Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   36   37   38   39   40   41   42   43   ...   105

 
131
 
Yaş – il 
Albumin (qanda) – q/l
 
  
YFS = ml/dəq/ 1,73 m
2

Qara dərili insanlar üçün alınan rəqəm 1,18-ə vurulur, qadınlar üçün 
alınan rəqəm 0,762-yə vurulur. 
Kreatinin (qanda) - mmol/l. 
Sidik cövhəri (qanda) - mmol/l. 
Etiologiya. XBÇ-nin  əsas səbəbləri aşağıdakılardır: 
-
 
böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər 
(xroniki qlomerulonefrit-XQN, yarımkəskin qlomerulonefrit), böy-
rək kanalcıqlarının və interstisial toxumanın pozğunluqları ilə gedən 
xəstəliklər (pielonefrit, interstisial nefrit - İN); 
-
 
böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz 
xəstəlikləri (qırmızı qurd eşənəyi, sistem sklerodermiya, düyünlü 
periarteriit, Veqener qranulomatozu, hemorragik vaskulit); 
-
 
mübadilə pozğunluğu xəstəlikləri (şəkərli diabet, amiloidoz, 
podaqra, sistinoz, hiperkalsiuriya); 
-
 
böyrəklərin anadangəlmə (irsi) xəstəlikləri (böyrək polikistozu
Alport sindromu, diffuz mezangial nefroskleroz və nefropatiya ilə 
müştərək keçən skeletin başqa anadangəlmə xəstəlikləri); 
-
 
damarların birincili  zədələnməsi: bədxassəli hipertoniya 
xəstəliyi (essensial hipertoniya); 
-
 
obstruktiv nefropatiyalar: böyrəkdaşı  xəstəliyi, hidronefroz, 
sidik-cinsiyyət sistemin şişləri. 
Son illər XBÇ-nin səbəbləri arasında  şəkərli diabet birinci yerə 
çıxaraq qeyri-infeksion xəstəlik epidemiyası  şəklini almışdır. ABŞ-
da dializ xəstələrinin 42%-i, Avropada 30-35%-i, şəkərli diabet (əsa-
sən 2-ci tip) təşkil etmişdir. Dünya əhalisinin yaş  həddinin artması 
nəticəsində XBÇ-nin nəticələri arasında  angiogen nefroskleroz 
(hipertonik, aterosklerotik) və sidik yollarının obstruksiyası ilə gedən 
uroloji xəstəliklər (prostatın xoşxassəli hiperplaziyası, şiş, daş) daha 
çoxluq təşkil edir. Moskva dializ mərkəzlərinin statistikasına əsasən 


 
132
dializ xəstələrində  XBÇ-nin səbəbi 39,8%, Avstraliyada  35%, Ya-
poniyada 39,8% XQN olmuşdur. Sidik yollarında durğunluqla nəti-
cələnən uroloji xəstəliklər zamanı baş verən XBÇ olduqda diaqnozu 
düzgün təyin etməyin böyük proqnostik əhəmiyyəti vardır. Çünki 
düzgün məntiqlə qoyulmuş diaqnoz nəticəsində etiotrop müalicə 
apardıqda, yəni sidiyin sidik yollarında passajını təmin etdikdə XBÇ 
reqress edir. Analgetik dərmanların nəzarətsiz, uzun müddət qəbulu 
analgetik nefropatiyaya səbəb olur və XBÇ ilə  nəticələnə bilir. 
Avropa ölkələrində analgetiklərin nüsxəsiz satışına qadağa qoyul-
ması  nəticəsində dializ tələb edən analgetik nefropatiyanın dializ 
xəstələri arasında tezliyinin 1980-ci ildə 3%-dən 1990-cı ildə 1%-ə 
qədər azalması baş vermişdir, Avstriyada isə bu azalma 28%-dən 
12%-ə qədər olmuşdur. Beləliklə, 20-30 il əvvəlki statistikadan fərqli 
olaraq dializ müalicəsinə  səbəb olan xəstəliklərin tezliyi dəyişir – 
şəkərli diabet, böyrəklərin işemik xəstəlikləri və sairələrinin tezliyi 
artır. 
Patogenez. XBÇ-nin morfoloji substratı qlomeruloskleroz və 
tubulointerstisial fibroz təşkil edir, yəni səbəbindən asılı olmayaraq 
yumaqcıqların boşalması, mezangiumun sklerozu və ekstrasellulyar 
matriksin ekspansiyası baş verir. Müasir təsəvvürlərə görə XBÇ ge-
dişi fəaliyyət göstərən nefronların kütləsinin azalması, salamat qalan 
(reminant) nefronların hiperperfuziyası ilə xarakterizə olunur. Fəa-
liyyət göstərən nefronlara düşən yüksək yüklənmə onların struktur 
dəyişikliklərinə  və qeyri-immun zədələnmələrinin proqress edərək 
XBÇ səviyyəsinin artmasına səbəb olur. Qlomerulosklerozun mərhə-
lələri böyük damarlardakı skleroz prosesinin gedişinə bənzəyir. Baş-
lanğıc mexanizm kimi yumaqcıq endotelisinin immun, çox halda 
qeyri-immun (hemodinamik, metabolik) faktorlarla zədələnməsi baş 
verir ki, bundan sonra trombositlərin atraksiyası və aqreqasiyasını tö-
rədir, bu da iltihab sitokinlərin, adgeziya molekulların və başqa ilti-
hab mediatorlarının azad olmasına səbəb olur. Sonra mezangiyanın 
iltihab hüceyrələri (neytrofil və monosit, o cümlədən, makrofaq) ilə 
infiltrasiya etməsi onun güclü proliferasiyasına səbəb olur ki, bu da 


 
133
yumaqcıqların fibrozlaşması  və sklerozlaşmasına gətirib çıxarır. 
Sistem hipertenziya, proteinuriya, hiperlipidemiya, qlomeruloskleroz 
və fibrozun patogenezində  əsas yer tutduğu üçün onlarla mübarizə 
nefroproteksiyanın strategiyasını təşkil edir. 
Nefropatiya ilə olan xəstələrdə böyrəklərin funksiyasının enməsi 
ilə XBÇ geriqayıtmaz şəkildə proqress edir, hətta TXBÇ baş verməsi 
və dializ müalicəsinin  lazım olacağı vaxtını  söyləməyə imkan verir. 
Bununla belə əksər xəstələrdə XBÇ gedişinin xarakterini əvvəlcədən 
söyləmək mümkün olmur, bəzən böyrək funksiyasının ağır pozğun-
luğu gözlənilməz remissiyalarla əvəz olunur. Hələ R.Brayt 170 il 
öncə, remissiya baş verməsi  və xəstənin aktiv həyata qayıtmasının 
mümkünlüyünü qeyd etmişdir.  H. De Wardener (1967) göstərmişdir 
ki, xroniki pielonefrit zamanı 10-20 il böyrək funksiyası  dəyişməz 
qala bilir, amma aqressiv faktorun təsirindən xəstənin halı  qəflətən 
pisləşir və o, bir neçə günə  uremiyadan ölür. Adətən belə epizodlar 
ikincili olaraq onları yaradan hər hansı bir hadisənin nəticəsi kimi 
təzahür edir. Belə  səbəblər çox zaman kəskin infeksiya, cərrahi 
əməliyyatlar, dehidratasiya (ishal, qusma və s.), travma, kəskin ürək-
damar ağırlaşmaları ola bilər.  
XBÇ-nin proqress etməsi sürətinə ona səbəb olan xəstəliyin də 
təsiri vardır. XQN nəticəsində baş verən XBÇ-nin proqress tempi İN 
və ya hipertonik nefroangiosklerozdan (HNS) daha çox olur.  
Xəstəliyin proqressinə təsir edən risk faktorları arasında proteinuriya  
yeganə müstəqil faktor hesab olunur. Başqa səbəblər arasında ahıl 
yaş, kişi cinsi, qara dərili irqə  mənsubluq, arterial hipertenziya, 
siqaret çəkmək kimi hallar risk faktoru qrupuna aid edilir. 
Klinika. XBÇ-nin klinikası böyrəklərin funksiyalarının pozulması 
səviyyəsi - XBÇ mərhələsindən,  əsas xəstəlikdən və başqa sistem-
lərin fəaliyyətlərindən asılı olaraq müxtəlif  əlamətlərlə aşkar olur. 
Xəstələr ümumi əlamətlərdən – halsızlıq, baş ağrısı, baş gicəllən-
məsi, süstlük, ürəkbulanma, öyümə, qusma, ödemlərdən şikayət edir-
lər.  İlk baxışdan xəstələrin zəifliyi, hərəkətlərinin süstlüyü və  hətta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə