Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   41   42   43   44   45   46   47   48   ...   105

 
147
3.
 
Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları, 
kreatininin klirensi; 
4.
 
Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, elektro-
litlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, xolesterin, 
triqliseridlər, qlyukoza, ALT, AST, hepatit B, C, İİV, sitomeqa-
lovirus, venerik xəstəliklərə görə testlər; 
5.
 
Mantu sınağı; 
6.
 
EKQ, kardioloqun müayinəsi; 
7.
 
Qarın boşluğu orqanlarının USM; 
8.
 
Döş qəfəsinin rentgenoqramması; 
9.
 
Dişlərin və başqa mümkün infeksiya ocaqlarının 
sağlamlaşdırılması; 
10. Qastroskopiya (lazım olduqda); 
11. Sistoqrafiya; 
12. İmmunoloji müayinə; 
13. Əsnək möhtəviyyatının və sidiyin əkilməsi. 
Böyrək xəstəliyinin ilkin diaqnozu dəqiq təyin olunmalı, sidik 
yollarının infeksiyası, sidik kisəsinin disfunksiyası, sistem xəstəlik-
ləri aşkar edilir. Dəqiq fizikal müayinə  nəticəsində ürək-damar, 
mədə-bagırsaq, sidik-cinsiyyət xəstəlikləri aşkarlanmalı, agciyərlərin 
funksional vəziyyəti aydınlaşdırılmalı, karies dişlər daxil olmaqla 
infeksiyanın potensial mənbəyi tapılmalıdır. Xəstə yaxın, uzaq nəti-
cələr və ağırlaşmalar haqqında məlumatlandırılır. Qadınlar üçün ha-
miləlik testi aparılır. 
Obstruksiyası və ya sidik kisəsi-sidik axarı reflyuksu olan xəstə-
lərdə sistoureteroqrafiya aparılır.  İkitərəfli nefrektomiya hazırda az 
hallarda, o da xüsusi göstərişə görə, aşağıdakı hallarda aparılır: sidik 
yollarının davamedici infeksiyası, ağrı sindromu, infeksiya, qanaxma 
ilə müşayiət olunan böyrək polikistozu, böyük ölçülü böyrəklər, sidik 
kisəsi-sidik axarı reflyuksu, Qudpasçer sindromu olduqda. Qalça 
arteriyasının vəziyyətini dəqiqləşdirmək üçün (stenoz, kalsifikasiya) 
aşağı  ətrafların Doppler müayinəsi və lazım olduqda aorta-qalça 
seqmentinin arterioqrafiyası edilir. 


 
148
Resipientin qan qrupu ABO sistemi üzrə təyin edilir. İnsan Ley-
kosit Antigen sistemi A, B, C və DR lokusları üzrə müayinə olunur. 
Böyrəkköçürmədə ABO sistemi üzrə uyğunluq mütləq vacib şərtdir, 
çünki hətta ailə üzvləri arasında bu şərti gözləməyib transplantasiya 
etdikdə nəticə yaxşı olmur. Anticisim sensibilizasiyası resipient zər-
dabında T və B limfositlərə qarşı sitotoksik anticisimlərin təyin olun-
ması ilə ölçülür. Pasientin güclü sensibilizasiyası krossmatçı  mənfi 
meyit böyrəyinin tapılması müddətini uzadır. Böyrəkköçürmədən qa-
baq son T (və bəzən B) krossmatçı aparılır, donor üçün spesifik anti-
cisimlər identifikasiya olunur. Bu testin mənfi olması ildırımsürətli 
rəddetmə sindromunun baş verməyəcəyinin göstəricisi sayılır. 
Əməliyyatönü hazırlıq böyrəkköçürmədən qabaq xəstənin vəziy-
yətinin optimizasiyasına xidmət etməlidir.  Əməliyyatdan 6-12 saat 
əvvəl xəstəyə hemodializ aparılır, qələvi-turşu və elektrolit müva-
zinəti normalaşdırılır. Hipotenziv dərmanların qəbulunu xəstələr da-
vam etməlidirlər. ÜİX olan pasientlərə (çox halda sol koronar arteri-
ya zədələnir) əməliyyata qədər revaskulyarizasiya və ya angioplasti-
ka edilir. Əksər xəstələrdə anemiya (Hb səviyyəsi 60-80 q/l) olması-
na baxmayaraq onlar anesteziyanı yaxşı keçirirlər və ona görə  də 
əməliyyatdan qabaq qan köçürmək zəruri sayılmır. 
Cərrahi  əməliyyat kimi texniki cəhətdən böyrəkköçürmə  əksər 
mərkəzlərdə standart prosedura kimi yerinə yetirilir. Adətən sol 
böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası ümumi qalça 
venasına uc-yan, böyrək arteriyası isə ümumi qalça arteriyasına uc-
yan anastomoz qoyulur. Sidik axarı sidik kisəsinə xarici 
ureterosistoneostomiya üsulu ilə birləşdirilir (şəkil 17). 
Əməliyyatdan sonrakı dövrdə böyrəyin işemiya müddəti qısa 
olduqda o revaskulyarizasiyadan bir neçə  dəqiqə sonra sidik ver-
məyə başlayır. Diri donordan götürülmüş böyrəkdən fərqli olaraq, 
meyitdən götürülmüş böyrəyin transplantasiyasından sonra 40%-ə 
qədər halda kəskin kanalcıq nekrozu müşahidə edilir. Diurezin 100-
1000 ml/saatdan yüksək olmasına səbəb transplantatın osmotik yük-


lənməsi, su və elektrolitlərin bədəndə artıq olması və transplantatın 
proksimal kanalcıqlarının işemiyaya uğramasıdır. 
 
 
 
Şəkil17. Böyrək transplantasiyasının sxemi. 
 
Erkən  əməliyyatdan sonrakı dövrdə ifraz olunan sidiyin miqdarına 
görə adekvat olaraq bədənə  məhlullar yeridilir, bəzən hətta diurezi 
saxlamaq məqsədi ilə sidikqovucu da tətbiq edilir. Məhlulun qeyri-
adekvat yeridilməsi oliquriya və böyrək funksiyasının pozulmasına sə-
bəb ola bilir ki, bu da vaxtında ayırma sindromunun, sidik yollarının 
obstruksiyasının və damarların oklyuziyasının aşkar olunmasına mane 
olur.  Əksinə, transplantatın minimal funksiyası zamanı mayenin artıq 
yeridilməsi durğun ürək çatışmazlığının baş verməsinə səbəb olur. Belə 
hallarda hiperkaliemiya müşahidə olunur, ona görə kaliumun plazmada 
səviyyəsinin monitorinqi vacibdir və pozğunluqlar tez aradan  qaldı-
rılmalıdır. Bədəndə mayenin qıtlığı 0,45% natrium xlorid məhlulu və 
qanda  şəkərin səviyyəsindən asılı olaraq 5% qlyukoza məhlulu ilə 
aradan qaldırılır. 12-48 saat əməliyyatdan sonra yeridilən mayenin 
 
149


 
150
miqdarı tədricən azaldılır və bu sidiyin həcminin normaya qayıtmasına 
qədər davam etdirilir, çünki yeni köçürülmüş böyrək sidiyin miqdarını 
requlə etmək qabiliyyətini itirmiş olur. 
Sidik kisəsində Foley kateteri 3-5 gün saxlanılır. Retroperitoneal 
əməliyyat yolu istifadə olunduğu üçün bağırsaqların parezi minimal 
dərəcədə olur. Ona görə anesteziyadan ayılandan sonra xəstə qida 
qəbul edə bilər. Arzusu olduqda birinci gündən xəstə ayaq üstə qal-
xıb yeriyə bilər. Cərrahi  əməliyyat zamanı  və sonrakı 24-48 saat 
ərzində yara infeksiyasının profilaktikası  məqsədi ilə antibiotik 
(sefazolin) təyin olunur. Sonrakı dövrdə (6 aya qədər) kiçik dozada 
biseptol (480 mq/gün) təyin etməklə sidik yollarının infeksiyasının 
profilaktikası  məqsədi güdülür və  həm də Pneumocystis carinii 
pnevmoniyasının universal müdafiəsini təmin etmək olur. Kandi-
dozun profilaktikası üçün nistatin istifadə olunur. Sitomeqalovirus 
infeksiyası olduqda asiklovir, qansiklovir tətbiq edilir. Antasid, H
2
-
reseptorlarının blokatorları mədədə xora əmələgəlmə prosesinin qar-
şısını almaq məqsədi ilə transplantasiyadan sonrakı dövrdə  və ya 
ayırma sindromu baş verdikdə  təyin olunur. Siklosporin alan əksər 
xəstələrdə arterial hipertenziya müşahidə olunur və ona görə diure-
tik, kalsium antaqonistləri və vazodilatatorlardan istifadə olunur. 
Əməliyyatdan sonrakı dövrün ağırlaşmasız getdiyi halda diri-do-
nor transplantasiyasından 3-5 gün, meyit-donor transplantasiyasın-
dan 7-15 gün sonra böyrəklərin fəaliyyəti normal göstəricilər həddi-
nə çatır. Bu zaman böyrək funksiyasının pozulmasına səbəb kəskin 
və çox kəskin ayırma sindromu, kəskin tubulyar nekroz, siklosporin 
nefrotoksikliyi, transplantatın damarları və ya sidik axarı tərəfindən 
ağırlaşmalar (oklyuziya və obstruksiya) və qəflətən inkişaf etmiş şə-
kərli diabet ola bilər. Vaxtında aparılmış USM, radioizotop skanlama 
və dupleks-dopller skanlama, translantatın perkutan biopsiyası  həl-
ledici məlumatları almağa və diaqnozu qoymağa kömək edir. 
İmmunosupressiv müalicə kimi hazırda azatioprin və ya Sellsept, 
prednizolon və siklosporinin kombinasiyasından istifadə olunur. 
Azatioprin 1-3 mq/kq/gün dozada başlanılır, leykositlərin periferik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə