Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Yol-nəqliyyat hadisəsi yerindən laborator məhkəmə-tibbi müayinə üçün nəyin götürülməsi məqsədəuyğundur?



Yüklə 1,48 Mb.
səhifə6/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   2   3   4   5   6   7   8   9   ...   19

284) Yol-nəqliyyat hadisəsi yerindən laborator məhkəmə-tibbi müayinə üçün nəyin götürülməsi məqsədəuyğundur?

A) Avtomobilin hissələrinin səthində olan daxili orqan hissəciklərinin

B) Avtomobilin ön təkərlərinin

C) Avtomobilin ön buferinin

D) Yol örtüyündə olan şüşə qırıqlarının

E) Avtomobilin arxa təkərlərinin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

285) Avtomobilin piyadanı vurması zamanı həlak olmuş şəxsin paltarlarında avtomobilə xas nə aşkar oluna bilər?

A) Daxili orqan hissəcikləri

B) Avtomobil boyasının hissəcikləri

C) Qan ləkələri

D) Tük

E) Avtomobilin tormoz izləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
286) Avtomobilin piyadanı vurması zamanı həlak olmuş şəxsin bədənində xarakterik iz olaraq nə aşkar oluna bilər?

A) Sürtgü yağları

B) Faraların əksi olan izlər

C) Digər ləkələr

D) Tormoz izləri

E) Belə iz yoxdur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Meyitin məhkəmə-tibbi müayinəsi

287) Aqoniyaönü dövrün aqoniyaya keçid dövrü hansıdır?

A) Minimal ölüm dövrü

B) Ürəyin dayanmasindan sonraki dövr

C) Tənəffüs fəaliyyətinin dayanmasi dövrü

D) Terminal pauza

E) Nəbzin periferiyada və yuxu arteriyalarında itməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

288) Aqoniyanın kliniki şəkli hansının nəticəsidir?

A) Mərkəzi sinir sisteminin funksiya və vəziyyətinin köklü dəyişikliklərinin

B) Su-elektrolit mübadiləsinin pozulması

C) Maddələr mübadiləsinin dayanmasının

D) Ürəyin dayanmasının

E) Tənəffüsün dayanmasının


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

289) Terminal pauza nə qədər davam edir?

A) 1-1,5 saatadək

B) 2-4 dəqiqəyədək

C) Bir günədək

D) 30-60 dəqiqəyədək

E) 20-30 dəqiqəyədək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
290) Orqanizmin son vəziyyətindən asılı olaraq klinik ölüm dövrü nə qədər davam edə bilər?

A) 15-20 dəqiqə

B) 1 saata qədər

C) 30-40 dəqiqə

D) 4-7 dəqiqə

E) 2-3 saata qədər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

291) Bioloji ölümün obyektiv əlamətləri hansılardır?

A) Hipostoz, staz və imbibisiya mərhələləri ilə inkişaf edən meyit ləkələri

B) Bütün reflekslərin sönməsi

C) Əzələlərin atoniyası

D) Arterial qan təzyiqinin təyin edilməməsi

E) Bəbəklərin işığa reaksiyasının olmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
292) «Beyin ölümü»nün klinik meyarları hansılardır?

A) Huşun soporoz vəziyyəti

B) Bütün əzələlərin atoniyası

C) Psixikanın kəskin pozulmaları

D) Xarici qıcıqlara istənilən növ refleks və reaksiyaların itməsi

E) Huşun komatoz vəziyyəti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

293) Ölümün baş verməsindən sonrakı ilk saatlarda otaq temperaturuı şəraitində meyitin hərarəti ilk 6 saatın hər bir saatında necə dəyişir?

A) 1-1,5° C azalır

B) Dəyişmir

C) 7-8° C azalır

D) 5,5° C azalır

E) 3-5° C azalır


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
294) Ölümün baş verməsindən ilk 6 saat sonra, otaq temperaturası şəraitində meyitin hərarəti hər 1,5-2 saatda necə dəyişir?

A) 2-3° C azalır

B) 4° C azalır

C) Dəyişmir

D) 1 C ° azalır

E) 5° C azalır


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
295) Termometriyanın aparılması üçün termometr hara yeridilir?

A) Düz bağırsağa

B) Döş boşluğuna

C) Dərialtına

D) Kəllə boşluğuna

E) Onurğa beyni kanalına


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
296) İlkin meyit əlamətinə hansı aiddir?

A) Yağmumlaşma

B) Torflu aşılanma

C) Mumifikasiya

D) Soyuma

E) Çürümə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
297) Gec əmələ gələn meyit əlamətlərinə hansı aiddir?

A) Meyit qacıması

B) Yağmumlaşma

C) Autoliz

D) Meyit quruması

E) Meyit ləkələri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
298) Aşağıdakılardan hansında meyit quruması aşkar olunur?

A) Boyunun dərisində

B) Dodaqların haşiyəsində

C) Əllərin iç səthində

D) Başın dərisində

E) Ayaqların alt səthində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
299) Meyitin soyuması, böyük adamların meyitləri ilə müqayisədə yenidoğulmuş uşaq meyitlərində necə gedir?

A) Soyumur, əksinə hərarəti artır

B) Soyumur

C) Tez soyuyur

D) Gec soyuyur

E) Böyüklərdə olduğu kimi eyni dərəcədə soyuyur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
300) Meyitin mumufikasiyasını surətləndirən ətraf mühit şəraiti hansıdır?

A) Rütubətlilik

B) Yaxşı aerasiya (hava axını)

C) Aşağı tempratura

D) Nəm, bərk torpaq

E) Qapalı mühit


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

301) Ölümün baş vermə müddətinin təyinində hərarətin qoltuqaltı çuxurda ölçülməsinin nə əhəmiyyəti var?

A) Çox az əhəmiyyəti var

B) Belə üsul yoxdur

C) Əhəmiyyəti yoxdur

D) İstiqamətverici əhəmiyyəti var

E) Praktik əhəmiyyəti yoxdur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

302) Meyit ləkələrinin bədənin müxtəlif səthlərində və müxtəlif inkişaf mərhələlərində olması nəyi təyin etməyə imkan verir?

A) Meyitin pozasının dəyişdirilməsi faktını və müddətini

B) Ölümün növünü

C) Ölümün səbəbini

D) Ölümün baş vermə müddətini

E) Ölümün baş verməsi faktın


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

303) Ölümün baş vermə müddətinin təyini məqsədilə meyit ləkələrinin müayinəsində nə istifadə oluna bilər?

A) Taxometr

B) Spidometr

C) Dinamometr

D) Kalorimetr

E) Perimetr


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
304) Otaq temperaturu şəraitində meyit ləkələri orta hesabla hansı vaxtdan sonra aşkar olunur?

A) 24 saatdan sonra

B) Baş verməsindən 2-4 saat sonra

C) 10-12 saat sonra

D) 18-24 saat sonra

E) 15 saat sonra


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

305) Yüksək temperatura (32-40° S) şəraitində meyit ləkələri orta hesabla nə vaxt aşkar olunur?

A) 7-12 saat sonra

B) Baş verməsindən 2-4 saat sonra

C) Ölümün baş verməsindən 1,5-2 saat sonra

D) 18-24 saat sonra

E) İlk 30-40 dəqiqədə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
306) Meyitdə irin ocaqları olduqda və asfiksiyanın müxtəlif növlərində ölüm hallarında çürümə prosesinin inkişafı necə gedir?

A) Həddindən zəif

B) Zəif

C) Təsiri yoxdur



D) Dayanır

E) Tez
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



307) Atletik bədən quruluşlu şəxslərdə meyit qacıması necə inkişaf edir?

A) Adi şəxslərdəkindən 3 sutka sonra

B) Adi şəxslərdəkindən 6 sutka sonra

C) Tədricən

D) Adi şəxslərdəkindən 4 sutka sonra

E) Adi şəxslərdəkindən 5 sutka sonra


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

308) Yenidoğulmuş üşaqların meyitləri digər meyitlərə nisbətən çürüməyə necə məruz qalır?

A) Tez məruz qalır

B) Həddindən artıq gecikir

C) İldırımsurətli

D) Gecikir

E) Təsiri yoxdur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

309) Ətraf mühitin yüksək tempraturu (50° S-dək) və rütubətliyi (70-100%) çürümə proseslərinə necə təsir edir?

A) Çürümə prosesini həddindən çox zəiflədir

B) Çürümə prosesini gecikdirir

C) Sürətləndirir

D) Çürümə prosesini həddindən çox gecikdirir

E) Təsir etmir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

310) Meyitdəki paltarların çürümə proseslərinin inkişaf sürətinə təsiri necədir?

A) Təsir etmir

B) Dayandırır

C) Həddindən çox sürətləndirir

D) Surətləndirir

E) Ətraf mühit faktorların təsirinin qarşısını müəyyən müddətdə aldığı üçün gecikdirir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
311) Meyitdə çürümə dəyişikliklərinin xarici əlaməti hansıdır?

A) Meyitin soyuması

B) Meyitin emfizematoz şişkinliyi

C) Meyit qacıması

D) Meyitin quruması

E) Dəri örtüklərinin çəhrayı çalarlığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Qəfləti ölümlərdə meyitlərin məhkəmə-tibbi müayinəsi

312) Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə xəstəliyin kliniki əlamətləri başlanandan ölüm baş verənədək hansı müddət keçməlidir ki, o qəfləti ölüm hesab edilsin?

A) 6 saata qədər

B) 2 gün sonra

C) 2-3 gün

D) 5-6 gün

E) 3-4 gün


Ədəbiyyat: Ümumdünya Səhiyyə Təşkilatının XBT
313) Qəfləti ölüm ən çox hansı orqanların xəstəlikləri nəticəsində baş verir?

A) Tənəffüs sisteminin

B) Həzm sisteminin

C) Ürək-damar sisteminin

D) Periferik sinir sisteminin

E) Mərkəzi sinir sisteminin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
314) Ağ ciyərlərin vərəmində qəfləti ölümün səbəbi nədir?

A) Baş beyinə qansızma

B) Ağ ciyər qanaxması

C) Xroniki böyrək çatmamazlığı

D) Ağ ciyərin xroniki iltihabı

E) Xroniki intoksikasiya


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
315) Azacıq fiziki yüklənmədən sonra uşaqlarda və yeniyetmələrdə baş verən ölümə nə səbəb ola bilməz?

A) Anadangəlmə qüsurları

B) Kəskin infeksion xəstəliklər

C) Fiziki cəhətdən zəif inkişaf etmə

D) Timikolimfatik vəziyyət

E) Psixoemosional gərginlik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

316) Aortanın anevrizmasında qəfləti ölüm nəyin nəticəsində baş verə bilər?

A) Kəskin ürək çatmamazlığından

B) Aortanın cırılması nəticəsində kəskin qanitirmədən

C) Kəskin damar çatmamazlığından

D) Baş beyinə qansızmadan

E) Obturasion asfiksiyadan


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
317) Baş beynin angiomatoz zədələnmələri hansı nahiyələrdə yerləşə bilər?

A) Vegetativ sinir sistemində

B) Onurğa beyninin bel şöbəsində

C) Günəş kələfində

D) Simpatik sinir sistemində

E) Beyin yarımkürələrində və beyincikdə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

318) Kəskin ürək-damar çatmamazlığının inkişaf etməsinin səbəbi nədir?

A) Beyin arteriyalarının zəif aterosklerozu

B) Tac damarların az inkişaf etmiş aterosklerozu

C) Tac damarların əhəmiyyətli aterosklerozu və daralması

D) Aortanın mülayim aterosklerozu

E) Damarların sklerotik zədələnməsi əhəmiyyətli rol oynamır


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

319) Epileptik statusda ölüm hansı səbəbdən baş verir?

A) Mineral mübadilənin pozulmasında

B) Kəskin böyrək çatmamazlığından

C) Yuxarı ətrafların qıc olmasından

D) Kəskin qara ciyər çatmamazlığından

E) Baş beynin ödemindən və şişməsindən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

320) Hipertoniya xəstəliyi və beyin arteriyalarının aterosklerozu nəticəsində baş verən beynin işemik infarktı hansı nahiyədə yerləşir?

A) Beyin yarımkürələrinin ağ maddəsində

B) Dalaqda

C) Göz almalarında

D) Ağ ciyərlərdə

E) Ürək əzələsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
321) Hipertoniya xəstəliyi və beyin arteriyalarının aterosklerozu nəticəsində baş verən beynin işemik infarktı hansı nahiyədə yerləşir?

A) Ürək əzələsində

B) Qara ciyərdə

C) Belə infarkt olmur

D) Onurğa beynində

E) Beyin kötüyündə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

322) Aortanın anevrizmasının səbəbi nədir?

A) Mitral qapaqlarının çatmamazlığı

B) Aortanin aterosklerozu

C) Cüzam xəstəliyi

D) Vərəm xəstəliyi

E) Tac damarların sklerozu


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
323) Beyin qişalarının iltihabının səbəbi nədir?

A) Kəllə boşluğuna keçən çapılmış yara

B) Qapalı kəllə beyin travması

C) Baş beyin silkələnməsi

D) Beynin əzilməsi

E) Bədənin küt tarvması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
324) Autopsiyada hipertoniya xəstəliyinin əsas əlaməti hansıdır?

A) Sol qulaqcığın atrofiyası

B) Üçtaylı qapağın çatmamazlığı

C) Oval dəliyin açıq qalması

D) Ikitaylı qapağın çatmamazlığı

E) Beyin arteriyalarının sklerozu və böyrəyin büzüşməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

325) Hansı amil miokardın kəskin işemiyasını törətmir?

A) Çoxlu siqaret çəkmə

B) Onurğa beyninə ocaqlı qansızmalar

C) Fiziki gərginlik

D) Hava (günəş və s) amilləri

E) Psixi-fizioloji amillər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

326) Mədə-bağırsaq sisteminin xəstəliklərində qəfləti ölüm nəyin nəticəsində baş verə bilər?

A) Bağırsaq daşları

B) Kaxeksiya

C) Alimentar distrofiya

D) Bəd xassəli şişin dağılmasından törəyən massiv qanaxma

E) Mədə xorası xəstəliyi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
327) Qəfləti obturasion asfiksiya nəyin nəticəsində baş verə bilər?

A) Traxeyanın dağılmaya məruz qalan bəd xassəli şişi

B) Qida borusunun divertikulu

C) Qırtlağın xoş xassəli şişi

D) Timusun atrofiyası

E) Səs tellərinin parezi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

328) Miokardın histoloji müayinəsinə əsasən miokard infarktının əmələ gəlmə müddətini təyin etmək mümkündürmü?

A) Perikard boşluğundakı mayenin tədqiqi ilə

B) Baş beynin müayinəsinə əsasən

C) Qeyri-mümkündür

D) Mümkündür

E) Ağ ciyər damarlarının müayinəsinə əsasən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
329) Ağ ciyər arteriyasının tromboemboliyasının mənbəyi tromblaşmış hansı damar ola bilər?

A) Bud arteriyası

B) Beyin əsası arteriyaları

C) Aşağı ətrafların tromblaşmış venaları

D) Kiçik qan dövranı arteriyaları

E) Körpücük altı arteriya


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
330) Tromblaşmış hansı damar ağ ciyər arteriyasının tromboemboliyasının mənbəyi ola bilər?

A) Çanağın tromblaşmış venaları

B) Beyin əsası arteriyası

C) Yuxarı müsariqə arteriyası

D) Dalaq arteriyası

E) Müsariqə arteriyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
331) Autopsiyada hipertoniya xəstəliyinin əsas əlaməti hansıdır?

A) Ürəyin sol mədəciyinin hipertrofiyası və arteriolonefroskleroz

B) Mədəciklərarası arakəsmənin defekti

C) Botal axacağının açıq qalması

D) Aorta qapaqlarının çatmamazlığı

E) Sağ mədəciyin atrofiyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Yenidoğulmuş uşaq meyitlərinin məhkəmə-tibbi müayinəsi

332) Məhkəmə-tibbi baxımdan körpə doğulduqdan sonra nə qədər müddət yaşadıqda yeni doğulmuş uşaq meyiti hesab olunur ?

A) 7 gün

B) 1-2 gün

C) 20 gün

D) 5 gün

E) 10 gün


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
333) Körpənin yeni doğulmuş olmasını hansı əlamət göstərir?

A) Doğuş şişinin olması

B) Botal axacağının açıq qalması

C) Baş beyində xoş xassəli şişin olması

D) Demarkasion halqalı quru göbək ciyəsinin olması

E) Oval dəliyin bitişməməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
334) Yeni doğulmuşluğu hansı əlamət sübut edir?

A) Göbək ciyəsinin qismən qopması

B) Xəsarət olmadan dölün bədəninin qana bulaşması

C) Demarkasion halqa ilə quru göbək ciyəsinin olması

D) Ciftin olması

E) Dərinin quru olması və kəpəklənməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
335) Yeni doğulmuşun vaxtında doğulması hansı əlamətə əsasən təyin edilir?

A) Xəstəliklərin olub-olmamasına görə

B) Meyitin boyunun uzunluğuna və çəkisinə görə

C) Dölün dərisinin rənginə görə

D) Dölün bədənindəki xəsarətlərə görə

E) Dölün cinsinə görə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
336) Doğuş zamanı ölümün səbəbi nədir?

A) Dölyanı suların aspirasiyası

B) Doğuş prosesində alınmış travma

C) Ürək qüsuru

D) Hemolitik xəstəlik

E) Meninqoensefalit


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

337) Yeni doğulmuşun qeyri-zorakı ölümünün səbəbi nədir?

A) İnkişaf qüsurları, ananın kəskin infeksion xəstəliklərinin fəsadları

B) Doğuş travması

C) Göbək ciyəsinin həqiqi düyünü

D) Ciftin soyulması

E) Dölyanı suların aspirasiyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

338) Vaxtında doğulmuş uşağın çəkisi nə qədər olur?

A) 1-2 kq

B) 1,5-2 kq

C) 0,5 kq

D) 2 kq

E) 3-3,5 kq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

339) Vaxtında doğulma dedikdə nə başa düşülür?

A) Doğuş zamanı dölün fiziki inkişaf dərəcəsi

B) Dölün ana bətnindəki dövrün 10 qəmər ay olması

C) Dölün boyunun uzunluğunun 40sm-ə qədər olması

D) Dölün ana bətnindəki dövrün 8 qəmər ay olması

E) Dölün çəkisinin 2600 qr olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
340) Dölün yetkinliyi dedikdə nə başa düşülür?

A) Döş qəfəsinin dairəsinin 24 sm olması

B) Dölün doğuş zamanı fiziki inkişaf dərəcəsi

C) Boyunun uzunluğunun 30 sm-ə qədər olması

D) Dölün ana bətnindəki dövrünün 6 qəmər ay olması

E) Çəkisinin 1500 qr olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

341) Vaxtında doğulmuş dölün bədəninin uzunluğu hansı həddədir?

A) 50-55sm

B) 35-40sm

C) 25-30sm

D) 40-45sm

E) 20-25sm


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
342) Yeni doğulmuşun yaşamaq qabiliyyəti dedikdə nə başa düşülür?

A) Dölün boyunun uzunluğunun 30-35sm olması

B) Yenidoğulmuşun ana bətnindən kənarda həyatıni davam etdirə bilmə qabiliyyətinin olması

C) Dölün çəkisinin 600 qram olması

D) Doğuş zamanı dölün fiziki inkişaf dərəcəsi

E) Dölün, hamiləliyin 6 qəmər ayında doğulması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
343) Dölün bətndaxili asfiksiyasının səbəbi hansıdır?

A) Sidikdaşı xəstəliyi

B) Bud-çanaq oynağında adəti çıxıq

C) Göbək ciyəsinin həqiqi düyünü

D) Ürək qüsuru

E) Ananın qalça sümüyünün qapalı sınığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

344) Dölün diri doğulmasının təyini məqsədilə hansı sınaq aparılır?

A) Gümüş-güzgü sınağı

B) Ağ ciyər sınağı – (Qalen-Şreyer sınağı)

C) Rapoport sınağı

D) Bokarius sınağı

E) Belə sınaq yoxdur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
345) Dölün yetkinliyi əlaməti hansıdır?

A) Baş tüklərinin 0,5 mm olması

B) Bədənin çəkisinin 2000 qr olması

C) Başın dairəsinin 20 sm olması

D) Dölün boynun uzunluğunun 45-47 sm olması

E) Başın boylama diametrinin 7 sm olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

346) Doqquzuncu qəmər ayının sonunda ciftin çəkisi neçə qram olur?

A) 800 qr

B) 1500 qr

C) 500 qr

D) 2000 qr

E) 1000 qr


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
347) Breslauya görə mədə-bağırsaq sınağının aparılma texnikası necədir?

A) Döş və qarın boşluqlarını açmaq, döş-qarın üzvlər kompleksini vahid halda çıxarmaq və su olan qaba salmaq

B) Döş və qarın boşluqlarını açmaq, mədə və bağırsaqları çıxartmaq və su olan qaba salmaq

C) Əvvəlcə plevra boşluqlarına hava yığılmasının təyini sınağını aparmaq

D) Döş və qarın boşluğu orqanlarını çıxartmazdan əvvəl mədənin giriş və çıxışına, eləcə də bağırsaq ilgəklərinə liqaturalar qoymaq, daxili üzvləri kompleks halda çıxarmaq və su olan qaba salmaq

E) Öncə fəqərə sütununun döş və boyun şöbəsini açmaq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
348) Ağ ciyər və mədə-bağırsaq sınaqları nəyin təyini üçün aparılır?

A) Ölü doğulmanın və bətndaxili yaşın təyini üçün

B) Diri doğulmanın və bətndən kənar yaşama müddətinin təyini üçün

C) Ölümün səbəbinin təyini üçün

D) Dölün yaşama qabiliyyətinin təyini üçün

E) Uşaq öldürmənin təyini üçün


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

349) Qalen-Şreyer üsulu ilə bətndaxili sınağın keçirilmə texnikası necə aparılır?

A) Döş və qarın boşluğunu açmaq, üzvlər kompleksinin vahid halda çıxartmaq və soyuq su olan qaba salmaq

B) Öncə fəqərə sütununun döş və boyun şöbəsini açmaq

C) Döş boşluğunu açmaq, döş və boyun üzvlərini çıxartmaq və soyuq su olan qaba salmaq

D) Döş boşluğunu açmaqdan qabaq traxeyanı və yemək borusunu əldə edərək liqatura qoyub bağlamaq, bundan sonra daxili üzvləri kompleks halda çıxarmaq və soyuq su olan qaba salmaq

E) Əvvəlcə plevra boşluqlarına hava yığılmasının təyini sınağını aparmaq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Sağlamlığın pozulması və xəsarətlərdən baş vermiş ölüm

350) Hansı, travmatizmin növlərinə aid deyil?

A) Qeyri-istehsalat

B) Məişət

C) İstehsalat

D) Nəqliyyat

E) Hərbi
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.


351) Yol-nəqliyyat travmatizminin növlərinə hansı aid edilmir?

A) Dəmiryol

B) Motosiklet

C) Avtomobil

D) Aviasiya

E) Traktor


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
352) İstehsalat travmatizminə hansı aiddir?

A) Dəmiryol nəqliyyatı

B) Məişət

C) Kənd təsərrufat

D) İdman

E) Su nəqliyyatı


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

353) Qeyri istehsalat travmatzminə hansı aiddir?

A) Kənd təsərrüfatı

B) İdman

C) Sənaye

D) Dəmiryol nəqliyyatı

E) Hava nəqliyyatı


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
354) İstehsalat travmatzminə aid olan hansıdır?

A) İdman


B) Su nəqliyyatı

C) Sənaye

D) Dəmiryol nəqliyyatı

E) Məişət


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
355) Xəsarətləri əmələ gətirən xarici təsir faktorlarına hansı aid edilmir?

A) Termiki

B) Bioloji

C) Fiziki

D) Kimyəvi

E) Barometrik


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə