Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
1   2   3   4   5   6   7

16.3.  Dövlət,  mədəniyyət  sahəsində  həyata  keçirilən  tədbirlərin  təşkilində  və  icrasında 

mədəniyyət  sahəsində  fəaliyyət  göstərən  qeyri-hökumət  təşkilatları,  o  cümlədən  yaradıcılıq 

birlikləri ilə əməkdaşlıq edir. 

Maddə 17. Mədəniyyət sahəsində məlumat azadlığı 

17.1. "Məlumat azadlığı  haqqında",  "İnformasiya, informasiyalaşdırma və  informasiyanın 

mühafizəsi  haqqında"  və  "İnformasiya  əldə  etmək  haqqında"  Azərbaycan  Respublikası 

qanunlarının  tələblərinə  əməl  olunmaqla,  hər  kəsin  mədəniyyət  sahəsində  istədiyi  məlumatı 

axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 

17.2.  Bu  qanunun  17.1-ci  maddəsinin  tələblərinə  əməl  olunmaqla,  mədəniyyət  sahəsində 

məlumat mübadiləsi kütləvi informasiya və digər yayım vasitələri ilə aparıla bilər. 

17.3.  Azərbaycan  mədəni  irsinin  və  mədəni  sərvətlərinin  təbliğ  edilməsinə  "Kütləvi 

informasiya  vasitələri  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  kütləvi 

informasiya vasitələri tərəfindən informasiya dəstəyi göstərilir. 

 

4-CÜ FƏSİL 

 

MƏDƏNİYYƏT SAHƏSİNDƏ FƏALİYYƏT VƏ ONUN SUBYEKTLƏRİ 

  

Maddə 18. Mədəniyyət fəaliyyətinin subyektləri 

Azərbaycan Respublikasında mədəniyyət  fəaliyyətinin  subyektləri dövlət  orqanları,  fiziki, 

o  cümlədən  yaradıcı  şəxslər,  hüquqi  şəxslər,  həmçinin  mədəniyyət  müəssisələri  və  qeyri-

hökumət təşkilatları ola bilərlər. 



Maddə 19. Mədəniyyət müəssisələrinin təsis edilməsi və fəaliyyətinə xitam verilməsi 

19.1. Mədəniyyət müəssisələrinin yaradılması və fəaliyyətinə xitam verilməsi bu qanunun 

20.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.  

19.2.  Mədəniyyət  müəssisələri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə 

tutulmuş istənilən təşkilati-hüquqi formada yaradıla bilər. 

19.3.  Mədəniyyət  müəssisəsinin  təsis  sənədlərində  onun  mədəniyyət  fəaliyyətinin 

istiqamətləri  göstərilməlidir. 

Maddə 20. Mədəniyyət sahəsində fəaliyyət istiqamətləri 

20.1. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir: 

20.1.1. milli mədəni irsin aşkarlanması, qorunması, təbliği və təşviqi

20.1.2. maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi; 

20.1.3. tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və təşviqi; 

20.1.4. tarixi memarlıq qoruqlarının fəaliyyəti

20.1.5. təbii irsin qorunması, təbliği və təşviqi; 

20.1.6. peşəkar və  həvəskar yaradıcılıq fəaliyyəti; 

20.1.7. audiovizual əsərlərin yaradılması və yayımlanması; 

20.1.8. kinematoqrafiya fəaliyyəti; 

20.1.9. teatr-konsert fəaliyyəti; 

20.1.10. poliqrafiya, nəşriyyat işi sahəsində fəaliyyət; 

20.1.11. kulinariya fəaliyyəti; 

20.1.12. mədəni-asudə vaxtın təşkili üzrə fəaliyyət; 

20.1.13. estetik tərbiyə sahəsində fəaliyyət; 

20.1.14. mədəniyyət və incəsənət sahəsində təhsil və pedaqoji fəaliyyət; 

20.1.15. mədəniyyət sahəsində elmi tədqiqat fəaliyyəti

20.1.16. muzey və qalereya fəaliyyəti; 

20.1.17. mədəni maarifçilik və kitabxana fəaliyyəti; 

20.1.18. mədəniyyət mərkəzlərinin, klublarının və parklarının fəaliyyəti; 

20.1.19. mədəniyyət sahəsinin təşviqi məqsədilə məlumatlandırma fəaliyyəti; 

20.1.20. folklor yaradıcılığının təbliği və təşviqi; 

20.1.21. qastrolların təşkili fəaliyyəti



20.1.22. dekorativ-tətbiqi yaradıcılıq fəaliyyəti; 

20.1.23. ədəbi yaradıcılıq fəaliyyəti; 

20.1.24. maarifləndirmə və təbliğat fəaliyyəti; 

20.1.25. teleradio yayımı fəaliyyəti; 

20.1.26. sirk fəaliyyəti. 

20.2.  Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsində  fəaliyyət  istiqamətləri  üzrə 

münasibətlər "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Nəşriyyat işi haqqında", 

"Kinematoqrafiya  haqqında",  "Teatr  və  teatr  fəaliyyəti  haqqında",  "Kitabxana  işi  haqqında", 

"Muzeylər  haqqında",  "Azərbaycan  folkloru  nümunələrinin  hüquqi  qorunması  haqqında", 

"Azərbaycan  xalça  sənətinin  qorunması  və  inkişaf  etdirilməsi  haqqında",  "Televiziya  və  radio 

yayımı  haqqında",  "Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında"  və  "Təhsil  haqqında" 

Azərbaycan  Respublikasının  qanunları  və  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə 

tənzimlənir. 

20.3.  Mədəniyyət  sahəsində  fəaliyyət  istiqamətlərinin  bərabər  əsasda  inkişafına  dövlət 

tərəfindən şərait yaradılır. 

Maddə 21. Mədəniyyət sahəsində təşkilati fəaliyyət 

21.1. Fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən qeyri-kommersiya qurumları, bu qanunun 

20.2-ci  maddəsinin  tələbləri  nəzərə  alınmaqla,  mədəniyyət  sahəsində  aşağıdakı  təşkilati 

fəaliyyətləri həyata keçirə bilərlər: 

21.1.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə 

incəsənət  və  bədii  tədbirlərin  təşkili,  yaradıcılıq  müsabiqələrinin,  sərgilərin,  yaradıcılıq 

gecələrinin,  mədəniyyət  və  incəsənət  təqdimatlarının,  festivalların,  konfrans  və  simpoziumların 

təşkili; 

21.1.2. uşaqların, gənclərin estetik, etik və mənəvi tərbiyələndirilməsi məqsədilə seminar, 

tədris, dəyirmi masa və digər aidiyyəti tədbirlərin təşkili; 

21.1.3.  əhalinin  milli  və  dünya  mədəniyyət  nailiyyətlərindən  bəhrələnməsini  asanlaşdıran 

tədbirlərin təşkili; 

21.1.4.  mədəniyyət  sahəsində  istedadların  müəyyən  edilməsi,  onların  yaradıcılığının 

inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili; 

21.1.5.  yaradıcı  şəxslərin  hüquqi,  sosial  və  iqtisadi  maraqlarının  təmin  edilməsi  ilə  bağlı 

tədbirlərin təşkili; 

21.1.6. folklor nümunələrinin yaradılması, qorunması, təbliği və təşviqi ilə bağlı tədbirlərin 

təşkili; 

21.1.7. xalq yaradıcılığının inkişafı və təbliği, mədəniyyətin inkişafında xalq ənənələrindən 

yaradıcı şəkildə istifadə edilməsi, tarixi abidələrin qorunub saxlanılması və zənginləşdirilməsi ilə 

bağlı tədbirlərin təşkili; 

21.1.8. bəşəri dəyərlərin təbliği ilə bağlı tədbirlərin təşkili; 

21.1.9. pedaqoji kollektivlərlə birgə uşaq və gənclərin vətənpərvər, mədəni və intellektual 

inkişafı, mənəvi-etik və estetik tərbiyəsi ilə bağlı tədbirlərin təşkili; 

21.1.10.  Azərbaycan  Respublikasında  yaşayan  xalqların  adət-ənənələrinin  tanınması, 

təbliği və qorunması tədbirlərinin təşkili. 

21.2.  Mədəniyyət  sahəsində  həyata  keçirilən  təşkilati  fəaliyyət  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən koordinasiya edilir. 



Maddə 22. Mədəniyyət sahəsində fəaliyyətin xüsusiyyətləri 

22.1.  Mədəniyyət  təşkilatları  mədəniyyət  məhsullarının  istehsalı  və  mədəniyyət 

xidmətlərinin göstərilməsi ilə məşğul ola bilərlər. 

22.2.  Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsində  əqli  mülkiyyət,  o  cümlədən 

müəlliflik  hüququ  və  əlaqəli  hüquqların  həyata  keçirilməsi  və  qorunması  "Əqli  mülkiyyət 

hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" və "Müəlliflik hüququ və əlaqəli 

hüquqlar haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. 

22.3.  Azərbaycan  Respublikasında  milli  mədəni  irsə,  o  cümlədən  muzey,  arxeologiya, 

etnoqrafiya,  kitabxana,  kino  fondlarına  və  ya  arxivlərinə  aid  mədəni  sərvətlərin  üzünün 



Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə