Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   49   50   51   52   53   54   55   56   ...   105

 
173
1 2 



Hematuriya mikro, 
bəzən 
makrohematuriya  
mötədil mikrohematuriya 
mötədil 
Albuminuriya mötədil mötədil 
əhəm. (30%) 
əhəmiyyətli 
Silindruriya  
az miqdarda  
mötədil (hialin) 
bütün növ 
silindrlər 
bütün növ 
silindrlər 
Azotemiya  
 olmur 
artan 
azotemiya 
olmur başlanğıcda 
olmur 
Hiperxolesterinemiya olmur 
olmur 
əhəmiyyətli 
dərəcədə 
əhəmiyyətli 
dərəcədə 
Hipoproteinemiya olmur 
olmur 
əhəmiyyətli 
dərəcədə 
əhəmiyyətli 
dərəcədə 
Anemiya  
olmur 
həqiqi yalançı  
ola bilər 
Göz dibi damarlarının 
dəyişikliyi 
olmur neyroretinit 
az 
təzahür edir 
neyroretinit 
Böyrəklərin 
funksiyalarının 
pozulması 
uzun müddət qatı-
laşdırma fəaliyyəti 
aşağı olur, amma 
azot-ifrazetmə fəa-
liyyəti normal qalır 
qatılaşdırma və 
ekskretor fəa-
liyyətinin aşağı 
düşməsi 
oliquriya 
qatılaşdırma 
fəaliyyəti 
saxlanmışdır 
oliquriya 
qatılaşdırma 
fəaliyyəti 
aşağı enir 
Xəstəliyin gedişi və 
nəticəsi 
böyrək fəaliyyəti-
nin aşağı düşməsi 
və hipertonin, azo-
telinin nefritə keçir 
bəzən hiperto-
niya ilə ədaqə-
dər (infarkt-in-
sult) mümkün-
dür. Son mərhə-
lədə uremiya 
başlayır 
qatılaşdırma funk-
siyası tədricən enir. 
Ödemlər çəkilir. 
Xəstəlik azotemik, 
hipertonik nefritə 
keçir 
tədricən 
uremiya 
inkişaf 
edir 
 
Qaraciyər sirrozu zamanı ödem olmasına baxmayaraq arterial hi-
pertenziya, sidik sindromu olmur, anamnezdə qaraciyər xəstəliyi 
göstərilir. Bütün mübahisəli hallarda punksion biopsiya aparılır. 
Xroniki qlomerulonefritin diaqnozunda böyrək prosesinin aktiv-
liyinin təyin olunmasının xüsusi əhəmiyyəti vardır. Kəskinləşmənin 
kliniki  əlamətləri arterial hipertoniyanın meydana çıxması, yaxud 
yüksək qan təzyiqinin daha da yüksəlməsi, böyrəklərin funksiyasının 


 
174
aşağı düşməsi, ödemlərin artması, damardaxili hemokoaqulyasiyanın 
olmasıdır. 
Laborator əlamətlərdən proteinuriya və hematuriya, nefrotik sind-
romun baş verməsi və yaxud daha da inkişaf etməsi, azot mübadilə-
sinin son məhsullarının artması  kəskinləşmənin  əlamətləri sayılır. 
Son zamanlar sidikdə limfositlərin  səviyyəsinə xüsusi fikir verilir 
(xüsusən T limfositlərinə) və xəstələrin sidik filtratını sağlam adamın 
leykositləri ilə qarışdırdıqda LE hüceyrələrin əmələ gətirilməsinə də 
xüsusi yer verilir. 
Bəzən  şişlərlə yanaşı nefrotik sindrom müşahidə olunur ki, bu 
paraneoplastik nefropatiya adlanır. Belə hallar orta yaşlı  və yaşlı 
adamlarda müşahidə  olunduqda şişin mümkünlüyü üçün müayinələr 
aparılmalıdır. 
Xronik qlomerulonefrit nəticəsində baş vermiş nefrotik sindro-
mun başqa mənşəli nefrotik sindromlardan differensasiya olunma-
sının xüsusi əhəmiyyəti  vardır, çünki kortikosteroidlər, sitostatiklər 
ancaq xroniki qlomerulonefritdə  tətbiqi məsləhətdir, başqa mənşəli 
nefrotik sindromlarda xəstəliyə ziyandan başqa bir şey verə bilməz. 
Xroniki qlomerulonefritin qırmızı qurd eşənəyi, bakterial endo-
kardit, hemarragik vaskulitdə də olmasını nəzərə alaraq bütün kliniki 
məlumatların araşdırılması bu məsələnin  şərhi nöqteyi-nəzərindən 
aparılmalıdır. 
Klinik diaqnozun açılışı.  Xəstəliyin diaqnozu qlomerulonefritin 
kliniki-anatomik formasına  əsasən (biopsiyanın nəticəsini göstər-
məklə) gedişinə, fazasına, böyrəklərin azotifrazetmə funksiyasına 
görə və ağırlaşmaları açmaqla formalaşdırılır. 
Müalicə.  Əsasən üç yerə bölünür: pəhriz, rejim və  dərmanlar. 
Pəhrizin xəstəliyin müalicəsində xüsusi əhəmiyyəti vardır. Nefrotik 
və qarışıq formalarda xəstələrdə ödem müşahidə olunduqda pəhrizdə 
xörək duzunun gündəlik miqdarı 1,5-2,5 q-a qədər azaldılır. Hiperto-
nik formada xörək duzunun gündəlik miqdarı 4-5 q-a qədər olmalı-
dır. Başqa formalarda xəstələrdə ödem və arterial hipertenziya olma-
dıqda xörək duzunun pəhrizdə miqdarı norma daxilində saxlanılır. 


 
175
Xəstələrə  pəhriz stolu 7 və onun variantları 7a, 7b, 7c məsləhət 
görülür. Qidalanma keyfiyyətli olmaqla, vitaminlərlə  (vitamin  C,  B 
qrupu, A) zəngin olmalıdır. Zülalın miqdarına görə bu günə  qədər 
yeganə fikir yoxdur. 
Bir qrup klinisistlər gündə  hər kq bədən kütləsinə 2-2,5 q zülal 
verməyi məsləhət görürlər, amma başqaları isə bu həddin 1 q-dan az 
olmasını tövsiyə edirlər. Hər halda əgər xəstələrdə xronik böyrək 
çatışmazlığı yoxdursa, gündəlik zülal qəbulunu çox da azaltmaq 
məqsədəuyğun deyildir. Hələ buraya gündə sidiklə itirilən  zülalın 
miqdarı da əlavə olunmalıdır. Məsələn, E.M.Tareyev gün ərzində 
böyrəklərlə itirilən hər q zülala görə xəstəyə bir yumurta ağı verməyi 
məsləhət görür. Amma son illərin tədqiqatları zülalın pəhrizdə 
azaldılmasını tövsiyə edir. 
Dərman müalicələri əsasən iki istiqamətdə aparılır: patogenetik və 
simptomatik müalicə.  Klinisistlər qarşısında QN müalicə etdikdə 
aşağıdakı məqsədlər durur: 
- xəstəliyin aktivliyini və proqressiya etməsini qiymətləndirmək 
və təyin olunan müalicə vasitələrinin məqsədəuyğunluğunu təyin 
etmək; 
- böyrək zədələnməsinin geriyə inkişafına nail olmaq; 
- nefritin proqressivləşməsini dayandırmaq, heç olmasa XBÇ-nin 
inkişaf tempini zəiflətmək. 
Etiotrop müalicə – çox az hallarda mümkün olmur, çünki bütün 
hallarda xəstəliyin yaranmasının səbəbini aydınlaşdırmaq mümkün 
olmur. 
Patogenetik müalicə.  Xəstəliyi yaradan prosesin patogenezinə 
uyğun olaraq immun proseslərə, iltihaba, damardaxili koaqulyasiya 
proseslərinə təsir etməklə böyrək patoloji prosesi geri oturdulur, ya-
xud onun proqressi ləngidilir.  
Hazırda qlomerulonefritin müalicəsində qlyukokortikoidlər, 
sitostatiklər, AÇFİ, antikoaqulyantlar, antiaqreqantlar, hipolipidemik 
preparatlar və plazmaferez istifadə edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə