118
ətraflar isə nazik-distrofik olur. Sifət ayabənzər xarakter kəsb edir,
dərisi yağlı, çoxlu civzələrlə örtülür. 2/3 xəstələrdə bud, qarın, döş
qəfəsi üzərindəki dəridə artrofik tünd-bənövşəyi zolaqlar əmələ gəlir.
Tüklərin tökülməsi nəinki başda, həmçinin qoltuq altında, qasıqda
müşahidə olunur. Cinsi funksiyaların pozğunluqları: qadınlarda
aybaşı tsiklinin pozulması, erkən amenoreyanın baş verməsi; kişi-
lərdə erektil disfunksiya inkişaf edir. Bədən müqavimətinin azalması
nəticəsində infeksiyaya qarşı meyl artmış olur. Bəzən xəstələrdə qa-
naxma ilə müşayiət olunan mədə-bağırsaq sisteminin kəskin xorası
müşahidə olunur. Xəstələr adətən eyforik olur, oyanıqlıq artır, yuxu
pozğunluqları müşahidə olunur. Maddələr mübadiləsinin ağır poz-
ğunluqları baş verir. Karbohidrat mübadiləsinin pozulması şəkərli
(steroid) diabet, insulinə qarşı rezistentlik 50-95% halda baş verir.
Az halda kalsium və fosfor mübadiləsinin pozulması nəticəsində
osteoporoz müşahidə olunur. Xəstələrdə hiperxolesterinemiya, hiper-
natriemiya, hipokaliemiya, hipo-, disproteinemiya, hipoalbuminemi-
ya müşahidə olunur. Periferik qanda eritrositoz, trombositoz, eozino-
filiya ilə leykositoz, limfopeniya müşahidə olunur. 80 % xəstələrdə
sidikdə 17-oksiketosteroidlərin, 17-ketosteroidlərin və aldosteronun
yüksək ekskresiyası qeyd olunur.
Diaqnostika. Xəstəlik üçün xarakterik olan, eyni zamanda müşa-
hidə olunan hipertenziya, kökəlmə və şəkərli diabet olduqda diaq-
nozun etibarlılığı artır. Əsas problem İtsenko-Kuşinq sindromu ilə
xəstəliyini ayırmaqda yarana bilir. İtsenko-Kuşinq xəstəliyində böy-
rəküstü vəzlərin ölçüləri çox böyümür, amma kəllə sümüklərinin
rentgenoloji müayinəsində türk yəhərinin dəyişikliyi aşkar edilir.
Böyrəküstü vəzilərin USM, kompyuter tomoqrafiyası və nüvə-maq-
nit rezonansı diaqnozu dəqiq qoymağa kömək edir.
Müalicə. Hipofiz vəzin adenoması nəticəsində baş verən İtsenko-
Kuşinq xəstəliyində rentgenoterapiya (şüa terapiyası) tətbiq edilir.
İtsenko-Kuşinq sindromu xoşxassəli və yaman şiş (kortikosteroma)
nəticəsində baş verirsə cərrahi müalicə tətbiq edilir.
119
Kəskin böyrək çatışmazlığı
Böyrəklərin əsas funksiyalarının qəflətən pozulması kəskin böy-
rək çatışmazlığı (KBÇ) adlanır. Hiperazotemiya, su-elektrolit müba-
diləsinin pozulması, eləcə də qanazlığı, damar tonusunun dəyişilməsi
kəskin böyrək çatışmazlığının əsas təzahür formalarındandır.
KBÇ-nin etioloji faktorları həddən artıqdır və onları aşağıdakı
qruplara ayırmaq təklif olunmuşdur:
1.
Şok böyrəyi;
2.
Toksik böyrək;
3.
Kəskin infeksion (infeksion-toksik) böyrək;
4.
Damar obstruksiyası;
5.
Sidik yollarının kəskin tutulması.
Hazırda KBÇ böyrəkönü, böyrək, böyrəkdən sonra, böyrəksiz
formala ayrılır ki, bu da diaqnozun düzgün qoyulması və müalicəsinin
effektiv təşkil olunmasına kömək edir. Prerenal və renal KBÇ həm də
sekretor, postrenal KBÇ isə ekskretor anuriya adlanır.
Aşağıda KBÇ-nin əsas səbəbləri göstərilir.
KBÇ-nin əsas səbəbləri:
I. Böyrəkönü KBÇ səbəbləri.
1. Mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtrasiyasının
azalması və ya dayanması, toxumaların perfuziyasının çatışmazlığı,
dehidratasiya.
Oliqemik şok.
Qanaxma, yanıq, qusma, diareya, mədə fistulası nəticəsində su-
yun və elektrolitlərin bədəndən itirilməsi.
Kardiogen şok.
Miokardın infarktı, ağciyər arteriyasının emboloyası.
Bakterial şok.
Ağır infeksiya, septisemiya, qram-mənfi infeksiyada endotoksemiya.
2.
Yumaqcıq filtrasiyasının düşməsi, hipotoniyasız su və duzun
qıtlığı.
Kəskin hiperkaliemiya.
120
Böyrək damarlarının dərman mənşəli spazmı (noradrenalin).
II. Böyrək KBÇ səbəbləri.
1.
Kəskin tubulyar və ya kortikal nekroz.
a)
Korreksiya olunmayan böyrəkönü KBÇ ilə şok:
cərrahi müdaxilələr, zədələnmə və yanıqlar, suyun və duzun bə-
dəndən itirilməsi, septik şok, kəskin pankreatit.
b)
Hemoqlobin və mioqlobin: hemotransfuziya ağırlaşmaları, ağır
hemolitik anemiya, ağır əzələ zədələnməsi.
c) Nefrotoksik maddələr:
dördxlorlu karbon, civənin qeyri-üzvi birləşmələri, ağır metallar, eti-
lenqlikol, dərman maddələri (antibiotiklər, fenasetin, sulfanilamidlər).
2.
Kanalcıqların blokadası, məsələn, uratlarla, sulfanilamidlərlə.
III. Böyrəkdən sonra KBÇ səbəbləri.
Böyrək daşları, retroperitoneal fibroz, çanaq orqanlarının şişləri,
sidik axarlarının bağlanması və yaxud zədələnməsi ilə keçən cərrahi
əməliyyatlar, prostat vəzinin şişləri.
IV. Böyrəksiz KBÇ səbəbi – anadangəlmə tək böyrəyin
zədələnməsində onun səhvən cərrahi yolla çıxarılması.
Patogenez. KBÇ-nin inkişaf etməsində şokun rolunu xüsusi qeyd
etmək lazımdır. Bu zaman böyrək arteriyalarının spazmı və perfu-
zion təzyiqin aşağı düşməsi nəticəsində böyrək toxumasında işemiya
əmələ gəlir və o, zədələnir. Zədələnmə əsasən böyrək kanalcıqların-
da baş verir, çünki onlar oksigen aclığına az davamlıdırlar. Bundan
başqa əksər nefrotoksik zəhərlər seçici olaraq böyrək kanalçıqlarının
epitelisini dağıdırlar. Başqa səbəblərdən kanalçıqların hemoqlobin,
mioqlobin, sulfanilamid, sidik turşusu kristallarından əmələ gələn
tıxaclarla tıxanmasını da göstərmək lazımdır. Bütün bu faktorlar
KBÇ-nin əsas əlaməti olaraq anuriyanın baş verməsinə səbəb olur və
orqanizmdə mürəkkəb patofizioloji proseslər inkişaf edir.
Patoloji anatomiya. KBÇ-nin səbəblərinin müxtəlif olmasına
baxmayaraq böyrəklərdə gedən morfoloji dəyişikliklər eyni tipli
olur. Xəstəliyin ilk dövründə böyrəklərin ölçüsü və çəkisi 250 q-dan
artıq olur. Ödem baş verir, qan və limfa durğunluğu nəticəsində böy-
Dostları ilə paylaş: |