Məhəmməd Cavad Mehri Kermanşahi asdfghjk gecə namazinin fəziləTLƏri və qilinmasi qaydasi



Yüklə 159,5 Kb.
səhifə2/3
tarix19.10.2018
ölçüsü159,5 Kb.
#75200
1   2   3

Gecə durmağın maneələri
«Müstəhəbbatın arasında ən yaxşı ibadətlərdən olan parlaq mirvari kimi nur saçan gecə namazı möminin şərəfidir. Bu iş səhər çağları oyaq qalıb ibadət edənlərin səadət və hidayət yolu ilə getmələrinə səbəb olar. Din rəhbərləri gecə namazına çoxlu sifariş etmişlər. Gəcə namazı dünya və axirət xoşbəxtliyinə, ömrün uzanmasına, malın çoxalmasına, izzət və məhəbbətin artmasına və qəlbin nuraniləşməsinə səbəb olar. onu yerinə yetirəni düşmənlərdən, xəstəliklərdən, hadisələrdən qoruyub behiştə daxil edər. Elə bu səbəbə görə də gecə namazını qılmaq, səhər çağı durmaq elə bir yüksək şərəfdir və o qədər əhəmiyyəti vardır ki, hər insan ondan bəhrələnməyə müvəffəq olmur, yalnız pak və yaxşı insanlar ona müvəffəq olurlar. Çünki şeytan aram oturmur və hər bir kəsin ilahi feyzlərdən hər hansı birinə nail olmasını istəmir».

1. Peygəmbəri Əkrəm (s) bu haqqda buyurur:

وَ مَا مِنْ أَحَدٌ إِلَّا وَ لَهُ مَلَكٌ يُوقِظُهُ مِنْ نَوْمِهِ كُلِّ لَيْلَةٍ مَرَّتَيْنِ

يَقُولُ: يَا أَبَا عَبْدِ اللهِ أَقْعِدْ لِتَذْكُرَ رَبَّكَ فَفِي الثَّالِثَةِ إِنْ لَمْ يَنْتَبِهِ

يَبُولُ الشَّيْطَانُ فِي أُذُنِهِ

«Hər kəsə bir mələk təyin olunmuşdur və o mələk hər gecə onu iki dəfə yuxudan oyadaraq deyir: «Ey Allahın bəndəsi, qalx və Allahı zikr et». Əgər üçüncü dəfə durmasa, şeytan onun qulıağına bövl (sidik) edər».2

2. İmam Mühəmməd Baqir (ə) buyurur:

«Gecə üçün bir şeytan var ki, adı «Rəna» deyərlər. Ona insanı namazından məhrum etmək əmr olunmuşdur. Onun işi bundan ibarətdir ki, bənədə yuxudan oyanıb gecə namazı qılmaq istəsə, o şeytan deyər: «Hələ vaxt qalmışdır, həmin cür ikinci və üçüncü dəfə deyər: «Hələ tezdir, onun vaxtı olmamışdır» sübh olan kimi onun qulağına bir əməl əncam verər və quyruğunu nazla tərpədərək gedər».1

Əlbəttə, səhər çağı oyanmaq, gecə namazı qılmağı tovfiq, vaxtında yatmaq və kifayət qədər istirahət etməkdir. Gecə yarısına qədər oyaq qalanlara səhər durmaq müyəssər olmayacaq və ən azı də səhər yuxudan oyanmaqdan məhrum olmaqdır. Gecə namazı bir tovfiq istəyir ki, gərək Allahdan tələb olsun. Bəzən günahlar, danışdığı yalanlar insanı gecə namazından məhrum edir və ibadətin şirinliyini insanın əlindən alır.

3. İmam Sadiq (ə) buyurub:

«İnsanın yalan danışmağı onun gecə namazından məhrum olmasına səbəb olur. Gecə namazından məhrum olan kimi ruzidəndə məhrum olur».2

4. Bir kişi Əmirəl-möminin (ə) yanına gəldi və ərz etdi: «Mən gecə namazından məhrum oldum».

Əli (ə) buyurdu: «Sən bir kəssən ki, günahların səni qandallamışdır».

ÜÇÜNCÜ HİSSƏ
ALLAH ÖVLİYALARININ GECƏ NAMAZININ BƏRƏSİNDƏ OLAN HEKAYƏTLƏRİNDƏN
Gecə namazi hekayətlərdə
Islamın böyük Peyğəmbəri (s), Məsum İmamlar (ə) və Allah övliyaları gecə namazına diqqətdə, səhər vaxtı nalə etməkdə nümunə olmuş, həmçinin camaatı da ona rəğbətləndirmişlər. Onların gecə oyaq qalması məsələsinə işarə olunmuşdur. Rəbbani alimlər də Məsumlardan (ə) ibrət götürüb onların ardıcılları olaraq gecə oyaq qalmağı, səhər çağı durmağı qənimət saymış, səhər vaxtlarını dua, namaz və Allah zikri ilə keçirmişlər. Deyirlər ki, Ayətullah Üzma Bürucerdinin (r.ə.) ustadı mərhum Ayətullah «Seyyid Məhəmməd Baqir Dorçei» öz gecə namazının qunutunda «Əbu Həmzə Somali» duasını ayaq üstə oxuyardı və Əllamə Təbatəbai (r.ə) də mübarək Ramazan ayının gecələrini sübhə kimi oyaq qalardı. Bir miqdar mütaliə edəndən sonra qalan vaxtı dua etməklə, Quran oxumaqla, namaz qılmaq və zikr etməklə məşğul olardı. Buna görə gecə namazının əhəmiyyəti səhər çağı oyaq qalmağın təkid olunmasını nəzərə qalaraq nümunələri qeyd edirik.
Peyğəmbər (s) və gecə namazı
Əta İbn Riyah deyir: «Bir gün Aişənin yanına getdim. Ondan ömründə İslam Peyğəmbərindən (s) gördüyü ən heyrətləndirici iş haqqında soruşdum».

Dedi: «Peyğəmbərin (s) bütün işləri heyrətləndirici idi, ancaq hamısından daha təəccüblüsü bu idi ki, gecələrin birində Peyğəmbər (s) istirahət edirdi, hələ aram olmamışdı ki, yenidən qalxıb dəstəmaz alaraq namaza durdu və namaz halında o qədər göz yaşı tökdü ki, paltarının qabaq hissəsi göz yaşından islandı. Sonra başını yerə qoydu və o qədər ağladı ki, yer islandı və sübhə qədər belə qaldı».

Bilal Onu sübh namazına çağıranda Peyğəmbəri (s) ağlar gördü. Ərz etdi: «Nə üçün belə ağlayırsınız? Siz ki, Allahın lütfündənsiniz».

Buyurdu:


أَوْ لَمْ أَكُونْ عَبْدًا شَكُورًا ؟!

«Elə isə Allahın şükr edən bəndəsi olmayımmı?»1


Həzrət Əlinin (ə) namazı
Əmirul-möminin (ə) ilahi ibadətdə o qədər kamalat və yaxınlığa yetişdi ki, Allah onun vücudu ilə fəxr etdi, onun barəsində ayə nazil etdi. Cümlə ayələrdən «Zümər» surəsinin doqquzuncu ayəsi əksər müfəssirlərin nəqlinə uyğun olaraq o böyük şəxsiyyət barəsində nazil olmuşdur.

1. İbn Abbas Əli (ə) barəsində rəvayət etmişdir:

«Həzrət Əli (ə) gecənin birində üçdə bir hissəsi yatardı və axır ikinci üçdə birini ibadət və Quran oxumaqla məşğul olardı. Hər gecə yetmiş rükət namaz və namazlarda Quran ayələri oxuyardı, səhər vaxtı Mütəal Allahın zikri dilinin əzbəri idi».1

2. İbn Əbil Hədid (əhli-sünnənin Mötəlizə əqidəsində inam) o həzrətin ibadəti barəsində yazır:

«Abidlər İlahi ibadət və pərəstişi Əlidən (ə) öyrəndilər. Əmirul-muminin (ə) qərqi – ibadət idi, heç vaxt gecə namazını tərk etməzdi. Hətta o gecə ki, (Leylətul hərir) ümumi hücum idi və müharibənin taleyi həll olunurdu, Əli (ə) gecə namazını saxlamadı.

Düşmən oxları sağdan, soldan və üstdən başına yağan zaman gecə namazının xalçasını açdı və belə bir həssas gecədə ibadətindən qalmadı».2



İmam Hüseynin (ə) Aşura gecəsi namazı
Şəhidlər ağası (ə) Aşura gecəsi Əbul Fəzlə (ə) buyurdu:

«Bu qövmə de, bu gecə Aşuradır. Mənə möhlət versinlər, çünki

Allah-Təala bilir ki, إِنِّي أُحِبُّ الصَّلَوةَ (Mən Allah rizası üçün namazı sevirəm) Namaz mənim məhbubumdur. Mən namazı sevirəm və istəyirəm ki, dostumla vidalaşam. (Həzrət Abbas (ə) Ömər Sədin qoşununun ona dediyini qardaşı İmam Hüseynin (ə) xidmətinə yetirdi.) İmam Hüseyn buyurdu:

«Get onlara de ki, bu gecəni səhərə kimi möhlət versinlər»

نُصَلِّي لِرَبِّنَا اللَّيْلَةِ وَ نَدْعُوهُ وَ نَسْتَغْفِرُهُ فَهُوَ يَعْلَمُ أَنِّي أُحِبُّ

الصَّلَوةَ وَ تِلَاوَةَ كِتَابِهِ وَ كَثْرَةَ الدُّعَاءِ وَ الْإِسْتِغْفَارِ

«Qoy bu gecə Allah dərgahında münacat edək, dua oxuyaq və istiğfar edək. Həqiqətən Allah bilir ki, mən namaz qılmağı, Quran oxumağı, çoxlu dua və istiğfar etməyi sevirəm».1
Camaatın ən abidi Fatiməyi Zəhra (s.ə.)
Həzrəti Fatimə (ə) da atası və əri kimi camaatın ən abidi idi, o qədər aşiqanə və yorulmadan ibadət edirdi ki, yüksək məqamlı atası kimi mübarək ayaqları şişərdi.2
مَا كَانَتْ فِي هَذِهِ الْأُمَّةِ أَعْبَدَ مِنْ فَاطِمَةَ كَانَتْ تَقُومُ حَتَّى تَوَرَّمَ قَدَمَاهَا


İmam Həsən (ə) buyurur:
«Bir gecə anamı gördüm ki, fəcr tülu edənə kimi ibadətə məşğul idi».3
Zeynəb (ə) və gecə namazı
İmam Səccad (ə) buyurur:

مَا تَرَكَتْ تَهَجَّدُهَا لِلهِ طُولَ دَهْرِهَا حَتَّى لَيْلَةَ الْحَادِيَ عَشَرَ مِنَ

الْمُحَرَّمِ

«Zeynəbi Kubra (ə) ömründə heç vaxt gecə namazını tərk etmədi. Hətta Məhərrəmin on birinci gecəsi (Aşuranın şamı) müsibətinin böyüklüyünə və əzizlərinin matəminə qərq olmasına baxmayaraq gecə namazını qıldı».1

İmam (ə) yenə buyurur:

«Zeynəb Şam yolu boyu heç vaxt gecə namazını tərk etmədi və bütün müsibət və giriftarçılıqla birlikdə onu vaxtında yerinə yetirirdi. Bir gecə gördüm ki, bibim oturan halda namaz qılır. Bu mənim üçün görünməmiş bir iş idi. Səbəbini soruşdum, dedi: Üç gündür ki, ac olduğuma görə zəifliyə düçar olmuşam».2


Muhəmməd Təqi Məclisinin duasının müstəcəb olması
Vəhid Bəhbəhaninin nəvəsi Ağa Əhməd «Miratul Əhval» kitabında yazır:

«Bəzi inanılmış şəxslərdən eşitdim ki, Axund Molla Təqi (Əllamə Məhəmməd Baqir Məclisinin atası) nəql etmişdir ki, gecələrin birində namazdan, təhəcüddən və Allah dərgahında ağlayandan sonra özümü bir halətdə gördüm, bildim ki, əgər Allah dərgahında hər nə istəsəm, əlbəttə qəbl olacaq. Fikirləşdim ki, Allahdan nə istəyim. Birdən Məhəmməd Baqir beşikdən ağlamaq səsi ucaldı, mən dedim: «İlahi Muhəmməd (s) və Ali Muhəmmədə (s) Səni and verirəm, bu tifli dinin bu himayəçi, Seyidul Mürsəlinin əhkamının naşiri et və onu özünün nəhayətsiz lütfünə müvəffəq et»

Sonra Ağa Əhməd deyir: «Yəqindir ki, həmin duanın kəramətindəndir ki, o yüksək məqamlı şəxsdən belə bir xariquladə işlər baş vermişdir».3
Dünya və axirət gecə namazında
Əllamə Təbatəbai deyir: «Elə ki, təhsil almaq üçün Nəcəfül Əşrəfə müşərrəf oldum qohumluq nöqteyi nəzərindən hərdən bir mərhum Qazinin1 ziyarətinə gedirdim. Bir gün də bir mədrəsənin qapısının yanında durmuşdum. Mərhum Qazi oradan keçirdi. Mənə çatanda əlini çiynimə qoyub dedi:

«Ey oğul, dünya istəyirsən, gecə namazı qıl, axirət istəyirsən,gecə namazı qıl».2


Ağa Nəcəfi Quçaninin (r.ə) gecə namazı
Mərhum Ağa Nəcəfi Quçani (r.ə) İsfahanda keçirdiyi tələbəlik dövrünün macəraları barəsində yazır: «Dostumun qaldığı hücrə ilə mənim otağımın divarlarə bir-birinə yapışmışdı, taxçanın ortasında deşmişdik və oradan bir ip çəkmişdik. İpin ucu dostumun otağında idi, bir ucu da mənim hücrəmdə. Yatan zaman ipin o ucunu dostum əlinə və yaxud ayağına bağlayırdı, bu ucunu da mən bağlayırdım ki, səhər bizdən ən tez yuxudan oyanan digərini səs salmadan ipin vasitəsi ilə yuxudan oyatsın. Məbada bir tələbə bizim səsimizdən oyanıb narazı olmasın».3

Gecə namazı qılanlar
Mərhum Hacı Mirzə Cavad Məliki Təbrizi (r.ə) deyir: «Ustadım Molla Hüseynqulu Həmədani mənə buyurdu:

«Fəqət gecə oyaq qalanlar bir məqama nail olurlar, onlardan qeyriləri heç yerə çatmayacaqlar».4


İmam Xomeynin (r.ə) gecə namazı
İmamın oğlundan (Mərhum Seyyid Əhməd Ağa) nəql olunmuşdur:

«Parisdən İrana qayıtdığımız gecə İmam təyyarədə gecə namazı üçün qalxdı və elə ağladı ki, xidmətçi təəcüb etdi və eşitdim ki, soruşdu: «İmam bir şey narahtdırmı?»

Mən dedim ki, İmam hər gecə belədir».1
Gecə namazı üçün oyatmaq
Mərhum Şeyx Cəfər Kaşiful Ğitanın oğlu Şeyx Həsən deyir: «Şeyx Cəfərin adədi idi ki, hər gecə sübhə yaxın oyanardı, gəlib qapının yanında dayanardı və əyalını, tifillərin hamsını yuxudan oyadardı və deyərdi: «Qalxın, gecə namazı qılın».

Mən o vaxt uşaq idim, yuxu mənə qələbə edirdi. Şeyx mənim otağımın yanına gəlib çağıranda ki, «Qalx» mən uzandığım halda deyərdi: «Vəllazallin» ya «Əllahü Əkbər» yəni mən namaza məşğulam».2


Çölün ortasında suyun cari olması
Yəzdi İmam cüməsi Şəhid Mehrab Mərhum Ayətulla Səduqi deyir: «Biz İmamla səfərlər etmişik. Məşhəd səfərində olanda bizə ata kimi bir əxlaq bağışladı. Müqəddəs yerdən qayıdanda yolun ortasında ruslar yoxlanış aparmaq üçün maşının qabağını kəsdilər. (O zaman İranın bəzi yerləri Sovetlərin, Amerikanın və İngiltərənin nəzarəti altında idi) Hamımız maşından düşdük. İmam həmişə gecə namazı qıldığına və əməli heç vaxt tərk etmədiyinə görə maşından düşəndən sonra istədi gecə namazını qılsın, ancaq çölün ortası olduğuna görə su yox idi. Bir də baxdıq ki, bir yerdən su axır, o da qollarını çırmaladı və dəstəmaz aldı. Amma biz anlaya bilmədik ki, İmam namazı qurtana kimi su var idi, yoxsa yox. Hər halda biz o səfərdə ondan belə bir kəramət gördük».1
Ayatullah Şəhid Quddisinin (r.ə.) qayğıkeş olması
Onun barəsində nəql olunmuşdur ki, gecə namazını ruhani üçün lazım bilirdi. Bir gecə «Qouhərşad» məclisində məxsusi bir nigarançılıqla buyurur:

«Mənim üçün çox dözülməz və gözlənilməzdir ki, eşitdim mədrəsənin ustadlarından biri gecə namazının qayğısına qalır. Onunla söhbət etdim, məlum oldu ki, gecə mədənin yüngüllüyünə riaət etmir».

Başqa bir dəfə buyurur:

«Biz Nəvahənddə olduğumuz vaxt bir il tez-tez ailəliklə dostların birinin evinə dəvət olunurduq. Mən neçə nöbədən sonra gördüm ki o qonaqlıqda yemək yediyimiz gecənin səhərisi sübh namazı axır vaxta çəkilir. (Gecə namazına müvəffəq olmuruq.) fikir verdim ki, o şəxsin mallarında bir işkal vardır».2


Şəhid Mütəhhərinin gecə namazları
Ayətullahul Üzma Xamnei buyurur:

«O (Şəhid Mütəhhəri) Məşhədə gələn zaman bəzi vaxtlar bizim otağımıza gələrdi və onun gecələr yatdığı otaqla mənim yatdığım otağın arasında bir qapı fasilə vardı.

O həmişə yatan vaxt Quran oxuyardı. Onun təhəccüd və gecə namazi qıldığı vaxt ağlamaq səsini eşidirdim.

Əlbəttə, çoxlu gecə namazı qılanımız vardır. Ancaq gecə yarısı şövqlə bir gecə namazı qılaraq göz yaşı tökən, ağlayan çox azdır.

Sonralar onun qədim dostlarından Ağayi Müntəziri və digərlərindən eşitdim ki, O hələ tələbəlik illərindən gecə namazını qılmış və təhəccüd əhli olmuşdur».1
Qapı və divarın həm səda olması
Ağa Nəcəfi Quçaninin (r.ə) ustadı Axund Molla Məhəmməd Kaşinin (r.ə) barəsində danışırlar ki, hər gecə yarısı elə yanığlı namaz qılardı və bədəni titrəyərdi ki, hücrənin çölündə sümüklərinin hərəkət səsi hiss olunardı.

Bir gün dərs qurtarandan sonra tələbələrdən biri o böyük şəxsiyyətin yanına gəlib dedi:

«Ağa, bu Ağa Şeyx deyir ki, keçən sübh vaxtı gördüm ki, qapı və divardan (Subbuhun, quddusun. Rəbbuna və rəbbul məlaikəti vər ruh) səsi gəlir. Baxanda gördüm ki, Ağayi Axund səcdədə bu zikr deyir».

Axund buyurdu:

«Qapı və divarın mənim zikrimi zikr etmələri mühüm bir iş deyil. Mühüm odur ki, o bu sirrə necə məhrəm olmuşdur».
Əllamə Əmininin (r.ə) namaz
Əllamə Əmini (r.ə) üç gecə müddətində İmam Rzanın (ə) hər gecə rükət namaz qılırdı.

Ona dedilər: «Siz yorulmusunuz?»

Buyurdu: «Çəgər balıq üzməkdən yorulur ki, mən namazdan yorulum?»2
Yataqda yatmayan bir alim
Seyyid Mühəmməd Baqir (r.ə) (Mir Damat ləqəbi ilə məşhur) qırx il yataqda istirahət edib yatmadı və bərəkətlə dolu ömründə bir nafiləni də əldən vermədi. 1041-ci ildə Nəcəfül Əşrəfdə dünyadan getdi və Mövlayi Müttəqiyanın (Əli (ə)) yaxınlığında dəfn olundu.1
Gecə namazından
İmamın yaxınlarından biri deyir: «Əlli ildir ki, İmam Xomeyni (r.ə) gecə namazını tərk etmir, İmam xəstə olanda, sağlam olanda, zindanda, azadlıqda, hətta ürək xəstaxanasının taxtı üzərində də gecə namazı qıldı.

İmam (r.ə) Qumda xəstələndi, həkimlərin göstərinə əsasən lazım idi ki, Tehrana aparılsın. İmam (r.ə) neçə saat təcili yardım maşınında idi və ürək xəstaxanasına çatdırılandan sonra gecə namazını qıldı.2


Ağa oyan
Hacı Mirzə Cavad Ağayi Məliki Təbrizi (r.ə) buyurur:

«And olsun Allaha, mən bəzi gecə oyaq qalanlardan, namaz qılanladan tanıyıram ki, yatan halda yuxudan qalxmaq üçün, gecə namazını yerinə yetirmək üçün gecə yarısı, səhər vaxtı bir mələk onlara «Ağa» ləfsi ilə yuxudan oyadır və onlar o mələk tərəfindən «Ağa» ləfsinə eşitməklə namaz, zikr, dua və münacat yerinə yetirmək üçün yataqlarından qalxırlar».3


O gecənin axırında yatıb yuxuda qalmazdı
Mühəddis Qumi (r.ə) bütün il boyu ən azı bir saat fəcr tulu etməmiş oyanıb namaz və təhəccüdə məşğul olardı. Gecənin axırının ibadətinə, dan ağarmamış əvvələ çoxlu əhəmiyyət verirdi və etiqadı vardır ki, müstəhəbbi əməllərin ən yaxşısı ibadət və təhəccüddür.

Böyük oğlu deyir: «O yerə ki, xatirimdə var, gecənin axırını oyanmaq Ondan fotə gəlmədi. Hətta dəfərdə də bu əməli yerinə yetirdi».1


Ayatullahul Üzma Mərəşi Nəcəfi (r.ə)
Ayatullahul Üzma Mərəşi Nəcəfi (r.ə) barəsində söyləyirlər ki, oğluna vəsiyyət etdi: «Üstündə yetmiş il gecə namazı qıldığım xalça və İmam Hüseynin (ə) türbətindən düzəldilən və səhər dənələrin sayı qədər istiğfar elədiyim təsbih mənimlə dəfn olunsun».2
Şeyx Abbas Qumi (r.ə)
Mərhum Hacı Şeyx Abbas Quminin (r.ə) oğlu Höccətul İslam Mühəddiszadə deyir:

«Atam bir cümə axşamı gecə namazından sonra «Yasin» sürəsini oxuma başladı «Budur sizə vədə verilmiş cəhənnəm» ayəsinə catanda neçə dəfə təkrar edərək dəfələrlə deyirdi:

أَعُوذُ بِاللهِ مِنَ النَّارِ

«Cəhənnəm atəçindən Allaha pənah aparıram».

Bu cür qalırdı və sürənin ardını oxuya bilmirdi, sübh azana kimi həmin halda qalardı. Sübh azanı yetişəndə sübh namazına məşqul olardı».3
İmam Xomeynin (r.ə) ağlaması və naləsi
Tehran alimlərindən biri 41 il bundan əvvəl nəql edir:

«Bir gecə Mərhum Hacı Mustafa Xumeynin (r.ə.) qonağı idi. Gecənin çox hissəsini Hacı Ağa Mustafa ilə oturub söhbət və elmi bəhs etdik. Təzə yatmışdım ki, ağlamaq və nalə səsindən diksinərək oyandım. Hacı Ağa Mustafanı oyatdım və dedim: «Deyəsən qonşuluğumuzda kimsə ölmüşdür, onun üçün ağlayırlar».

Hacı Ağa Mustafa qulaq asıb dedi:

«Hacı Ağamın (İmam Xumeylinin (r.ə.)) ağlamaq səsidir, gecə namazına məşğuldur və Allah dərgahında ağlayaraq nalə edir».1


Şəhid Mütəhhərinin oğlundan bir söz
«Terror xəbərini eşitdiyimiz gecə hamılıqla sübhı kimi oyaq idik. Gecə yarısından sonra idi ki, adətə uyğun olaraq onu gecə namazına oyadan saatın zəngi çaldı, ancaq o daha həyatda yox idi. O gecə namazını al qanına qəltan olmuş halda gecə namazının təyin olunmuş vaxtından əvvəl küçənin qaranlığında qalmışdı.»
Şəhid Mütəhhərinin təklif illərində ibadətə həvəsi
Ayatullah Şəhid Mütəhhərinin (r.ə) həyatının şərhində deyilir: «O həmişə dəstəmazlı idi və bu işə tövsiyə edərdi. Uşaqlarının vacibatları yerinə yetirmələrinə diqqət və nəzarət edərdi. Məğrib və İşa namazından sonra uzun səcdələr yerinə yetirərdi və təklif illərindən sonra heç vaxt gecə namazını tərk etmədi».2
Qalx və gecə namazı yerinə yetir
Şəhidi Salis (r.ə.) (Üçüncü Şəhid) deyir: «Kaşiful Ğita (r.ə.) Qəzvinə gələndə qardaşının (Molla Məhəmməd Saleh) mənzilində qaldı, o yer böyük bir bostan idi. Qonaqlar hərəsi bir yerdə yatdılar, mən də bağın bir küncündə istirahət etdim. Gecədən bir xeyli keçmişdi, Şeyx məni səslədi: «Qalx, gecə namazını yerinə yetir».

Ərz etdim: «Qalxıram».

Şeyx məndən keçdi və gözüm yenə yumuldu. Nagah hiss etdim ki, əhvalım dəyişdi, sanki bir ürək ağrısı mənə ariz oldu. Ağrının şiddətindən qalxdım. Anladım ki, bu hal dəyişikliyi eşitdiyim səsə görədir. O səs və avazın ardınca getdim, səs gələn yerə yaxınlaşanda gördüm ki, Şeyx Cəfər Kaşiful Ğita (r.ə.) sonsuz bir xüzu və xüşu ilə Allah Təala ilə münacata məşğuldur. Onun pak naləsi mənim qəlbimdə elə təsir qoydu ki, 25 ildir o nalənin ardından gecə yarısı durub Allahla münacata otururam».1
Şeyx Abbas Quminin (r.ə) ağlaması
Höccətül İslam Əli Mühəddiszadə atası Hacı Şeyx Abbas Qumi (r.ə) barəsində deyir:

«Bir gün sübh vaxtı gördüm ki, atam qalxıb ağlamağa başladı. Ondan soruşdum: «Nə üçün göz yaşı tökürsünüz?»

Buyurdu: «Ona görə ki, keçən gecə gecə namazını qilmamışam».

Dedim: «Atacan gecə namazı müstəhəbdir, vacib deyil. Siz ki, vacibi tərk etməmisiniz və bir haram olan işi əncam verməmisiniz, nə üçün bu cür ağlayırsınız?»

Buyurdu: «Ağlamağımın səbəbi budur ki, mən nə etmişəm ki, gecə namazı qılmaq səadətindən məhrum olmuşam».2
Ağlamaq taqətini kəsdi
Mərhum Şeyx Abbas Qumi (r.ə) Ağa Seyyid Sədrəddin Amuli İsfəhaninin (r.ə) halının şərhində yazır:

«Nəql olunmuşdur ki, Ramazan ayının gecələrinin birində O, Əmirul-möminin (ə) hərəminə getdi, ziyarətdən sonra zirehin baş tərəfində oturub «Əbu Həmzə Somali» duasını oxumağa başladı».

( إِلَهِي لَا تُؤَدِّبْنِي بِعُقُوبَتِكَ ) cümləsinə yetişəndə ağlamaq taqətini kəsdi, hey bu cümləni təkrar edərək ağladı və axırda qəşş etdi. Onu hərəmdən çıxartdılar.1
Şeyx Ağa Bozorg Tehraninin (r.ə) namazı
Əllamə Şeyx Ağa Bozarg Tehrani (r.ə) hər həftənin çərşənbə gecəsi Nəcəfdən Nəcəfin on kilometrliyində yerləşən «Səhlə» məscidinə gedərdi, orada namaz və ibadət edərdi. Onun bu işi səksən yaşına çatana kimi və sonra da həmişə davam etdi.2
Molla Məhəmməd Təqi Bürğani Qəzvininin (Şəhidi Mehrab) namazı
Mərhum Molla Məhəmməd Təqi Bürğani o ruhanilərdən idi ki, səhər vaxtı mehrabda ikən səcdə halında «Xəmsə Əşər» münacatını oxuyan halda «Babiyyə» firqəsinin əli ilə şəhadətə yetirildi.

Onun barəsində yazırlar: «O cənabın ibadəti belə idi ki, həmişə gecənin yarısından ta sübhi sadiqə kimi öz məscidinə gedib dua, «Xəmsə Əşər» münacatını əzbərdən oxuyardı, bu bəyənilmiş işi heç vaxt tərk etməzdi. Belə gecələrin birində şəhadət şərbətini içənə kimi bu cür davam etdi».

Qış fəslində dəfələrlə gecə yarısı çiynində kürk, başında əmmamə öz məscidinin damının üstündə şiddətlə qar yağdığı surətdə yalvarış və münacatla məşğul olduğunu görmüşdülər. Ayaq üstə əllərini göy səmtinə qaldırardı və bu halı o qədər davam edərdi ki, qar mübarək bədənin başdan ayağa ağarardı.1
İmam Xomeynin (r.ə) gecə namazı
İmam hətta Parisdən Tehrana gələrkən təyyarədə də namazını qıldı.

Mənim yadımdadır, kompasını qoydu gördü ki, hərəkət etmir. Məsələni təyyarəçiyə dedik, təyyarəçi cavabında dedi:

«Kompas təyyarədə işləmir» İmam ondan Məkkənin hansı tərəfdə yerləşdiyini soruşdu, nişan verdi. İmam həmin tərəfə namaz qılmağa məşğul oldu.2
İmam Xomeynin (r.ə) ağlaması
İmam Xomeylin (r.ə.) oğlu deyir:

«Ramazan ayının gecələrinin birində damın üstündə yatmışdım. İmamın evi kiçik bir otaqdan ibarət idi və bizim 45 metr qonşuluğumuzda yerləşirdi. Bir səsin gəldiyini eşitdim, qalxdım, Ağanın olduğunu gördüm, qaranlıqda namaz qılır, əllərini göy səmtinə uzadaraq ağlayırdı. Onun Rmazan ayında ibadət proqramı bunda ibarət idi ki, gecə sübhə kimi namaz qılardı, dua oxuyardı, sübh namazından sonra bir miqdar istirahət edib sübh tezdən işlərini görmək üçün hazır olardı».3


Səksən yaşlı qocanın gecə namazı
Bu hadisə İraqdan Küveytə getmık istədiyimiz vaxt baş vermişdir. Bir zaman bizim getməyimizə mane oldular, bizdə qayıtmalı olduq.

O zaman İmam 80 yasında idi. Sübh saat 5 dən Nəcəfül-Əşrəfin xəbər tutmaması üçün 2 tülün (Fəcri kazib və fəcri sadiq) arası Küveytə tərəf hərəkət etdik. Küveyt sərhəddində bizə yol vermədilər. Biz İraq sərhəddinə qayıtdıq. Orada İmamla pis rəftar etdilər, hətta İmamın istirahət etməsi üçün bizə bir otaq belə vermedilər. Nəhayət İmam Əbasını orada uçurmuş bir otağın küncünə atdı və uzandı.

Gecə saat on bir, on iki olardı ki, Bağdaddan dedilər: «Bəsrəyə qayıdın». Biz Bəsrəyə qayıtdıq. Gecə yarısından bir yaxud bir saat yarım keçmiş Bəsrəyə çatdıq. İşi səhməna salana qədər bir saat keçdi. Nəhayət, saat 2 idi ki, İmam yatdı. Bir az keçmədi, mən gördüm ki, saatın zıngi çaldı və saata baxanda gördüm ki, saat 4-dür. İmam gecə namazı qılmaq üçün qalxdı.

Bir qoca kişi ki, sübh saat 5 dən gecə yarısı 2 yə kimi yatmayıb, yatmaq istəyəndə də yadında olmaq üçün saatı qurur ki, gecə namazı üçün oyansın.1


Kaşiful Ğitanı (r.ə.) oğlunu xəbərdar etməsi
Ayətullah Kaşiful Ğitanın (r.ə.) tərcümeyi-halında yazılır ki, o, gecələrin birində təhəccüd üçün qalxdı. Cavan oğlunu yuxudan oyatdı və buyurdu: «Qalx, mütəhhər hərəmə gedib orada namaz qılırq». Gecənin o vaxtı yuxudan oyanmaq cavan oğlan üçün çətin olduğuna görə dedi:

«Mən hələ hazır deyiləm, siz məni gözləməyin, sonra gələrəm».

Buyurdu: «Xeyr, mən burada dayanmışam, qalx, hazırlaş və birlikdə gedək». Ağazadə məcbur qalaraq yerindən qalxdı, dəstəmaz alandan sonra birlikdə yola düşdülər. Hərəmin yanında fəqir bir kişinin yolçuluq etdiyini gördülər. O yüksık məqamda alim dayandı və oğluna buyurdu: «Bu şəxs gecənin bu vaxtı burada nə üçün oturmuşdur?»

Dedi: «Camaatdan dilənçilik etmək üçün».

Buyurdu: «Yoldan ötən camaat tərəfindən nə miqdarda pul mümkündür ki, ona yetişə?»

Dedi: «Təqribən bit tümən».

Buyurdu: «Düz fikirləş, gör, bu adam dünyanın az qiymətli və az məbləğdə ehtimal verilən bir məbləği üçün bu gecə vaxtı yuxu və istirahətindən əl götürüb bura gələrək bir künçdə oturub əlini zəlilanə camaata tərəf uzatmışdır. Sən bu şəxs qədər Allahın gecə oyaq qalanlara verdiyi vədəsinə ehtimad etmirsən».

فَلَا تَعْلَمُ نَفْسٌ مَا أَخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ...

Deyirlər, o cavan bu sözü o qəlbi diri şəxsdən eşidəndən sonra hərəkətə gəldi və ayıldı, ömrünün axırına kimi gecə oyaq qalmağa səadət və şərəfinfən istifadə etdi və gecə namazını tərk etmədi.1


Yüklə 159,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə