~ 328 ~
ASUNTA HUSEYNOVA
PERSONIFICATION OF NATIONAL AND
SPIRITUAL VALUES
IN GURBANI EPIC
SUMMARY
Key words: Gurbani, moral value, belief, holy places, buta,
ceremony of complaints, curse.
Motives for having children after donation, beliefs, attitudes
toward the holy places in the works of such masters as
N.Narimanov, A.Akhverdiyev, A.Shaig are shown in the article
―Personification of national and spiritual values in Gurbani epic‖.
In addition, the motive of criticism and buta were developed.
Giving a helping hand to those people who are in need, the
hospitality, the struggle, the expression of the protest again evil
through curses found their artistic expression.
~ 329 ~
XIDIRLI GÜNEL
BDU, magistr
“NOVRUZ” DASTANININ DĠLĠNDƏ MƏCAZLAR
SĠSTEMĠ
Açar sözlər: məcaz, dastan, epitet, müqayisə, metafora,
bədii xitab, mübaliğə
Öz estetik gözəlliyi ilə seçilən ən yaxĢı əsərlərdə zahirən adi
görünən, əslində isə həyat materialının bədii dərkində və milli
ədəbiyyatın janr diapazonunun geniĢlənməsində, forma-üslub
tipologiyasının rəngarəngliyində böyük əhəmiyyəti olan məcazi
söz-obrazlar yüksək sənətkarlıq probleminin reallaĢmasına xüsusi
təsir göstərmiĢdir. MəcazlaĢdırma üslubi keyfiyyətdir və sənət-
karlıq komponentlərindən ən mühümü sözün məcazlaĢdırıl-
masıdır. Məcazi sözün yaratdığı obrazlılıq dastanlarda əyaniliyin
maksimum dərəcəsinə nail olmaq istəyinin məhsuludur. Eyni
sözün müxtəlif məna çalarları məcazlar sistemində zənginlik və
əlvanlıq əmələ gətirir. Məcaz dastanın nitqində çox mühüm
funksiyalı detala çevrilir: onun təhriki ilə əksər hallarda bütöv
mətnin poetik məğzi üzə çıxır. Məcazi söz obrazlı düĢüncəni
yığcam Ģəkildə ifadə etməklə bərabər, həm də onu yeni bədii
cizgilərlə zənginləĢdirir. MəcazlaĢma prosesi sözün konkret və
mücərrəd məna hüdudlarına müəyyənlik verir. Xalqın bədii-
estetik zövqünün inkiĢaf mərhələlərini, dastan yaradıcılığının
ideya-məzmun gözəlliyini, forma əlvanlığını, canlı danıĢıq dilinin
Ģirinliyini özündə əks etdirən bədii təsvir vasitələri poetik
təfəkkürün inkiĢaf tarixi ilə üzvi surətdə bağlıdır. Dastanlarda
bədiiliyə xidmət edən təsvir vasitələri Ģeir nümunəsinin kom-
pozisiyası, semantik tutumu, emosional qəlibi ilə bağlanaraq este-
tik təzahürə xidmət edir. Dastandakı Ģeirlər yarandığı vaxtdan bu
günədək böyük inkiĢaf yolu keçməsinə baxmayaraq, bədii
quruluĢunda əsaslı dəyiĢikliklər edilsə də, onun orta çağlarda
keçirdiyi təĢəkkül dövrünə məxsus məcazlar sistemi, qəlib
ifadələr qorunub saxlanılmıĢdır. Bu üslubi-poetik vasitələr içəri-
sində epitet, təĢbeh, metafora, mübaliğə, bədii xitab, alleqoriya
qabarıq Ģəkildə özünü büruzə verir.
Məhəbbət dastanlarında ən çox iĢlədilən bədii təsvir vasitə-
lərindən biri
təĢbehdir. Bir əĢya və ya hadisənin daha qüvvətli
əlamətə malik baĢqa əĢya və ya hadisəyə bənzədilməsinə təĢbeh
~ 330 ~
deyilir. ―TəĢbehin təcəssümündə müdrik fikir də, adi mükalimələr
də təsirli olur, bədii ifadə kamilləĢir. Bu üslubi əməliyyatın
nəticəsi olaraq söz məcazilik və deməli, gözəl forma kəsb edir.
TəĢbeh poetik detal kimi misilsiz təsvir vasitəsidir‖ (3,144). Lirik-
psixoloji məqamları əks etdirmək, portret yaratmaq, surətin və ya
əhvalatın dolğun bədii təsvirini vermək baxımından məhəbbət
dastanlarında təĢbeh mühüm əhəmiyyətə malikdir. ―Novruz‖
dastanında biz təĢbehin ən gözəl nümunəsinə baĢ qəhrəmanların
deyiĢməsində rast gəlirik.
Novruz gedib qürbət eldə qalmasa,
Saralıban gül tək rəngi solmasa.
Əcəl gəlib peymanəmiz dolmasa.
Ağlama GülĢanım, gözlə yar məni!
yaxud:
Süsən-sünbül, tər bənövĢə, ireyhan,
ƏtirĢah tək təzə güldən GülĢan,
Səni
gördü gözüm, oldu lap rövĢan,
Ala gözlü, bəy Noruzum, xoĢ gəldin (5, 191)
Bu nümunələrdə iĢlədilən təĢbehlər qəhrəmanların mənəvi-
psixoloji aləmini dəqiq və dolğun Ģəkildə ifadə edir.
―Novruz‖ dastanında təĢbeh nümunələrinə nəzm hissə ilə
yanaĢı, dastanın nəsr hissəsində də rast gəlirik. Bu isə dastan
təhkiyəsinin mühüm məziyyətlərindən biri kimi diqqəti cəlb edir.
Məs.: ―Novruz Ģad-Ģadyana, gül kimi açılmıĢ halda Calal pad-
Ģahın yanına gəlib, əhvalatı ona söylədi. (5, 181)
Və ya:
―Belə xətti-xalı bənövĢə kimi, qəddi-qaməti sərv ağacı kimi
bir cavanı taqətsiz, huĢda görəndə rəhmi gəlib aldı‖. (5, 177)
Məhəbbət dastanları xalqımızın dünyagörüĢü, milli-etno-
qrafik xüsusiyyətləri, poetik zövqü ilə bağlı
bədii təyinlərlə
zəngindir. Bu epitetlər silsiləsi xalqın adət-ənənəsini, həyat və
məiĢət tərzini, estetik duyumunu özündə əks etdirir. Epitetlərin
xalqın gözəllik anlayıĢının, bədii zövqünün, üslubunun tarixi
olduğuna görə onlar xalqın tarixi-psixoloji inkiĢaf yolunun
müəyyən qatlarını iĢıqlandırır. Epitetlər predmetin səciyyəvi
xüsusiyyətlərini, qəhrəmanların mənfi və müsbət keyfiyyətlərini
obrazlı təsvir yolu ilə bildirir. Məs.:
Mən rüsxət versəm də, sənə qıymaram