Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   32   33   34   35   36   37   38   39   ...   105

 
118
ətraflar isə nazik-distrofik olur. Sifət ayabənzər xarakter kəsb edir
dərisi yağlı, çoxlu civzələrlə örtülür. 2/3 xəstələrdə bud, qarın, döş 
qəfəsi üzərindəki dəridə artrofik tünd-bənövşəyi zolaqlar əmələ gəlir. 
Tüklərin tökülməsi nəinki başda, həmçinin qoltuq altında, qasıqda 
müşahidə olunur. Cinsi funksiyaların pozğunluqları: qadınlarda 
aybaşı tsiklinin pozulması, erkən amenoreyanın baş verməsi; kişi-
lərdə erektil disfunksiya inkişaf edir. Bədən müqavimətinin azalması 
nəticəsində infeksiyaya qarşı meyl artmış olur. Bəzən xəstələrdə qa-
naxma ilə müşayiət olunan mədə-bağırsaq sisteminin kəskin xorası 
müşahidə olunur. Xəstələr adətən eyforik olur, oyanıqlıq artır, yuxu 
pozğunluqları müşahidə olunur. Maddələr mübadiləsinin ağır poz-
ğunluqları baş verir. Karbohidrat mübadiləsinin pozulması  şəkərli 
(steroid) diabet, insulinə qarşı rezistentlik 50-95% halda baş verir. 
Az halda kalsium və fosfor mübadiləsinin pozulması  nəticəsində 
osteoporoz müşahidə olunur. Xəstələrdə hiperxolesterinemiya, hiper-
natriemiya, hipokaliemiya, hipo-, disproteinemiya, hipoalbuminemi-
ya müşahidə olunur. Periferik qanda eritrositoz, trombositoz, eozino-
filiya ilə leykositoz, limfopeniya müşahidə olunur. 80 % xəstələrdə 
sidikdə 17-oksiketosteroidlərin, 17-ketosteroidlərin və aldosteronun 
yüksək ekskresiyası qeyd olunur. 
Diaqnostika. Xəstəlik üçün xarakterik olan, eyni zamanda müşa-
hidə olunan hipertenziya, kökəlmə  və  şəkərli diabet olduqda diaq-
nozun etibarlılığı artır.  Əsas problem İtsenko-Kuşinq sindromu ilə 
xəstəliyini ayırmaqda yarana bilir. İtsenko-Kuşinq xəstəliyində böy-
rəküstü vəzlərin ölçüləri çox böyümür, amma kəllə sümüklərinin 
rentgenoloji müayinəsində türk yəhərinin dəyişikliyi aşkar edilir. 
Böyrəküstü vəzilərin USM, kompyuter tomoqrafiyası və nüvə-maq-
nit rezonansı diaqnozu dəqiq qoymağa kömək edir. 
Müalicə. Hipofiz vəzin adenoması nəticəsində baş verən İtsenko-
Kuşinq xəstəliyində rentgenoterapiya (şüa terapiyası) tətbiq edilir. 
İtsenko-Kuşinq sindromu xoşxassəli və yaman şiş (kortikosteroma) 
nəticəsində baş verirsə cərrahi müalicə tətbiq edilir. 
                     


 
119
Kəskin  böyrək çatışmazlığı 
 
 Böyrəklərin əsas funksiyalarının qəflətən pozulması kəskin böy-
rək çatışmazlığı (KBÇ) adlanır. Hiperazotemiya, su-elektrolit müba-
diləsinin pozulması, eləcə də qanazlığı, damar tonusunun dəyişilməsi 
kəskin böyrək çatışmazlığının əsas təzahür formalarındandır. 
KBÇ-nin etioloji faktorları  həddən artıqdır və onları  aşağıdakı 
qruplara ayırmaq təklif olunmuşdur: 
1.
 
Şok böyrəyi; 
2.
 
Toksik böyrək; 
3.
 
Kəskin infeksion (infeksion-toksik) böyrək; 
4.
 
Damar obstruksiyası; 
5.
 
Sidik yollarının kəskin tutulması. 
Hazırda KBÇ böyrəkönü, böyrək, böyrəkdən sonra, böyrəksiz 
formala ayrılır ki, bu da diaqnozun düzgün qoyulması və müalicəsinin 
effektiv təşkil olunmasına kömək edir. Prerenal və renal KBÇ həm də 
sekretor, postrenal KBÇ isə ekskretor anuriya adlanır. 
Aşağıda KBÇ-nin əsas səbəbləri göstərilir. 
KBÇ-nin  əsas səbəbləri: 
I. Böyrəkönü KBÇ səbəbləri. 
1. Mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtrasiyasının 
azalması  və ya dayanması, toxumaların perfuziyasının çatışmazlığı, 
dehidratasiya. 
Oliqemik şok. 
Qanaxma, yanıq, qusma, diareya, mədə fistulası  nəticəsində su-
yun və elektrolitlərin bədəndən itirilməsi. 
Kardiogen şok. 
Miokardın infarktı, ağciyər arteriyasının emboloyası. 
Bakterial şok. 
Ağır infeksiya, septisemiya, qram-mənfi infeksiyada endotoksemiya. 
2.
 
Yumaqcıq filtrasiyasının düşməsi, hipotoniyasız su və duzun 
qıtlığı. 
Kəskin hiperkaliemiya. 


 
120
Böyrək damarlarının dərman mənşəli spazmı (noradrenalin). 
II. Böyrək KBÇ səbəbləri. 
1.
 
Kəskin tubulyar və ya kortikal nekroz. 
a)
 
Korreksiya olunmayan böyrəkönü KBÇ ilə şok:  
cərrahi müdaxilələr, zədələnmə  və yanıqlar, suyun və duzun bə-
dəndən itirilməsi, septik şok, kəskin pankreatit. 
b)
 
Hemoqlobin və mioqlobin: hemotransfuziya ağırlaşmaları, ağır 
hemolitik anemiya, ağır əzələ zədələnməsi. 
c) Nefrotoksik maddələr:  
dördxlorlu karbon, civənin qeyri-üzvi birləşmələri, ağır metallar, eti-
lenqlikol, dərman maddələri (antibiotiklər, fenasetin, sulfanilamidlər). 
2.
 
Kanalcıqların blokadası, məsələn, uratlarla, sulfanilamidlərlə. 
III. Böyrəkdən sonra KBÇ səbəbləri. 
Böyrək daşları, retroperitoneal fibroz, çanaq orqanlarının  şişləri, 
sidik axarlarının bağlanması və yaxud zədələnməsi ilə keçən cərrahi 
əməliyyatlar, prostat vəzinin şişləri.  
IV. Böyrəksiz KBÇ səbəbi  – anadangəlmə  tək böyrəyin 
zədələnməsində onun səhvən cərrahi yolla çıxarılması. 
Patogenez. KBÇ-nin inkişaf etməsində şokun rolunu xüsusi qeyd 
etmək lazımdır. Bu zaman böyrək arteriyalarının spazmı  və perfu-
zion təzyiqin aşağı düşməsi nəticəsində böyrək toxumasında işemiya 
əmələ gəlir və o, zədələnir. Zədələnmə əsasən böyrək kanalcıqların-
da baş verir, çünki onlar oksigen aclığına az davamlıdırlar. Bundan 
başqa əksər nefrotoksik zəhərlər seçici olaraq böyrək kanalçıqlarının 
epitelisini dağıdırlar. Başqa səbəblərdən kanalçıqların hemoqlobin, 
mioqlobin, sulfanilamid, sidik turşusu kristallarından  əmələ  gələn 
tıxaclarla tıxanmasını da göstərmək lazımdır. Bütün bu faktorlar 
KBÇ-nin əsas əlaməti olaraq anuriyanın baş verməsinə səbəb olur və 
orqanizmdə mürəkkəb patofizioloji proseslər inkişaf edir.  
Patoloji anatomiya. KBÇ-nin səbəblərinin müxtəlif olmasına 
baxmayaraq böyrəklərdə gedən morfoloji dəyişikliklər eyni tipli 
olur. Xəstəliyin ilk dövründə böyrəklərin ölçüsü və çəkisi 250 q-dan 
artıq olur. Ödem baş verir, qan və limfa durğunluğu nəticəsində böy-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə