109
müayinə nəticəsi də kömək edir. Bu nəticə 80% xəstələrdə 3 ilə
qədər müddətdə müşahidə olunur. Hətta PRA-nın normal olması da
həmişə vazorenal hipertenziyanın olmamasını tam inkar etmir.
Bəzi müəlliflərin fikrinə görə böyrək venalarının selektiv kateteri-
zasiyası və böyrəkdən axan qanda ayrı-ayrılıqda PRA təyini zamanı,
göstərici bir tərəfdə 1,5 dəfə çox olması onda bu böyrəyin zədələn-
məsindən hipertoniyanın baş verdiyini sübut edir. Bundan sonra da
aparılan cərrahi müalicə (nefrektomiya, rekonstruktiv əməliyyatlar
və s.) AT normallaşmasına səbəb ola bilər.
Renovaskulyar hipertenziyanın diaqnostikası üçün müvəffəqiyyətlə
saralazin – angiotenzin blokatoru tətbiq edilir. Qeyd olunmuşdur ki,
renovaskulyar hipertenziyada 82% halda saralazin yeritdikdən sonra
AT aşağı düşür. Amma AT bütün xəstələrdə aşağı düşmür. Bu fakt bir
daha onu sübut edir ki, vazorenal hipertenziya zamanı pressor RAAS
başqa depressor və başqa sistemlər də iştirak edir (katexolaminlər və s.).
Bəzən diaqnozu dəqiqləşdirmək üçün böyrəklərin punksion biopsiyası
da aparılır.
Müalicə. Renovaskulyar hipertenziyanın effektiv müalicə üsulu
böyrək arteriyası stenozunu aradan qaldırmağa yönəldilmiş cərrahi
müalicə üsuludur. Xəstəliyin uzunmüddətli davam etdiyi hallarında,
bədxassəli hipertenziyada individual seçilmiş hipotenziv preparatların
köməyi ilə müalicə aparılır. XBÇ inkişaf etdikdə BƏT tətbiq edilir.
Feoxromasitoma
Feoxromasitoma böyrəküstü vəzilərin beyin maddəsinin pressor
aminlər - katexolaminlər (adrenalin, noradrenalin) sekresiyaedici fəa-
liyyətə malik xromaffin hüceyrələrinin şişidir. Əksər xəstələrdə şiş
böyrəküstü vəzinin beyin maddəsindən inkişaf edir, amma təxminən
10% təsadüflərdə o, başqa lokalizasiyalı xromaffin hüceyrələrdən, ək-
sər halda paraqanqlionar (paraqanqlioma) simpatik sinir gövdəsi və ya
aorta boyunca inkişaf edir. Hətta şişin sidik kisəsinin divarında
110
inkişafı belə qeyd olunmuşdur. Böyrəküstü vəzi xarici feoxromasito-
maların diaqnozu xəstə diri ikən az hallarda və çətinliklə qoyulur.
Feoxromasitoma adətən xoşxassəli şişdir, amma 5-10% hallarda
bədxassəli ola bilər, xüsusən böyrəküstü vəzisindən xarici lokalizasi-
yalı hallarda bu 30%-ə çatır. Xoşxassəlidən fərqli olaraq bədxassəli
feoxromasitoma hormonal cəhətdən az aktivdir, az katexolaminlər if-
raz edir və ya heç etmir, ona görə bəzi istisnaları götürməsək, arterial
hipertenziya yaratmırlar. Xoşxassəli feoxromasitomalar tək-tək, az
halda çoxlu miqdarda olurlar. Bədxassəli kimi bunlar da əksər halda
bir böyrəküstü vəzidə, ancaq 20% halda ikitərəfli olurlar. Ölçüsünə
görə xromasitoma müxtəlif olur – noxud və ya qoz böyüklüyündə,
yaxud daha böyük ola bilər (əksər halda diametri 2-4 sm-dən 6-8 sm-
ə qədər olur). Xəstəlik kişilər və qadınlar arasında eyni tezliklə 20-50
yaşlarda təsadüf olunur. Amma ədəbiyyatda xəstəliyin uşaqlarda və
qocalarda təsadüf olunması haqda məlumat vardır. Bəzi müəlliflərin
məlumatlarına görə bütün arterial hipertenziyaların səbəbi 0,32-1%-ə
qədər hallarda feoxromasitoma olur.
Patogenez. Kliniki əlamətlərin və hipertenziyanın baş verməsi
səbəbi (müxtəlif təhrikedici faktorların təsirindən) vaxtaşırı və daimi
olaraq katexolaminlərin xromaffin hüceyrələri tərəfindən sekresiya
olunaraq qana daxil olmasıdır. Katexolaminlərin konsentrasiyası feox-
romasitoma toxumasında böyrəküstü vəzin beyin maddəsi toxuma-
sından 500-1000 dəfə çox ola bilər. Bu zaman katexolaminlərin (adre-
nalin və noradrenalin) və onların mübadilə məhsullarının (o cümlədən,
dofaminin) sidik ilə artıq miqdarda ifraz olunması müşahidə olunur.
Arterial hipertenziyanın patogenezində eyni zamanda katexola-
minlər tərəfindən YQA-da renin əmələ gətirən hüceyrələrin sti-
mulyasiya olunması da müəyyən qədər əhəmiyyət kəsb edir. Reninin
artmasında həmçinin feoxromasitomanın böyrəyi və onun damarla-
rını sıxaraq onu işemiyaya məruz etməsinin də rolu ola bilər. Artıq
dərəcədə sekresiya olunan renin angiotenzin II əmələ gəlməsini
artırır və aldosteron yaranmasını gücləndirir. Belə ki, katexolaminlər
feoxromasitoma zamanı renin-angiotenzin-aldosteron sistemi aktiv-
111
ləşdirməklə də arterial hipertenziyaya səbəb olur. Amma arterial hi-
pertenziyanın patogenezində əsas həlledici rolu katexolaminlərin
hipersekresiyası və ümumi periferik müqavimətin artması oynayır.
Klinika. Lokalizasiyasından asılı olmayaraq feoxromasitomanın
mühüm kliniki əlaməti AT-in hipertonik kriz şəklində yüksəlməsidir.
Hipertonik kriz qısa müddətli ola bilər və bəzi xəstələrdə normal,
başqalarında isə yüksək AT fonunda baş verə bilər. Feoxromasi-
tomanın bu iki forması ən müntəzəm təsadüf olunur. Həmçinin feox-
romasitomanın üçüncü az təsadüf olunan forması – daimi yüksək
arterial hipertenziya da müşahidə olunur.
Feoxromasitomada AT birdən-birə hədsiz paroksizm şəklində
yüksəlməsi, hipertonik kriz zamanı ürəkdöyünmə, ürək nahiyəsində
ağrılar, baş ağrıları, bəzən ürəkbulanma, qusma, üşümə, ümumi zəif-
lik, həyəcan, qorxu hissiyyatı və s. müşahidə edilir. Bəzən ürək rit-
minin pozulması və hətta kəskin sol mədəcik çatışmazlığı, ağciyər
ödemi müşahidə edilə bilər. AT 230/130-170 mm civə sütununa
qədər yüksələ bilər. Tutmaların davamiyyəti və tezliyi müxtəlif ol-
maqla feoxromasitomanın kliniki formasından, gediş xüsusiyyətin-
dən və xəstəliyin yaranma müddətindən asılıdır.
Başlanğıc dövrlərdə tutma qısa müddətli (5-10 dəq.) olur, ildə bir
neçə dəfə baş verir və feoxromasitoma əksər təsadüflərdə xoşxassəli
şiş olduğu üçün qeyd olunan tutmalar bir neçə il və hətta uzun illər
davam edə bilir. Xəstəliyin davamiyyəti artdıqca və şiş böyüdükcə
arterial hipertenziya paroksizmlərinin davametmə müddəti artır (bir
saata və yaxud daha da çox), tutmalar tezləşir (ayda bir neçə dəfə,
hər gün, gündə 5-10 dəfə), onların ağırlıq dərəcəsi artır. Bəzi
hallarda AT yüksəlməsi paroksizmi normal təzyiq fonunda baş verir
və tutmadan sonra AT tam normallaşır. Belə halların diaqnostikası
həkim üçün problem yaratmır və düzgün diaqnoz tez qoyulur. Başqa
hallarda AT-in yüksəlməsi paroksizmləri davamlı yüksək arterial
hipertenziya fonunda baş verir (feoxromasitomanın ikinci forması)
və hipertoniya xəstəliyi zamanı hipertonik krizi xatırladır. Bu xəs-
tələrin düzgün diaqnozu uzun müddət təyin olunmur, xəstələr hiper-
Dostları ilə paylaş: |