MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

242 
 
Onu əslilə eylərəm viran.  
Bu səbəbdən mənə yetən əshab,  
Kimi xoş vəqtdir, kimisi xərab.  
Düşdü Davuddan zəmirimə zövq,  
Hüsni-avazə hasil etdim şövq.  
Ərz qıldım Kəlimə surəti-hal,  
Rifqimi qıldı ümmətinə həlal.  
Qövmi-tərsayə mən tanıtdım rah,  
K'etdilər
1
 İqtidai-Ruhullah.  
Mən həqiqətdə əhli-irfanəm,  
Deməsinlər şəriki-şeytanəm.  
Adəmə səcdə qılmayıb şeytan,  
Tapdığında qürur ilə üsyan;  
Məndən olsaydı nəş'əsi bir dəm,  
Min gəz eylərdi səcdeyi-Adəm.  
Riqqətəfzayi-aşiqi-zarəm,  
Çöhrə-əfruzi-hüsni-dildarəm.  
Nəzəri-aşiqü rüxi-məhbub,  
Biri talib durur, biri mətlub.  
Hicr ilə müşkil ikən onlara hal,  
Mən buraxdım araya tərhi-vüsal.  
Gərçi düşmənligimdə fitnəm çox,  
Dustluqda dəxi misalım yox.  
Hər nə dərd olsa, mən dəva verərəm,  
Təb' güzgüsünə cila verərəm.  
Bir xirədmənd aliməm mahir,  
Batin əhvalın eylərəm zahir.  
Məktəbi-meykədəmdə şamü səhər  
Şərhi-təcrid oxur müdərrislər.  
Padişahları, istəsəm, asan  
Qılıram bir gəda ilə yeksan.  
Gər gədaları, istəsəm filhal  
Qılıram padişahi-bizərü mal.  
Mənəm ərbabi-rif'əti-dərəcat,  
Baisi-xeyrü daxili-həsənat. 
  
                                                            
1
 Ki etdilər 


243 
 
Mənəm ol şəhryari-həft iqlim  
Ki, mənə şahlar qılır tə'zim.  
Hər kim olsa, əyağıma baş urar,  
Mən gəlincə qamu əyağa durar.  
Gövhərimdir mənim müfərrihi-zat,  
Mənəm, əlqissə, mənşəi-həsənat.  
Həsənatimi ondan eylə qiyas  
Ki, demiş həq mənafeün-linnas.  
Vəsfi-zatimdə bir hekayət var,  
Guş gər tutsan, eylərəm izhar. 
 
 
SİFƏTİ-MAHRÜYİ-GÜLRÜXSAR
1
 
 
Var idi Reydə bir xücəstəxisal,  
Mahtəl'ət nigari-mişkinxal.  
Meyi-lə'li-ləbi nişatəfzay,  
Nüqli-göftarı nəğzü bəzmaray.  
Meyə düşmüşdü əksi kimi, müdam  
Aliban müttəsil qədəhdən kam.  
Bir gün ol sərvqəddü gülrüxsar  
Qıldı zöhhad məclisinə güzar.  
Gördü bir zahidi-pərişanhal,  
Keçmiş övqatı zöhd ilən məhü sal,  
Bilməmiş kim, məzaqi-badə nədir,  
Xətti-mişkinü ruyi-sadə nədir.  
Xəlqə eylər hekayəti-məhşər,  
Sifəti-huri, cənnətü Kövsər.  
Növcavan qıldı meyli-Kövsərü hur,  
Dedi əcz ilə: - Ey xudayi-qəfur!  
Var ümidim ki, əhli-cənnət olam,  
Mən dəxi müstəiddi-rəhmət olam.  
Qeybdən gəldi bir nidayi-lətif  
Qulağına ki: "Ey hərifi-zərif!  
Tanrı bir padişahi-adildir, 
  
 
                                                            
1
 Ayüzlü, gülyanaqlının sifəti 


244 
 
  
  
 
Feyzi məcmui-xəlqə şamildir.  
Kərəmindən o qadiri-qəyyum  
Eyləməz hiç kimsəni məhrum.  
Kimi dünyada şadiman eylər,  
Kimi üqbada kamiran eylər.  
Sən ki, dünyada əhli-işrətsən,  
Sakini-məsnədi-məsərrətsən,  
İçdigindir nişatilən meyi-saf,  
Kövsər ummaq degil sənə insaf.  
Qərəzin Kövsər isə meydən keç,  
Yoxsa al nəqdi, nisyə istəmə heç.  
Badə məhrumi abi-Kövsər içər,  
Kimsə, Kövsər demə mükərrar içər.  
Bu dəlil ilə Badə Kövsər imiş,  
Gör nə xoş nəsnəyə bərabər imiş.  
Bəng kimdir hərifi-Badə ola?  
Bəhs qılsa, həramzadə ola.  
Cəddi-pakim həqiçün, ey Əsrar,  
Olmasan dərgəhimdə xidmətkar,  
Gəlib endirməsən əyağıma baş,  
Eyləsən aqibət mənimlə savaş,  
Qılmadan tirə ruzigarını mən,  
Göyə savurmadan qübarını mən,  
Tutsam aram biqərar olayın,  
Rəddi-dərgahi-kirdgar olayın!" 
 
 
SİFƏTİ-BƏZMİ-BƏNGİ- 
NAFƏRHƏNG
1
 
 
Badə qılğac təmam göftarın,  
Buzə nəqşi-zəmir edib varın,  
Qıldı əzmi-rəhi-məhəlleyi-Bəng,  
Oluban qasidi-Meyi-gülrəng. 
                                                            
1
 Hünərsiz Bəngin məclisi haqqında 
 


245 
 
  
* * * 
Bəngi-xoşsirətü nikukirdar,  
Neçə həmdəmlər ilə fəsli-bahar,  
Bir əcəb mərğzar içində müdam  
Tutmuş idi nişatilən aram.  
Bərş idi həm Müfərrihü Əfyun, 
Hər biri rə'ylən bir Əflatun.  
Gəh düşüb elmi-şər'dən göftar,  
Gah hikmət sözü olub təkrar.  
Gərm ikən bəhsi-elmü fəzlü kəmal,  
Mütəvatir olub cəvabü sual,  
Verdilər Bəng həzrətinə xəbər  
Ki, "Durubdur qapında bir çakər,  
Der ki, Meydən gətirmişəm peyğam,  
İstərəm rüxsəti-ədayi-kəlam".  
Bəngdən rüxsət eyləyib hasil,  
Buzeyi-ziştruyi-naqabil  
Girdi ol bəzmi-xasə amanə,  
Başladı hərzə-hərzə əfsanə.  
Mey sözün dedi ol pəlidi-kərih,  
Bəlkə yüz nüktə həm məzidün-fih. 
 
 
DİDƏNİ-BUZƏ TƏ'NƏHA ƏZ BƏNG
1
 
 
Bu xəbərlərdən oldu şeyda Bəng,  
Buzəyə düşdü bimühaba Bəng.  
Başına çıxdı qəhrdən sevda,  
Buzəni qıldı tə'n ilə iyza:  
"K'ey qəlizü pəlidü nahəmvar!  
Gəndeyi-ziştü natəmam əyar!  
Sən qədimi mənim ənisim idin,  
Nə ənisim ki, kasəlisim idin.  
Badənin xud səninlə yox meyli,  
Olsa ondan bəiddir xeyli. 
                                                            
1
 Buzenin Bəngdən tənələr eşitməsi. 
 


246 
 
  
 
  
Sən nəsən ki, səninlə yar olalar,  
Gizli işlərdə razidar olalar?  
Heyf, Mey həm əgərçi düşməndir  
Ki, rəfiqi bu növ' kövdəndir.  
Layiq oldur səni məlamət edəm,  
Bu günü başına qiyamət edəm.  
Kövdənü əhməqü turuşrusən,  
Bədrəgü bədxisalü bədxusən.  
Meyə oldun bu fitnədə ortaq,  
Sınacaqdır sənin başında çanaq.  
Fərz olubdur sənə cəfa qılmaq,  
Ağ ikən üzünü qara qılmaq.  
Haliya çün rəsulsən naçar,  
Sənə məndən rəva degil azar.  
Mihmansan, bu gecə etgil xab,  
Verəyin sübh sözlərinə cavab."  
Bəzmi-Bəng içrə Buzə tutdu səbat,  
Bəng xüddamı etdilər xədəmat.  
Buzə ol cəm'ə həmnişin oldu,  
Sə'd ilə nəhs həmqərin oldu.  
Məclisi-xas idivü cəm'i-zərif,  
Mə'məni-pak idivü qövmi-şərif.  
Çün küdurət gedib səfa gəldi,  
Gərm olub mə'də iştəha gəldi,  
Çəkdilər türfə-türfə maddələr,  
Öylə kim, şairi-əcəm söylər:  
"Hərçi əndişə dər güman avərd.
1
  
Mətbəxi rəftü dər miyan avərd."  
Gah paludə gəldi, gah həlva,  
Gəh müzə'fər çəkildi, gəh buğra.  
Çünki çox gördü bəngiyanə təam,  
Püxtəlik qıldı Buzeyi-bədnam,  
Qalmadı qəltəbanın ol cuşi,  
Oldu göftari-Mey fəramuşi,  
Dedi: "Ey Bəng! Badədən keçdim, 
                                                            
 
1
 (Xidmətçi) mƏtbəxə getdi və güman gələn hər şeyi ortaya gətirdi. 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə