Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   45   46   47   48   49   50   51   52   ...   105

 
161
Cədvəl 9 
Ən müntəzəm rast gələn böyrək xəstəliklərinin kliniki təza-
hürləri və laborator müayinə nəticələri 
 
Kəskin QN 
Xroniki QN 
 XBÇ-siz 
Xroniki QN 
 XBÇ ilə 
Böyrək 
ami- 
loidozu 
Nefrotik 
sindrom 
Şikayətlər Ödem. 
Təngnə-fəslik.  
Baş ağrısı 
Ödem. Təngnə- 
fəslik. Baş ağrısı 
Öyümə, oliqu-
riya, qusma, 
dəri qaşınması  
Üzün və 
bədənin 
ödemi 
Üzün və 
bədənin 
ödemi 
Vizual 
müayinə 
Nefritik sifət. 
Ödem.  Anasarka 
Nefritik sifət. Dəri 
avazımış 
Nefritik sifət. 
Hemorragiyalar 
Nefritik 
sifət. 
Anasarka 
Nefritik 
sifət. 
Anasarka 
Urək-damar 
sistemi 
 
Zirvə vurğusu sola 
dəyişir.  
Aorta nöqt. aksent. 
AT yüksək 
Zirvə vurğusu so-
la dəyişir. Aorta 
nöqt. aksent. AT 
yüksək 
İrəlidəkilər 
Çapma ritmi. 
Perikardın 
sürtünmə küyü. 
Ürək tonları 
karlaşır. AT 
norma 
daxilində 
Ürək tonları 
karlaşır. AT 
norma 
daxilində 
Göz dibi 
Retinopatiya 
Arteriya daralır. 
Tor qişada 
degenerasiya 
İrəlidəkilər. 
Gormə sinirinin 
zədələnməsi 
Normal Görmə 
sinirinin 
zədələnməsi 
Sidiyin 
nisbi sıxlığı 
Yüksək 
Az 
Hipo- 
izostenuriya 
 
Yüksək Yüksək 
Proteinuriya Mötədil 
Mötədil 
Az miqdarda 
Çox 
Çox 
Hematuriya Çox 
(dəyişmiş) Az 
Az 
Yox Yox 
Silindruriya  Çox (hialin) 
Çox (hialin,  
dənəvər) 
Çox (hialin,  
dənəvər) 
Az Çox 
 
(müxtəlif) 
Qanda zülal  Norma daxilində. 
Qlobulinlər artır 
Hipoproteinemiya 
Qlobulinlər artır 
Albumin azalır 
Qlobulin artır 
Hipoprot-
einemiya 
 
Hipoprotein
- emiya 
 
Qanda azot 
mübadilə-
sinin son 
məhsulları 
 
Norma daxilində Norma 
daxilində Artır Adətən 
norma 
daxilində. 
Sonda 
artır 
Norma 
daxilində 
 


 
162
Klinik diaqnozun açılması. Kəskin qlomerulonefritin diaqnozunda 
xəstəliyin klinki variantı, təzahür edən sindrom və ağırlaşmalar ifadə 
edilir. 
Müalicə.  Xəstəliyin diaqnozu qoyulan kimi onu xəstəxanaya 
yerləşdirmək lazımdır. Ciddi yataq rejimi ödemlərin itməsi və arte-
rial qan təzyiqinin normallaşmasına qədər təyin edilir. Yataqda 
olduqda xəstənin bütün bədəni isinir, böyrək qan dövranı yaxşılaşır 
ki, bu da yumaqcıq filtrasiyasının və diurezin artmasına səbəb olur. 
Xəstə 2-4 həftə stasionar və 4 aya qədər ambulator şəraitində 
müalicə olunur (hətta bütün əlamətlər itdikdə də). Belə uzunmüddətli 
müalicə  kəskin qlomerulonefritin xroniki formaya keçməsinin 
qarşısını alır. 
Xəstəliyin klinik əlamətlərindən asılı olaraq qəbul olunan suyun 
və xörək duzunun miqdarı azaldılır. Kəskin qlomerulonefritin 
müalicəsində klassik üsul sayılan aclıq günləri (1-2 gün) indi də öz 
əhəmiyyətini itirməmişdir (xəstə gün ərzində ancaq alma yeyir). Bu 
zaman qəbul olunan mayenin miqdarı ifraz olunan sidiyin miqdarına 
bərabər olmalıdır. 2-3-cü gün xəstəyə kalium duzları ilə  zəngin 
pəhriz (düyü sıyığı, yaxud kartof) verilməlidir. Ümumiyyətlə nefro-
tik sindrom olduqda gündəlik qəbul olunan mayenin miqdarı gün-
dəlik diurezdən 300-500 ml-dən çox olmamalıdır. 3-4 gün sonra 
xəstəyə az zülallı pəhriz məsləhət görülür (gündə 60 q). Qəbul olu-
nan xörək duzunun gündəlik miqdarı 3-5 q-a qədər olmalıdır. Bu o 
deməkdir ki, xəstənin yeməyi duzsuz hazırlanır. Böyrək və 
böyrəkdən xaric əlamətlərin aradan qaldırılmasına qədər bu cür pəh-
rizin saxlanması  məsləhətdir. Antibiotiklər 10-12 gün müddətinə 
təyin olunur ki, xəstəliyin yaranmasına səbəb olan infeksion amil 
aradan qaldırılsın. Xəstəliyin əsasən streptokokdan sonra baş verdi-
yini nəzərə alaraq penisillin və yarımsintetik penisillin qrupu antibio-
tikləri məsləhət görülür. Böyrəklərin funksiyası pozulmayıbsa anti-
biotiklər adi dozada tətbiq olunur. 
Xəstələrdə ödem, hipertoniya və ürək çatışmazlığı olduqda 
saluretiklər təyin olunur (40-80 mq furosemid, laziks). Ödemlər 


 
163
itdikdə, arterial təzyiq normallaşdıqda sidik qovucuların istifadəsi 
dayandırılır. 
Ödemsiz arterial hipertenziya müşahidə edildikdə hipotenziv 
preparatlar (AÇFİ qrupu preparatları - lizinopril) tətbiq olunur. 
Kəskin qlomerulonefritin müalicəsində immunodepressantların 
tətbiq olunması çox böyük ehtiyatlılıq tələb edir. Əgər xəstəliyin 
gedişi uzanırsa (3 aydan çox davam edirsə) və əlamətləri keçmirsə, 
xüsusən nefrotik sindromda kortikosteroidlərdən istifadə olunur. 
Prednizolon 60-120 mq miqdarında daxilə  təyin olunur, tədricən 
azaltmaqla 4-8 həftə verilir. Nefrotik sindrom zanamı, həmçinin 4-6 
həftə  ərzində gündə 20000-30000 vahid heparin, dəri altına, vena 
daxilinə  təyin olunur. Bu zaman heparin immunodepressiv, anti-
koaqulyant və iltihaba qarşı təsir göstərir. Eyni zamanda antiaqreqant 
kimi kurantil gündə 300 mq daxilə istifadə olunur. Xəstələrə eyni 
zamanda antihistamin  preparatlar, C vitamini  tətbiq olunur. 
Anuriya və azotemiya olduqda xəstələrə hemodializ, patogenetik 
müalicə kimi isə plazmaferez və hemosorbsiya da aparılır. 
Proqnoz. Kəskin qlomerulonefrit çox vaxt tam sağalır, 1/3 halda 
xəstəlik xroniki formaya keçə bilər. Ölüm halları ancaq ağırlaşma 
nəticəsində baş verir ki, bunlar da eklampsiya zamanı beyinə qan-
sızma, ürək çatışmazlığı, pnevmoniya və kəskin böyrək çatışmazlığı 
nəticəsində baş verir. Proqnoz əsasən müalicənin düzgün təyin 
edilməsi və aparılmasından asılıdır. Sağaldıqdan 3 ay sonra xəstə işə 
başlaya bilər. Amma soyuqdəymədən qorunmalı, soyuq, rütubətli şə-
raitdə işləməməlidir. Bədəndə olan xroniki infeksiya mənbələri müa-
licə olunmalıdır. 
Profilaktika.  Kəskin infeksion xəstələr ilk gündən ciddi müalicə 
olunmalı, bədəndə xroniki infeksiya ocaqları, xüsusən əsnəkdə ləğv 
edilməli, bədəni möhkəmləndirmək, kəskin soyuqlamadan çəkinmək 
lazımdır. Xəstəliyi vaxtında, erkən aydınlaşdırmaq üçün vaksinasi-
yadan və  kəskin infeksion xəstəliklərdən sonra sidiyin ümumi 
tədqiqini aparmaq lazımdır. 
                              


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə