Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   39   40   41   42   43   44   45   46   ...   105

 
 
Şəkil 15. Periton dializi. 
А- məhlulun periton boşluğuna yeridilməsi
Б – ekspozisiyadan sonra məhlulun çıxarılması. 
 
Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumların 
köməyi ilə aparır, yəni gündə 4-5 dəfə qarın boşluğundakı mayeni 
yenisilə  dəyişir. Məhlulun dəyişilməsi çox sadə  əməliyyat olub 20 
dəqiqə çəkir. Bu əməliyyatı aparmaq üçün xüsusi bilik, təcrübə tələb 
olunmur, amma gigiyenik və aseptik qaydalara riayət etmək lazım 
gəlir. Bəzi xəstələr periton dializinə üstünlük verirlər, çünki bu 
zaman özlərini daha sərbəst, azad hiss edirlər. Ölkəmizin ucqar 
bölgələrində periton dializinin ƏBT kimi tətbiqi daha əlverişlidir. 
Amma məhlulların bahalığı və həkimlərin informasiyasızlığı üsulun 
yayılmasına mane olur.  
 
Hemodializ 
Qanın (hemo-qan, dializ-təmizləmə) xüsusi filtrin (dializator)  kömə-
yi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənməsi prosesidir. Cihaz 
cərrah tərəfindən yaradılmış xüsusi damar yoluna (fistula) xüsusi iynə 
ilə punksiya edilərək qan dövranına  birləşdirilir. Boru sistemi ilə qan 
 
140


dializatora təmizlənmək üçün daxil olur. Bu zaman xəstənin qanının 
müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, zərərli maddə-
lərdən təmizlənir, fasiləsiz olaraq dövr edir və sonda damarlara qayıdır. 
Standart olaraq dializ proqramı adətən həftədə 3 dəfə 4-5 saat davam 
edir və bu proqram hemodializ və ya periodik hemodializ adlanır. Əksər 
xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə - hemodializ mərkəzlərinə gələ-
rək bu əməliyyatı ambulator qəbul edirlər. Xəstə düzgün göstərişlə 
hemodializə seçilirsə o,  illərlə və ya 10 illərlə müalicə ala bilir və diali-
zin köməyi ilə  dolğun bir həyat yaşayır. Əgər xəstə ona tövsiyə olunan 
rejimə əməl edirsə və tibbi məsləhətləri yerinə yetirirsə iş qabiliyyətini 
saxlayır (şəkil 16). 
Xəstələr razı olduqda 3-6 ay dializ müalicəsindən sonra böyrək 
transplantasiyasına göndərilirlər. Bu dövrdə xəstələrin vəziyyəti yaxşı-
laşır, onlar reabilitasiya və hərtərəfli müayinə olunurlar. Dializsiz böy-
rəkköçürmə ancaq təşkilati işlər yaxşı qurulduqda aparıla bilər. 
 
 
 
Şəkil 16. Hemodializ. 
 
Proqram hemodializə göstərişlər. XBÇ zamanı proqram hemo-
dializə (PH) göstərişlər: 
1.
 
Kreatinin böyrək klirensi 10-15 ml/dəq/1,73 m

 az; 
2.
 
Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m
2
  az; 
 
141


 
142
3.
 
Qanda kreatinin səviyyəsi 600-700 mk mol\l yüksək; 
4.
 
Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l yüksək; 
5.
 
Aşağıdakı kliniki əlamətlərin birinin olması: 
-
 
uremiya simptomları; 
-
 
su-duz mübadiləsinin nəzarətdən çıxması; 
-
 
qan təzyiqinin nəzarət olunmaması; 
-
 
proqressiv arıqlama; 
-
 
ağır asidoz. 
 
Proqram hemodializə nisbi əks göstərişlər: 
1.
 
 Bədxassəli şişlər; 
2.
 
UİX, miokard infarktı, ürək çatışmazlığı; 
3.
 
Xroniki hepatitin dekompensasiya mərhələsi, qaraciyər sirrozu; 
4.
 
Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm; 
5.
 
Baş  beyin  damarlarının zədələnməsi; 
6.
 
Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.); 
7.
 
Qan xəstəlikləri (aplastik anemiya, leykoz); 
8.
 
Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın olma-
ması (alkoqolik, narkoman, evsiz avaralar); 
9.
 
Sinir sisteminin ağır xəstəlikləri; 
10.
 
Antikoaqulyant yeritdikdə massiv qanaxmanın yüksək riski 
olan xəstələr (uşaqlıq fibroması, Mellori-Veys sindromu, mədə və 12 
barmaq bağırsaq xorası). Ürək və magistral damarların  anevrizması.  
Qeyd etmək lazımdır ki, XBÇ ilə olan və proqram hemodializə 
potensial ehtiyaclı  xəstələrin vaxtında nefroloqun məsləhətinə gön-
dərilməməsi nəticəsində xəstəliyin kliniki gedişinin ağır şəkil aldığı 
zaman xəstəyə hemodializ müalicəsinin kömək göstərəcəyinə  təmi-
nat vermək mümkün olmur. Ona görə  də  xəstənin nefroloqun məs-
ləhətinə vaxtında göndərilməsi  çox vacibdir, çünki, bu mütəxəssislərlə 
görülən tədbirlər nəticəsində, dializönü dövrdə XBÇ ağırlaşmalarını 
aradan qaldırmaq imkanını verir. Digər tərəfdən hemodializ müalicə-
sinə göstərişi düzgün təyin etmədikdə  xəstələrin vəziyyətinin daha 
da pisləşməsinə və fatal sonluğun tezləşməsinə səbəb olur.  


 
143
 
Hemofiltrasiya  
Hemodializ apardıqda qandan əsasən kiçik molekulyar kütləyə 
malik maddələr yaxşı təmizlənirlər. Belə ki, əgər kiçik kütləli mad-
dələrin, məsələn, sidik cövhərinin, kreatinin, sidik turşusunun (mü-
vafiq olaraq molekulyar kütləsi 60, 113, 168 daltondur) klirensi 60-
140 ml/dəqiqədirsə, böyük kütləli maddələrin (1500-5000 dalton) 
klirensi 2-5 ml/dəq enir, odur ki, hemodializ bunları  bədəndən 
təmizləmir. Son zamanlar yüksək keçiriciliyə malik membranların 
ixtira edilməsi qandan böyük kütləli zəhərli maddələri də (molekul-
yar kütləsi 1500-5000 dalton) xaric etmək imkanı vermişdir. Bu 
membranların köməyi ilə aparılan  əməliyyat hemofiltrasiya adlanır. 
Hemofiltrasiya qanın maye hissəsinin və onda həll olmuş kiçik və 
orta molekulların hidrostatik təzyiq nəticəsində yarımkeçirici memb-
randan ultrafiltrasiya olunmasıdır. Ayrılmış  məhlulun yerinə  xəstə-
nin orqanizminə Ringer məhlulu və yaxud başqa məhlullar yeridilir. 
Hemofiltrasiya üçün yüksək hermetik və xüsusi membran ilə təchiz 
olunmuş hemofiltrlərdən istifadə olunur. Əməliyyat zamanı trans-
membran təzyiq 500 mm civə sütununa çata bilər və ultrafiltrat 70-
80 ml/dəq sürətlə ayrılır. 4-5 saat davam edən hemofiltrasiya zamanı 
bədəndən 18-20 l maye çıxarılır və  bədənə o qədər əvəzedici məh-
lullar yeridilir. 
Son illərdə hemofiltrasiyadan ürək çatışmazlığında və nefrotik 
sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün istifa-
də olunur. Bəzən hemofiltrasiya kəskin böyrək çatışmazlığı və zəhər-
lənmələrin müalicəsində də müvəffəqiyyətlə tətbiq olunur. 
 
Hemosorbsiya  
Qanın xüsusi üsul ilə hazırlanmış kömürdən keçirilməsi  əməliy-
yatı hemosorbsiya adlanır. Bu zaman qandakı müxtəlif toksik mad-
dələri xaric etmək üçün qanı aktivləşdirilmiş kömür olan xüsusi ka-
lonkalardan keçirərək təmizləyirlər. Hemosorbsiya zamanı  əsasən 
qandan «orta molekullu» maddələr təmizlənir. Ona görə XBÇ-nin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə