MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

 
~ 310 ~ 
ki,  alliterasiya  və  аssоnаnsın  yаrаtdığı  musiqi  mоtivləri,  intо-
nаsiyа  pоеtik  səliqə  və  səviyyə  cəhətdən  yüksəkdə  durur.  Bu 
linqvopoetik  vаsitələrlə  хаlq  dаnıĢıq  dilinə  хаs  оlаn  intоnаsiyа 
çаlаrlаrının Ģеir mətninə nüfuzu pоеziyаyа rəvаnlıq gətirir. Rеаllı-
ğı  zərif  duymаq  qаbiliyyəti  Ģаiri  təhrik  еdir  ki,  söz  ахtаrıĢındа 
оnun  səslənmə  kеyfiyyətinə,  rənginə,  üslubi  bоyаsınа  və  оnlаrın 
çаlаrlаrınа, pоеtiklik qаbiliyyətinə хüsusi diqqət yеtirsin. 
 Ġstər  Ģifahi  ədəbiyyatda,  istərsə  də  ―Kitabi-Dədə  Qorqud‖ 
və digər qədim türk yazılı abidələrinin dilində iĢlənən atalar sözü 
və  məsəllərdə  alliterasiyanın  güclü  Ģəkildə  təzahürü  ilə  yanaĢı 
psixoloji  paralelizm  də  özünü  göstərir.  Psixoloji  paralelizmlərin 
folklor  yaradıcılığında  geniĢ  yayılmasının  qədim  dövr  üçün  öz 
sosial-psixoloji  səbəbləri  var  idi.  Ġnsanın  dünyanı  dərki,  onun 
təbiətə  münasibəti,  animistik,  totemistik  düĢüncə  tərzi  zamanla 
Ģifahi  yaradıcılıqda  paralellərin  formalaĢmasına  gətirib  çıxarırdı. 
Bu mənada istər türk, istərsə də digər qədim xalqların folklorunda 
istənilən qədər psixoloji paralelizmlərlə rastlaĢmaq mümkündür. 
 Psixoloji  paralelizmin  mahiyyəti  ilk  dəfə  geniĢ  Ģəkildə 
A.N.Veselovski  tərəfindən  daha  ətraflı  və  düzgün  aydınlaĢdırıl-
mıĢdır. A.N.Veselovskiyə görə poetik üslubda təbiətə məxsus iĢ, 
hadisə insana aid olan iĢ və hadisə yanaĢı təsvir olunur. O, parale-
lizmlərin yaranma səbəbini sinifləndirir, paralelizmlərin tərkibin-
də köçürülmələrin toplanılmasının aĢağıdakılardan ibarət olduğu-
nu qeyd edirdi: 
1.Həyatın, hərəkətin əsas niĢanəsindən əmələ gələn uyğun əlamət-
lərin kompleksi və xarakterindən
2.Bu əlamətlərin bizim həyat qavramımıza müvafiq olan iradə və 
hərəkəti ifadə etməsindən; 
3.Digər obyektlərlə əlaqənin yaratmıĢ olduğu bunun kimi parale-
lizm oyunu olmasından; 
4.Hadisənin  həyati  dolğunluğundan  və  dəyərlərindən,  yaxud 
obyektin insana münasibətindən ibarətdir. 
Ġnsanın  təbiətlə  müqayisəsini  A.N.Veselovski  ikiüzvlü 
paralelizm adlandırırdı. O, bu haqda yazırdı: ―Bunun ümumi halı 
belədir:  təbiətin  Ģəkli,  onun  yanında  isə  təbiət  hadisəsinə  bənzər 
insan  həyatı.  Obyektiv  məzmunun  fərqliliyində  onlar  bir-birini 
təkrarlayırlar,  onlar  arasında  uyğunluq  yaranır  və  aydın  olur  ki, 
onlar arasında ümumilik vardır‖(9, 125-185). 
Yəni  animistik  dünyagörüĢündən  doğan  psixoloji  paraleli-
zmin  əsas  mahiyyəti  təbiətlə  insanı,  onun  gördüyü  iĢi  müqayisə 


 
~ 311 ~ 
etmək  deyil.  Burada  qarĢılaĢdırma  və  yanaĢdırılma  ön  planda 
verilir(1, 59). 
ġifahi  ədəbiyyatda  atalar  sözlərinin  psixoloji  paralelizm 
Ģəklində  qurulduğunu  görürük.  Bu  nümunələrdə  insanın  daxili 
vəziyyəti,  əsasən,  güllə,  ağacla,  dağla,  su  ilə,  quĢ  ilə  müqayisə 
olunur. Bu animistik və totemistik düĢüncənin nəticəsidir: 
 
At bəslənirkən, qız istənirkən. 
At yeriməklə yol alar, insan bilməklə. 
Dağ baĢına iĢ gələr, iyid baĢına iĢ. 
Budaq naziklikdən sınar, insan yorğunluqdan. 
QuĢ dimdiyindən, insan dilindən. 
QuĢun bəzəyi lələkdi, insanın bəzəyi bilikdi. 
Yaz gününün yağıĢı, ər-arvadın savaĢı. 
 
Psixoloji paralelizmin olduğu bu nümunələrdə alliterativ səs 
uyğunluğuna  da  riayət  olunur.  Birinci  tərəfdəki  sözlər  ikinci 
tərəfdəki sözlərlə ahəng təĢkil edir. Məsələn: At bəslənirkən, qız 
istənirkən.  
Bu atalar sözündə birinci hissədəki ilk söz qalın saitli, son-
rakı  söz  isə  incə  saitlidir.  Bu  prinsip  ikinci  hissədə  də  qorunub. 
―Bəslənirkən‖  və  ―istənirkən‖  sözlərində  üç  heca  eyniyyət  təĢkil 
edir. 
―Dağ baĢına qıĢ gələr, iyid baĢına iĢ‖ atalar sözündə də ―Ģ‖ 
samitinin  alliterasiya  yaratmasına  rast  gəlirik.  ―Ġgid‖  sözünün 
―iyid‖  formasında  iĢlənməsi  bu  atalar  sözünün  qədimliyini 
göstərir.  Atalar  sözündə  ikinci  tərəfdə  ―gələr‖  xəbəri  ellipsisə 
uğramıĢdır. Cümlədə hər hansısa üzvün ellipsisə uğraması cümlə 
daxilində qənaət prinsipinin olduğunu göstərir. 
Ellipsis, yəni cümlə üzvünün cümlədə buraxılması heç də o 
demək  deyil  ki,  uyğun  sintaktik  pozisiyada-mövqedə  öz  yerini 
tutmamıĢdır,  buraxılmıĢdır.  Həmin  buraxılmıĢ  üzvün  bərpası 
cümlə  quruluĢundakı  mövqe  vasitəsi  ilə  həyata  keçirilə  bilər(8, 
73).  Bu  cür  elliptik  prosesə  biz  ―budaq  naziklikdən  sınar,  insan 
yorğunluqdan‖ atalar sözündə də rast gəlirik. 
―Yaz  gününün  yağıĢı,  ər-arvadın  savaĢı‖  atalar  sözündə  də 
psixoloji  paralelizm  özünü  göstərir.  Burada  sosial-ictimai  hadisə 
təbiətdə  baĢ  verən  hadisə  ilə  qarĢılaĢdırılmıĢdır.  Və  bu  qarĢılaĢ-
dırma  hadisə  zamanının  davametmə  müddətinə  əsasən  aparılır. 
Yəni  yaz  yağıĢının  qısa  müddətli  olması  ər-arvad  savaĢının  qısa 
müddətli olması ilə paralel müstəviyə qoyulur.  


 
~ 312 ~ 
 Atalar  sözündə  ―a‖  saitinin  assonans  yaratması  diqqəti 
çəkir. Bu nümunənin birinci hissəsindəki birinci və üçüncü sözün 
ilk  hecası  olan  ―ya‖  hissəsi  ahəngi  artırır.  Həmçinin  birinci  və 
ikinci hissədə sonuncu sözlərdəki sonuncu heca da eynidir. 
 Psixoloji  paralelizmin  izlərinə  ―QuĢ  dimdiyindən,  insan 
dilindən‖  atalar  sözündə  də  rast  gəlinir.  Bu  atalar  sözünün  xalq 
dilində  iĢlənən  baĢqa  bir  versiyası  da  mövcuddur:  ―  QuĢ  qanadı 
ilə,  adam  adı  ilə‖.  Atalar  sözünün  bu  versiyası  daha  qədimdir, 
yazılı  abidələrimizdə  iĢlək  olmuĢdur.  Məsələn,  ―Divanü-lüğat-it 
türk‖ əsərində bu atalar sözünün ―quĢ qanadıyla, insan atıyla‖ for-
ması iĢlənmiĢdir: ―KuĢ kanatın, er atın‖. 
 Həm  Ģifahi  xalq  ədəbiyyatında,  həm  də  ―Divanü-lüğat-it 
türk‖də  iĢlənmiĢ,  psixoloji  paralelizm  əsasında  qurulmuĢ  digər 
atalar  sözümüz  isə  belədir:  ―  Dağ  dağa  qovuĢmaz,  adam  adama 
qovuĢar‖. Bu atalar sözündə qədim dövrlərin poetik xüsusiyyətini 
əks  etdirən  cəhət  söz  təkrarlarının  iĢlənməsidir.  Atalar  sözünün 
birinci  hissəsində  ―dağ‖  sözü,  ikinci  hissəsində  isə  ―adam‖  sözü 
iki  dəfə  təkrarlanmıĢdır.  ―QovuĢmaq‖  sözü  isə  hər  iki  hissədə 
iĢlənmiĢdir. Birinci hissədə inkarlıq Ģəkilçisi və qeyri-qəti gələcək 
zamanın  Ģəkilçisi,  ikinci  hissədə  isə  qeyri-qəti  gələcək  zamanın 
Ģəkilçisi qəbul edərək iĢlənmiĢdir. Beləliklə altı sözdən ibarət bu 
atalar  sözü  üç  söz  üzərində  qurulmuĢdur.  Atalar  sözündə  ―a‖ 
saitinin təkrarına təsadüf olunur. 
―Divanü-lüğat-it  türk‖də  isə  bu  atalar  sözü  bu  cür 
iĢlənmiĢdir:  ―Tağ tağqa  kavuĢmas, kiĢi kiĢiyə kavuĢur‖ (4, 250). 
Həmin atalar sözünün Ģifahi nitqdə ―dağ dağa rast gəlməz, insan 
insana rast gələr‖ versiyası da iĢləkdir. 
Həm  ―Divanü-lüğat-it  türk‖,  həm  də  ―Əmsali-Türkanə‖də 
psixoloji paralelizmin rast gəlindiyi digər atalar sözü isə belədir: 
―Ġnsan  dilləĢə-dilləĢə,  heyvan  iyləĢə-iyləĢə‖  (―KiĢi  sözləĢü,  yılkı 
yızlaĢu‖  ).  ―Əmsali-Türkanə‖də  birinci  və  ikinci  hissənin  yeri 
dəyiĢdirilmiĢ  Ģəkildə  verilmiĢdir:  ―Heyvan  iləĢə-iləĢə,  insan 
dilləĢə-dilləĢə‖(4, 249). 
MüĢahidələr  göstərir  ki,  ―Oğuznamə‖lərdə  toplanmıĢ  atalar 
sözü  və  məsəllərin  xeyli  hissəsi  hələ  də  unudulmayıb,  min  illər 
keçsə  də  Azərbaycan  və  türk  xalqlarının  Ģüurunda,  hafizəsində 
yaĢamaqdadır.  Buna  baxmayaraq,  bir  sıra  paremik  vahidlərdə 
leksik-semantik və qrammatik dəyiĢikliklər baĢ vermiĢ, söz artımı 
yaxud  ixtisarlar  olmuĢ,  əsas  mətləb  qayə  və  məzmun  isə  sabit 
qalmıĢdır.  Eyni  atalar  sözü  və  məsəlin  variantlarında  məzmun 
fərqi  yaranıbsa,  bunun  səbəbi  etnik  təfəkkür  deyil,  dilin(nitqin) 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə