85
Cədvəl 1
Diaqnostik biopsiyaya göstərişlər
Xəstəliklər Böyrək biopsiyasına göstərişlər
Nefropatiyalar
Nefrotik sindrom,
Proteinuriya 1q/l /gün-dən çox,
Dayanıqlı və ya residivverici qlomerulyar
hematuriya,
Naməlum mənşəli böyrək parenxim hipertenziyası,
Naməlum mənşəli kanalcıq disfunksiyası.
Renal KBÇ
KBÇ naməlum mənşəli,
KBÇ sistem əlamətlərlə,
KBÇ qlomerulonefrit simptomları ilə,
KBÇ anuriya ilə (3 həftədən çox davamedici).
Böyrək biopsiyasının metodikası. Böyrəyin bağlı biopsiyası me-
todikasına görə (1954-cü ildə R.Kark) böyrəyin aşağı qütbünün
rentgen nəzarəti altında tapılması nəzərdə tutulurdu. 80-ci illərdən
sonra ultrasəs nəzarəti altında böyrəyin bağlı biopsiyası istifadə olu-
nur.
Bədən çəkisi artıq olan şəxslərdə kompyuter tomoqrafik nəzarətin
istifadəsi daha üstün sayılır. Bioptatın alınması punksion iynənin
quruluşuna əsaslanır. Hazırda manual üsulla yanaşı avtomatik biop-
siya iynələrindən istifadə olunur və ağırlaşmaların tezliyini 3 dəfə
azaldır. Dəridən punksion biopsiyaya əks göstəriş olduqda (ümumi
ağır vəziyyət, güclü hemorragik sindrom, poliorqan çatışmazlığı)
açıq və ya transyuqulyar böyrək biopsiyası istifadə olunur. Böyrək
transplantantının biopsiyası üçün avtomatik iynədən istifadə olunur.
Ağırlaşmaların profilaktikası üçün xəstə 3 saat ərzində buz
qovuğu üzərində uzanır, sonrakı 2 gün ərzində ciddi yataq rejimində
olur. Hemostatik vasitələr (vikasol, kalsium xlorid) və antibiotiklər
(eritromisin, yarımsintetik penisillinlər) təyin olunur.
86
Biopsiyanın effektivliyini öyrənmək üçün lupa ilə həmin bioptat
nəzərdən keçirilir. Bioptatda 8-10 yumaqcıq olmalıdır, çünki ancaq
bu miqdar dolğun morfoloji nəticə almağa kifayət edir, bu bağlı
biopsiya üsulu ilə sektorial ultrasəs skanlanmasına əsasən 95-100%
hallarda əldə edilə bilər.
Punksion biopsiyanın ağırlaşmaları. Ən çox təsadüf olunan
ağırlaşmalardan yüngül dərəcəli kapsulaaltı və böyrək ətrafı hemato-
maları göstərmək lazımdır. Bu ağırlaşmalar xüsusi müalicə tələb
etmir. Amma 0,5-1,3% halda hematomalar massiv ola bilər ki, bu da
böyrəyin filtrasiya funksiyasını aşağı salır, hematoma infeksiyalaşa
bilər. 20-30% təsadüflərdə 2-3 gün davam edə bilən mikrohema-
turiya, 0,8-7% halda makrohematuriya qeyd oluna bilər.
Son illər biopsiya iynəsinin ultrasəsin köməyi ilə istiqamətlən-
dirilməsi proseduranın təhlükəsizliyini artırmışdır.
III FƏSİL
ƏSAS KLİNİKİ SİNDROMLAR
Ödem
Böyrək xəstəliklərinin ən xarakter əlamətlərindən biri – ödemdir.
Böyrək mənşəli ödemlər başqa xəstəliklər zamanı (ürək xəstəlikləri,
hipotireoz) meydana çıxan ödemlərdən boş birləşdirici toxuma çox
olan yerlərdə təzahür etdiyinə görə fərqlənir. Bu zaman ödem ilk
növbədə üzdə, gözqapaqları və ayaqlarda meydana gəlir. Əksər hal-
larda böyrək mənşəli ödem bədənin bütün hissələrində bərabər
yayılır, tez bir zamanda həddən artıq arta bilir və anasarka halına
çatır.
Bu zaman nəinki dəri, dərialtı toxuma və həmçinin daxili orqanlar
da şişir. Amma qaraciyərin şişməsi ürək ödemindən fərqli olaraq az
nəzərə çarpır. Eyni zamanda seroz boşluqlara maye (transsudat)
yığılır: hidrotoraks, hidroperikard, assit baş verir.
Böyrək mənşəli ödemləri Mak-Klyur-Oldric suluq sınağının
köməyi ilə də təyin etmək olar. Dəri içinə, saidin iç səthinə, 0,2 ml
xörək duzunun izotonik məhlulu yeridilir və suluq əmələ gətirilir.
Toxumaların «ödem hazırlığından» asılı olaraq suluğun sorulma
müddəti sağlam şəxslərdə bir saata qədər baş verir, amma xəstəlik
zamanı sürətlənir.
Müalicənin gedişində ödemin dinamikasını təyin etmək üçün
xəstənin bədən kütləsi, ətrafların, gövdənin dairəsi ölçülür, içilən su,
gündəlik diurez nəzərə alınır, serroz boşluqlarda olan transsudatın
artıb-azalmasına diqqət edilir. Böyrək mənşəli ödemlərin səbəbləri
aşağıdakılardır:
1.
Kapillyarların divarının keçiriciliyinin artması əsas amillərdən
biridir. Buna səbəb böyrək xəstəliklərində qan zərdabında hialuro-
nidazanın aktivliyinin artmasıdır. Hialuronidaza kapillyar divarının
əsas (bazal) membranın və hüceyrəarası maddənin (endotelarası
87
88
«sement») əsasını təşkil edən hialuron kompleksi – mukopolisaxarid-
lərin depolimerizasiyasını gücləndirir ki, bu da kapillyar divarının
keçiriciliyini artırır. Bu halı gücləndirən vasitələrdə kalsiumun azal-
masının rolu böyükdür, çünki hüceyrəarası «sementin» tərkibinə
kalsium proteinat daxildir. Eyni zamanda qanda pH-nın azalması,
asidozun inkişafı da rol oynayır. Kapillyar keçiriciliyinin generalizə
olunmuş şəkildə artması nəticəsində su, suda həll olmuş maddələr və
çoxlu miqdarda zülal damar mənfəzindən toxumalara keçir. Bundan
başqa, toxumaların ara maddəsinin mukopolisaxaridlərinin depolime-
rizasiyası toxumaarası mayedə molekulların artmasına və onun
kolloid-osmotik təzyiqinin artmasına səbəb olur. Toxumaarası maddə-
nin hidrofilliyi artdığı üçün o özündən suyu çətin «buraxır». Beləliklə,
kapillyar divarının keçiriciliyinin artması nəticəsində baş verən öde-
min bərk olmaması onu hipoproteinemik ödemlərdən fərqləndirir.
Kapillyar keçiriciliyinin artması nəticəsində baş verən ödem za-
manı su təkcə dəri altına yox, damarla zəngin bütün toxumalarda yı-
ğılır, hətta seroz boşluqlarda da maye toplanır. Böyrək yumaqcıqları-
nın kapillyarlarının keçiriciliyinin artması proteinuriyaya səbəb olur
və bu da hipoproteinemiyaya gətirib çıxarır. Belə ödemlər təkçə
böyrək xəstəliklərində deyil, başqa xəstəliklərdə də müşahidə oluna
bilər, belə ki, allergik mənşəli xəstəliklərdə (angionevrotik ödem –
Kvinke ödemi), arının sancması və s. nəticəsində baş verə bilər.
2. Qanda kolloid-osmotik təzyiqin azalması (hipoproteinemiya
nəticəsində) nefrotik sindrom zamanı ödemin əmələ gəlməsində əsas
rol oynayır. Bu zaman böyrəklər tərəfindən zülalın itirilməsindən,
yaxud zülalın damar mənfəzindən toxumalara keçməsi nəticəsində
hipoproteinemiya qanın onkotik təzyiqinin azalmasına səbəb olur.
Hipoproteinemik ödemlər hidrostatika qanunlarına tabe olaraq,
gəzən xəstələrdə ilk növbədə ayaqlarda, uzanan xəstələrdə isə bel
nahiyəsində əmələ gəlir.
Adətən hipoproteinemik ödemləri qanda zülalın səviyyəsi 35-40
q/l-dən aşağı düşdükdə, albuminlərin 10-15 q/l-dən çox azalması
zamanı baş verir. Böyrək xəstəlikləri zamanı ilk növbədə qanda
Dostları ilə paylaş: |