94
xarakter daşıyırdı ki, onun əsasında hər hansı müəyyən tədbirlər
görmək mümkün olmamışdır.
Buna
görə də Daimi Konfransın 1981-ci ildə irəli sürü-
lən yeni təşəbbüsü daha çevik yanaşmaya əsaslanmışdır. Lakin,
belə bir fikir bildirilmişdir ki, məcburi qüvvəyə malik olmayan
prinsiplər haqqında Bəyannamə yerli muxtariyyətin əhəmiyyə-
tini və məruz qaldığı təhdidlərin xarakterini tam şəkildə müəy-
yən edə bilmir. Sənəd çevik olmalıdır ki, bu da milli konstitusi-
ya sistemləri və inzibati ənənələr arasında fərqlərin yeni sənəd-
lərdə tələblərin genişləndirilməsi ilə deyil, dövlətlər üçün özlə-
rinə münasibətdə məcburi hesab edə biləcəyi müddəaların seçil-
məsi hədlərinin verilməsi yolu ilə nəzərə alınmasına imkan ver-
miş olsun.
Belə yanaşmanın məntiqi tamamlanması Daimi
Konfransın 126 (1981) saylı Qətnaməsinə əsasən Yerli Özü-
nüidarə haqqında Avropa Xartiyası layihəsinin, onun Avropa
Konvensiyası statusu ilə qəbul edilməsi təklifi ilə birlikdə Na-
zirlər Komitəsinə təqdim edilməsi olmuşdur.
Nazirlər Komitəsi Daimi Konfransın təkliflərini yerli
özünüidarəetməyə məsul olan Avropa Nazirlərinin 5-ci
Konfransında (Luqano, 5-7 oktyabr 1982-ci il) müzakirə olun-
ması məqsədilə Regional və bələdiyyə məsələləri üzrə Təşkilat
Komitəsinə təqdim edilməsini qərara almışdır. Luqanoda iştirak
edən nazirlər öz rəylərində “bəzi nazirlərin Xartiyaya Konvensi-
yanın məcburi qüvvəsinə malik olan formanın verilməsi zərurəti
və Xartiyanın məzmunun müəyyən aspektləri haqqında qeyd-
şərtləri nəzərə alınmaqla hesab edirlər ki, Xartiyanın hazırkı la-
yihəsi yerli muxtariyyət prinsiplərinin müəyyən edilməsinin iş-
lənib hazırlanmasında əhəmiyyətli addım kimi çıxış edir;
95
Avropa Şurasının Nazirlər Komitəsinə təklif edirlər ki,
Avropanın yerli və regional hakimiyyətlərinin Daimi Konfransı
ilə birgə konfrans zamanı irəli sürülmüş iradlara uyğun olaraq
Yerli Özünüidarə haqqında Avropa Xartiyasının layihəsinə zə-
ruri dəyişikliklər edilməsi haqqında Regional və bələdiyyə mə-
sələləri üzrə Təşkilat Komitəsinə tapşırıq verilsin ki, həmin la-
yihə onların növbəti konfransı zamanı təsdiq edilsin...”.
Nazirlər Komitəsi Təşkilat Komitəsinə qeyd edilən tap-
şırığı vermiş və Xartiya layihəsinin tam şəkildə yenidən baxıl-
masını həyata keçirmişdir. Daimi Konfrans nümayəndələri Lu-
qano konfransının qərarlarının icrası məqsədilə həmin müzaki-
rələrdə iştirak etmişlər. Xartiya layihəsinin Təşkilat Komitəsi
tərəfindən yenidən baxılmış mətni, nəhayət, Roma şəhərində
1984-cü il noyabrın 6-8-də keçirilən yerli özünüidarəetməyə
məsul olan Avropa nazirlərinin 6-cı konfransında təqdim edil-
mişdir. Həmin mətni nəzərdən keçirərək, nazirlər orada təsbit
olunmuş prinsiplərlə öz razılığını yekdilliklə bildirmişlər. Xarti-
yanın hüquqi formasına gəldikdə isə, nazirlərin əksəriyyəti
onun Konvensiya olmasının lehinə çıxış etmişlər.
Bununla
əlaqədar, Məşvərətçi Assambleya və nazirlərin
Roma Konfransı tərəfindən verilmiş rəylərə uyğun olaraq Na-
zirlər Komitəsi 1985-ci ilin iyununda Yerli Özünüidarə haqqın-
da Avropa Xartiyasını Konvensiya formasında qəbul etmişdir.
Xartiyanın qəbul edilməsi təşəbbüsünün Avropanın yerli və re-
gional hakimiyyətlərinin Daimi Konfransı tərəfindən irəli gəl-
məsi faktının təsdiqi olaraq, Konvensiyanın imzalanması üçün
Daimi Konfransın 20-ci plenar sessiyası münasibətilə açıq elan
edilməsi qərara alınmışdır.
96
4.4. Xartiya üzrə ümumi qeydlər
Yerli
Özünüidarə haqqında Avropa Xartiyasının məqsə-
di vətəndaşlara ən yaxın olan və onların gündəlik həyatına toxu-
nun məsələlər üzrə qərarların qəbul edilməsində fəal iştirak et-
mək imkanını verən yerli hakimiyyət orqanlarının müəyyən
edilməsinin və müdafiəsinin ümumavropa normativlərinin ol-
mamasının aradan qaldırılmasından ibarətdir.
Xartiya
öz
iştirakçılarını yerli hakimiyyətlərin siyasi,
inzibati və maliyyə sərbəstliyinə təminat verən əsas hüquq nor-
malarını tətbiq etməyə məcbur edir. Beləliklə, bu sənəd Avropa
səviyyəsində Avropa Şurasının, regionda demokratik düşüncə-
nin və insan hüquqlarının ən geniş miqyasda dəstəklənməsini öz
əsas vəzifəsi hesab etməklə, yaradıldığı andan müdafiə etdiyi
ərazi idarəetmə prinsiplərinin reallaşdırılması üzrə siyasi iradə-
sini nümayiş etdirir. Həqiqətən də, Avropa Şurası belə bir qə-
naətə gəlir ki, həqiqi demokratiyanın təməl daşı yerli hakimiy-
yət orqanlarının istifadə etdiyi özünüidarəetmə səviyyəsidir.
Xartiya
üç
hissədən ibarətdir. Birinci hissədə yerli özü-
nüidarəetmənin prinsiplərini təsbit edən əsas müddəalar əks olu-
nur. Həmin hissədə yerli özünüidarəetmənin konstitusional və
hüquqi əsaslarının zərurəti şərtləndirilir, yerli hakimiyyət orqan-
larının səlahiyyətlərinin xarakterini və həcmini tənzimləyən
konsepsiya və prinsiplər ifadə edilir. Sonrakı maddələr özünü
idarə edən ərazilərin sərhədlərinin müdafiəsinə, yerli hakimiy-
yətlərin onların inzibati strukturlarına münasibətdə muxtariyyə-
tinin təmin edilməsinə, ixtisaslı kadrların işə qəbul edilməsinə
və yerli hakimiyyət orqanlarında seçkili vəzifələrin tutulması
üçün şərtlərin müəyyən olunmasına aiddir. İki əsas maddə yerli
97
hakimiyyət orqanlarına inzibati nəzarət üzərində məhdudiyyət-
lər qoyur və onlara muxtariyyətlərini pozmayan müvafiq maliy-
yə vəsaitlərinin ayrılmasını nəzərdə tutur. Bu hissədə olan digər
müddəalar yerli hakimiyyət orqanlarının əməkdaşlıq etmək,
assosiasiyalar yaratmaq və məhkəmə qaydasında müdafiə olun-
maq hüquqlarını tənzimləyir.
İkinci hissədə iştirakçıların öz üzərinə götürə bildikləri
öhdəliklərin həcmi ilə bağlı olan müxtəlif müddəalar əks
olunur. Əsas prinsiplərin müdafiəsi və Avropa Şurasının üzvü
olan müxtəlif dövlətlərin hüquqi və təşkilati xüsusiyyətlərinin
nəzərə alınması üçün zəruri olan çeviklik arasında həqiqi taraz-
lığın təmin edilməsi niyyətinə uyğun olaraq, bu hissədə iştirak-
çılar tərəfindən özləri üçün məcburi hesab edilən Xartiyanın
müddəaları sırasından müəyyən müddəalarının istisna edilmə-
sinə yol verilir. Beləliklə, ikinci hissədə bir tərəfdən yerli idarə-
etmənin bütün dövlətin strukturuna və təşkilinə toxunulması
faktının tanınması, digər tərəfdən isə yerli özünüidarəetmənin
istənilən demokratik sistemində hörmətlə yanaşılmalı olan əsas
prinsiplərin minimal dəstinin müdafiəsi məqsədi arasında
kompromis əks olunur. Bundan başqa, iştirakçıların öhdəlikləri
müvafiq maneələrin aradan qaldırılmasından sonra genişləndiri-
lə bilər.
Xartiyada
təsbit edilmiş yerli özünüidarəetmə prinsipləri
Avropa Şurasının üzvü olan hər bir dövlətində yerli özünüidarə-
etmənin bütün səviyyələrinə və ya kateqoriyalarına, habelə mü-
vafiq dəyişikliklərlə, regional səviyyədə fəaliyyət göstərən
idarəetmə orqanlarına şamil olunur. Lakin, xüsusi hallarda
iştirakçılar hakimiyyət orqanlarının müəyyən kateqoriyalarını
Dostları ilə paylaş: |