Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   30   31   32   33   34   35   36   37   ...   105

 
112
toniya xəstəliyi diaqnozu ilə müalicə olunurlar, ancaq hipertonik 
krizlərin tezləşməsi feoxromasitoma haqda düşünməyə səbəb olur. 
Feoxromasitoma zamanı xəstələrdə paresteziya və görmənin pozul-
ması müşahidə olunur. Əgər hipertenziya tutmaları normal AT fonun-
da baş verirsə, ürəyin sol mədəciyinin hipertrofiyası  və göz dibində 
dəyişikliklər baş vermir. Amma AT-in yüksəlməsi tutmaları yüksək 
AT fonunda baş verirsə, onda həm sol mədəciyin hipertrofiyası və göz 
dibi dəyişiklikləri (tor qişanın ödemi, neyroretinit, qansızmalar) müşa-
hidə olunur. Həmçinin böyrək damarlarının zədələnməsi – arterio-
losklerozun baş verməsi və proteinuriya müşahidə olunur. 
Feoxromasitoma zamanı katexolaminlərdən həm adrenalinin və 
həmçinin də noradrenalinin ifrazının artması  və qana verilməsi baş 
verir, amma hər bir təsadüfdə bu hormonların birinin artması müşa-
hidə edilir. Feoxromasitomanın  birinci kliniki formasında əsasən şiş 
hüceyrələrində adrenalinin ifraz olunması güman edilir (adrenal 
feoxromasitoma), ikinci klinik formada noradrenalinin əmələ gəlmə-
sinin artması müşahidə olunur. Həmçinin birinci kliniki formada tit-
rəmə, taxikardiya, hiperqlikemiya müşahidə edilir. Qana noradrenali-
nin artıq daxil olması zamanı diastolik təzyiqin çox yüksəlməsi, 
bəzən bradikardiya, stenokardiya tutmaları, göz dibində ağır dəyişik-
liklər baş verir. 
Hipertonik kriz böyrəyin və böyrəküstü vəzin əllənməsi zamanı uzun 
müddət oturmuş haldan ayaqüstə durduqda, bel nahiyəsinin  əzilməsi, 
stres halları zamanı baş verir, çünki bu zaman qana artıq miqdarda 
adrenalin və noradrenalin daxil olur. Əksər halda tutmalar  spontan baş 
verir və onların səbəbini aşkar etmək mümkün olmur. Bəzən hiperten-
ziv krizlər hətta cərrahi əməliyyat zamanı – şişə toxunduqda baş verir, 
yaxud da damargenəldici dərmanların tətbiqi zamanı müşahidə oluna 
bilər. Belə kriz histamin sınağı zamanı baş verə biləcəyi üçün indi bu sı-
naq aparılmır. Eufillin, papaverin, maqnezium sulfat və başqa preparat-
lar da hipertonik krizlərin tezləşməsinə səbəb olur. 


 
113
Qadınlarda feoxromasitomanın aybaşı ilə  əlaqəsi aşkar edilir, 
bəzən hamiləlik zamanı hipertonik paroksizmlər itə bilər və hami-
ləlikdən sonra yenə meydana çıxır. 
Feoxromasitoma paroksizmi zamanı leykositoz, hiperqlikemiya, 
katexolaminlərin qanda konsentrasiyasının və sidikdə ekskresiya-
sının artması müşahidə olunur. Daimi hipertenziya müşahidə olunan 
xəstələrdə qanda və sidikdə katexolaminlərin və onların mübadilə 
məhsullarının daim yüksək olması  aşkarlanır. Hipotalamik krizdən 
fərqli olaraq feoxromasitoma krizindən sonra poliuriya müşahidə 
edilmir. Xəstəliyin ilk əlamətindən diaqnozun qoyulmasına qədər 
bəzən hətta 30 il keçə bilər, bəzən ancaq autopsiyada tapılır, çünki 
belə xəstələr adətən baş beyninə qansızma ilə qəflətən tələf olurlar. 
Diaqnostika. Feoxromasitomanın diaqnozunu qoymaq əksər halda 
çətinliklə qarşılaşır. Əsas əlamət kimi hipertonik krizlərin baş verməsi 
feoxromasitoma haqda fikirləşməyə  əsas verir. Bu zaman bir neçə 
saatdan bir neçə günə qədər davam edən, bradikardiya, ürəkbulanma, 
qusma və yüksək AT xəstənin  feoxromasitomaya görə yoxlanmasına 
əsas verə bilər. Tutma zamanı leykositoz, hiperqlikemiya, qlyukozuri-
ya müşahidə olunduğu üçün qanın və sidiyin müayinəsi aparılmalı və 
EÇS-in artmasına fikir vermək lazımdır. Qanda və sidikdə katexola-
minlərin səviyyəsinin artması feoxromasitomanı hipertonik krizdən 
fərqləndirməyə imkan verir. 
Xəstəliyin aşkar olunmasında USM, rentgenoloji müayinə üsul-
larının (icmal, venadaxili uroqrafiya, angioqrafiya), kompyuter tomoq-
rafiyası və nüvə-maqnit rezonansı üsullarının böyük əhəmiyyəti vardır. 
Müalicə. Cərrahi  müalicə – şişin və ya şişlərin çıxarılması yega-
nə düzgün, radikal üsul olub, tam sağalmanı təmin edir.
 
 
Konn sindromu 
 
Birincili hiperaldosteronizm və ya Konn sindromu böyrəküstü 
vəzinin qabıq maddəsinin yumaqcıq zonasının  şişi olub, artıq miq-


 
114
darda mineralokortikoid olan aldosteronun ifrazı ilə xarakterizə 
olunur.  
Xəstəlik ilk dəfə ingilis həkimi Konn tərəfindən qeydə alındığı 
üçün onun şərəfinə adlandırılmışdır. Sonrakı  tədqiqatlar göstərdi ki, 
aldosteronun hipersekresiyasının səbəbi birincili hiperaldosteronizmdə 
əksər halda (80-85%) xoşxassəli, solitar adenoma olur, az halda çox 
saylı adenomatoz, lap az halda (15%) yumaqcıq zonasının ikitərəfli 
hiperplaziyası olur. 1% halda aldosteromanın bədxassəli variantı təsa-
düf olunur. Aldosteromanın diametri 0,7-4 sm olmaqla, çəkisi 1-15 q 
olur. Xəstəlik  30-50 yaşda olan qadınlarda kişilərə nisbətən 2,5 dəfə 
tez təsadüf olunur. Müxtəlif müəlliflərin məlumatına görə arterial 
hipertenziyası olan xəstələrin 2%-dən 17,3%-ə qədərində Konn sind-
romu aşkar edilir. 
Hormonal aktiv aldosteronoma zamanı aldosteronun sintezi 40-
100 dəfə, kortizolun 2-5 dəfə, kortikosteronun 2-4 dəfə artır. 
Fizioloji  şəraitdə aldosteron orqanizmdə su-duz mübadiləsini re-
qulə edir, distal kanalcıqlarda natriumu reabsorbsiya edərək, kaliumun 
ekskresiyasını artırır. Birincili hiperaldosteronizm olan xəstələrdə 
natriumun reabsorbsiyasının artması hüceyrəxarici mayenin miqdarı-
nın artmasına səbəb olur və bu artım 2,5 litrdən çox olmur. Bunun 
səbəbi sonrakı dövrdə natriumun distal kanalcıqda reabsorbsiyasının 
dayanmasıdır. Bu fenomen böyrəklərin natriumsaxlayıcı  təsirdən 
yayınması adlanır və bununla da xəstələrdə ikincili hiperaldostero-
nizmdən fərqli olaraq ödemin olmaması ilə izah olunur. 
Damardaxili mayenin  miqdarının və natriumun konsentrasiyası-
nın artması böyrək yumaqcıqlarının gətirici arteriyalarının baro-
reseptorlarına və tünd ləkə xemoreseptorlarına təsir edərək reninin 
sintezini ləngidir. Ona görə də ikincili hiperaldosteronizmdən fərqli 
olaraq Konn sindromu zamanı reninin və  angiotenzin II səviyyəsi 
çox aşağı düşür. Birincili hiperaldosteronizm yeganə  xəstəlikdir ki, 
arterial hipertenziya reninin aktivliyinin azalması  və aldosteronun 
qatılığının artması fonunda baş verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə