Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   35   36   37   38   39   40   41   42   ...   105

 
127
etməkdə böyük kompensator imkanlara malikdir. Hətta 50% nef-
ronların məhvi (normada hər böyrəkdə 1,2 mln nefron vardır) adətən 
simptomsuz keçir və heç bir kliniki əlamət vermir. Ancaq yumaqcıq 
filtrasiya sürəti (YFS) 60-30 ml/dəq-dən aşağı endikdə (bu 
nefronların miqdarının 60-70% azalmasına uyğundur) orqanizmdə  
sidik cövhəri, kreatinin və azot mübadiləsinin başqa son məhsulları 
yığılır, onların qan zərdabında qatılığı yüksəlir. Terminal xroniki 
böyrək çatışmazlığı (TXBÇ) baş verdikdə fəaliyyət göstərən nefron-
ların kütləsi 10%-dən aşağı düşür. 
TXBÇ olan, o cümlədən, əvəzedici böyrək terapiyası (ƏBT) alan 
xəstələrin sayı bütün dünyada durmadan artır. XBÇ ilə  xəstələrin 
sayının artmasının səbəbi böyrəklərin  şəkərli diabet, arterial hiper-
tenziya, işemik və sair damar xəstəlikləri nəticəsində zədələnməsi və 
həmçinin dünya əhalisinin son yaş  həddinin artmasıdır. Bəzi ölkə-
lərdə XBÇ-nin geniş yayılması problemin yüksək tibbi-sosial əhə-
miyyətini təyin edir. Dünyanın çox ölkələrində  ƏBT-ə  sərf olunan 
vəsaitlər bütün səhiyyə büdcəsinin  əhəmiyyətli hissəsini tutduğu 
üçün daima bu müalicə növünün təkmilləşdirilməsini və digər tə-
rəfdən böyrək xəstəliklərinin ilkin mərhələsində qoruyucu müalicə 
üsullarının işlənib hazırlanmasını diqqət mərkəzinə  çəkir. Müxtəlif 
ölkələrdə, coğrafi  ərazilərdə XBÇ-nin müxtəlif yayılma tezliyi mü-
şahidə olunur. ABŞ-da 1996-cı ildə 1 mln. əhalidən 1041 xəstə ƏBT 
almışdır və  həmin ildə müalicəyə yeni daxil olmuş TXBÇ ilə olan 
xəstələrin sayı 268 nəfər/1 mln olmuşdur. Həmin  ildə  Yaponiyada  
ƏBT 1 mln. əhali  hesabına  1450 nəfər, yeni  xəstələrin sayı  1 mln. 
adama 200 nəfər olmuşdur.  İngiltərədə yeni hadisələrin sayı ildə 80 
nəfər/1 mln. təşkil etmişdir. Mərkəzi və  Şərqi Avropada TXBÇ ilə 
olan yeni xəstələrin sayı 1 mln. insana: Slovakiyada – 111, Xorva-
tiyada – 132, Çexiyada – 128, Polşada – 84,5 nəfər olmuşdur. 
Rusiyada 2000-ci ildə dializ müalicəsi ilə  xəstələrin təminatı 1 
mln. insana 50,4 olmuş, Moskva şəhərində ƏBT 1 mln. insana 255,4 
olmuşdur. 


 
128
Nefroloqların fəaliyyətində XBÇ xəstələri ilə  işləmək  əsas yer 
tutur, amma  buna baxmayaraq bu diaqnoz ilk dəfə nefroloq yox, 
başqa mütəxəssislər tərəfindən qoyulur. Ona görə də ümumi təcrübə 
həkimlərinin, terapevtlərin, ailə  və sahə  həkimlərinin bu məsələyə 
düzgün münasibətinin böyük rolu vardır, çünki diaqnoz  qoyulduq-
dan sonra xəstə düzgün istiqamətə yönəldilməlidir. Vaxtında qoyul-
muş diaqnoz, nefroloqun məsləhətinə göndəriş  və nefroprotektiv 
müalicə çox hallarda XBÇ proqressinin inkişaf sürətini yavaşıdır. 
Digər tərəfdən müasir kliniki təbabətin  ən uğurlu nailiyyətlərindən 
olan itirilmiş böyrək funksiyasının tam əvəz olunması üçün effektiv  
üsulların vaxtında seçilməsi mümkün olur. 
XBÇ təsnifatı.  Son 20-25 ildə müxtəlif alimlər tərəfindən XBÇ-
nin 20-dən artıq  təsnifatının verilməsinə baxmayaraq onların demək 
olar ki, heç biri hamı  tərəfindən qəbul olunub istifadə olunmur. 
Əvvəllər XBÇ mərhələsinin təyini üçün istifadə olunan qan 
plazmasındakı  kreatininin səviyyəsi yumaqcıq filtrasiya sürətini tam 
əks etmir, çünki bu göstərici bədənin  əzələ kütləsindən, yaş 
həddindən, cinsdən asılı olaraq dəyişir. ABŞ-da Kidney/Dialisiz 
Outcomes Quality İnutiative (K/DOQİ) milli böyrək fondunun son 
illərdə verdiyi təsnifata görə XBÇ 5 mərhələyə bölünür (cədvəl  7).
 
 
                                                                                                      
Cədvəl  7
 
 
Xroniki böyrək xəstəliklərinin təsnifatı (K/DOQİ) 
 
Mərhələ Xarakteristika 
YFS, 
ml/ 
dəq/1,73 m
2
 
I Böyrək zədələnməsi - normal və ya yüksək YFS ilə 80-120 
II 
YFS yüngül azalması 60-79 
III YFS 
mötədil azalması 30-59 
IV YFS 
ağır azalması 15-29 
V TXBÇ 
<15 


 
129
 
 
Təqdim olunan təsnifat praktiki istifadə üçün mürəkkəb və çətin 
olduğu üçün kliniki təcrübədə asan istifadə olunan, sadə  təsnifatdan 
müvəffəqiyyətlə istifadə edirik (cədvəl 8).  
I mərhələdə - XBÇ simptomları müşahidə olunmur, amma böyrək 
zədələnməsi  əlamətləri ön planda diqqəti cəlb edir. Belə əlamətlərə 
nefrotik sindrom, tubulyar və ya sidik sindromu, arterial hipertenzi-
ya, proteinuriya, ödemlər və s. aiddir.  
II mərhələdə – XBÇ  simptomlarının müxtəlif kombinasiyası  və 
dərəcəsi müşahidə olunur. Bu mərhələdə yuxarıda qeyd olunan simp-
tomlara uremiya sindromu əlavə olur. 
III mərhələdə – son mərhələ hesab olunur və əgər vaxtında dializ 
müalicəsi başlanmazsa uremik intoksikasiyanın ağır təzahürləri mey-
dana çıxır. 
             
Cədvəl 8             
 
XBÇ 
təsnifatı
 
 
Mərhələ Xarakteristika 
YFS, 
ml/ 
dəq/1,73 m
2
 
I Kompensasiya 
(başlanğıc) 40-79 
II Dekompensasiya 
(aydın təzahür) 15-39 
III Terminal 
(son) 
<15 
 
Böyrək funksiyasının qiymətləndirilməsi  üçün müxtəlif üsullar-
dan istifadə olunur. İnulinin klirensinin təyini YFS ölçülməsinin da-
ha dəqiq üsulu olmasına baxmayaraq çox zəhmət tələb etdiyi və ba-
halı olduğu üçün kliniki təcrübədə demək olar ki, istifadə olunmur. 
Populyar bir üsul kimi YFS təyini üçün istifadə olunan endogen 
kreatinin klirensi (Reberq sınağı) ambulator şəraitdə həmişə düzgün 


 
130
yerinə yetirilmir. Bundan başqa kreatininin qanda səviyyəsi yüksəl-
dikdə YFS təyini  yüksək nəticələr göstərir, çünki bu zaman kreati-
nin yumaqcıqda filtrasiya olunmasından  əlavə kanalcıqdan sekresi-
yası vaş verir. Böyrək çatışmazlığının səviyyəsi yüksəldikcə bu poz-
ğunluğun miqyası artır. Belə ki, TXBÇ zamanı sidikdəki kreatininin 
40%-ə  qədəri sekresiya vasitəsi ilə xaric olur. Ona görə ambulator 
şəraitdə və TXBÇ zamanı  YFS göstəricisini tapmaq üçün  D.Cock-
roft və M.Gault (1976) təklif etdikləri düsturun köməyi ilə 
hesablama üsulundan istifadə olunur. Bu üsul ilə YFS qan zərda-
bında kreatinin səviyyəsinə, antropometrik göstəricilərə və cinsə gö-
rə hesablanaraq tapılır: 
 
       
YFS =
                (140-yaş)  x (bədən çəkisi, kq) x 0,85                     
- qadın üçün
 
                                       814 x qan zərdabında kreatinin, mmol/l  
 
 
      YFS =
                (140-yaş) x (bədən çəkisi, kq)                              
- kişi üçün
 
                                        814 x qan zərdabında kreatinin, mmol/l  
 
Bu formulaya bəzi əlavə və düzəlişlər oluna bilər, məsələn, para və 
ya tetraplegiya olan xəstələrdə YFS göstəricisini müvafiq olaraq 20 və 
40% azaltmaq, qara dərili kişilərdə 12% artırmaq lazımdır. Həmçinin 
ABŞ-da çox ciddi Modification of Diet in Renal Disease (MDRD) 
tətqiqatı  nəticəsində J.D.Koople və başq. (1989) tərəfindən hazırlan-
mış  formula vasitəsi ilə  də YFS-nı hesablamaq olar (Nephvol Dial. 
Transplant, 2002, v. 17, s. 7, pp. 7-15). Bu üsul YFS-i nin MDRD for-
mulu ilə hesablanması adlanır. 
 
 YFS=170 x (kreatinin x 0,0113)
-0,999
  x yaş 
– 0,176 
 x (sidik cövhəri 
x 2,8) 
– 0,17  
 x albumin
 0,318  
;     
 və ya  
YFS= 170 x kreatinin  
-0,999
 x yaş 
– 0,176 
 x sidik cövhəri
– 0,17 
x albu-
min.
 0,318  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə