79
yod tərkibli kontrast maddə - 30-50% 25-40 ml triombrast (veroqrafin,
urotrast və s.) yeridilir. Sonra 7, 15 və 25-ci dəqiqələrdə böyrəklərin
rentgen şəkli çəkilir. Kontrast maddə böyrəklər tərəfindən ifraz olunmaq-
la onun funksional vəziyyəti haqda məlumat verir. Bundan başqa böyrək-
lərin yerləşməsi, forması, ölçüləri, böyrək kasacıq-ləyən sisteminin, sidik
axarının vəziyyəti haqqında məlumat əldə edilir, eyni zamanda böyrək-
lərdə olan daş, şiş və s. aid dəyişikliklər aşkar edilir.
Böyrək çatışmazlığı olduqda kontrast maddə ifraz olunmadığı
üçün ekskretor uroqrafiyanın diaqnostik əhəmiyyəti olmur, hətta
böyrək çatışmazlığında bunun aparılması əks-göstəriş sayılır. Ona
görə ekskretor uroqrafiya aparmaq üçün həmişə Zimnitski sınağı
yerinə yetirilməlidir. Əgər sidiyin nisbi sıxlığı bir və ya bir neçə
porsiyada 1.016-dan yüksək olmazsa, onda ekskretor uroqrafiya yox,
infuzion uroqrafiya aparılır.
İnfuziyon uroqrafiyaya göstərişlər:
1.
Xəstədə xronik böyrək çatışmazlığı olduqda;
2.
Sidik yollarının tam vəziyyətini müəyyən etmək lüzumu mey-
dana çıxdıqda;
3.
Ekskretor uroqrafiyada məlumat az olduqda.
İnfuzion uroqrafiyanı yerinə yetirmək üçün 10-15 dəqiqə ərzində
vena daxilinə 200-250 ml 25%-li kontrast maddə yeridilir. Birinci
rentgen şəkli kontrast maddə yeridilən kimi edilir. Sonrakı şəkillərin
çəkilmə vaxtı əvvəlki şəkillərin nəticələrindən asılı olur.
Bəzən ekskretor və infuzion uroqrafiyaların nəticələri aydın olma-
dıqda xəstələrə retroqrad ureteropieloqrafiya edilir. Bunun üçün
sidik kisəsinə yeridilmiş sistoskopdan sidik axarına xüsusi kateter
(18-25 sm) salınır və kateterlə yodlu maddə (3-5 ml), yaxud oksigen
yeridilərək böyrək ləyəninin rentgen şəkli çəkilir.
Böyrək arterioqrafiyası
Bəzi böyrək xəstəliklərinin - böyrək şişi, kistası, polikistoz, böyrək
damarlarının stenozu diaqnozunu dəqiq qoymaq üçün böyrək angioq-
rafiyası (arterioqrafiya, venoqrafiya) edilir. Arterioqrafiya əməliy-
80
yatını yerinə yetirmək üçün Seldinger üsulu ilə bud arteriyasından
aortaya xüsusi kateter yeridilir və böyrək arteriyalarından yuxarı
səviyyəyə çatdırılır (lazım olduqda kateterin ucu böyrək arteriyasına
salınır - selektiv arterioqrafiya) və kateterlə 60-80 ml kontrast maddə
vurmaqla ardıcıl rentgen şəkillər çəkilir. Alınmış şəkillərdə böyrək
arteriyaları və onların şaxələri, böyrək parenximası və kasacıq-ləyən
sistemi görünür.
Rentgen kompyuter tomoqrafiyası (KT)
Son illər nefroloji xəstələrin müayinəsində geniş istifadə olunur.
Üsul ardıcıl olaraq bədənin köndələn laylarının alınmasına və məlu-
matların ağ-qara və rəngli şəkildə ekrana verilməsinə əsaslanır. Sonra
nəticələrin rentgen şəkli çəkilir, ya da printerdə çap olunur.
Nefrologiyada KT böyrək şişlərinin, polikistozunun və daşlarının,
böyrəküstü vəzilərinin şişlərinin diaqnozunu qoymağa, böyrək trav-
malarında onların zədələnmələrini təyin etmək üçün istifadə edilir.
Qeyri-invaziv üsullar arasında KT ən dəqiqlərdən sayıla bilər, çünki
bəzi hallarda kontrast maddə ilə də aparıla bilər. KT, USM və
maqnit-rezonans üsullarının istifadəsi böyrək xəstəliklərinin dəqiq
diaqnozunu qoymağa imkan verməklə pnevmoren və presakral
retropnevmoperitonium kimi invaziv üsullardan imtina etmək imka-
nını vermişdir.
Maqnit-rezonans tomoqrafiyası
Maqnit-rezonans tomoqrafiyası (MRT) nisbətən yeni, inkişaf
edən, qeyri-invaziv, yüksək informativ müayinə üsuludur. Üsulun
üstünlüyü ondan ibarətdir ki, bu zaman böyrəklərin, peritonarxası
sahənin və qarın boşluğu orqanlarının nəinki horizontal (köndələn),
istənilən müstəvidə (frontal, sagital) dəqiq şəklini almaq mümkün
olur. Müxtəlif proyeksiyalarda alınmış məlumatların tutuşdurulması
böyrəkdəki patoloji ocağın (şiş, kista, konkrement, destruksiya,
sidiyin retensiya zonaları və s.) dəqiq vəziyyəti haqda məlumat
almağa, onun sağlam böyrək toxumasına, damarlara, kasacıq-ləyən
81
sisteminə və həmçinin qonşu orqanlara münasibətini aydınlaşdır-
mağa imkan verir. Ətraf orqanların, damarların, limfa düyünlərinin
vəziyyətinin öyrənilməsi şiş prosesinin xarakteri, yayılması haqda
dəqiq məlumatlar əldə etməyə kömək edir. MRT müayinəsi rentgen-
kontrast maddələrə qarşı həssaslığı olan insanlarda, ateroskleroz pro-
sesi nəticəsində angioqrafiyanın aparılması mümkün olmadıqda, xro-
niki böyrək çatışmazlığında belə xəstələrdə aparılması mümkün
olduğu üçün qiymətli sayılmalıdır. Şüa yükünün olmamasını da nə-
zərə aldıqda üsulun əvəzolunmazlığı bir daha özünü sübut edir.
MRT kontrast maddə ilə aparıla bilər. Maqnivist – paramaqnit
kontrast maddə 0.2 ml/kq dozada bir dəfə vena daxilinə vurulur.
Müayinəyə məhdudiyyət kimi xəstədə klaustrofobiyanı, bədəndə
metal protezlərin, fiksatorun olması qeyd olunmalıdır.
Radioizotop müayinə üsulları
Radioizotop nefroqrafiya böyrəyin funksiyasını öyrənmək üçün
tətbiq edilir. Xəstənin venasına I
131
ilə nişanlanmış hippuran, yaxud
diobrast yeridilir, sonra çoxkanallı radioqrafik cihazın köməyi ilə hər
böyrəyin funksiyasını ayrıca və qanın nişanlanmış maddədən təmiz-
lənməsini (böyrəyin summar sekretor funksiyası) öyrənir. Bu müayi-
nə xroniki qlomerulonefritdə, pielonefritdə, böyrək vərəmi və ami-
loidozunda, böyrəkdən sidiyin xaric olmasının pozulmasında diaq-
nozu dəqiqləşdirilməyə kömək edir.
Bəzi hallarda böyrək skanlanır. Bu zaman bədənə Hg
203
ilə
nişanlanmış neohidrin yeridilir. Preparat böyrəklər tərəfindən xaric
olunur. Xüsusi qamma-skaner cihazının köməyi ilə preparatın böy-
rəkdə toplanması qeyd olunur. Bu zaman böyrəyin ölçüləri, böyrək
şişləri, kistası və başqa xəstəlikləri aşkar edilir.
Sidik kisəsinin kateterizasiyası
Sidik kisəsinin kateterizasiyası diaqnostik məqsədlə (sidiyin
müayinə üçün götürülməsi, anuriyanı təyin etmək), yaxud müalicə
məqsədilə (kisədə yığılmış sidiyi buraxmaq üçün, sidik kisəsini
Dostları ilə paylaş: |