə sahəsində tədqiqatlar aparmaq, yeni söz demək çox çətindir. Çünki burada birbaryer var. Hər fəlsəfə klassikinin düzəliş etməyə, başqasının sistemi daxilində yeni söz deməyə isə sadəcə mənəvi haqqımız yoxdur. Yeni fəlsəfi sistem yaratmaq isə çox çətindir və bu baryeri ancaq fitrən filosof olanlar keçə bilərlər.
Fəlsəfənin rolu və əhəmiyyəti haqqında danışarkən müxtəlif fəlsəfi nəzəriyyələr haqqında məlumatla, fəlsəfi biliklərin sistemli təqdimatı ilə yanaşı, fəlsəfi düşüncə qabiliyyətinin formalaşdırılması məsələsi nisbi müstəqil bir vəzifə kimi ayrılıqda nəzərdən keçirilməlidir. Belə ki, ola bilsin, müxtəlif fəlsəfi təlimləri öyrənmək heç də hamıya lazım deyil. Lakin fəlsəfi düşüncə tərzi təfəkkür mədəniyyətinin arylımaz tərkib hissəsidir və hamı üçün faydalı ola bilər.
Fərdi fəlsəfi düşüncələr, insanın dünyadakı gözəllik və harmoniya təzahürləri qarşısındakı heyrətindən doğan suallar, insanın özü ilə və dünya ilə təkbətək söhbətləri – kamilliyə aparan yolun məqamlarıdır. Bu məqamlar özünü maddi dünyadan ayıran, fərqli bir mahiyyətin təmsilçisi olduğunu dərk edən və özündə dünyaya qarşı dura biləcək bir mənəvi güc, ideya qaynağı tapan və bu qaynaqdan müntəzəm surətdə bəhrələnərək daim kamilləşən, dünya ilə, cahan ilə tən gələn və nəhayətdə, bu «cahana sığmayan» insan-filosofun və ya sözün həqiqi mənasında insanın, böyük hərflə İnsanın həyat məqamları, idrakın əzablı və möhtəşəm addımları, mənəvi yüksəliş yaşantılarıdır. Heyrətdən başlanan idrak yolunda əzab və sevincin, eşq və kədərin vəhdət məqamları…
Əsl böyük həyatın heyrətdən başlandığını etiraf edən Qərb fəlsəfi fikri, təəssüf ki, 500 il əvvəl Füzulinin poetik zirvəyə qaldırdığı heyrətdən başlanan məhəbbət və idrak fəlsəfəsindən hələ də xəbərsizdir. Azərbaycan fəlsəfi fikri Avropa üçün hələ də açılmamışdır. Nəinki Avropa, biz heç özümüz də vaxtilə yaratdıqlarımızı özümüzə qaytarmağa nail olmamış, onları inkişaf etdirmək bir yana dursun, sadəcə müasir fəlsəfi fikir kontekstində yenidən mənimsəyə bilməmişik. Təəssüf ki, heyrətdən başlanan, məhəbbətdən keçən və fəlsəfi idraka yüksələn mənəvi-əqli inkişaf yolunda son mərhələni unutmuş, neçə əsrlər boyu elə məhəbbətdət də ilişib qalmışıq və bəzi rəmzləri hərfi mənada təfsir etdiyimzdən, ulularımızın böyük ideyalarını da yarımçıq mənimsəmişik.
Fəlsəfə təbiət elmlərindən fərqli olaraq, maddi dünyanın obyektiv qanunauyğunluqlarını öyrənməklə məşğul olmur. Düzdür, bir çox filosoflar fəlsəfənin başqa elmlərdən fərqini sadəcə miqyasla izah etməyə çalışırlar. Yəni konkret elmlər dünyadakı hadisələrin bu və ya digər qismini və cəhətlərini öyrəndiyi halda, fəlsəfə bütövlükdə dünyanı, onun ən ümumi qanunauyğunluqlarını öyrənirmiş… Belə olduqda fəlsəfə son nəticədə yenə də elmlər sırasına daxil edilir. halbuki, fəlsəfə ümumiyyətlə elmdən fərqli olmaqla dünyanı (maddi dünya nəzərdə tutulur) öyrənmək vəzifəsini qarşısına qoymur. Fəlsəfənin predmeti dünyadan kənara çıxır və özünü mənəvi bir varlın olaraq dünyadan ayırmış insanın dünya ilə münasibətini əks etdirir. Elm obyektiv dünyanı, insansız (mənsiz, mənəvi faktorsuz) dünyanı öyrəndiyi halda, fəlsəfə məhz insanlı dünyanı, insaniləşmiş, rəmziləşmiş dünyanı öyrənir. İncəsənət də dünyanı ifadə edir, bədii obrazlarla, rəmzlərlə «əks etdirir». Lakin burada söhbət elmdəki mənada inikasdan deyil, ideya-estetik yaşantıdan gedir.
Ədəbiyyat, incəsənət, elmə nisbətən fəlsəfəyə daha yaxındır. Elmdən fərqli olaraq ədəbiyyat və incəsənət bütün xalqın istifadəsinə verildiyi kimi, fəlsəfə də bütövlükdə xalqın dünyagörüşünün formalaşmasında əhəmiyyətli dərəcədə iştirak edir. Lakin burada fəlsəfənin iki müxtəlif səviyyəsindən söhbət getdiyi nəzərə alınmalıdır. Peşəkar fəlsəfə, elmi-fəlsəfi araşdırmalar, təbii ki, geniş kütlələr üçün nəzərdə tutulmur. Lakin fəlsəfi düşüncə tərzinin, ideya-mənəvi yaşantı vərdişlərinin bütün insanlara aşılanması çox önəmlidir. Hər bir insan özünü maddi dünyadan ayırmağı, cari hadisələrin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən baxmağı öyrənməlidir. Həm də bunu başqalarının nəsihətləri şəklində deyil, kənardan təsir kimi deyil, özünün fərdi mənəvi-psixoloji yaşantısı kimi mənimsəməlidir. Bizim məqsədimiz insanlara sadəcə fəlsəfi biliklər öyrətmək yox, fəlsəfi düşüncə tərzini mənimsətməkdir ki, hər bir insan öz mənəvi-intellektual potensialının verdiyi imkan çərçivəsində filosoflaşa bilsin, İnsanlaşa bilsin. Gənclərin mənəvi tərbiyəsini didaktikanın, pedaqogikanın öhdəsinə buraxmaq böyük sadəlövhlükdür. Əgər insanlar dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını kəşf etməsə, öz mənəviyyatını dünya ilə təmasda özünüdərk və refleksiya yolu ilə daim təkmilləşdirməsə, kənarda ülvi olan, gözəl olan nə varsa hamısının, əslində, öz daxilində olanların təzahürü, ikinci həyatı olduğunu dərk etməsə, yəni özünə genetik imkan şəklində təbiətən xas olan potensial mənəvi kamilliyi, müqəddəslik duyğusunu aktivləşdirməsə, canlandırmasa, özünün həyat tərzinə, fəaliyyət prinsiplərinə çevirməsə – təkcə kənar bilikləri öyrənməklə kifayətlənsə – insan bəlkə bilikli ola bilər, lakin kamil olmaz, alim ola bilər, lakin İnsan olmaz.
Mənəvi kamilləşmə yolunun, İnsanlaşma yolunun yeganə böyük bələdçisi olan fəlsəfi təfəkkür tərzinə necə yiyələnmək olar? Necə etmək olar ki, uşaqlara fitrən xas olan fəlsəfi düşüncə qabiliyyəti, mahiyyətə varmaq, cəsarətli suallar vermək cəhdləri standart, normal təfəkkür qəliblərinə salınaraq sıradan çıxmasın, yaşlı nəslin təslimçi və praqmatik düşüncəsi uşaqların üsyankar idrak qanadlarını qırmasın? Gənclərimizin təlim-tərbiyəsini bu istiqamətdə necə yenidən qura bilərik? Min illər boyu ata-babalarımızdan bizə həm də genetik olaraq miras qalmış böyük mənəvi sərvətləri kənardan öyrənməklə yanaşı, öz daxilimizdə necə aşkar edə bilərik? Özümüz mənən yüksəlmədən övladlarımızın tərbiyəsini «müasir tələblər səviyyəsində» necə qura bilərik?
Bircə şeyi nəzərə almaq lazımdır ki, bu gün Avropada aşkar şəkildə etiraf olunsa da, olunmasa da onların qazandığı nailiyyətlərdə fəlsəfi düşüncə tərzinin rolu böyük olmuşdur. Təsadüfi deyil ki, hələ Siseron fəlsəfəni xeyirxahlığın bələdçisi, həyat müəllimi adlandırırdı. Bütövlükdə antik sivilizasiya fəlsəfi düşüncə üzərində qərar tutmuşdu. Avropanın ikinci böyük inkişaf dövrü, renessans da fəlsəfi düşüncəyə qayıdışdan başlanır. Yeni dövrün bütün siyasi-hüquqi və mədəni-mənəvi dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq hüquq normaları da fransız maarifçi filosoflarından, Con Lokdan, Kantdan qidalanır. Bu gün biz bu dəyərlər sistemini Avropadan hazır şəkildə götürməyə çalışırıq. Bu yaxşıdır. Lakin öz fəlsəfi fikir qaynaqlarımıza qayıtmaqla biz həmin dəyərlər sisteminə təfəkkürün təbii inkişaf yolu ilə də gəlib çıxa bilərik. Onda milli-ictimai şüurla demokratik dəyərlər sistemi arasında müşahidə olunan müəyyən ziddiyyətlər də təbii yolla aradan götürülmüş olar.
Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşməsi üçün nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət quruculuğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər vacibdir.
Ölkə miqyasında subyekt kimi ayrı-ayrı fərdlər deyil, dövlət çıxış edir. Başqa sözlə, dövlət sadəcə müəyyən inzibati funksiyaları həyata keçirən siyasi qurum olmayıb, həm də düşünən, öz fəaliyyətini müəyyən bir ideya əsasında quran və bu ideyanın müəllifi, daşıyıcısı və icraçısı olan bir qurumdur. Yəni, dövlət sadəcə siyasi subyekt olmayıb, həm də fəlsəfi subyektdir. Xalqın, millətin strateji inkişaf konsepsiyasının hazırlanması, milli maraqların beynəlxalq miqyasda təmsil olunması və qorunması, bundan öncə isə milli maraqların məhz nədən ibarət olduğunun müəyyənləşdirilməsi bu fəlsəfi subyektin əsas funksiyalarıdır.
Bütün ölkələrdə dövlətin müxtəlif sahələrdəki mövqeyini, vəzifələrini müəyyən edən, onun ideya təminatçısı olan xüsusi qurumlarla (strateji inkişaf institutları və s.) yanaşı, nisbi müstəqil fəlsəfi tədqiqatların aşkar və qeyri-aşkar milli dövlətçilik yönümü daşıması və nəticə etibarı ilə bütün xalqın intellektual potensialının da bu məqsədə xidmət etdiyi şəksizdir. Lakin bu xidmət təşkil olunmalıdır. Məhz buna görədir ki, milli fəlsəfi fikrin dövlətçiliyə xidmət etməsi əslində ictimai təşkilatlanma dərəcəsindən asılıdır. Avropa ölkələrində bu proses artıq ictimai şüur səviyyəsində öz əksini taparaq qeyri-aşkar müstəviyə keçmişdir. Azərbaycan da Avropalaşma prosesində bu yolu keçməlidir. Lakin biz bu yolu kiminsə yedəyində, başqalarının ideyasını, buyruğunu sadəcə yerinə yetirməklə yox, bu ideyanı özününküləşdirməklə, daha doğrusu, «Avropa evi» ideyasının milli ideya ilə vəhdətinə nail olmaqla keçmək istəyirik. Birlik, vəhdət proseslərin sonunda, icra mərhələsində deyil, ideya təməlində, fəlsəfi məfkurə səviyyəsində əldə edilməlidir. Bu baxımdan, sivilizasiyaların qarşılıqlı özünüdərki, Şərq və Qərbin özünəməxsusluğu və sintezi, düşüncə tərzləri arasındakı eyniyyət və fərqin üzə çıxarılması çox önəmlidir.
Dünya zaman-zaman yeniləşir və yeni dünya məntiqini açmaq və ahəngini duymaq üçün dünyaya yeni baxışlar sistemi formalaşır, yeni fəlsəfi təlimlər yaranır.
İstər iqtisadi, istər sosial, istərsə də idåoloji sahələrdəki yeniləşmə meylləri bir tərəfdən öz fəlsəfi izahını gözləyir, digər tərəfdən də ciddi elmi-fəlsəfi zÿmèn olmadan, bu yeniləşmələrin uğurla həyata keçirilməsi sadəcə olaraq mümkün deyil.
Fəlsəfə yalnız o zaman öz başlıca məqsədinə və metoduna sadiq qalmış olur ki, o, yaradıcı xarakter daşısın, zamanla ayaqlaşsın və onu qabaqlaya bilsin. Əks təqdirdə, ictimai şüur ictimai varlıqla əlaqəli olduğu üçün, real həyatdakı təbəddülatlar fəlsəfəyə də sirayət edir. İctimai həyatda canlanma baş verən kimi, fəlsəfə də ehkam çərçivəsindən kənara çıxaraq bu canlanmanı, bu yeniləşmə prosesini əks etdirmək və proãnozlaşdırmaq mövqeyinə keçir və fəlsəfəyə yenidən yaradıcılıq ab-havası gəlir. O, özünə qayıdır.
Lakin özünə qayıtmaq istəyən fəlsəfə, ilk baxışda nə qədər təəccüblü görünsə də, ictimai mühitin müqavimətinə rast gəlir. Məsələ burasındadır ki, neçə illər ərzində fəlsəfənin öz həqiqi mövqeyindən uzaqlaşması onun nüfuzunun itməsi ilə nəticələnib. Fəlsəfə haqqında səhv təsəvvür yaranıb və qurunun oduna yaş da yanmalı olub. Fəlsəfi təfəkkür publisistik düşüncə və siyasi demaqoqiya tərəfindən sıxışdırılıb.
Müasir mərhələdə bütün qüvvələr cəmiyyətin yenidən qurulması (lakin hansı ideya əsasında?) uğrunda mübarizəyə qoşulduğu bir vaxtda, sözdən işə keçmək, real quruculuq məsələləri ilə məşğul olmaq zərurəti dönə-dönə təkrar olunduğu bir məqamda yenə də yüksək materiyadan danışmağa, klassik irsə qayıtmağa, bir daha Zərdüştə, Sokrata, Bəhmənyara, Hegelə üz tutmağa, marksizmi yenidən nəzərdən keçirməyə guya ehtiyac qalmayıb. Marksizmlə birlikdə bütövlükdə fəlsəfəni də atmaq, yığılıb qalmış problemləri elə fəlsəfəsiz äÿ həll etmək xülyası beyinləri iflic edib.
Nə etmək olar ki?! Görünür, biz keçmişin təfəkkür üsulundan hələ yaxa qurtara bilməmişik. Ən qorxulusu isə budur ki, biz bunu çox vaxt unamırıq və təfəkkür üsulunun rolunu lazımınca qiymətləndirmirik. İndi biz ictimai həyatın iqtisadi və sosial sahələrində köklü dəyişikliklər etməyə çalışsaq da, idarəetmə formalarını, rəhbərlik üsulunu yeniləşdirməyə təşəbbüs göstərsək də, bunlar heç də həmişə arzu və təşəbbüs səviyyəsindən o tərəfə keçmir. Görülən tədbirlər bəzən hətta öz əksliyinə çevrilir. Səbəbi isə, bizcə, məhz düşüncə tərzindədir.
“Bizə söz yox, mühakimə yox, iş lazımdır” prinsipi məhz keçmişdən: repressiya illərindən, «yetkin sosializmdən» miras qalıb. O vaxtdan ki, cəmiyyətə düşünənlər yox, icraçılar lazım idi, çünki konkret düşüncəni ideologiya əvəz edirdi. Düzdür, bu prinsip İ.V.Götenin “Faust” əsərindəki mühakimələrə zahirən uyğun gəlir. Orada Faust sözü, zəkanı və əməli müqayisə edərək üsòünlüyü əmələ verir. Belə hesab edir ki, hər şeyin başlanğıcında iş, əməl dayanır. Lakin məqsəd işin, əməlin heç də yalnız başlanğıc olduğunu dərk etmək deyil. Məqsəd işin, əməlin həm də nəticə olduğunu dərk etməkdir. İnsan fəaliyyətində zəka əməli qabaqlaya bilməlidir. Praktika bir tərəfdən idrakın əsasıdırsa, digər tərəfdən onun məqsədi və nəticəsidir. Elmə əsaslanmayan praktika fayda verə bilməz. Ekoloji və demoqrafik böhranın kəskinləşməsi, təbii, sosial və mənəvi ahəngin pozulması – bütün bunlar əslində yetərincə düşünmədən işləmək mövqeyinin bəhrələridir. Ziyalıların ictimai həyatda rolunun məhdudlaşdırılmasının, cəmiyyətşünas alimlərin ictimai praktikadan uzaqlaşdırılmasının nəticəsidir.
Maddi həyatın ilkinliyini qəbul etmək heç də mənəvi həyatın rolunu heçə endirməyə gətirib çıxarmamalıdır. Unutmaq olmàz ki, bütün fəlsəfi təlimlər içərisində nadanlığa ən çox yaxın olan kortəbii materializimdir. Bu gün də materializm dialektikadan ayrılanda öz mütərəqqi məzmununu itirir və cəhalətə qovuşur. Dialektika isə təfəkkür üsuludur və ona yiyələnmək yüksək fəlsəfi mədəniyyət tələb edir.
Nəzərə almaq lazımdır ki, zəkada, mənəviyyatda dönüş yaratmadan, maddi həyatın yenidən qurulması mümkün deyil. Nə qədər ki, insan özü dəyişməyib, yaşadığı ictimai mühiti də dəyişə bilməz. Bu – bir tərəfdən. Digər tərəfdən isə, əksinə, nə qədər ki, ictimai mühit dəyişməyib, sağlam sosial-mənəvi iqlim yaranmayıb, insanların da yeniləşməsi, mənəviyyatca saflaşması mümkün deyil. Çünki insan həm də ictimai mühitin məhsuludór. İlk baxışda həllolunmaz paradoks kimi görünən bu vəziyyət əslində insan ilə ictimai mühitin dialektik vəhdətini əks etdirir. Ona görə də insan ilə mühitin, mənəviyyatla iqtisadiyyatın dialektikasını mükəmməl surətdə mənimsəmədən bu qapalı halqadan çıxış yolu tapmaq və cəmiyyəti uğurla yenidən qurmaq mümkün deyil.
Məsələnin fəlsəfi tərəfinə dair bircə bunu qeyd edək ki, fərdi şüurun ictimai şüur sərhədlərini və deməli, mövcud ictimai mühitin qoyduğu məhdudiyyətləri aşıb keçməsi üçün bir mühöì vasitə vardır ki, bu da babaların maddiləşmiş, ictimai məzmun kəsb etmiş ruhu – milli mədəniyyətdir. Çünki zaman hüdudu keçiləndə mühit hüdudu da keçilmiş olur. Lakin sovet dövründə ruhun ilkinliyi materialist təlim tərəfindən rədd edildiyi üçün, çoxları hər ehtimala qarşı ümumiyyətlə hər cür ruhu və idealı rədd etməyi, bütün mənəvi körpüləri uçurmağı üstün tutur və bununla guya materializmə daha sadiq olduqlarını isbata yetirirdilər. Bu “sədaqət” yarışında insan-mühit paradoksunun həlli mümkün deyildi və yaranmış qapalı halqadan çıxa bilməmək qanunauyğun surətdə durğunluğa gətirməli idi.
Əlbəttə, soruşula bilər ki, məgər repressiya və òîòàëèòàð ñîñèàëèçì äþâðöndə fəlsəfə tədris və təbliğ olunmurdu? Bəs nÿyə görə min illərin inkişaf Qanunauyğunluqlarını öyrənə-öyrənə yaşadığımız dövrün ziddiyyətlərini, dialektikasını aşkara çıxara bilmədik? Niyə fəlsəfə öz sözünü deyə bilmədi, karımıza gəlmədi?
Bütün məsələ də bundadır ki, o dövrlərdə maddi və mənəvi həyatın başqa sahələri kimi, fəlsəfə də deformasiya olunmuş, öz nisbi müstəqilliyini itirmiş, yuxarıdan gələn siyasətin təbliğatçısına çevrilmişdi. Ardıcıl materialist təlim olan marksist-leninçi fəlsəfə obyektiv ictimai münasibətləri əks etdirmək əvəzinə, bu münasibətləri kiminsə iradəsinə uyğun şəkildə şərh etmək məcburiyyətində qalmış və əslində həm materializmdən, həm də dialektikadan ayrı düşmüşdü. Marksist-leninçi fəlsəfənin ümumi müddəaları, prinsipləri kitablarda dəyişməz şəkildə saxlansa da, onları ìöàñèð dövrə tətbiq etmək daha mümkün deyildi. Çünki cari ùÿéàòûí elmi-fəlsəfi müzakirə obyektinə çevrilməsi bir növ qadağan edilmişdi. Bu isə “yaradacı təlimin” ehkamlar sistemi ilə əvəz olunmasına gətirmişdi.
Gərək fəlsəfə ictimai problemləri nəinki əks etdirə bilsin, həm də onları qabaqlaya bilsin, onların önündə getsin ki, tətbiq də oluna bilsin. Sxemə salınmış, ehkama çevrilmiş bir təlim heç vaxt günün real problemlərini üzə çıxara bilməz. Problemlər, ziddiyyətlər aydınlaşdırılmadan, pozitiv və neqativ sosial proseslərin əsl hərəkətverici qüvvələri üzə çıxarılmadan cəmiyyətin elmi əsaslarla idarə edilməsi, məqsəduyğun surətdə dəyişdirlməsi mümkün deyil.
Məlumdur ki, təbiət elmlərində gerçəkliyi öyrənməkdən məqsəd əldə olunan bilikləri tətbiq eləməkdir; elmi bilikləri texnoloji biliklərə, onları da bilavasitə əməli fəaliyyətə çevirməkdir. Cəmiyyətşünaslıq da analoji məqsədə xidmət edir: cəmiyyətin öyrənilməsi və dəyişdirilməsinə. Kiçik miqyaslı konkret ictimai hadisələrin öyrənilməsi empirik sosiologiyanın, tarixin, iqtisadi elmlərin və s. predmetiíÿ daxildir. Cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqları isə öz əksini fəlsəfədə tapır. Bu gün ölkəmizdə həyata keçirilìÿëè îëàí sosial-iqtisadi reforma heç də yalnız ayrı-ayrı ictimai hadisələrə aid olmayıb, həm də bütövlükdə insana münasibətin, Ènsan-Æəmiyyət, Ènsan-Äünya əlaqələrinin yeniləşməsini tələb etdiyindən fəlsəfənin özündə də yeniləşməyə ehtiyac yaranmışdır. Həm də fəlsəfədə yeniləşməni belə başa düşmək olmaz ki, əvvəllər o öz funksiyasını əsasən yerinə yetirirdi, amma sadəcə nələrsə yaddan çıxmışdı və ya bir az başqa cür izah olunurdu, indi bizim məqsədimiz unudulanları nəzərə almaq, düzəlişlər verməkdir. Təəssüf ki, belə bəsit ”islahatçılıq” meylləri geniş yayılmışdır. Məsələn, insan amili unudulmuşdu və guya indi insan amilini də əlavə edəndə və bu ifadəni qalın-qalın kitabların başlığına yazanda hər şey yerinə düşəcək, fəlsəfədə ahəng yaranacaq. Amma bütün məsələ də elə bundadır ki, əgər insan amili unudulmşdusa burada fəlsəfədən heç söhbət gedə bilməz. Unudulmuş duzları ayrıca yeməklə xörək dönüb dadlı olmaz.
Sovet dövründə fəlsəfə özü üçün şeyə çevrilmişdi. Tədris müəssisələrində o, mükəlləfiyyət kimi öyrədilir, ictimai həyatın idarə olunmasında isə nəzərə alınmırdı. Əməli işdən tamàìèëÿ êÿíàðäà qalmasınlar deyə “filosoflar”, fəlsəfə müəllimləri partiyanın praktik fəaliyyət proqramlarının, müxtəlif cari partiya sənədlərinin təbliği ilə məşğul olurdular. Əsl fəlsəfə sıxışdırılmış, “rəsmi filosoflar” isə siyasətin nökərinə çevrilmişdilər.
Fəlsəfənin lazımsızlığını rəsmi şəkildə heç kim demirdi, o yenə də bütün ali məktəblərdə tədris olunur, onun ekstensiv inkişafı üçün yenə də dövlət xəzinəsindən pul buraxılırdı, amma çoxları bu pulların havaya sovrulduğunu, tələbələrin vaxtının havayı sərf olunduğunu düşünürdü. Və bu cür münasibətin obyektiv əsası da yox deyildi. Doğrudan da, fəlsəfə ehkama çevriləndən, sxemə salınandan sonra, ictimai praktikadan, günün real problemlərindən ayrı düşəndən sonra onun belə geniş miqyasda saxlaíması lüzumsuz görünürdü.
Yəqin buna görədir ki, kütləvi informasiya vasitələri, mətbuat, televiziya fəlsəfi fikrə etinasızlıq göstərməyə başlamışdı. “Fəlsəfəçilik”, “mücərrədçilik“ kimi damğalar da həmin dövrlərdə yaranmışdı və təəssüf ki, bu gün də istifadÿ edilməkdədir. H.Cavid, S.Vurğun kimi görkəmli filosof-sənətkarların “fəlsəfəçilikdə”, “mücərrədçilikdə”, real həyatdan ayrı düşməkdə təqsirləndirilməsi heç də məhz həmin sənətkarlara münasibət deyildi. Əslində bütövlükdə fəlsəfi fikrin özünə münasibət idi. Bədii ədəbiyyatda, poeziyada fəlsəfi fikri real praktik çıxışı olan və ya konkret emosional təsiri olan “əsl fəlsəfiliklə” əvəz etmək meyli yaranmışdı. Təsvirçi tənqidçilik meyli ədəbi tənqiddə fəlsəfi araşdırmaları bir növ qadağan etmiş, filosof-tənqidçiləri çap olunmaq hüququndan məhrum eləmişdi. Fəlsəfəyə heç bir dəxli olmayan tamam başqa təfəkkür formalarını əsl fəlsəfi təfəkkür kimi qələmə vermək və bununla əslində fəlsəfədən “xilas olmaã” meyli bu gün də davam etməkdədir.
Fəlsəfəni elmiləşdirmək adı ilə onu elm çərçivəsinə salmışdılar. Elm isə insansızlaşmış dünyanı öyrəndiyi üçün insana yaddır, hər cür emosionallıãdan, hər cür təəssüratdan azaddır və ya məhrumdur. Soyuq ağılla, rasional düşüncə ilə əldə olunmuş biliklər, bu biliklərin müəyyən sxematik sistemi olsa-olsa yalnız ixtisas fəaliyyətində lazım olar. İnsanın xarakter və mənəviyyatının formalaşması prosesində bu biliklər bilavasitə heç bir rol oynamır.
Deməli, o vaxt ki, fəlsəfə elm normativləri çərçivəsinə salınmışdı, o yalnız ixtisas fənninin metodologiéası kimi faydalı ola bilərdi. Təəssüf ki, respublikamızın ali məktəblərində bu sahəyə fikir verilmir.
Əlbəttə, fəlsəfənin bütün əhəmiyyəti onun yalnız metodoloji funksiyası ilə məhdudlaşmır. Onun ideoloji və dünyagörüşü funksiyalarından da səmərəli surətdə istifadə etmək olar. Lakin təbiidir ki, sovet dövründə fəlsəfənin bu funksiyaları da sxematikləşdirilmiş və tədricən öz təsir gücünü itirmişdi.
İdeoloji funksiya sinfilik prinsipi ilə məhdudlaşdırılmış və üstəlik bu prinsip özü də bayağılaşdırılmış, metafizik bir hökm çərçivəsinə salınmışdı: kapitalizm cəmiyyətində nə varsa – pisdir, sosializm cəmiyyətində nə varsa – yaxşıdır. Fəlsəfə də hər vasitə ilə yalnız buna xidmət etməli idi ki, sosializmin üstünlüklərini təbliğ etsin. Halbuki həqiqi dialektik mövqe tədqiqat obyektlərinin hərtərəfli öyrənilməsini, hər bir mütərəqqi hadisənin də daxili ziddiyyətlərinin üzə çıxarılmasını, habelə ümumən mənfi hesab olunan hər hansı hadisədə onun mövcudluğunu hər halda təmin edən, onu yaşadan pozitiv başlanğıcı aşkara çıxarmağı nəzərdə tutur.
Başqa bir misal. İnsan mürəkkəb bio-sosial-mənəvi sistemdir. Onu təşkil edən bu müxtəlif müstəvilərdən hər hansı birini ön plana çəkib, qalanları nəzərdən atsaq insan haqqında tam, bütöv təsəvvür əldə etmək mümkün olmaz. Lakin bu yaxınlara qədər insana əsasən sinfilik prizmasından nəzər salınırdı, bütün yerdə qalan cəhətlər, insanın fiziki və mənəvi keyfiyyətləri isə kölgədə qalırdı. İnsanın fərdiyyəti, mənəvi təkrarlanmazlığı, unikallığı unudulur, eyni ictimai münasibətlərin məcmusu olan bütün insanlar eyni bir çərçivəyə salınırdı. Nəticədə bərabərlik ideyası bərabərçilik prinsipinə çevrilir, unikal insan fərdiyyətinin yerini cəmiyyətin bir ünsürü, milyonlardan biri olan özgələşmiş sosial insanlar tuturdu. Stalinizm dövründə repressiyaya bir növ bəraət qazandıran “əvəz olunmaz heç kim yoxdur” ideyası yaranır, guya cəmiyyətin səadəti naminə ayrı-ayrı insanların səadəti qurban verilirdi.
Burada biz şəxsi mənafeyi ictimai mənafeyə qurban verməyin necə təbliğ olóíduğunu yada salmaya bilmərik. Çünki bu, cəmiyyət ilə insan arasındakı ziddiyyətin açıq-aşkar birtərəfli, ''metafizik'' həllinə ən yaxşı misaldır. Ayrıca insanlar, onların şəxsi mənafeyi bir qayda olaraq arxa plana keçirdi... Lakin sual olunmurdu ki, bununla biz əslində son məqsədi qurban vermiş olmuruqmu?
Cəmiyyət həddindən artıq mücərrədləşdirilir və əslində insanın əksliyinə çevrilirdi. Halbuki sosialist inqilabının əsas məqsədlərindən biri məhz bu əksliyi aradan qaldırmaq, bir tərəfdən şəxsi mənafelərin ictimai mənafeyə, digər tərəfdən də ictimai mənafeyin şəxsi mənafelərə uyğunluğunu təmin etmək idi. Lakin təəssüf ki, mövcud sosial-iqtisadi münasibətlərin strukturunda bu ikinci istiqamət arxa plana keçmiş, insanın cəmiyyət qarşısındakı məsuliyyətindən gen-bol söhbət getdiyi halda, cəmiyyətin insan qarşısında məsuliyyət daşıması yaddan çıxmışdı.
Əgər insan müstəqil mənəvi sərvət kimi deyil, yalnız cəmiyyətin bir üzvü, hissəsi kimi yada düşürsə, deməli obyektiv ictimai həyat mənəvi insandan və ya insan mənəviyyatından “azad edilir”. Unudulur ki, mənəvi komponentdən “azad edilmiş” sosial gerçəklik daha fəlsəfənin predmeti ola bilməz. Çünki hər hansı bir problem yalnız o zaman fəlsəfèlik səviyyəsinə qalxır ki, o, insan taleyi ilə bağlanır, mənəviyyat prizmasından keçirilir. Fərddən kənarda, fərdi mənəviyyatdan kənaräa götürülən ictimai problemlər fəlsəfəsinin yox, sosiologiyanın predmetinə daxildir. Biz bu fərqi nəzərə almadığımıza görə və xüsusi fənlərdən biri olan sosiologiyanın problemlərini fəlsəfəyə daxil elədiyimizə görə, fəlsəfənin predmeti əsassız surətdə genişləndirilmiş, meyar itmişdir. Nəticədə fəlsəfəyə dəxli var, ya yox, ictimai həyatdan bəhs edən istənilən yazı fəlsəfi əsər kimi qiymətlənldirilmiş, bu əsərlərə görə müvafiq olmayan elmi dərəcələr verilmişdir. Publisistikadan tutmuş konkret faktiki materialın empirik təhlilinə qədər hər nə varsa fəlsəfə adlandırılmış və “filosofların” sayı əsl fəlsəfədən heç xəbəri olmayan adamlar hesabına günü-gündən aròmışdır. Belə düşünmək olar ki, bu əsərlər heç olmasa empirik sosiologiyanın inkişafı üçün əhəmiyyətə malikdir. Lakin məsələ burasındadır ki, sovet dövründə yazûëàí «fəlsəfi» əsərlərin əksəriyyəti fəlsəfèlik tələblərindən uzaq olduğu kimi, elmilik tələblərindən də uzaq olmuşdur. Rəsmi məlumatlarla əsl vəziyyət arasında uçurum yarandığından cəmiyyətşünaslıq sahəsində yazılan əsərlər həyatın özünü yox, saxta statistikanı əks etdirirdi. Empirik sosioloji tədqiqatlar aparmaq məsləhət bilinmirdi və ona görə də bizdə fəlsəfə ilə yanaşı sosiologiya elmi də çərçivəyə salınmışdı. Lakin bu çərçivə daxilində aparılan “tədqiqatlar” əsl tədqiqatdan çox uzaq olsalar da, onların bir “üstünlüyü” var idi. Bu da həmin işləri yazmaq üçün heç bir tədqiqatın lazım olmaması, xüsusi zəhmət çəkmədən “bol məhsul” vermək imkanı idi.
Fəlsəfi ümumiləşdirmələr yalnız o zaman mümkün ola bilər ki, əvvəlcə empirik və elmi-nəzəri səviyyədə tədqiqatlar aparılmış olsun. Yalnız bundan sonra həmin problemlər fəlsəfi kontekstə daxil edilə bilər. Lakin heç empirik tədqiqatların da aparılmadığı bir şəraitdə nəyin fəlsəfi ümumiləşdirilməsindən söhbət gedə bilər?
Bax, belə bir şəraitdə, elmi tədqiqatların yerini psevdotədqiqatlar tutduğu bir zamanda, əsl fəlsəfi fikir də “aktual mövzulardakı” psevdofəlsəfə tərəfindən sıxışdırılırdı. (Təəssüf ki, bu meyl indi də davam etməkdədir).
Belə düşünmək olar ki, həmin dövrdə əsl fəlsəfə daha çox dərəcədə fəlsəfə tarixi timsalında saxlana bilərdi. Mərkəzdə, doğrudan da, dünya fəlsəfə klassikləri rus dilinə tərcümə olunur, fəlsəfə tarixinin şərhinə geniş yer verilirdi. Nə qədər paradoksal görünsə də, qadağanlar daha çox dərəcədə Qərb idealist fəlsəfəsinə deyil, rus idealist fəlsəfəsinə – Vl.Solovyov, N.A.Áerdyayev kimi klassiklərə tətbiq edilirdi. Bu, əslində milli fəlsəfi fikri tarixi yaddaşdan silmək təşəbbüsü idi. Respublikamızda isə proletkultçuluq meyli, manqurtlaşdırma təäbirləri özünün zirvəsinə qalxmışdı. Xalq özünün hətta mütərəqqi fəlsəfi fikrindən ayrı düşmüş, milli fəlsəfə tarixinin yerini ictimai-siyasi və demokratik fikir tarixi tutmuşdu. Birinci qaranlıqda qaldığından çoxları hələ indi də fəlsəfəni ya maarifçilik və didaktika ilə, ya inqilabi-demokratik fikirlə, ya da hətta siéasi publisistika ilə qarışıq salırlar. Nəticədə Azərbaycan fəlsəfi fikir tarixinin hüdudları genişləndirilir və burada ancaq əsl fəlsəfəyə yer qalmır. Səbəblərindən biri budur ki, əsl fəlsəfəni şərh etmək təbliğatçılıqla elmi dərəcə almış rəsmi fəlsəfəçilərin intellektual imkanı xaricindədir. Deməli, bugünkü fəlsəfəmizdəki vəziyyət keçmişdəki fəlsəfi fikrimizin də üzə çıxmasına mane olur. Bu sahədəki tək-tük həqiqi tədqiqatlar isə “aktual mövzulardakı” cild-cild kitablar arasında itib-batır.
Ancaq marksizm fəlsəfəsini əzbərləyənlər, heç ona da yaradıcı və tənqidi şəkildə yanaşa bilməyənlər bu təlimin dünya fəlsəfi fikri ilə əlaqəsini, ümumi cəhətlərini görə bilmir, ondan kənarda nə varsa hamısına qara eynəkdən baxırdılar. Burada Aristotelin məşhur fikri yada düşür: “Nadanlar ancaq fərqi, müdriklər isə həm də vəhdət və ümumiliyi görürlər”. Xalq hikməti və klassik fəlsəfənin, o cümlədən Şərq klassik fəlsəfəsinin çox mühüm ümumilikləri var və hər hansı fəlsəfi təlim də yalnız bu ümumi fonda daha aydın dərk edilə bilər. Milli fəlsəfi fikirlə əlaqələndirilmədikdə, milli mədəniyyətdən ayrı düşdükdə heç bir təlimin canlı təsir gücü ola bilməz.
Dostları ilə paylaş: |