Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   29   30   31   32   33   34   35   36   ...   105

 
109
müayinə  nəticəsi də kömək edir. Bu nəticə 80% xəstələrdə 3 ilə 
qədər müddətdə müşahidə olunur. Hətta PRA-nın normal olması da 
həmişə vazorenal hipertenziyanın olmamasını tam inkar etmir. 
Bəzi müəlliflərin fikrinə görə böyrək venalarının selektiv kateteri-
zasiyası və böyrəkdən axan qanda ayrı-ayrılıqda PRA təyini zamanı, 
göstərici bir tərəfdə 1,5 dəfə çox olması onda bu böyrəyin zədələn-
məsindən hipertoniyanın baş verdiyini sübut edir. Bundan sonra da 
aparılan cərrahi müalicə (nefrektomiya, rekonstruktiv əməliyyatlar 
və s.) AT normallaşmasına səbəb ola bilər. 
Renovaskulyar hipertenziyanın diaqnostikası üçün müvəffəqiyyətlə 
saralazin – angiotenzin blokatoru tətbiq edilir. Qeyd olunmuşdur ki, 
renovaskulyar hipertenziyada 82% halda saralazin yeritdikdən sonra 
AT aşağı düşür. Amma AT bütün xəstələrdə aşağı düşmür. Bu fakt bir 
daha onu sübut edir ki, vazorenal hipertenziya zamanı pressor RAAS 
başqa depressor və başqa sistemlər də iştirak edir (katexolaminlər və s.). 
Bəzən diaqnozu dəqiqləşdirmək üçün böyrəklərin punksion biopsiyası 
da aparılır. 
Müalicə. Renovaskulyar hipertenziyanın effektiv müalicə üsulu  
böyrək arteriyası stenozunu aradan qaldırmağa yönəldilmiş  cərrahi 
müalicə üsuludur. Xəstəliyin uzunmüddətli davam etdiyi hallarında, 
bədxassəli hipertenziyada individual seçilmiş hipotenziv preparatların 
köməyi ilə müalicə aparılır. XBÇ inkişaf etdikdə BƏT tətbiq edilir. 
 
Feoxromasitoma 
  
Feoxromasitoma böyrəküstü vəzilərin beyin maddəsinin pressor 
aminlər - katexolaminlər (adrenalin, noradrenalin) sekresiyaedici fəa-
liyyətə malik xromaffin hüceyrələrinin  şişidir.  Əksər xəstələrdə  şiş 
böyrəküstü vəzinin beyin maddəsindən inkişaf edir, amma təxminən 
10% təsadüflərdə o, başqa lokalizasiyalı xromaffin hüceyrələrdən, ək-
sər halda paraqanqlionar (paraqanqlioma) simpatik sinir gövdəsi və ya 
aorta boyunca inkişaf edir. Hətta  şişin sidik kisəsinin divarında 


 
110
inkişafı belə qeyd olunmuşdur. Böyrəküstü vəzi xarici feoxromasito-
maların diaqnozu xəstə diri ikən az hallarda və çətinliklə qoyulur. 
Feoxromasitoma adətən xoşxassəli  şişdir, amma 5-10% hallarda 
bədxassəli ola bilər, xüsusən böyrəküstü vəzisindən xarici lokalizasi-
yalı hallarda bu 30%-ə çatır. Xoşxassəlidən fərqli olaraq bədxassəli 
feoxromasitoma hormonal cəhətdən az aktivdir, az katexolaminlər if-
raz edir və ya heç etmir, ona görə bəzi istisnaları götürməsək, arterial 
hipertenziya yaratmırlar. Xoşxassəli feoxromasitomalar tək-tək, az 
halda çoxlu miqdarda olurlar. Bədxassəli kimi bunlar da əksər halda 
bir böyrəküstü vəzidə, ancaq 20% halda ikitərəfli olurlar. Ölçüsünə 
görə xromasitoma müxtəlif olur – noxud və ya qoz böyüklüyündə, 
yaxud daha böyük ola bilər (əksər halda diametri 2-4 sm-dən 6-8 sm-
ə qədər olur). Xəstəlik kişilər və qadınlar arasında eyni tezliklə 20-50 
yaşlarda təsadüf olunur. Amma ədəbiyyatda xəstəliyin uşaqlarda və 
qocalarda təsadüf olunması haqda məlumat vardır. Bəzi müəlliflərin 
məlumatlarına görə bütün arterial hipertenziyaların səbəbi 0,32-1%-ə 
qədər hallarda feoxromasitoma olur. 
Patogenez.  Kliniki  əlamətlərin və hipertenziyanın baş verməsi 
səbəbi (müxtəlif təhrikedici faktorların təsirindən) vaxtaşırı  və daimi 
olaraq katexolaminlərin xromaffin hüceyrələri tərəfindən sekresiya 
olunaraq qana daxil olmasıdır. Katexolaminlərin konsentrasiyası feox-
romasitoma toxumasında böyrəküstü vəzin beyin maddəsi toxuma-
sından 500-1000 dəfə çox ola bilər. Bu zaman katexolaminlərin (adre-
nalin və noradrenalin) və onların mübadilə məhsullarının (o cümlədən, 
dofaminin) sidik ilə artıq miqdarda ifraz olunması müşahidə olunur. 
Arterial hipertenziyanın patogenezində eyni zamanda katexola-
minlər tərəfindən YQA-da renin əmələ  gətirən hüceyrələrin sti-
mulyasiya olunması da müəyyən qədər əhəmiyyət kəsb edir. Reninin 
artmasında həmçinin feoxromasitomanın böyrəyi və onun damarla-
rını sıxaraq onu işemiyaya məruz etməsinin də rolu ola bilər. Artıq 
dərəcədə sekresiya olunan renin angiotenzin II əmələ  gəlməsini 
artırır və aldosteron yaranmasını gücləndirir. Belə ki, katexolaminlər 
feoxromasitoma zamanı renin-angiotenzin-aldosteron sistemi aktiv-


 
111
ləşdirməklə də arterial hipertenziyaya səbəb olur. Amma arterial hi-
pertenziyanın patogenezində  əsas həlledici rolu katexolaminlərin 
hipersekresiyası və ümumi periferik müqavimətin artması oynayır. 
Klinika. Lokalizasiyasından asılı olmayaraq feoxromasitomanın 
mühüm kliniki əlaməti AT-in hipertonik kriz şəklində yüksəlməsidir. 
Hipertonik kriz qısa müddətli ola bilər və  bəzi xəstələrdə normal, 
başqalarında isə yüksək AT fonunda baş verə bilər. Feoxromasi-
tomanın bu iki forması ən müntəzəm təsadüf olunur. Həmçinin feox-
romasitomanın üçüncü az təsadüf olunan forması – daimi yüksək 
arterial hipertenziya da müşahidə olunur. 
Feoxromasitomada AT birdən-birə  hədsiz paroksizm şəklində 
yüksəlməsi, hipertonik kriz zamanı ürəkdöyünmə, ürək nahiyəsində 
ağrılar, baş ağrıları, bəzən ürəkbulanma, qusma, üşümə, ümumi zəif-
lik, həyəcan, qorxu hissiyyatı və s. müşahidə edilir. Bəzən ürək rit-
minin pozulması  və  hətta kəskin sol mədəcik çatışmazlığı, ağciyər 
ödemi müşahidə edilə bilər. AT 230/130-170 mm civə sütununa 
qədər  yüksələ bilər. Tutmaların davamiyyəti və tezliyi müxtəlif ol-
maqla feoxromasitomanın kliniki formasından, gediş xüsusiyyətin-
dən və xəstəliyin yaranma müddətindən asılıdır. 
Başlanğıc dövrlərdə tutma qısa müddətli (5-10 dəq.) olur, ildə bir 
neçə dəfə baş verir və feoxromasitoma əksər təsadüflərdə xoşxassəli 
şiş olduğu üçün qeyd olunan tutmalar bir neçə il və hətta uzun illər 
davam edə bilir. Xəstəliyin davamiyyəti artdıqca və  şiş böyüdükcə 
arterial hipertenziya paroksizmlərinin davametmə müddəti artır (bir 
saata və yaxud daha da çox), tutmalar tezləşir (ayda bir neçə  dəfə, 
hər gün, gündə 5-10 dəfə), onların ağırlıq dərəcəsi artır. Bəzi 
hallarda AT yüksəlməsi paroksizmi normal təzyiq fonunda baş verir 
və tutmadan sonra AT tam normallaşır. Belə halların diaqnostikası 
həkim üçün problem yaratmır və düzgün diaqnoz tez qoyulur. Başqa 
hallarda AT-in yüksəlməsi paroksizmləri davamlı yüksək arterial 
hipertenziya fonunda baş verir (feoxromasitomanın  ikinci forması) 
və hipertoniya xəstəliyi zamanı hipertonik krizi xatırladır. Bu xəs-
tələrin düzgün diaqnozu uzun müddət təyin olunmur, xəstələr hiper-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə