~ 22 ~
yanaĢı anlayıĢlardan istifadə etmək məcburiyyətində qaldıq.
"Adlar" baĢlığı altında bütün növ vəhĢi heyvanların, quĢların,
sürünənlərin və cücülərin, balıqların adları sadalanır və bunların
yayılma arealı, barələrində olan əfsanə və rəvayətlərin toplanması
tələb edilir.
"Nağıl, əfsanə və rəvayətlər"də isə bu və ya digər nağıl mo-
tivlərini əks etdirən folklor materiallarının toplanmasına fikir
vermək tələb edilir. Məsələn, müdrik çar Solomon (bizdə Süley-
man peyğəmbər), dirilik və əbədiyyət suyunun axtarıĢı, quĢlar
özlərinə necə Ģah seçdilər, dünyanın suya qərq olması, dünyanın
və ilk insanın yaranması, odun əldə edilməsi barəsində olan əf-
sanə və rəvayətlər, ögey ana və evdən qaçan övlad, Ģahzadə
qurbağa, xanın, Ģahın, carın bahadırı, pəhləvanı məhv etmək üçün
təhlükəli səfərə göndərməsi və s. bu kimi motivləri əks etdirən
nağılların (əsasən sehirli nağıllar nəzərdə tutulur -S.O.) toplanıl-
ması nəzərdə tutulur.
"Ruhlar haqqında rəvayətlər" hissəsində isə xurafat və
mövhumatı əks etdirən rəvayətləri, əfsanələri, inancları toplamaq
tövsiyə edilirdi. Məsələn, evdə, çöldə, meĢədə, dağda, su kənarın-
da yaĢayan ruhlar, təkgöz iblis, heyvanların və qadınların
südlərini sağan cinlər, Ģəyətinlər, qulyabanılar, hal arvadları, qaz
cildində suda çimən qızlar, adamyeyənlər, lunatiklər, qorxulu
yuxular, və s. belə qeyri-adi hadisələr, barəsində nağıl və əf-
sanələrin, ruh, ölüm, xəstəliklər və o dünya, tale kitabı, alın yazısı
kimi mövhumi və s. belə qeyri-adi hadisələri əks etdirən əf-
sanələrin, inancların toplanılması bu hissədə sadalanır.
Məqalənin "Mərasimlər" adlanan hissəsində isə müxtəlif
səbəblərlə, istəklərlə kəsilən qurban kəsmə adətlərinin, mərasim-
lərinin ətraflı təsviri, oda, suya, dağa qurban kəsilirmi və belə bir
adət hələ də varmı? ġeytanı, Ģəyətini, cini qovmaq mərasimi
varmı və necə keçirilir? Evdən pay vermə və ya iĢləmə hansı gün
və günün hansı vaxtı günahdır inancı, xalq təqvimi ilə bağlı
keçirilən müxtəlif mərasimlərin xarakteri, kosmoqonik hadisələrlə
bağlı mərasimlər, uĢaqların doğumları ilə əlaqədar keçirilən
mərasimlər, oxunan dualar, mahnılar, beĢik nəğmələri, hamilə
qadınlara münasibətlə əlaqəli inanclar, qan qardaĢlığı, süd qar-
daĢlığı-bacılığı bağlanılan zamanı edilən mərasimlər, andlar,
öldürülmüĢ, ovlanmıĢ heyvanın ətrafında edilən rəqslər və oxunan
mahnılar, çobanların arasında olan və keçirilən mərasimlər, oxu-
nan nəğmələr, uĢaq oyunları, uĢaq mahnı və nəğmələri, anaların
uĢaqlarına danıĢdıqları yağıĢ, çiçəklər,
böcəklər, quĢlar və s. təbiət
~ 24 ~
Belə bir proqram-tövsiyədən, nəyi toplamaq, necə toplamaq
prinsiplərinin, yenə qeyd edirəm, müasir mərhələdə də əhəmiyyəti
və aktuallığı göz önündədir. Niyə bizim XXI əsrdəki bölgələri-
mizin, kəndlərimizin folkloristik-etnoqrafik təsviri verilməsin? Bu
bölgələrdə yaĢayan sinədəftər ziyalılarımızın Ģəxsiyyətləri, ic-
timai-sosial fəaliyyətləri, bacarıqları barədə materiallar toplanıb
gələcək nəsillərə yadigar saxlanılmasın. Yeni dövrdə yaranmıĢ
folklor materialları toplanıb arxivləĢdirilməsin? Yeni yaranmıĢ
antroponimlər, etnonimlər və s. bu cərgədən olan məsələlər qeydə
alınıb folkloristik təsviri və Ģərhi verilməsin? Ġndinin özündə xur-
afatın, mövhumi məsələlərin ekran-efir səviyyəsində təqdimini
görürük və bunları folkloristik mövqedən qeydə almağı, Ģərh
verməyi isə unuduruq!
Qaçqın-köçkün çadırlarında folklorun mənzum-lirik janrla-
rında minlərlə nümunələr yaranıbdır. Xüsusən, Qarabağ mühari-
bəsi və hadisələri mövzusunda bayatıların, ağıların yaranması
prosesi güclənibdir. Ulu öndərin Ģəxsiyyəti və fəaliyyəti ilə bağlı
xalq arasında yüzlərlə bayatı, qoĢma, gəraylı mövcuddur, adına
dastanlar bağlanıbdır. Bunların toplanması, arxivləĢdirilməsi
lazımdır.
Və bizə elə gəlir ki, folklorun
ən aktual problemlərindən
biri də budur.
Ədəbiyyat:
1. SMOMPK 2-ci buraxılıĢ, 1-ci Ģöbə, Tiflis, 1882
2. SMOMPK 27-ci buraxılıĢ, 4-ci Ģöbə, Tiflis, 1900
3.Zeynallı H. SeçilmiĢ əsərləri. Toplayanı və çapa hazırlayanı
f.e.n. Tağıyev. Bakı, 1982
СЕХЕР ОРУДЖЕВА
ЗАБОТЫ, ПРОБЛЕМЫ И ПРЕДСТОЯЩИЕ ЗАДАЧИ
СОВРЕМЕННОЙ ФОЛЬКЛОРИСТИКИ
РЕЗЮМЕ
Ключевые слова: фольклор, этап, собирание,
социально-политический, духовный, особенность
Как известно, в фольклоре существуют различные осо-
бенности каждого этапа, и каждый период считается про-
шедшим по отношению к предыдущему. Сейчас мы имеем