Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
1   2   3   4   5   6   7

36.4.2. folklor (ifaçılıq, musiqi və rəqslər, şifahi yaradıcılıq, oyun və tamaşalar); 

36.4.3. sənətkarlıq (tətbiqi sənət, ənənəvi dekorativ sənət, milli təsviri yaradıcılıq). 



Maddə 37. Milli kulinariya nümunələri 

37.1.  Azərbaycan  Respublikasında  milli  kulinariya  nümunələrinin  sistemləşdirilməsi, 

qorunması, təbliği müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

37.2.  Kulinariya  nümunələrinin  milli  mədəni  irsə  aid  edilməsi  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən həyata keçirilir. 

Maddə 38. Milli mədəni irsin mühafizəsinə dair öhdəliklər 

38.1. Azərbaycan Respublikasında milli tarixi, təbii və mədəni irs obyektlərini, o cümlədən 

tarix, təbiət və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. 

38.2.  Azərbaycan  Respublikasında  təbiət  komplekslərinin,  tarixi  ərazilər  və  mədəni  irs 

abidələrinin qoruq elan edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

38.3.  Milli  mədəni  irsin  mühafizəsi  sistemi  dövlət  orqanları  və  bələdiyyələr  tərəfindən 

həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati tədbirlərdən ibarətdir. 

38.4.  Milli  mədəni  irs  obyektlərinin  sahiblərinə  həmin  obyektlərin  mühafizəsini  təmin 

etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təminatlar verilir. 

38.5.  Milli  mədəni  irs  obyektlərinin  mühafizəsi  mədəniyyət  sahəsində  dövlət  reyestri 

sistemi vasitəsilə təmin edilir. 

Maddə 39. Mədəni sərvətlərin mühafizəsi 

39.1.  Mühafizə  məqsədilə  mədəni  sərvətlərə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq 

edilir. 


39.2.  Mühafizənin  qabaqlayıcı  dərəcəsi  tətbiq  edilmiş  mədəni  sərvətlərin  müvafiq  icra 

hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa 

salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.  

39.3. Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə çıxarılmalı və ya müvafiq 

icra  hakimiyyəti  orqanının  nəzarəti  altında  məhdud  dairədə  istifadə  edilməli  olan  mədəni 

sərvətlərə aid edilir. 

39.4.  Mühafizənin  bərpa  dərəcəsi,  ilkin  mədəniyyət  təyinatına  qaytarılması  üçün  bərpa 

işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana 

qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər. 

39.5.  Xüsusi  mühafizə  dərəcəsi  Azərbaycan  Respublikasının  milli  mədəniyyət  əmlakının 

Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir. 

39.6.  Mühafizə  dərəcəsi  olan  mədəni  sərvətlərin  mülkiyyətçisi  və  ya  istifadəçisinin 

müvafiq icra hakimiyyəti orqanı ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.   

 

8-Cİ FƏSİL 



MƏDƏNİ SƏRVƏTLƏRDƏN İSTİFADƏNİN TƏNZİMLƏNMƏSİ 

  

Maddə 40. Mədəniyyət obyektlərindən istifadə rejimi 

40.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi 

və bədii təyinatına uyğun və bu qanunda müəyyən edilmiş qaydada həyata keçirilir. 

40.2.  Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  mədəniyyət  obyektləri  digər  şəxslərin 

istifadəsinə  və  ya  idarəçiliyinə  verildiyi  halda,  mədəniyyət  obyektlərinin  təyinatına  uyğun 

istifadə edilməsi təmin olunmalıdır.  

40.3.  Tarixi,  arxeoloji,  şəhərsalma,  arxitektura  və  monumental  sənət  abidələrinin,  təbii-

landşaft  obyektlərinin  mühafizəsini  təmin  etmək  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir. 

40.4.  Azərbaycan  Respublikasının  ərazisində  arxeoloji  qazıntıların  aparılmasına  və 

arxeoloji  mədəni  sərvətlərin  tədqiqi  məqsədi  ilə  onlarla  təmasda  elmi  tədqiqat  işlərinin  yerinə 

yetirilməsinə  icazə    Azərbaycan  Milli  Elmlər  Akademiyası  tərəfindən  verilir  və  müvafiq  icra 

hakimiyyəti orqanında qeydə alınır. Bu maddədə qeyd olunan işləri aparan (yerinə yetirən) şəxs 



müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  Azərbaycan  Milli  Elmlər 

Akademiyasına  və  müvafiq  icra  hakimiyyəti  orqanına  aparılmış  tədqiqat  işləri  barədə  hesabat 

verir. 

40.5.  Dövlət  mühafizəsində  olan  mədəniyyət  obyektlərində  aparılan  bərpa,  təmir-tikinti, 



rekonstruksiya  və  konservasiya  işlərinin  layihələri  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 

razılaşdırılmalıdır.  Layihə  üzrə  işlər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təyin  edilmiş 

mütəxəssisin iştirakı ilə həyata keçirilir. 

40.6.  Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası,  konservasiyası,  təmir-tikintisi, 

rekonstruksiyası,  ərazilərinin  abadlaşdırılması  "Tarix  və  mədəniyyət  abidələrinin  qorunması 

haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. 

40.7.  Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  mədəniyyət  obyektlərinin  istifadəsi 

nəticəsində  əldə  edilən  gəlir  mədəniyyət  obyektinin  qorunmasına,  bərpasına  və  saxlanılmasına 

sərf edilməlidir. 

Maddə 41. Mühafizə olunan mədəni sərvətlərin siyahısı 

41.1. Mühafizə olunan mədəni sərvətlərin siyahısının aparılması müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən həyata keçirilir. 

41.2.  Mühafizə  olunan  mədəni  sərvətlərin  siyahısına  daxil  edilən  hər  bir  mədəni  sərvətə 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə verilir. 

Maddə 42. Mədəni sərvətlərin ixracı 

42.1.  Mədəni  sərvətlərin  ixracının  mümkünlüyü  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən verilmiş mədəni sərvətin mühafizə şəhadətnaməsi ilə müəyyən edilir. 

42.2. Sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin 

keçirilməsi  halları  istisna  olmaqla,  Azərbaycan  Respublikasının  milli  mədəniyyət  əmlakının 

Dövlət  Siyahısına  daxil  edilmiş  mədəni  sərvətlərin  Azərbaycan  Respublikasının  ərazisindən 

aparılması qadağandır. 

42.3.  Sərgi,  qastrol  səfərləri,  bərpa  işləri,  təqdimat,  beynəlxalq  mədəniyyət  tədbirlərinin 

keçirilməsi  ilə  əlaqədar  mədəni  sərvətlərin  müvəqqəti  ixracı  qaydası  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 



Maddə 43. Mədəniyyət sahəsində qadağalar 

43.0. Mədəniyyət sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: 

43.0.1.  Azərbaycan  Respublikasının  müstəqilliyinə,  suverenliyinə,  ərazi  bütövlüyünə, 

konstitusiya  quruluşuna,  iqtisadi,  müdafiə,  elmi-texniki  potensialına  və  milli  maraqlarına  zərər 

vura biləcək təbliğatın aparılmasına; 

43.0.2.  müharibənin,  sosial,  irqi,  milli,  dini,  təbəqə,  nəsil  üstünlüyünün  təbliğinə  və 

təşviqinə  yönəlmiş  çağırışların  səsləndirilməsini  nəzərdə  tutan  mədəniyyət  tədbirlərinin 

keçirilməsinə; 

43.0.3.  zorakılığın,  pornoqrafiyanın,  narkomaniyanın  təbliğinə  və  təşviqinə  yönəlmiş 

çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsinə; 

43.0.4. milli mədəni irs nümunələrinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz 

aparılmasına; 

43.0.5.  irqindən,  milliyyətindən,  dinindən,  dilindən,  sosial  mənşəyindən,  qulluq 

mövqeyindən,  əqidəsindən,  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  mədəniyyət 

sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına; 

43.0.6.  mədəni  və  təbii  irsin  tarixi  və  bədii  təyinatı  ilə  bir  araya  sığmayan  tərzdə  istifadə 

edilməsinə; 

43.0.7.  "Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında"  Azərbaycan  Respublikası 

Qanununun  tələblərinə  əməl  edilməklə,  mülkiyyətçisinin  və  ya  istifadəçisinin  razılığı  olmadan 

mədəni  sərvətlərin  nüsxələndirilməsi,  habelə  onlardan  turizm,  ekskursiya  və  reklam  məqsədilə 

istifadə edilməsinə; 

43.0.8.  mədəni  sərvətlərin  sökülməsi,  məhv  edilməsi,  parçalanması,  yeni  quruluşa 

salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsinə. 

 



9-CU FƏSİL 

MƏDƏNİYYƏT SAHƏSİNİN MALİYYƏ-İQTİSADİ TƏNZİMLƏNMƏSİ 

  

Maddə 44. Mədəniyyət sahəsinin maliyyə-iqtisadi təminatı 

44.1.  Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsinin  aşağıdakı  maliyyə  mənbələri 

vardır: 

44.1.1. dövlət büdcəsindən ayırmalar; 

44.1.2. yerli büdcədən ayırmalar; 

44.1.3. mədəniyyət sahəsində fəaliyyətdən əldə olunan gəlir; 

44.1.4. digər qanuni maliyyə mənbələri. 

44.2.  Mədəniyyət  sahəsinin  dövlət  büdcəsindən  maliyyələşdirilməsi  mədəni  irsin 

qorunması  və  inkişafının  əsas  təminatıdır.  Həmin  maliyyə  təminatı  "Büdcə  sistemi  haqqında" 

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 

44.3.  Mədəniyyət  sahəsinin  inkişafı  məqsədilə,  mədəniyyət  sahəsində  fəaliyyət  göstərən 

subyektlərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi güzəştləri tətbiq 

edilir. 

Maddə 45. Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi 

45.1. Müvafiq icra hakimiyyəti orqanı mədəniyyət müəssisələrinin bərpası, maddi-texniki 

bazasının  gücləndirilməsi,  kadr  potensialının  bilik  və  bacarıqlarının  artırılması  məqsədilə 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin 

maliyyələşdirilməsini həyata keçirir. 

45.2.  Qeyri-hökumət  təşkilatları  tərəfindən  mədəniyyət  sahəsində  keçirilən  tədbirlərin 

dövlət maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

45.3. Mədəniyyət sahəsində ədəbiyyat, incəsənət, dizayn, arxitektura, musiqi, xoreoqrafiya, 

teatr  və  sirk,  kino,  muzey  və  kitabxana,  rəssamlıq  və  heykəltəraşlıq,  xalq  yaradıcılığı,  folklor 

istiqamətlərinin inkişafında və mədəniyyət sahəsində təhsil və elmi araşdırmalar üzrə layihələrin 

həyata keçirilməsində dövlət maliyyələşdirilməsi məqsədəuyğun xarakter daşıyır. 

Maddə 46. Mədəniyyət sahəsində xeyriyyəçilik fəaliyyəti 

Mədəniyyət  sahəsində  xeyriyyəçilik  və  sponsorluq  fəaliyyəti  "Qeyri-hökumət  təşkilatları 

(ictimai  birliklər  və  fondlar)  haqqında",    "Qrant  haqqında",  "Televiziya  və  radio  yayımı 

haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata 

keçirilir. 

Maddə 47. Mədəniyyət sahəsində özəlləşdirmə məsələləri 

47.1.  Dünya  təbii  və  mədəni  irs  siyahısına  daxil edilmiş,  həmçinin  milli  mədəni  və  təbii 

irsə  aid  dövlət  əmlakının  özəlləşdirilməsi  qadağandır.  Həmin  əmlakın  siyahısı  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

47.2.  Bu  qanunun  47.1-ci  maddəsində  qeyd  olunan  əmlakın  bələdiyyələr  tərəfindən 

özgəninkiləşdirilməsinə yol verilmir. 

47.3. Dövlət mədəniyyət müəssisələrinin və onlara məxsus mədəni sərvətlərin, o cümlədən 

dövlət  mülkiyyətində  olan  kitabxana,  klub,  arxiv,  muzey,  incəsənət  fond  və  arxivlərinə  aid 

mədəniyyət  obyektlərinin,  tarix  və  mədəniyyət  abidələrinin,  mədəniyyət  müəssisələrinin 

yerləşdiyi  binaların  və  ərazilərin  özəlləşdirilməsi  "Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında" 

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

47.4. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa 

uyğun  olaraq,  mədəniyyət  obyektlərinin  özəlləşdirilməsinə  aşağıdakı  şərtlərdən  birinə  riayət 

olunmaqla, icazə verilir: 

47.4.1.  mədəni  sərvətlərin  bərpası,  qorunması  və  təbliği  əsas  fəaliyyət  kimi  müəyyən 

olunduqda; 

47.4.2. mədəniyyət  məhsullarının istehsalı və  ya  xidmətlərinin göstərilməsi  əsas fəaliyyət 

kimi müəyyən olunduqda; 




47.4.3. əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən  müəyyən  edilmiş  güzəştlərlə  təqdim  olunması  əsas  fəaliyyət  kimi  müəyyən 

olunduqda. 

Maddə 48. Mədəniyyəti maliyyələşdirmə fondları 

48.1.  Mədəniyyət  sahəsinin  maliyyələşdirilməsinə  əlavə  vəsaitin  cəlb  edilməsi  məqsədilə 

mədəniyyəti  maliyyələşdirmə  fondları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  "Büdcə 

sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır. 

48.2. Bu qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlə hüquqi və fiziki şəxslər 

tərəfindən mədəniyyəti maliyyələşdirmə fondları yaradıla bilər. 

48.3. Mədəniyyəti maliyyələşdirmə fondları öz fəaliyyətlərini şəffaflıq, aşkarlıq, bərabərlik 

və səmərəlilik prinsiplərinə uyğun həyata keçirirlər. 

 

10-CU FƏSİL 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 

 

Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq 

49.1.  Mədəniyyət  sahəsində  beynəlxalq  əməkdaşlıq  Azərbaycan  Respublikasının 

mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətidir. 

49.2.  Mədəniyyət  sahəsində  beynəlxalq  təşkilatlarla  və  dövlətlərarası  əməkdaşlıq 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  həyata 

keçirilir. 

49.3. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın məqsədi beynəlxalq mədəni sərvətlər 

bazarında Azərbaycan Respublikasının mövqeyinin möhkəmlənməsi və genişləndirilməsidir. 

49.4.  Mədəniyyət  sahəsində  beynəlxalq  əməkdaşlıq  şəxslərin  bilik  və  bacarıqlarının, 

təcrübə  və  nailiyyətlərinin  beynəlxalq  səviyyədə  mübadiləsinin  stimullaşdırılması  prinsipi 

əsasında həyata keçirilir. 

Maddə  50.  Beynəlxalq  əməkdaşlıq  sahəsində  dövlət  mədəniyyət  siyasətinin 

prioritetləri 

50.1.  Azərbaycan  Respublikası  mədəniyyət  sahəsində  beynəlxalq  əməkdaşlığın 

genişləndirilməsini prioritet istiqamət kimi qəbul edir. 

50.2. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır: 

50.2.1.  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  vasitəsilə  milli  mədəniyyətin  xarici  ölkələrdə 

təbliği; 

50.2.2. mədəni sərvətlərin birgə istehsalının stimullaşdırılması; 

50.2.3. mədəniyyətlərarası dialoqun dəstəklənməsi

50.2.4.  xarici  dövlətlərin  mədəni  irslərinin  qorunması,  bərpası  və  inkişafının 

dəstəklənməsi; 

50.2.5. dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi; 

50.2.6. yeni texnologiyaların beynəlxalq mübadiləsi

50.2.7. ən qabaqcıl təcrübələrin beynəlxalq mübadiləsi; 

50.2.8. beynəlxalq informasiya sistemlərinin tətbiqi. 



Maddə 51. Xarici dövlətlərdə mədəniyyət fəaliyyəti 

51.1.  Azərbaycan  Respublikası  xarici  dövlətlərdə  Azərbaycan  mədəniyyətinin  qorunması, 

təbliği və inkişafı məqsədilə tədbirlərin görülməsini təmin edir. 

51.2. Azərbaycan Respublikası  xaricdə  yaşayan  azərbaycanlılarla mədəni  əlaqələr  yaradır 

və inkişaf etdirir, onların mədəniyyət mərkəzlərinin, fondlarının və mədəniyyət sahəsində digər 

təsisatlarının məqsədyönlü fəaliyyətinə köməklik göstərir. 

51.3. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı məqsədilə hüquqi və fiziki şəxslər 

tərəfindən  xarici  dövlətin  ərazisində  təsis  edilən  mədəniyyət  mərkəzləri  öz  fəaliyyətini 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  digər  hal  nəzərdə 

tutulmamışdırsa, həmin dövlətin qanunvericiliyinə uyğun olaraq həyata keçirirlər. 



Maddə 52. Azərbaycan xalqının xarici dövlətlərdə milli mədəni və təbii irsi  


52.1. Azərbaycan Respublikası Azərbaycan xalqının xarici dövlətlərin ərazisində  yerləşən 

(olan)  milli  mədəni  və  təbii  irsinin  aşkarlanması,  bərpası  və  qorunması  istiqamətində 

məqsədyönlü siyasət həyata keçirir. 

52.2.  Azərbaycan  Respublikası  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  əsasında  digər 

dövlətlərin ərazisində Azərbaycan Respublikasından qeyri-qanuni  yolla çıxarılmış milli mədəni 

irs nümunələrinin geri qaytarılmasına dair məqsədyönlü siyasət həyata keçirir. 

52.3.  Azərbaycan  Respublikasının  ərazisindən  qeyri-qanuni  yolla  çıxarılmış  milli  mədəni 

irs  nümunələri  yerləşdiyi  ölkədən,  yerdən,  çıxarıldığı  vaxtdan  və  şəraitdən  asılı  olmayaraq 

Azərbaycan Respublikasına qaytarılmalıdır. 

Maddə 53. Azərbaycan xalqının milli mədəni və təbii irsinin beynəlxalq mühafizəsi 

Azərbaycan  Respublikası  Azərbaycan  xalqının  milli  mədəni  və  təbii  irsinə  zərərin 

vurulmasının  və  ya  zərərin  vurulması  təhlükəsinin  qarşısını  almaq  məqsədilə,  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  beynəlxalq  yardımın  göstərilməsini  və  ya  beynəlxalq 

gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir. 

Maddə  54.  Azərbaycan  Respublikasına  məxsus  mədəniyyət  təsisatlarına  xarici 

dövlətlər tərəfindən maliyyə vəsaitinin ayrılması 

Azərbaycan Respublikasına məxsus mədəniyyət təsisatlarına xarici dövlətlər və beynəlxalq 

təşkilatlar  tərəfindən  maliyyə  vəsaitinin  ayrılması  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  

beynəlxalq müqavilələr əsasında həyata keçirilir. 



Maddə  55.  Beynəlxalq  mədəniyyət  təşkilatlarının  Azərbaycan  Respublikasının 

ərazisində fəaliyyəti 

Beynəlxalq  mədəniyyət  təşkilatlarının  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyəti 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və bu qanunla tənzimlənir. 

 

 11-Cİ FƏSİL 



YEKUN MÜDDƏALAR 

  

Maddə 56. Qanunun pozulmasına görə məsuliyyət 

Bu  qanunun  tələblərini  pozan  şəxslər  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. 

Maddə 57. Keçid müddəalar 

Bu  qanun  qüvvəyə  mindiyi  gündən  "Mədəniyyət  haqqında"  Azərbaycan  Respublikasının 

1998-ci  il  6  fevral  tarixli  430-IQ  nömrəli  qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 1998, ¹ 4, maddə 223; 2001, ¹ 11, maddə 688; 2002, ¹ 5, maddə 245, ¹ 12, maddə 706; 

2006, ¹ 12, maddə 1016; 2011, ¹ 2, maddə 71) ləğv edilir.  

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti    

 

Bakı şəhəri, 21 dekabr 2012-ci il 

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.2-4. 

 

Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə