“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu


#  əməliyyatın təsviri  Debet



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
liyev-R-hman


əməliyyatın təsviri 
Debet
 
Kredit
 
1. 
Alıcılara yüklənmiş və dəyəri 
ödənilməmiş hazır məhsul uy-
ğun müvafiq olaraq satış 
qiymətində muhasibat yazılışı. 
211 "Alıcıların və sifa-
rişçilərin qısamüddətli 
debitor borcları" 
601 "Satış" 
2. 
Yüklənmiş mallar uyğun müş-
tərilərdən daxil olan ödənişlər 
223 "Bank hesablaşma 
hesabları" 
211 "Alıcıların və sifarişçilərin 
uzunmüddətli debitor borcları" 
3. 
Yüklənmiş mallar uyğun 
müştərilərdən daxil olan 
ödənişlər - ƏDV 
226 "ƏDV sub-uçot 
hesabı" 
211 "Alıcıların və sifarişçilərin 
uzunmüddətli debitor borcları" 
Hesabat dövrünün sbununda məhsulun qeydə alınmış faktiki maya dəyəri ilə 
uçot qiyməti arasındakı fərq silinir. 


46 
Müqavilədə avans metodu ilə hesablaşmalar nəzərdə tutulduqda alıcı öncə 
satıcıya alınacaq malın həcmini əks etdirən sifariş göndərir. Müvafiq sənəd əsasında 
sıtıcı müəssisə alıcıya avans məbləğini əks etdirən hesab-qaimə tərtib edib göndərir. 
Müvafiq sənəd əsasında alıcı satıcının bank hesabına müvafiq məbləği köçürür. 
Vəsait avans qaydasında müəssisəyə daxil olduqda muhasibat uçotunda 223 saylı 
"Bank hesablaşma hesabları" nın debetinə, 543 "Alınmış qısamüddətli avanslar" 
hesabının kreditinə müvafiq qeydiyyat aparılmaqla əks etdirilir. Müvafiq məbləğ 
uyğun ƏDV-nin uçotu üçün 226 saylı "ƏDV sub-uçot hesabı"-nın debetinə 543 
"Alınmış qısamüddətli avanslar" hesabının kreditinə müvafiq ƏDV məbləğində 
yazılış aparılır. 
Kommersiya xərclərinə hazır məhsulun satışı ilə əlaqədar xərcləri əhatə 
etməklə adətən malsatan müəssisələr təfindən çəkilir. Müvafiq xərclər sonda 
istehsal olunmuş məhsulun maya dəyərinə əlavə edilməklə bunun tam maya 
dəyərini formalaşdırır. Kommersiya xərclərinin uçotu məqsədi ilə hesablar planının 
711 saylı "Kommersiya xərcləri" hesabından istifadə edilir. Müvafiq hesabda hazır 
məhsul, malların satışı ilə bilavasitə əlaqəli olan xərcləri əks edilir. Bu hesab 
əsasən maddi istehsalat bağlı müəssisələri tərəfindən istifadə edilir.
Kommersiya xərclərinin tərkibində olan qablaşdırma və həmçinin daşınma 
xərclərin müvafiq növ məhsulların maya dəyərinə bilavasitə daxil edilir. Başqa 
hallarda isə müvafiq xərclər uyğun hesablama aparılaraq müvafiq sahə 
təlimatlarında nəzərdə tutulan göstəricilərdən istifadə edilərək ayrı-ayrı yüklənmiş 
mallar arasında bölüşdürülür. Bundan başqa kommersiya xərcləri hər növbəti 
yüklənmiş malların maya dəyərinə daxil edilir. 
• 711-1 Müəssisənin kommersiya 
fəaliyyətində məşğul olan işçi heyəti üzrə 
xərclər;
• 711-2 Kommersiya məqsədləri üçün istifadə 
edilən aktivlərin amortizasiya xərcləri;
• 711-3 Digər kommersiya xərcləri.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə