Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   38   39   40   41   42   43   44   45   ...   105

 
137
edir. Bu üsullar YFS-nin 15 ml/dəqiqədən yüksək olduğu zaman 
tətbiq olunur. 
ƏBT böyrəklərin funksiyasının ağır zədələnməsi zamanı, yəni 
YFS 15 ml/dəq-dən aşağı endikdə tətbiq edilir. 
Nefroproteksiyanın əsas məqsədlərinin qısa şəkildə ifadə edilməsi 
dedikdə XBÇ-nin proqress etməsində əsas  mənfi rolu olan faktorların 
minimal həddə endirilməsi nəzərdə tutulur. Başlanğıcda pəhrizdə 
xörək duzunun azaldılması (0,07 – 0,08 q/kq/gün) tövsiyə olunur. Son 
illərdə güclü az zülallı  pəhrizin (0,4-0,6 q/kq/gün) zülal-energetik 
çatışmazlığı yaratma ehtimalı olduğu üçün geniş tətbiq olunmur. An-
giotenzini çevirən fermentin inhibitorlarının (AÇFİ) tətbiqi, (onları pis 
keçirəndə) angiotenzin II reseptorların blokatorları  nəinki arterial 
təzyiqi normallaşdırır, həmçinin reminant nefronlara düşən filtrasiyon 
yükü azaldır. AÇFİ preparatlarının başqa nefroprotektiv təsiri onların 
(xüsusən, diabetik nefropatiya nəticəsində baş verən XBÇ zamanı) 
proteinuriyanı azaltmasıdır. Arterialı təzyiqin (AT) normallaşdırılması 
əsas nefroprotektiv təsir edir, odur ki, proteinuriya 1 q/gündən  çox 
olduqda AT 125/75 mm civə sütunu səviyyəsindən az olmalı, pro-
teinuriya 1 q/gündən az olduqda AT 130/80 mm civə sütunundan 
aşağı olmalıdır.  Şəkərli diabet zamanı AÇFİ ilə yanaşı hidropiridin 
sırasından olmayan kalsium antaqonisti – verapamil kombinasiyası 
daha qənaətbəxş  təsir edir. Kreatinini yüksək olan xəstələrdə AÇFİ-
nin tətbiqi zamanı kaliumun qanda səviyyəsinin artmaması üçün ka-
liumqoruyucu diuretiklərdən imtina etmək lazım gəlir. 
Şəkərli diabeti olan xəstələrdə metabolik dəyişikliklər  (qlikemi-
ya, lipidemiya, urikemiya) daim nəzarətdə olmalıdır. Siqaretdən tam 
imtina nefroproteksiyanın və böyrəyin qalıq funksiyasının qorunma-
sının  əsas müddəası olmalıdır. Statinlərlə terapiya (HMQ-KoA- 
reduktaza inhibitorları) nəinki qan zərdabında lipidlərin  səviyyəsinin 
normallaşdırılmasına, həmçinin böyrəklərdə fibroz prosesin inkişaf 
sürətinin  ləngiməsinə səbəb olur. 
Son illərin tədqiqatlarına görə  xəstələrin vaxtında nefroloqa 
məsləhət üçün göndərilməsi dializ müalicəsinin nəticələrinin yaxşı-


 
138
laşması  və birinci ilin məsrəflərinin azalmasına səbəb olur. EDTA 
(European Dialysis and Transplant Association) ekspertlərinin tövsi-
yələrinə görə YFS 50 ml/dəq-dən aşağı düşdükdə  xəstənin nefrolo-
qun məsləhətinə göndərilməsi mütləq lazımdır, sonrakı dövrdə xəstə 
nefroloqun nəzarəti altında olmalıdır. 
XBÇ aşkar təzahür mərhələsində  pəhriz (xörək duzunun və 
zülalın məhdudlaşdırılması), hipotenziv terapiya ilə yanaşı  ağırlaş-
malar (anemiya, fosfor-kalsium mübadiləsi pozğunluqları, metabolik 
asidoz) korreksiya edilir. 
Nefrogen anemiya əsas 4 səbəbdən baş verir. Endogen eritropoe-
tinin və dəmirin bədəndə qıtlığı, uremik zərdabda eritrositlərin həyat 
dövrünün azalması, eritropoezin inhibitorlarının peyda olması XBÇ 
zamanı anemiyanın patogenetik mexanizminin faktorları sayılırlar. 
Anemiya miokardda və başqa parenximatoz orqanlarda ağır dəyişik-
liklərə səbəb olur, odur ki, onun korreksiyası dializə qədərki mərhə-
lədən aparılmalıdır. Bunun üçün rekombinant eritropoetindən  istifadə 
olunur. Hemoqlobinin səviyyəsinin 100 q/l-dən aşağı düşməsi eritro-
poetinin təyin olunmasına göstəriş sayılır. Eritropoetin istifadə olun-
duqda dəmirin bədəndə funksional qıtlığı başlayır, ona görə  dəmir 
mübadiləsinin əsas göstəricilərinin (ferritin və transferrin) qan zərda-
bında təyini vacibdir. Dəmirin funksional və mütləq qıtlığını aradan 
qaldırmaq üçün  bədənə parenteral dəmir preparatları yeridilir. 
Fosfor-kalsium  mübadiləsi pozğunluqlarını korreksiya etmək və 
renal osteodistrofiyanı (ikincili hiperparatireoz) aradan qaldırmaq 
üçün  kalsium karbonat və başqa preparatlar istifadə olunur. 
Bəzi hallarda, xüsusən kanalcıqların zədələnməsi ilə gedən xəs-
tələrdə XBÇ-nin dializönü mərhələsində ikincili hiperparatireoz inkişaf 
edir. Vitamin D-nin aktiv forması (kalsitriol, alfakalsidol) istifadə olu-
nur. Müalicə parathormonun qanda səviyyəsinin normaya nisbətən 3-4 
dəfə artıq olduğu zaman başlanılır. Bu müalicə zamanı mütləq kalsium-
fosfor hasilinə  nəzarət edilir (4,4 mmol/l-dan çox olmamalı) və pa-
rathormonun səviyyəsi yoxlanılır. D vitaminin aktiv preparatlarının 


 
139
nəzarətsiz istifadə olunması ürəyin və damarların kalsifikasiyası qorxu-
su və başqa ağırlaşmaların yaranması təhlükəsi ortaya çıxarır. 
Hemoializ müalicəsinə hazırlıq güman olunan vaxtdan  6-12 ay əvvəl 
başlanır. Multidissiplinar münasibətlər qurulur - yəni müxtəlif mütəxəs-
sislər (dietoloq, psixoloq, endokrinoloq və s.) nefroloqun koordinasiyası 
ilə bu prosesdə    iştirak edirlər.  İlk  əvvəl damara yanaşma üçün işlər 
görülür. Said nahiyəsində vena damarının arteriyanın böyrünə tikilməsinə 
üstünlük verilir. Bəzən damar yanaşması üçün politetrafloretilendən 
hazırlanmış damar protezi istifadə olunur. Dializ müalicəsinə hazırlığın 
əsas  şərti xəstələrin QIDS, hepatit viruslarına görə yoxlanılması, B 
hepatitinə qarşı  vaksinasiya olunmasıdır.  
Böyrək əvəzedici terapiya.  Hazırda XBÇ-nin müalicəsi üçün BƏT 
kimi hemodializ və periton dializi, həmçinin böyrəkköçürmə  tətbiq 
olunur. Periton dializi yeni doğulmuş  və kiçik uşaqlarda, ağır ürək-
damar sistemi xəstəlikləri, damar yolu problemi olduqda (şəkərli diabet 
nəticəsində inkişaf edən XBÇ), azad hərəkət lazım olan insanlarda 
tətbiq olunur. Tez-tez peritonit və  xəstələrin fiziki cəhətdən zəifliyi 
periton dializindən imtinaya səbəb ola bilər. Əksər hallarda XBÇ olan 
xəstələrin müalicəsində proqram hemodializdən istifadə olunur.  
 
 
Periton dializi 
Bədənin təmizlənmə prosesində böyrəklərlə yanaşı başqa orqanlar 
da iştirak edir. Belə orqanlar arasında qarın boşluğunu içəridən və 
bütün qarın boşluğu orqanlarını örtən membrana -  periton təşkil 
edir. Bəzi halda BƏT kimi periton dializi seçilir, bu zaman 
əməliyyatdan 1 ay əvvəl xüsusi cərrahi  əməliyyat yolu ilə periton 
boşluğuna yumşaq kateter qoyulur. Bu kateter vasitəsi ilə  xəstənin 
periton boşluğu xüsusi tərkibli steril məhlul ilə doldurulur, bu 
məhlula qanda olan toksinlər və metabolitlər keçir. Bir neçə saatdan 
sonra məhlul qarın boşluğundan çıxarılır, belə ki, məhlulda həll 
olmuş maddələr də bədəndən çıxır (şəkil 15).  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə