90
M a d d ə 1 4
İnformasiyanın verilməsi
Hər bir Tərəf özünün qanunvericilik müddəaları və bu Xar-
tiyanın müddəalarına uyğunlaşdırma üçün gördüyü digər tədbir-
lər haqqında bütün zəruri informasiyanı Avropa Şurasının Baş
katibinə göndərir.
III HİSSƏ
M a d d ə 1 5
İmzalama, ratifikasiya, qüvvəyəminmə
1. Bu Xartiya Avropa Şurasının üzvü olan dövlətlərin imza-
laması üçün açıqdır. Xartiya ratifikasiya edilməli, qəbul olun-
malı, yaxud bəyənilməlidir. Təsdiqnamələr, yaxud qəbuletmə
və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şu-
rasının Baş katibinə təhvil verilir.
2. Bu Xartiya Avropa Şurasının üzvü olan dörd dövlətin
bundan əvvəlki bəndin müddəalarına uyğun olaraq Xartiyaya
riayət etməyə öz razılıqları barədə bəyanatları təqdim etməsi
tarixindən üç aylıq müddətin keçməsindən sonra gələn ayın
birinci günü qüvvəyə minir.
3. Gələcəkdə Xartiyaya qoşulmağa öz razılığını bildirmiş,
Avropa Şurasının üzvü olan istənilən dövlət üçün Xartiya təs-
diqnamənin, qəbuletmə və ya bəyənmə haqqında sənədin saxla-
nılmaq üçün təhvil verilməsindən sonra gələn ayın birinci günü
qüvvəyə minəcək.
91
M a d d ə 1 6
Ərazi qeyd-şərti
1. Təsdiqnamə, yaxud Xartiyanı qəbuletmə, bəyənmə və ya
ona qoşulma barədə sənədi imzalayarkən və ya saxlanılmaq
üçün təhvil verərkən hər bir dövlət bu Xartiyanın tətbiq ediləcə-
yi ərazini, yaxud əraziləri göstərə bilər.
2. Hər bir dövlət gələcəkdə istənilən vaxt Avropa Şurasının
Baş katibinə bəyannamə göndərməklə, bu Xartiyanın tətbiqini
bəyannamədə göstərilmiş istənilən digər əraziyə şamil edə bilər.
O əraziyə münasibətdə Xartiya Baş katibin həmin bildirişi aldı-
ğı tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci
günü qüvvəyə minir.
M a d d ə 1 7
Etibarsız elanetmə
1. Tərəflərdən heç biri bu Xartiyanın onun üçün qüvvəyə
mindiyi gündən beş illik müddət bitənədək Xartiyanı etibarsız
elan edə bilməz. Altı ay öncədən Avropa Şurasının Baş katibinə
ilkin bildiriş göndərilir. Bu cür etibarsız elanetmə Xartiyanın
digər Tərəflər üçün qüvvəsinə təsir etmir, bir şərtlə ki, onların
sayı heç vaxt dörddən az olmasın.
2. Əvvəlki bəndin müddəalarına uyğun olaraq Tərəflərdən
hər biri Xartiyanın I hissəsinin əvvəllər özü tərəfindən qəbul
edilmiş hər hansı bəndini etibarsız elan edə bilər, bir şərtlə ki,
həmin Tərəfin riayət etməli olduğu bəndlərin sayı və
kateqoriyaları 12-ci maddənin 1-ci bəndinin müddəalarına uy-
ğun olsun. Bəndlərdən birinin etibarsız elan edilməsindən sonra
92
12-ci maddənin 1-ci bəndinin tələblərinə artıq uyğun gəlməyən
hər bir Tərəf, həmçinin Xartiyanı bütövlükdə etibarsız elan et-
miş sayılacaqdır.
M a d d ə 1 8
Bildirişlər
Avropa Şurasının Baş katibi Şuranın üzvü olan dövlətlərə
aşağıdakılar barədə bildirişlər göndərir:
a) hər hansı imzalanma;
b) hər hansı təsdiqnamənin, yaxud qəbuletmə və ya bəyən-
mə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsi;
c) 15-ci maddəyə uyğun olaraq bu Xartiyanın hər hansı
qüvvəyəminmə tarixi;
ç) 12-ci maddənin 2-ci və 3-cü bəndlərinin müddəalarına
uyğun olaraq alınmış istənilən bildiriş;
d) 13-cü maddənin müddəalarına uyğun olaraq alınmış istə-
nilən bildiriş;
e) bu Xartiyaya aidiyyəti olan hər hansı başqa akt, bildiriş
və ya məlumat.
Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda
imza edənlər bu Xartiyanı imzalamışlar.
Strasburqda, 1985-ci il oktyabrın 15-də fransız və ingilis
dillərində, hər iki mətni eyni qüvvəyə malik olan bir nüsxədə
imzalanmışdır, həmin nüsxə saxlanılmaq üçün Avropa Şurası-
nın arxivinə təhvil veriləcəkdir.
Avropa Şurasının Baş katibi lazımi qaydada təsdiq edilmiş
surətləri Avropa Şurasının üzvü olan dövlətlərin hər birinə gön-
dərir.
93
4.3. Xartiyanın qəbul edilməsi tarixi
Yerli
Özünüidarə haqqında Avropa Xartiyası Avropa
Şurası çərçivəsində bir çox təşəbbüslərin və uzunmüddətli işin
son nəticəsidir.
Avropanın bütün demokratik dövlətlərinin sadiq qaldığı
prinsipləri bəyan edən sənədin köməyi ilə Avropada yerli mux-
tariyyətin müdafiəsi və gücləndirilməsi yerli özünüidarəetmə
orqanlarının çoxdankı yüksək məqsədidir. Bundan başqa, erkən
mərhələdə etiraf edilmişdir ki, belə sənəd yerli muxtariyyətin
müdafiəsi zamanı hərəkətləri böyük mübahisələrə səbəb olan
iştirakçıların, yəni hökumətlərin ona qoşulmasını təmin etmə-
lidir.
Bu
sənədin işlənib hazırlanması və qəbul edilməsi üçün
Avropa Şurası, insan hüquqlarının təminatçısı və demokratik
dövlət idarəetməsinin müdafiəçisi kimi ən münasib təşkilat
hesab edilmişdir, çünki bu qurum hələ 1957-ci ildə yerli haki-
miyyət orqanlarının mənasının əhəmiyyətinə dair öz anlamını
bildirmiş, bunun üçün Avropa səviyyəsində sonradan Avropa-
nın Yerli və Regional Hakimiyyətlərinin Daimi Konfransına
çevrilmiş nümayəndəli orqan təsis etmişdir.
Məhz Daimi Konfrans öz 64 (1968) saylı Qətnaməsində
yerli muxtariyyət prinsipləri haqqında Bəyannaməni təklif etmiş
və Avropa Şurasının Nazirlər Komitəsini onu qəbul etməyə ça-
ğırmışdır. Bu təşəbbüs Məşvərətçi Assambleya tərəfindən dəs-
təklənmiş və o, öz 615 (1970) saylı Tövsiyəsində Daimi
Konfransın mətninə yaxın olan və bu orqanlar tərəfindən birgə
işlənib hazırlanmış mətni Nazirlər Komitəsinə təqdim etmişdir.
Lakin təklif edilmiş Bəyannamə o dərəcədə ümumi və əhatəli
Dostları ilə paylaş: |