~ 334 ~
olub, müraciət edənin psixologiyasını, əhval – ruhiyyəsini ifadə
edir:
Qadir sübhan, özün yaxĢı bilirsən,
Necə pəriĢandı hallarım mənim.
Mən bülbüləm,
güldən ötrü gəzirəm,
Saralıb, solubdu güllərim mənim. (səh.177)
Və ya:
BaĢına döndüyüm, a nazlı dilbər,
Söyləsən halını, yar sənə qurban!
Mən bülbüləm, güldən ötrü yanıram,
Layiq
deyil qona xar, sənə qurban! (səh.189)
Bu nümunələr bədii xitabların dastan poetikasının mühüm
tərkib hissələrindən biri olduğunu təsdiq edir. Canlı danıĢıq dilinə
məxsus xitabların dastan dilində iĢlənmə tezliyi mətn mühitində
ünsiyyət dilinin enerjisini və çevikliyini əks etdirir. Dastanın
dilindəki konkret nümunələr göstərir ki, xitablar bütün bədii
situasiyalarda bədii tələbin Ģərtlərini ödəyir. Onlar süjet xəttinin
inkiĢafında, gərgin dramatik situasiyaların ifadəsində mühüm yer
tutur. Bütövlükdə bədii xitablar xalq dilində, folklorda olan ifadə
qəliblərinin dastan üslubuna gətirilməsinə xidmət edir.
Göründüyü kimi, əsas bədii təsvir və ifadə vasitələri poetik
siqlətinə, yaratdığı sənətkarlıq xüsusiyyətlərinin bolluğuna görə
seçilir. Onların hamısı canlı danıĢıq tərzinə söykənən dil fakt-
larıdır və ―Novruz‖ dastanının dil materialları göstərir ki, xalq
ruhu, xalq deyim tərzi bu söz və ifadələrdə son dərəcə kamil
ifadəlilik imkanları qazanmıĢdır. Ümumilikdə, ―Novruz‖ das-
tanında məcazlar sistemi əsərin forma gözəlliyinin əsas ünsürlə-
rindəndir. Poetik əhval-ruhiyyəni nizama salan mətnin əsas estetik
keyfiyyətlərinin mühüm bədii-üslubi yükü məcazi sözlərin
üzərinə düĢür.
Ədəbiyyat:
1.
Abdullayeva S.Ə. Azərbaycan nağıl və dastanlarının dili:
Fil.elm.dok...dis. Bakı, 2006, 280 s.
2.
Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Azər-
nəĢr, 1962, 272 s.
3.
Hüseynov M.Sözün poetikası.Bakı:Elm
və Təhsil, 2010, 368 s.
4.
Cəfərli M. Azərbaycan dastanlarının struktur poetikası. Bakı,
2010, 204 s.
~ 335 ~
5.
―Novruz‖. Azərbaycan dastanları. (Toplayanlar: M.Təhmasib,
Ə.Axundov).BeĢ cilddə. I cild. Bakı: Lider nəĢriyyat, 2005, 392 s.
6.
Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı:
Elm, 2000, 357 s.
ХЫДЫРЛЫ ГЮНЕЛЬ
СИСТЕМА ПЕРЕНОСА НА ЯЗЫКЕ ДАСТАНА
«НОВРУЗ»
РЕЗЮМЕ
Ключевые слова: перенос, эпос, эпитет, сравнение,
метафора, художественное обращение, гипербола.
Объектом исследования данной статьи являются ху-
дожественно-изобразительные средства, используемые в да-
стане «Новруз». Здесь к исследованию привлечены скорость
использования слов в дастане, а также их стилистические
особенности. Автор в широком аспекте анализирует стили-
стические и поэтические особенности эпитетов, сравнений,
метафор и других художественно-изобразительных средств и
средств выражений дастана.
KHIDIRLI GUNEL
THE ILLUSTRATIONS SYSTEM OF NOVRUZ SAGA
SUMMARY
Key words: famous, saga, epithet, comparative, metaphor,
fiction book, exaggeration
The article deals with the illustrations means committed in
Novruz saga. The development frequency of metaphoric words,
their style features are investigated in saga. It is explained the epi-
thet, comparative metaphors in saga language and style poetic
features of other illustrations.
~ 336 ~
HƏSƏNOVA ÜLVĠYYƏ
BDU, magistr
TÜRK MĠFOLOJĠ DÜġÜNCƏSĠNDƏ CANLI TƏBĠƏT
OBYEKTLƏRĠ (QUġ, AT OBRAZI) ĠLƏ BAĞLI
YARANAN KULTLAR
Açar sözlər: kult, quş, at, simurq, əfsanə, obraz
Qədim türklərin özünəməxsus mühüm inanc sistemi – kult-
ları mövcud olmuĢdur. Bunlar haqqında ətraflı Ģəkildə danıĢ-
mazdan öncə ―kult‖ sözünün etimoloji izahına qısa da olsa nəzər
salaq.
―Kult‖ sözünün etimologiyasına əsaslandıqda görürük ki, bu
söz fransızcadan digər dillərə, həmçinin türkcəyə keçsə də sözün
təməl kökü latın dilindən olan ―cultus‖ sözündəndir. Mənası isə
―tapınma‖, ―inanma‖ kimi izah olunur. KultlaĢdırılan obyekt
müqəddəsləĢdirilir, bir növ tanrı səviyyəsinə qaldırılırdı.
Türk xalqları bir sıra təbiət obyektlərinə tapınmıĢlar, baĢqa
sözlə desək, onları kultlaĢdırmıĢlar. Türklərin tapındıqları təbiət
obyektlərini canlı və cansız olaraq Ģərti iki yerə ayırmaq olar.
Belə ki, çox qədim tarixi olan bu xalq qurda, ata, ilana, quĢ
onqonlarına inanaraq onları kultlaĢdırmıĢdır.
Qeyd edək ki, ―kult‖ və ―onqon‖ anlayıĢlarından danıĢırıqsa
―onqon‖ anlayıĢına müəyyən dərəcədə aydınlıq gətirməyi özü-
müzə borc bilirik.
QuĢ onqonlarının kult semantikasını araĢdırarkən tədqiqatçı
RövĢən Əlizadənin ―kult‖ və ―onqon ― sözlərini fərqli Ģəkildə təh-
lil etdiyini görürük. O, ―onqon‖ terminin ―kult‖dan tam, köklü
Ģəkildə fərqli olduğunu qeyd etmiĢdir.
D.K.Zelenin yazır ki, onqona soyun, tayfanın ailə və fərdin
hamisi,
qoruyucusu, köməkçisi kimi baxılmıĢdır (6, 76).
Bildiyimiz kimi, kult hesab olunan obyekt də inanc hesab
olunur, onların Allaha daha yaxın olduqları düĢünülürdü. Bütün
bunları nəzərə alaraq biz ―onqon‖ və ―kult‖ anlayıĢlarını tam
köklü Ģəkildə fərqli olmadıqlarını, onların bu və ya digər Ģəkildə
yaxın anlayıĢlar olduqlarını deyə bilərik.
QuĢlarla bağlı inamın qədim tarixi kökləri vardır. Bu inamın
mövcudluğu quĢ onqonlarının yaranmasına gətirib çıxarmıĢdır ki,
bir sıra folklor nümunələrində - əfsanə, dastan və nağıllarda biz
bunlara tez-tez rast gələ bilirik. Bunun isə əsas səbəbi oğuzların