Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   34   35   36   37   38   39   40   41   ...   105

 
124
əzələlərdə zəiflik, üz dərisində qarışqa gəzmə hissiyyatı, aritmiya və 
hətta əzələ iflici və ürəyin diastola fazasında dayanması baş verir. 
Sidiyin müayinəsi zamanı hipostenuriya (hətta oliquriya olduqda 
belə), mikrohematuriya, leykosituriya, silindruriya (hialin və  dənə-
vər) aşkar edilir. Xəstə müalicə olunduqda 2-3 həftədən sonra diurez 
tədricən bərpa olunur.  
Diurezin bərpası ilə 3-cü dövr - poliuriya mərhələsi başlayır, bu za-
man sidiyin gün ərzində miqdarı 2-3 l-ə çatır. Bu zaman böyrəklərin 
qatılaşdırma qabiliyyəti zəif olur və ona görə  bəzən ilk günlər azo-
temiya artır. Xəstələr çoxlu su itirdikləri üçün bədənə əlavə əvəzedici 
müalicə vasitələri (məhlullar) yeritmək lazım gəlir. Adətən sidiyin 
xüsusi çəkisi tədricən artır, poliuriya azalır və qanda qalıq azotun 
səviyyəsi tədricən normallaşır. 
Qanda qalıq azotun səviyyəsinin normaya düşdüyü gündən sağal-
ma dövrü (4-cü mərhələ) başlayır. Bu mərhələ iki ilə  qədər çəkir, 
çünki bu müddət ərzində böyrəklərin qatılaşdırma fəaliyyəti, qanya-
radıcı orqanların işi və parenximatoz orqanlarda yaranmış distrofik 
proseslərin bərpası baş verır. 
Müasir müalicə üsullarının tətbiq edilməsinə baxmayaraq ölüm 
hələ də yüksəkdir. Birinci mərhələdə xəstələr (şok, sepsis, qan döv-
ranı pozğunluqları, intoksikasiya və s.) tələf olurlar. Oliqoanuriya 
mərhələsində  xəstələrin ölümü uremik komadan, su-elektrolit poz-
ğunluğundan, qaraciyərin zədələnməsindən baş verir. Poliuriya döv-
ründə əsasən su-duz itkisi xəstələrin tələf olmasına səbəb ola bilər.  
Müalicə. KBÇ-nin müalicəsi böyrəklərin fiziologiyasının və 
orqanizmdə gedən dəyişikliklərin öyrənilməsi nailiyyətlərinə  əsas-
lanmışdır. Bu zaman əsas məqsəd böyrəklərin itirilmiş fəaliyyətlərini 
müvəqqəti  əvəz etmək, beləliklə, ölüm faizinin qarşısını almaqdır. 
Bütün müalicə tədbirləri aşağıdakı qruplara ayrılır: gigiyenik, pəhriz, 
dərman, böyrəklərin dekapsulyasiyası, böyrəkdən və bədəndən kənar 
dializ üsulları. 
Dəriyə və ağız boşluğuna qulluq gigiyenik tədbirlərə aiddir. Belə 
xəstələrin vəziyyətinin ağır olmasını  nəzərə alaraq bunlara fərdi 


 
125
qulluq etmək lazımdır. Dəri örtüyü gündə iki dəfə kamfora spirti 
məhlulu ilə təmizlənir. 
Xəstələrin pəhrizində  əsas məqsəd zülalların azaldılması, kalori-
nin yağ və karbohidrat hesabına ödənilməsidir. Belə ki, aclıq zamanı 
zülalların sürətli katabolizmi baş verərək qanda azotlu maddələrin 
həddən çox artmasına; hiperkaliemiyaya, hiperhidratasiyaya səbəb 
olur. Ona görə  əvvəlcə  xəstənin mədəsini 2%-li natrium-hidrokar-
bonat məhlulu ilə yuyub-təmizlədikdən sonra həmin zondla mədəyə 
tərkibində 50 q şəkər və 50 q kərə yağı qarışdırılmış maye yeridilir. 
Xəstə süni böyrək şöbəsində olduqda qidada zülalın miqdarı artırılır. 
Veriləcək zülalın miqdarı 40-60 q olmaqla, orqanizmdə baş verən 
dəyişikliklərdən asılı olaraq təyin edilir. 
Xəstəliyin ilk mərhələsində (xüsusən  şok zamanı) vena daxilinə 
mannitol məhlulu (hər kq bədən çəkisinə 1 q) yeridilir. Eyni za-
manda  şokdan çıxdıqdan sonra xəstələrə vena daxilinə laziks məh-
lulu yeridilir (10-20 ml). Lakin oliqo-anuriya baş verdikdə  bu müali-
cə tədbirlərini tətbiq etmək olmaz. Hazırda qandan (bədəndən) azotu 
çıxaran xüsusi dərmanlar yoxdur, lakin bir çox dərman maddələrinin 
tətbiqi bəzi halda xüsusi əhəmiyyətə malikdir. Əgər böyrəklərin 
fəaliyyəti zəifləmişsə, bu zaman vena daxilinə lespenefrili  yeritmək 
məsləhətdir. Retabolol tətbiqi ilə zülal katabolizminin qarşısını al-
mağa və habelə, qalıq azotun qanda artma sürətinin azalmasına nail 
olmaq olar. 
İnfeksion ağırlaşmaların qarşısını almaq üçün az nefrotoksik 
təsirə malik olan penisillin qrupu antibiotiklərindən istifadə olunur, 
amma anuriya zamanı bunlar yarı dozada təyin olunur. İnfeksion 
ağırlaşmalar olduqda geniş spektrli təsirə malik olan antibiotiklərdən 
istifadə olunur. 
Əsasən damarların tonusunu saxlamaq üçün kardiamin, 
sulfokamfokain, kofein tətbiq edilir, amma ürək çatışmazlığı olduqda 
ürək qlyukozidləri tətbiq olunur. 
Ürəkbulanma, qusma olduqda da xəstənin mədəsi yuyulur, 
serukal, reqlan, sinet və s. dərmanlar istifadə olunur. 


 
126
Ümumiyyətlə, anuriya zamanı gün ərzində  bədənə daxil olan 
mayenin miqdarı 300-500 ml-dən artıq olmamalıdır. Su-duz mübadi-
ləsinin pozğunluqlarının və asidozun aradan qaldırılması xüsusi 
əhəmiyyətə malikdir. 
Xəstələrə vitaminlərdən C və B qrupu təyin edilir. Qaraciyərin fəa-
liyyətinin pozğunluğunda hepatotrop maddələr tətbiq olunur. Anemiya 
zamanı xəstələrə eyni qrupdan olan eritrosit kütləsi köçürülür.  
KBÇ-nin müalicəsində istifadə olunan müalicə faktorlarından 
süni diareyanı (75%-150 ml sorbit daxilə), bağırsaq dializini, qanın 
dəyişilməsi və s. istifadə oluna bilər. 
Son zamanlar peritoneal dializindən də istifadə olunur. Bu zaman 
periton pərdəsinin KBÇ zamanı artıq dərəcədə toksik maddələrin 
ifrazetmə qabiliyyətinə malik olmasını nəzərə alaraq ondan müalicə 
məqsədi ilə istifadə olunur. Bunun üçün xüsusi hazırlanmış məhlulun 
köməyi ilə periton boşluğunu yumaqla müəyyən qədər azotlu mad-
dələri bədəndən xaric etmək mümkündür. Orta xətt üzrə göbəkdən 
aşağı nahiyədə qarın boşluğuna çoxlu deşikləri olan polietilen boru 
salınır. Həmin boru vasitəsilə qarın boşluğuna hipertonik məhlul ye-
ridilir və 45 dəqiqə saxlandıqdan sonra (ekspozisiya) həmin boru va-
sitəsilə yeridilmiş məhlul xaric olunur. Sonra bu əməliyyat yenidən 
təkrar edilir və 12-18 saat ərzində 20 l-ə qədər məhlulla periton pər-
dəsi yuyulur. 
KBÇ-nin ən müasir müalicə üsullarına hemodializ, hemosorbsiya, 
hemofiltrasiya, plazmaferez aiddir. 
 
 
Xroniki böyrək çatışmazlığı 
 
Xroniki böyrək çatışmazlığı (XBÇ) simptomokompleks olub ho-
meostazın pozulması ilə meydana çıxan, nefronların durmadan məh-
vinə səbəb olan, xroniki, ikitərəfli böyrək xəstəlikləri nəticəsində baş 
verən, böyrəklərin funksiyasının uzun müddətli, proqressedici po-
zulmasıdır. Bununla belə, böyrəklər müxtəlif metabolitlərin  ekskre-
siyasını, su-duz, qələvi-turşu, osmotik homeostazın sabitliyini təmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə