98
landırılmış hesab olunmalıdır. Diuretiklərin (natriuretiklərin) hipo-
tenziv təsiri ürək atımının azalmasına
səbəb olan mübadilə qabiliy-
yətli natriumun, artıq suyun bədəndən xaric olması və ümumi pe-
riferik müqavimətin azalması hesabına baş verir. Böyrəklərin funk-
siyaları lazımi səviyyədə olduqda tiazid diuretiklərdən (hidroxlor-
tiazid) və tiazidəbənzər diuretiklərdən (indapamid) istifadə olun-
malıdır. XBÇ olan xəstələrə və şəkərli diabetdə ilgək diuretikləri
(furosemid, etakrin turşusu, bumetanid) istifadə olunmalıdır.
Diuretiklərin mənfi təsirlərindən hipokaliemiyanı (tiazidlərin tət-
biqi zamanı daha çox), hiperqlikemiyanı (tiazidlər, furosemid),
hiperurikemiyanı (tiazidlər), mədə-bağırsaq pozğunluqlarını, impo-
tensiyanı göstərmək lazımdır.
Angiotenzini çevirən fermentin inhibitorları.
Bu qrupa daxil
olan dərman preparatları AÇF (kininaza II) təsirini tormozlamaqla,
bir təfərdən angiotenzin I-in angiotenzin II-yə çevrilməsinin qarşısı-
nı alır, digər tərəfdən toxuma kininlərinin parçalanmasını dayandırır.
Hətta son illər AÇFİ preparatlarının böyrəkqoruyucu təsiri aşkar
edilmişdir (Opil L.H.,1992). Yumaqcıqdaxili qan təzyiqini endir-
məklə AÇFİ qrupu preparatları böyrək qan dövranını yaxşılaşdırır,
bununla da
nefroprotektiv təsir göstərir, böyrəyin işemik xəstəliyinin
proqressinin dayanmasına səbəb olur, qlomerulosklerozun inkişaf et-
məsinin qarşısını alır və yaxud onun inkişaf tempini ləngidir. Həmçi-
nin böyrək xəstəlikləri zamanı müşahidə olunan
ürəyin sol mədəci-
yinin hipertofiyasının dərəcəsinin də AÇFİ qrupu preparatları tərə-
findən enməsinin müşahidə olunması haqda elmi araşdırmaların
nəticələri əldə edilmişdir.
2 saylı cədvəldə ən çox tətbiq olunan AÇFİ və onların dozaları
verilmişdir.
99
Cədvəl 2
BH müalicəsində istifadə olunan AÇFİ
Preparat Doza,
mq
Gündəlik qəbulu, dəfə
Kaptopril 75-100
3
Enalapril 5-10-20 1-2
Ramipril 2,5-5
1
Perindoril 4-8
1
Silazapril 2,5-5
1
Fozinopril 10-20
1
Kvinapril 20-40
1
Trandolapril 2-4
1
Lizinopril 10-40-80
1
Benazepril 10-20-40
1
Bizim kliniki təcrübəmizə görə bu preparatlar xəstələr tərəfindən
yaxşı keçirilirlər, uzun illər BH-nin müalicəsində istifadə olunur.
Amma müalicənin başlanğıcında bəzi xəstələrdə (xüsusən yaşlı şəxs-
lərdə) qanda kreatinin və kaliumun səviyyəsinin yüngül yüksəlməsi
müşahidə oluna
bilər ki, bu dəyişikliklər də dərmanı kəsməməklə özü
keçir. Tək-tək hallarda AÇFİ preparatlarının tətbiqindən sonra qan
plazmasında kreatininin səviyyəsi 30 %-dən çox artır, onda preparatın
verilməsi dayandırılır. Əksər hallarda XBÇ olan xəstələrdə uzun
müddət AÇFİ ilə müalicə böyrəklərin funksiyasının yaxşılaşmasına
səbəb olur. Qlomerulonefritin müalicəsi zamanı bu preparatların pro-
teinuriyanı azaltması da qeyd olunmuşdur (H.Herlitz və b, 2001).
AÇFİ-nin tətbiqi zamanı öskürək, hipotoniya, baş ağrısı,
baş gicəl-
lənməsi müşahidə oluna bilər.
AÇFİ-nin tətbiqi hər iki böyrək arteriyası stenozunda, ağır ürək-
böyrək çatışmazlığında, ağır XBÇ-da və hamiləlikdə əks göstərişdir
(İ.E.Tareeva və b, 2001).
100
Kalsium antaqonistləri (KA). Bu qrup dərman preparatlarının
təsir mexanizmi arteriolaların genişlənməsi və ümumi periferik
müqavimətin azalması ilə əlaqədardır. Həmçinin bu qrup preparatla-
rın endotel hormonu olan endotelinin vazo-konstruktiv
təsirini bloka-
daya alması da sübuta yetmişdir. Kliniki təcrübədə ən çox tətbiq
olunan KA preparatları 3 saylı cədvəldə verilmişdir.
Cədvəl 3
BH müalicəsində istifadə olunan KA
Preparat Doza,
mq
Gündəlik qəbulu,
dəfə
Nifedipin 30-40
3-4
Riodipin 30-40
3-4
Nifedipin-retard 30-60
1
İsradipin 5-10
1
Felodipin 5-10
1
Amlodipin 5-10
1-2
Nifebradil 240-480
1
Verapamil 180
2
Diltiazem 60-90-180
2-3
KA hipotenziv təsirlə yanaşı antisklerotik və antiaqreqant xassə-
lərinə malik olduqları üçün yaşlı xəstələrdə daha çox tətbiq olun-
malıdır (E. İ.Çazov, 2001). KA eyni zamanda böyrək qan dövranını
artırır, ona görə natriurez də artır, həmçinin yumaqcıqdaxili hiper-
tenziyanı azaltmaqla yumaqcıq filtrasiyası sürətini (YFS) artırır. Böy-
rəklərin qorunması onların hipertrofiyasının qarşısının alınmasına
əsaslanır ki, bu da XBÇ-nin inkişafını ləngidir (P.Mene, 1997). KA-
nın istifadəsi zamanı taxikardiya, aritmiya, sifətin qızarması (nife-
dipin), bradikardiya, atriovenrtrikulyar blokada, qəbizlik (verapamil)
müşahidə oluna bilər.
101
β
-adrenergik reseptorların blokatorları. Bu qrup preparatların
təsir mexanizmi ürəyin vurğu həcminin azalması,
böyrəklərdə reninin
sekresiyasının tormozlanması, ümumi periferik müqavimətin (ÜPM)
azalması, postqanqlionar simpatik sinir uclarında noradrenalinin azad
olmasının azalması, ürəyə venoz qayıdışın və dövr edən qanın azalması
ilə izah olunur.
β-blokatorların diuretiklərlə birlikdə tətbiqi daha
effektivdir (B.A.Sidorenko və D.V.Preobrajenskiy, 2001).
Təcrübədə çox istifadə olunan bu qrup preparatlar 4 saylı
cədvəldə verilmişdir.
Cədvəl 4
BH müalicəsində istifadə olunan
β
-blokatorlar
Preparat Doza,
mq
Gündəlik qəbulu,
dəfə
1 2 3
Propronalol* 80-640
2-4
Nadolol *
80-320
2-4
Oksprenolol* 120-400
2-4
Pindolol *
10-60
3-4
Labetolol **
200-1200
2-4
Atenolol 100-200
2-3
Metoprolol 100-400
2-3
Betaksolol 5-20
1-2
Talinolol 150-600
1-3
Karvedilol **
25-100
1-2
* - Qeyri-selektiv
β-blokatorlar.
** -
α və β-reseptorları blokada edən preparatlar.