Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə54/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   180

 

~ 172 ~ 


 

təsdiq olundu. 

Mayalar  aerob  Ģəraitdə  spirt  qıcqırmasından  tənəffüsə  keçirlər. 

Bu məsələ S.P.Kostıçevin təcrübələri ilə bir daha təsdiq olundu. O, 

müəyyən etdi ki,  mayalar oksigenin iĢtirakı ilə qıcqırmanı dayan-

dırmayıb, Ģəkərin 2/3 hissəsini qıcqırdır qalan 1/3 hissəsini oksid-

ləĢdirirlər.  

Mayaların həyat fəaliyyəti və qıcqırma prosesi arasındakı əlaqə-

ni  müəyyən  edən  L.Paster,  bu  əlaqənin  nədən  ibarət  olduğunu  və 

qıcqırma prosesinin necə getməsi sualına cavab tapa bilmədi. Belə 

vacib  məsələnin  həlli  yalnız  E.Buxnerə  qismət  oldu.  O,  ilk  dəfə 

spirt qıcqırmasının fermentativ proses olduğunu göstərdi. E.Buxner 

yüksək  təzyiq  altında  canlı  hüceyrəni  mexaniki  dağıdaraq, 

qıcqırmanın fermentlərini ayrımıĢ və belə nəticəyə gəlmiĢdir ki, bu 

prosesdə zimazadan baĢqa bir sıra digər fermentlər də iĢtirak edir. 

Sonralar  aydın  oldu  ki,  zimaza  tək  ferment  olmayıb,  fermentlər 

qarıĢığından ibarətdir.  

Spirt  qıcqırmasının  müasir  anlayıĢı,  onun  Ģirə  və  Ģərabda  baĢ 

verən  mürəkkəb  bioloji  və  tam  fermentativ  proseslərdən  ibarət 

olduğunu  göstərdi.  Məlum  oldu  ik,  spirt  qıcqırmasının  hər  bir 

mərhələsinə  maya  hüceyrəsinin  spesifik  fermentləri  katalizatorluq 

edir. Spirt qıcqırmasının ilk mərhələsində heksozların fosfat efirləri 

yaranır.  Belə  ki,  qlükoza,  heksogenaza  fermentinin  təsiri  ilə 

adenizintrifosfatdan (ATF) özünə fosfat turĢusu qalığı birləĢdirir və 

nəticədə adenizindifosfat (ADF) və qlükopiranoza 6 - fosfat əmələ 

gəlir. 


Qlükopiranoza  6  -  fosfat,  qlükozafosfat-izomerazanın  (oksizo-

meraza) təsiri ilə fruktofuranoza 6 fosfata çevrilir. 

Fruktofuranoza  6  -  fosfat,  fosfofruktogenaza  fermentinin  təsiri 

ilə  ATF-dən  özünə  bir  fosfat  turĢusu  qalığı  da  birləĢdirir  və 

fruktofuranoza -1,6 difosfata çevrilir. 

Fruktofuranoza  -  1,6  difosfatın  əmələ  gəlməsi  ilə  hazırlıq 

mərhələsi  baĢa  çatır  və  qlükoza  gələcək  çevrilmələrə  meylli  daha 

labil formaya keçir.  

A.N.Lebedev  ilk  dəfə fruktoza  -  1,6  difosfatın qliserin aldehidi 

və  dioksiasetona  parçalanmasını  göstərmiĢdir.  Sonralar  bu, 




 

~ 173 ~ 


 

Q.Embden  və  O.Meyerqof  tərəfindən  də  təsdiq  olundu.  Aldolaza 

fermentinin  təsiri  ilə  fruktoza  -  1,6  difosfat  parçalanaraq  3  - 

fosfoqliserin aldehidi və fosfodioksiaseton əmələ gətirir. 

Sonrakı  reaksiyalar  aĢağıdakı  ardıcıllıqla  gedir:  Əvvəlcə  fosfo-

dioksiaseton  trifosfat  izomeraza  fermentinin  təsiri  ilə  3  –  fosfo-

qliserin  aldehidinə  çevrilir.  O,  isə  özünə  daha  bir  fosfat  turĢusu 

qalığı birləĢdirərək, 1,3 - difosfoqliserin aldehidinə çevrilir. 

1,3 - difosfoqliserin aldehidi triozafosfat dehidrogenaza fermen-

tinin təsiri və nikotinamidadenindinukleoitid (NAD) kofermentinin 

iĢtirakı ilə 1,3 - difosfoqliserin turĢusuna oksidləĢir. 

Sonra  1,3  -  difosfoqliserin  turĢusu  ADF  molekuluna  bir  fosfat 

turĢusu  qalığı  ötürərək,  3  -  fosfoqliserin  turĢusu  və  ATF  yaradır. 

Bu proses fosfoqliseriniginaza fermentinin təsiri altında gedir. 

Fosfoqliseromutaza fermenti isə 3 - fosfoqliserin turĢusunun 2 - 

fosfoqliserin turĢusuna çerilməsini təmin edir. YaranmıĢ 2 – fosfo-

qliserin  turĢusu  enolaza  fermentinin  təsiri  altında  fosfoenolpiro-

üzüm  turĢusuna  çevrilir.  O  isə  öz  növbəsində  ADF-ə  bir  molekul 

fosfat turĢusu qalığı ötürərək ATF və enolpiroüzüm turĢusu əmələ 

gətirir.  Prosesə  fosfatransferaza  fermenti  katalizatorluq  edir.  Bu 

reaksiyaları aĢağıdakı kimi göstərmək olar:  

 

 



 


 

~ 174 ~ 


 

 

 



 

 

Piroüzüm  turĢusunun  əmələ  gəlməsi  bütün  biokimyəvi  çevril-



mələr  zəncirinin  yeganə  dönməz  prosesidir.  Anaerob  və  aerob 

Ģəraitdən, eləcə də müxtəlif ferment sistemlərinin iĢtirakından asılı 

olaraq,  qıcqırmada  əmələ  gələn  piroüzüm  turĢusu  müxtəlif  çevril-

mələrə məruz qalır. 

Spirt  qıcqırması  zamanı  piroüzüm  karboksilaza  fermentinin 

təsiri altında, karboksil qrupunu itirib, sirkə aldehidi və karbon qazı 

əmələ gətirir. 

 

 



 

Spirt  qıcqırmasının  son  mərhələsi  sirkə  aldehidinin  etil  spirtinə 

reduksiya  olunmasıdır.  Bu  prosesdə  alkoqoldehidrogenaza  fer-

menti iĢtirak edib, hidrogeni reduksiya olunan NAD  H

2

-dən sirkə 




 

~ 175 ~ 


 

aldehidinə ötürür və etil spirti əmələ gətirir. 

 

 

 



Süd turĢusu qıcqırması zamanı piroüzüm turĢusu karboksil qru-

punu  itirmir.  Çünki  süd turĢu  bakteriyaları  dikarboksilaza  fermen-

tinə  malik  olmur  və  bu  halda  piroüzüm  turĢusu,  süd  turĢusuna 

çevrilir.  

 

7.2. 

Qıcqırmanın

 ikinci 



 

köməkçi

 

məhsulları

 

 ġəkərin  spirtə  qıcqırması  zamanı  əmələ  gələn  etil  spirti  və 

karbon  qazı  kimi  əsas  məhsullarla  yanaĢı,  həm  də  qıcqırmanın 

ikinci  və  köməkçi  məhsulları  adlandlrılan  maddələr  də  əmələ 

gəlmiĢ  olur.  ġərabın  ətir  və  dadının  formalaĢmasında  həmin  mad-

dələrin rolu olduqca böyükdür. Bu maddələrə qliserin (q), kəhrəba 

turĢusu (k), sirkə turĢusu (s), asetaldehid (a), 2,3-butilenqlikol (b), 

asetoin (at), limon turĢusu (l), piroüzüm turĢusu (p), izoamil spirti 

(i),  izopropil  spirti  (ip), efirlər  aiddir.  Bu  siyahının  özü  də  tam  və 

bitkin sayıla bilməz və gələcəkdə daha da təkmilləĢdirilməlidir. 

V.Z.Qvaladze  və  L.Cenevua  spirt  qıcqırmasının  ikinci  məhsul-

ları arasındakı asılılığı bir-birindən xəbərsiz aĢağıdakı bərabərliklə 

ifadə etmiĢlər: 

 

Q=p+a+2s+5k+2at+b+9l+3i+3pr. 



 

Yalnız  əsas  komponentləri  nəzərə  alsaq,bərabərlik  aĢağıdakı 

Ģəkil alır. 

 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə