Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   28   29   30   31   32   33   34   35   ...   105

 
106
Böyrək damarlarının zədələnməsi ağır renovaskulyar hipertenziyaya  
səbəb olur. 
Xəstəlik sistem xarakter daşıdığı üçün renovaskulyar 
hipertenziyanın cərrahi müalicəsi effektiv olmur. 
Aortanın və onun şaxələrinin arteriiti və prosesin böyrək  arteriya-
larına da yayılması bir və ikitərəfli ola bilər, hər iki cinsdə müşahidə 
olunur, amma gənc qadınlarda bir qədər çox təsadüf olunur. Xəstəlik 
11-20 yaşında başlayır, 2-3 ildən sonra böyrək arteriyasının daralma-
sı baş verir. İltihabi proses damarların divarlarını  dəyişərək onların 
okklyuziyasına səbəb ola bilir, bəzən trombların  əmələ  gəlməsi də 
müşahidə olunur. Ayrı-ayrı hallarda böyrək arteriyasının trombozu 
kəskin böyrək çatışmazlığı ilə də nəticələnə bilir. 
Renovaskulyar hipertenziya həmçinin böyrək arteriyasının və 
onun şaxələrinin şiş, hematoma ilə sıxılması, onların trombozu və ya 
emboliyası, anevrizmaların əmələ  gəlməsi, böyrək arteriyasının əsas 
kötüyünün anadangəlmə stenozu (5-6% halda), hipoplaziyası, böyrək 
sallanması, kista, inkişaf anomaliyaları nəticəsində də baş verə bilər. 
Patogenez. Renovaskulyar hipertenziyanın baş verməsində həlle-
dici rolu renin-angiotenzin-aldosteron sisteminin aktivliyinin ma-
gistral böyrək qan dövranının azalması  nəticəsində yumaqcıqların 
gətirici arteriyalarında perfuzion təzyiqin düşməsi nəticəsində yuks-
taqlomerulyar hüceyrələrdə reninin artıq dərəcədə sekresiya olunma-
sı oynayır. AT-in yüksəlməsində başqa mexanizmlərin - simpatik 
sinir sisteminin aktivliyinin və katexolaminlərin aktivliyinin artması, 
böyrək depressor faktorlarının çatışmazlığının da rolu vardır. 
Renovaskulyar  hipertenziyanın inkişafının başlanğıcında pressor 
faktorların venoz qanda artması  nəticəsində depressor faktorlar- 
prostaqlandin A və E (PQA, PQE) azalır. Vazorenal hipertenziyanın 
uzun müddətli mövcudluğu nəticəsində PQA və PQE sintezi əhəmiy-
yətli dərəcədə tükənir və qanda onların konsentrasiyası aşağı düşür. 
Bu zaman böyrək toxumasında prostaqlandinlərin miqdarı  və AT 
səviyyəsi arasında əks mütənasib əlaqə yaranır. Həmçinin işemiyaya 


 
107
uğramış böyrək toxumasından axan qanda kinin və kallikrienin 
konsentrasiyası da aşağı düşür. 
PQA, PQE və böyrəyin kallikrienin-kinin sisteminin zəifləməsi 
damar daraldıcı faktorların damar genəldici faktorlara üstünlük 
gəlməsinə səbəb olur və stabil yüksək arterial təzyiqin yaranmasına 
xidmət edir. 
Pressor faktorların  renin – angiotenzin-aldosteron sistemi (RAAS) 
damar divarındakı saya əzələlərdə konsentrasiyanın artmasına səbəb olur 
ki, bu da onların damardaraldıcı faktorlara – angiotenzin və katexolamin-
lərə qarşı  həssaslığını artırır. Son nəticədə damarlarda ümumi periferik 
müqavimət (ÜPM) yüksəlmiş olur. 
Beləliklə, vazorenal hipertenziyanın patogenezi mürəkkəbdir, axı-
ra qədər öyrənilməmişdir, böyrək və qeyri-böyrək mənşəli pressor 
faktorların aktivliyinin artması  və depressor faktorların aktivliyinin 
azalması ilə xarakterizə olunur. 
Klinika.  Vazorenal hipertenziyanın gedişi onu yaradan səbəbdən 
asılıdır. Əgər kliniki olaraq arterial təzyiq gənc yaşda yüksəlirsə, stabil 
xarakter daşıyırsa və çox yüksəkdirsə, onda renovaskulyar hipertenzi-
ya haqda düşünmək lazım olur. Yaşlı şəxslərdə (40-50 yaşdan sonra) 
böyrək damarlarının və onun şaxələrinin ateroskleroz nəticəsində zə-
dələnməsindən də baş verən hipertenziya zamanı analoji hal qeyd olu-
na bilər. Vazorenal hipertenziya üçün əsasən diastolik təzyiqin daha 
çox yüksəlməsi və nəbz təzyiqinin aşağı düşməsi xarakterikdir. 
Mühüm klinik  simptomlardan bu forma  hipertenziyada hiperten-
ziv dərmanlarla müalicə zamanı effektin zəif olması, ya da heç olma-
masıdır. Amma son illərin effektiv dərmanlarının kombinə  şəkilli 
istifadəsi arterial hipertenziyanı aşağı salmağa imkan verir. Ona görə 
son zamanlar bu simptom özünün qorxuducu əhəmiyyətini itirmişdir. 
40-80% hallarda böyrək arteriyası daraldıqda göbəyin sağ və sol 
tərəflərində, bel nahiyəsində fonendoskopla dinlədikdə sistolik küy 
eşidilir. Bu küy  aterosklerotik daralmaya nisbətən fibromuskulyar 
displaziya zamanı daha yaxşı eşidilir. 


 
108
Vazorenal hipertenziya başqa hipertenziyalara nisbətən daha tez-
tez hallarda bədxassəli xarakter alır. Böyrək arteriyasının birtərəfli 
zədələnməsində bu hal 25-30% təsadüflərdə, ikitərəfli  pozğunluqlar-
da 50-60% halda müşahidə olunur. Bəd xassəli hipertenziya üçün 
göz dibində ağır dəyişikliklər (qansızmalar, tor qişanın soyulması və 
s.), ürəkdə dəyişikliklər (miokard infarktı, sol mədəcik çatışmazlığı) 
və beyin qan dövranında pozğunluqlar (insult, trombozlar və s.) mü-
şahidə olunur. Vazorenal  hipertenziyalarda hipertonik krizin rastgəl-
mə tezliyi hipertoniya xəstəliyinə nisbətən azdır. Başqa mənşəli 
simptomatik  hipertoniyalarda olduğundan fərqli olaraq vazorenal 
hipertenziyada sidik sindromu – proteinuriya,  hematuriya, silindruri-
ya xarakterik deyildir. Ancaq  az hallarda (1/3 xəstələrdə) az miqdar
müvəqqəti proteinuriya qeyd oluna bilər. 
Diaqnostika. Qeyd olunan kliniki əlamətlər ancaq vazorenal 
hipertoniya haqda güman yarada bilər, amma bu diaqnozu təsdiq 
etmir. Digər tərəfdən vaxtında qoyulmuş diaqnoz və düzgün müalicə 
xəstənin sağalmasına səbəb ola bilər. Odur ki, diaqnozu vaxtında 
qoymaq üçün hərtərəfli müayinələr aparılmalıdır. 
USM, icmal rentgenoqrafiya zamanı böyrək damarlarının bir-
tərəfli daralması olduqda böyrəyin ölçülərinin azalmasını  aşkar et-
mək mümkündür. Ekskretor uroqrafiya işemiyaya uğramış böyrəyin 
ölçüsünün azalmasından başqa onun ekskretor funksiyasının azalma-
sını da qeyd edir. 
Radioizotop müayinə üsulu hər iki böyrəyin ayrılıqda funksiyası-
nı öyrənməyə imkan verməklə zədələnmə tərəfi və prosesin dərinli-
yini aydınlaşdırmağa imkan verir, böyrəklərin funksional qabiliyyə-
tini qiymətləndirir. 
Böyrək angioqrafiyası, onun selektiv variantı Seldinger üsulu ilə 
xüsusi klinikalarda aparılır. Böyrək arteriyalarının vəziyyətini, steno-
zun dəqiq yerini, dərəcəsini təyin etməklə angioqrafiya  cərrahi müa-
licə haqda qərarın qəbulu və məsələnin həllini təmin edir. 
 Renovaskulyar hipertenziyanın xeyrinə həmçinin qan plazmasın-
da reninin aktivlik (PRA) dərəcəsinin artmasına (1,5 dəfədən çox) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə