Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   40   41   42   43   44   45   46   47   ...   105

 
144
müalicəsində hemosorbsiya hemodializlə kombinə olunur. Bundan 
başqa hemosorbsiya kəskin böyrək, qaraciyər çatışmazlığında, endo-
gen və ekzogen intoksikasiyalarda və sair xəstəliklərdə tətbiq edilir. 
           
 Plazmaferez  
Qanın plazma hissəsinin ayrılmasına plazmaferez deyilir. Əməliyyat 
xüsusi cihazın və hemofiltrlərin köməyi ilə aparılır. O iki üsulla tətbiq 
olunur: kaskad və fraksion üsulları ilə. Plazmaferez kəskin və xronik 
böyrək çatışmazlığında, kəskin və xronik qlomerulonefritdə, qan və 
sinir sistemi xəstəliklərində və s. müvəffəqiyyətlə istifadə olunur. 
 
Böyrəkköçürmə    
Böyrək transplantatı diri donordan və ya meyitdən götürülməsi ilə 
XBÇ-nin müalicə variantlarından biridir. Amma böyrəkköçürmədən 
sonra həyatın keyfiyyəti və reabilitasiya dərəcəsi periton dializi və 
hemodializ alan xəstələrə nisbətən daha yüksəkdir. Böyrəkköçürmə-
dən sonra 79 % xəstələr praktiki normal həyat yaşayırlar, halbuki bu 
göstərici ambulator periton dializi alan xəstələr üçün 47 %, proqram 
hemodializi alan insanlarda 59 % təşkil edir. Başqa müalicə üsulla-
rına nisbətən böyrəkköçürmə iqtisadi cəhətdən çox sərfəli oldugu 
üçün bu XBÇ müalicəsi üsulları arasında  ən yaxşı seçim sayılır. 
Böyrəkköçürmə  ən çox xroniki qlomerulonefrit, xroniki pielonefrit
hipertonik nefroangioskleroz, böyrək polikistozu və diabetik nefro-
patiya zamanı tətbiq edilir. 
Transplantat böyrək 1/3 halda  diri donordan və qalan hallarda 
meyitdən götürülür. Meyit böyrəyi donoru  əvvəlki dövrdə sağlam 
olmuş şəxs olmalı, qəza nəticəsində baş beyinin geriqayıtmaz zədə-
lənməsi almış insanlar ola bilər. Anamnezində böyrək xəstəliyi  və 
ya travması olan şəxslər donorluğa yaramırlar. Bütün onkoloji xəstə-
lər, baş beyinin ilkin şişlərindən başqa donor kimi yaramırlar. Həm-
çinin müalicə olunmamış bakterial, göbələk, virus infeksiyaları da 
donorluğa  əks göstərişdir, amma müalicə aparılmış hallar müzakirə 
oluna bilərlər. Uzun müddətli hipertoniya və ya ürəyin dayanması 


 
145
nəticəsində işemiya orqanı transplantasiya üçün yararsız edir. Anam-
nezində uzun müddətli hipertoniya, şəkərli diabet, ürək-damar xəstə-
likləri olan pasientlər hərtərəfli yoxlanmalıdırlar. Donor seçdikdə 
əsas kriteriya köçürülmüş orqanın gələcəkdə adekvat fəaliyyət gös-
tərməsi götürülür. Buna görə də donor böyrəyinin normal funksiyası 
(qan plazmasında kreatininin səviyyəsi, sidiyin müayinəsi və diurez) 
əsas götürülür. 
Diri donorlardan böyrəkköçürmədə istifadə olunması bəzi üstün-
lüklərə malikdir. Əvvəla birinci ilin sonuna qədər diri donordan gö-
türülmüş transplantatın yaşaması meyit donora nisbətən 10-15 % 
yaxşı nəticələr verir və bu göstərici sonrakı illərdə də yüksək qalır. 
Digər tərəfdən donor böyrəyinə artan tələbatı müəyyən qədər ödə-
məklə yanaşı kəskin tubulyar nekrozu və kəskin ayrılma sindromu-
nun baş vermə gümanlarını minimuma endirir. 
Diri donordan nefrektomiya edərək «yaxşı» böyrək götürülür və 
normal böyrək saxlanılır. Lazımi donorun seçilməsi ABO sistemi və 
histouyğunluq göstəricilərinə əsaslanır. HLA identik olan qardaş, ya 
bacı ideal donor sayılır, çünki belə transplantasiyadan sonra köçürül-
müş orqanın uzunmüddətli yaşaması ən yaxşı nəticələr verir. 
Diri donor adətən, 16-65 yaşında, sağlam olmalıdır. Arterial hi-
pertenziya, subklinik şəkərli diabet, ürək-damar xəstəlikləri olan 
şəxslər donorların siyahısına daxil edilmirlər. Bunu könüllü edən 
şəxslər ailənin başqa üzvlərinin təzyiqinə  məruz qalmamalıdır. Do-
nor hərtərəfli psixoloji müayinədən keçməli, özünün böyrək vermək 
arzusunun motivini izah etməli və gələcəkdə rast gələ biləcəyi bütün 
risklər haqqında məlumatlandırılmalıdır. Bütün bu məsələlər «İnsan 
orqan (və ya) toxumalarının transplantasiyası haqqında qanun»da (28 
oktyabr 1999-cu il tarixdə Azərbaycan Respublikasının prezidenti 
tərəfindən təsdiq edilmişdir) hərtərəfli təsbit olunmuşdur. 
Potensial diri donorun müayinəsi anamnez, fiziki və laborator-
instrumental üsulların tətbiqi ilə aparılır.  
Böyrək donorunun müayinəsi. 
1.
 
Ümumi kliniki müayinə; 


 
146
2.
 
Qanın ümumi müayinəsi, leykoformula, trombositlər; 
3.
 
Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları, 
kreatininin klirensi; 
4.
 
Qanın biokimyəvi müayinəsi - sidik cövhəri, kreatinin, elektro-
litlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, xolesterin, 
triqliseridlər, qlyukoza, ALT, AST, Hepatit B, C, insan immunode-
fisiti virusu (İİV), sitomeqalovirus, venerik xəstəliklərə görə testlər;  
5.
 
Mantu sınağı; 
6.
 
EKQ; 
7.
 
Qarın boşluğu orqanlarının USM; 
8.
 
Döş qəfəsinin rentgenoqramması; 
9.
 
Ekskretor uroqrafiya; 
10.
 
Böyrək angioqrafiyası. 
 
Böyrək resipientinin seçilməsi və hazırlanması. Böyrək transplanta-
siyasının nəticələrinin yaxşılaşması  və  təhlükəsizliyinin artması ilə 
əlaqədar olaraq xəstələrin bu müalicə üsulu üçün seçilməsi kriteriyaları 
mütəmadi olaraq «yumşalır». Ona görə bu gün dializ müalicəsində olan 
xəstələrin əksəriyyəti böyrək transplantasiyasına namizəd hesab olunur. 
Böyrək transplantasiyasına mütləq əks-göstəriş aktiv infeksion proseslər 
və  bədxassəli  şişlər, ağır qidalanma pozğunluğu, ağır sistem və ürək-
damar xəstəlikləri, ciddi ağırlaşmalarla nəticələnmiş  şəkərli diabet he-
sab olunur. Bunlardan başqa sürətlə proqress edən qlomerulonefrit za-
manı böyrək yumaqcığının bazal membranına qarşı anticisimlərin yük-
sək titri tapıldıqda, oksaloz, oraqvarinüvəli anemiya, aktiv fazada olan 
autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, Vegener qranulomatozu) 
böyrək transplantasiyasına nisbi əks-göstəriş hesab olunurlar. 
Potensial resipientin müayinəsi ambulator və ya stasionar şəraitdə 
aparılır. 
 
Böyrək resepientinin müayinəsi. 
1.
 
Ümumi kliniki müayinə; 
2.
 
Qanın ümumi müayinəsi, leykoformula, trombositlər; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə