Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
1   2   3   4   5   6   7

mənsubiyyətindən  asılı  olmayaraq,  hər  bir  şəxsin  mədəniyyət  sahəsində  öz  hüquq  və 

azadlıqlarını həyata keçirməsinə təminat verir. 

6.3. Mədəniyyət sahəsində dövlət tərəfindən aşağıdakı bərabərliklər təmin edilir: 

6.3.1.  dövlətin  ərazisində  yaşayan  xalqların,  milli  azlıqların  mədəniyyətlərinin,  hüquq  və 

azadlıqlarının bərabərliyi

6.3.2. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, 

öz mədəniyyət kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və 

inkişaf etdirmək bərabərliyi. 



Maddə 7. Mədəni həyatda iştirak etmək hüququ 

7.1.  Azərbaycan  Respublikasında  mədəni  həyatda  iştirak  etmək  hüququ  dövlət  tərəfindən 

təmin edilir. 

7.2.  Hər  kəs  öz  mədəniyyət  kimliyini  və  ona  uyğun  həyat  tərzini  müəyyən  etməkdə, 

yaradıcılıq  fəaliyyətini  seçməkdə,  mədəni  sərvətlərin  yaradılmasında,    mədəni  nemətlərdən 

bərabər istifadə etməkdə tam sərbəstdir. 



Maddə 8. Mədəni özünəməxsusluq hüququ 

8.1.  Hər  kəsin  öz  milli  mədəni  özünəməxsusluğunu  qoruyub  saxlamaq,  mədəniyyət 

kimliyini müəyyən etmək, mənəvi, estetik və digər dəyərlərini sərbəst seçmək hüququ vardır. 

8.2.  Mədəniyyət  cəmiyyətləri  öz  mədəni  özünəməxsusluğunu  təbliğ  etmək  və  inkişaf 

etdirmək və öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququna malikdir. 

8.3.  Dövlət  istənilən  mədəniyyət  cəmiyyətinin  özünəməxsusluğunun  qorunmasına  və 

inkişafına dəstək göstərir. 

Maddə 9. Yaradıcılıq azadlığı 

Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər 

kəsin  yaradıcılıq  azadlığı  vardır.  Azərbaycan  Respublikasında  istənilən  şəxs  öz  maraqlarına  və 

bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq 

fəaliyyəti  ilə  məşğul  olmaq,  "Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında"    Azərbaycan   

Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq fəaliyyətinin nəticələrini müəlliflik 

hüququ  ilə  qorumaq,    mədəni  sərvətləri  nümayiş  etdirmək,  bu  qanunun  tələbləri  nəzərə 

alınmaqla,  mülkiyyətində  olan  mədəni  sərvətləri  satmaq,  bağışlamaq,  habelə  həmin  məqsədlər 

üçün xarici ölkələrə aparmaq hüququna malikdir. 

Maddə 10. Xaricdə mədəniyyət fəaliyyəti hüququ 

10.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanuna və Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul 

ola bilərlər. 

10.2. Azərbaycan Respublikası öz vətəndaşlarının xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul 

olmasına dəstək göstərir. 

10.3.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  dövlətlərin  ərazisində  mədəniyyət 

fəaliyyəti  həm  fərdi  qaydada,  həm  də  təşkilat  vasitəsilə,  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı  beynəlxalq  müqavilələrdə  digər  hal  nəzərdə  tutulmamışdırsa,  həmin  dövlətlərin 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.  



Maddə 11. Mədəniyyət sahəsində mülkiyyət hüququ 

11.1. Hər kəsin mədəniyyət sahəsində mülkiyyət hüququ dövlət tərəfindən qorunur. 

11.2.  Hər  kəsin  öz  yaradıcılıq  fəaliyyətinin  nəticələrinə  və  qanuni  əldə  etdiyi  mədəniyyət 

məhsullarına mülkiyyət hüququ vardır. 

11.3.  Mədəniyyət  məhsullarının  və  xidmətlərinin  əldə  edilməsi,  istifadəsi  və  barəsində 

sərəncam verilməsi bu qanunun 20.2-ci maddəsinə uyğun olaraq tənzimlənir. 



Maddə 12. Mədəni sərvətlərlə xarici ticarət 

Mədəni  sərvətlərin  idxalı,  ixracı  və  Azərbaycan  Respublikasının  ərazisindən  tranzitlə 

keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

Maddə 13. Mədəniyyət sahəsində sahibkarlıq hüququ 

Azərbaycan  Respublikasında  hər  bir  şəxs  bu  qanunun  20.2-ci  maddəsinə  uyğun  olaraq 

mədəniyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 



Maddə  14.  Mədəniyyət  müəssisələrindən  və  mədəni  sərvətlərdən  istifadə  etmək 

hüququ 

14.1.  Azərbaycan  Respublikasında  mədəniyyət  müəssisələrindən  və  mədəni  sərvətlərdən 

istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir. 

14.2. Bu qanunun 14.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə dövlət tərəfindən: 

14.2.1.  milli  mədəniyyətin  dünya  mədəniyyətinə  inteqrasiyasını,  mədəniyyətlərarası 

dialoqların inkişafını və vahid mədəniyyət məkanının qurulmasını təmin etmək məqsədilə milli 

mədəniyyət sahəsində müvafiq layihələr həyata keçirilir

14.2.2.  mədəniyyət  sənayesinin  inkişafına  yönəlmiş  investisiya  layihələri  həyata  keçirilir 

və  ya  investisiya  mühitinin  yaxşılaşdırılması  məqsədilə  həmin  investisiyaların  qoyuluşuna 

əlverişli mühit yaradılır; 

14.2.3.  əhalinin  mədəniyyət  müəssisələrindən  və  mədəniyyət  məkanlarından    istifadə 

imkanlarının sadələşdirilməsinə yönəlmiş layihələr həyata keçirilir; 

14.2.4.  aztəminatlı  əhalinin,  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 

uşaqların,  müharibə  iştirakçılarının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunmuş qaydada mədəni sərvətlərdən güzəştli istifadəsi təmin edilir; 

14.2.5.  iqtisadi,  sosial,  hüquqi,  elmi-texniki,  müasir  texnologiya  və  digər  tədbirlər 

vasitəsilə  uşaq  və  gənclərin  mədəniyyət  fəaliyyətini  və  mədəni  sərvətlərdən  bəhrələnmələrini 

stimullaşdıran layihələr həyata keçirilir; 

14.2.6. mədəniyyət sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin 

gücləndirilməsi məqsədilə müvafiq layihələr həyata keçirilir

14.2.7.  bu  qanuna  uyğun  olaraq  mədəniyyət  sahəsində  dövlət  reyestri  və  monitorinqi 

aparılır, dövlət nəzarəti həyata keçirilir; 

14.2.8. mədəniyyət sahəsində səyyar fəaliyyətin inkişafına dair layihələr həyata keçirilir; 

14.2.9. mədəniyyət sahəsində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq 

edilir; 

14.2.10.  mədəniyyət  fəaliyyətinə  dair  standartlar  qəbul  edilir  və  tətbiqinə  nəzarət  həyata 

keçirilir; 

14.2.11. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görülür

14.2.12. dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə dövlət nəzarəti təmin edilir; 

14.2.13. əhali mədəniyyət sahəsi barədə məlumatlandırılır. 



Maddə 15. Mədəniyyət sahəsində təhsil hüququ 

15.1.  Azərbaycan  Respublikasında  hər  bir  şəxs  "Təhsil  haqqında"  Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində təhsil almaq və elmi fəaliyyətlə 

məşğul olmaq hüququna malikdir. 

15.2.  Mədəniyyət  sahəsində  elmi  tədqiqatların  aparılmasına  dövlət  tərəfindən  şərait 

yaradılır. 

15.3. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri 

üçün istifadəyə şərait yaradılır. 

15.4. Mədəniyyət sahəsində təhsil və elmi müəssisələrin yaradılması, onların maddi-texniki 

bazasının  gücləndirilməsi  və  mədəniyyət  sahəsində  beynəlxalq  təcrübə  və  biliklərin  tətbiq 

edilməsi dövlət tərəfindən dəstəklənir. 

15.5.  Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsində  pedaqoji  və  elmi  tədqiqat 

fəaliyyəti yaradıcılıq fəaliyyətinə bərabər tutulur. 

Maddə 16. Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları 

16.1.  Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsində  qeyri-hökumət  təşkilatlarının 

yaradılması  "Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında"    Azərbaycan 

Respublikasının Qanununa müvafiq həyata keçirilir. 

16.2. Azərbaycan Respublikasında hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil 

müəyyən edir və birliyin fəaliyyətində bərabər əsasda iştirak edir. 




Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə