“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu


 Məhsul satışı ilə əlaqədar əməliyyatların uçotu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
liyev-R-hman

2.3. Məhsul satışı ilə əlaqədar əməliyyatların uçotu 
Məhsulun satışının sənədlərdə rəsmiləşdirilməsi. Məhsulun yüklənməsi və bu-
raxılışı ğəşkilatın təchizat (marketinq) şöbəsi vasitəsilə yerinə yetirilir. Bu 
xidmətin işçiləri alıcılarla müqavilə bağlayır, yüklənəsi məhsullar üçün sənəd 
rəsmiyyətə salır, onların anbarda operativ uçotu aparır, müqavilə öhdəliklərinin 
yerinə yetirilməsinə, vəsaitin alıcıdan vaxtında və tam daxil olması üzərində 
nəzarəti təşkil edir. 
Məhsulun yüklənməsi satıcı və alıcı arasında başlanmış alqı satqı (tədarük) 
müqaviləsinə müvafiq yerinə yetirilir. Tədarük müqaviləsinə əsasən satıcı məhsulu 
alıcının mülkiyyətinə verməyə, alıcı isə onu ödəməyə götürməyi öz üzərinə götürür. 
Müqavilədə məhsulun adı, miqdarı, çeşidi, keyfiyyəti, qiyməti, hesablalaşma qaydası, 
malsatan və ödəyicinin poçt və ödəmə rekvizitləri, yükləmə sənədləri, müqavilə 
şərtlərinin pozulmasına görə görüləcək tədbirlər və i.a. göstərilir. Müqavilənin 
şərtlərinə əsasən məhsulun dəyərinin ödənişi yükləməyə qədəq avans kimi qabaq-
cadan, yaxud bunun alıcıya verilməsindən sonra yerinə yetirilə bilər. Qabaqcadan 
ödəniş zamanı öağlanmış müqavilədə köçürüləsi avansın məbləği göstərilməlidir. 
Adətən qabaqcadan ödənişin miqdarı məhsulun (işin, xidmətin) bütöv dəyərini 
ğəşkil edir və məhsulun, yerinə yetirilmiş işin, göstərilmiş xidmətin yüklədiyi 
andan kösürülür. Avans, istənilən məbləğdə, o cümlədən yüz faizli miqdarda və 
istənilən müqavilə müddətində ödənilə bilər. 
Mühasibat uçotunun aparılması məqsədilə tədarük müqaviləsinin ən mühüm 
şərti məhsul, iş xidmətdə mülkiyyət hüququnun satıcıdan alıcıya keməsi hesab 
edilir. məhsul bir qayda olaraq, bunun yaxud müşayiət edici sənədin (qaimənin, 
dəmir yolu qaiməsinin, konosomentin və s.) alındığı andan alıcının mülkiyyəti 
sayılır. Tədarük müqaviləsində alınmış məhsulun mülkiyyət hüququna keçməisnin 
başqa qaydası, ynəi bunun ödənişindən sonra keçilməsi də nəzərdə tutula bilər. 
Alıcı ödənqişə kimi alınmış məhsulların malsatanın mülkiyyətində qalması ilə 
əlaqdar olaraq ona sərəncam vermək hüququna malik olmur. Bu cur məhsullar 
alıcının mühasibat uçotunda balansarxası hseabda, malsatanın mühasibat uçotunda 


43 
isə yüklənmiş mallar kimi balans hesabında əks etdirilməlidir. Məhsulun dəyəri 
ödənildikdən sonra alıcının mülkiyyətinə keçir, onların istehsalat ehtiyatlarına 
daxil edilir, balansçarxası hesabdan silinərək balans hesabına köçürülür. Satıcı isə 
vəsaiti alıcıdan aldıqdan sonra həmin məhsulu yüklənmiş məhsul kimi uçotdan 
silir, bunun dəyərini satışdan olan gəlirin həcminə daxil edir. 
Anbardan buraxılına məhsulu ilk sənədlərlə rəsmiyyətə salınır. Təchizat 
(marketinq) şöbəsi tədarük müqaviləsinə və məhsulun yüklənmə qrafikinə əsasən 
alıcının və məhsulun (məmulatın) adı, buraxılması və həqiqi buraxılan məhsulun 
miqdarı, müqavilə qiyməti, məbləği və başqa zəruri məlumatlar göstərilən əmr-
qamə rəsmiyyətə salır. Əmr-qaimə, yazıldıqdan sonra anbara verilir. Bunun vasi-
təsilə məhsulun anbardan buraxılışı anbarın və alıcının, yaxud məhsul dəmir yolu, 
su və avtomobil nəqliyyatı ilə daşınırma təchizat höbəsi ekspeditorunun imzası ilə 
təsdiq edilir.məhsunu dəmir yolu ilə yüklənməsi zamanı dəmir yolu qaiməs, dəniz 
nəqliyyatı ilə yüklənmə zamanı isə konosamentlərlə rəsmiyyətə salınır. 
Məhsulların ixtisaslaqmış nəqliyyat təşkilatının vasitəsilə göndərilməsi üçün 
əmtəə-nəqliyyat qaiməsi yazılır. Bu sənəd malsatanda əmr-qaiməni, alıcıda isə 
mədaxil orderini əvəz edir. Alıcı məhsulu öz nəqliyyatı ilə anbardan buraxılış üçün 
qaimə, yaxud əmtəə-nəqliyyat qaiməsi, eyni zamanda də, mal-material dəyərlilərini 
almaq üçün alıcı tərəfindən təqdim edilən vəkalətnamə, əsas sənəd hesab edilir. 
Yerinə yetirilmiş iş, işin növünün, həcmini və dəyərini göstərməklə qəbul-təh-
vil aktı ilə rəsmiyyətə salınır. Akt sifarişçinin və podrağtçının nümayəndələri tərə-
findən imza edilir. xidmət göstərilən zaman isə naryad-sifariş, qəbz və i.a. yazılır. 
Yüklənmiş məhsullara, verilmiş işlərə və göstərilən xidmətlərə görə yazılan 
bütöv mənədlər (əmr-qaimə, təmir yolu qaiməsi, akt və i.a.) hesablaşma sənədi (ödə-
mə tələbnaməsi, hesabnamə) yazmaq üçün maliyyə şöbəsinə, yaxud mühasibatlığa 
verilir. 
Qabaqcadan ödəniş zamanı satıcı alıcının yükləyəcəyi məhsula, yerinə yetiril-
miş işə görə avans köçürməsi üçün hesabnamə yazır. Yüklənmiş hazır məhsula 
görə sadalanan sənədlərdən başqa malsatan əlavə dəyər vergisini hesablamaq üçün 
satıcı və alıcı tərəfindən istifadə edilən hesab-faktura yazır. 


44 
Alıcılarla bağlanmış müqavilənin şərtlərindən asılı olaraq həm hesablaşmanın 
xidmət göstərən bank vasitəsilə aparılan nağdsız hesablaşma, həm də satıcının 
kassasına verilən nağd hesablaşma formasından istifadə edilə bilər. 
Müəssisələr arasında nağdsız hesablaşmanın aralıması zamanı ödənəmə tələb-
naməsindən, ödəmə tapşırığından, çekdən və akreditivdən istifadə edilir. 
Nağd hesablaşma zamanı isə buraxılmış məhsul yerinə yetirilmiş iş, göstəril-
miş xidmət üçün kassa mədaxil orderi və ona əlavə edilən qəbz rəsmiyyətə salınır. 
Kassa orderi və bunun qəbzində alıcının və satıcının alı, vısaitin və məbləğin 
alınmasının əsasə göstərilir. Sənəd baş mühasib və kassir tərəfindən imza edilir və 
mədaxil kassa orerinə əlavə edilən qəbz mözürlə təsdiq olunur. 
Bütöv ilk sənədlər satışın uçotunu aparmaq üçün əsas hesab edilir. buna görə 
onlar öz xüsusiyyətlərinə uyğun qruplaşdırma-cəmləşdirmə cədvəllərndə ümumi-
ləşdirilir və bunun əsasında uçotun aparılması təşkil olunur.
Hazır məhsulun satışın prosesində uşota alınan əsas mərhələlərdən biri də 
malların anbarlardan alıcılara buraxılmasıdır. Müvafiq proses uyğun olaraq ilkin 
uçotda qaimələr, qəbul-təhvil akları, təhvil təslim aktları əsasında rəsmiləşdirilir.
Əvvəldə qeyd etdiyim kimi hazır məhsulların sifarişçilərə göndərilməsi onlarla 
bağlanmış alqı-satqı müqavilələrinin şərtlərinə müvafiq olaraq həyata keçirilir. 
Müvafiq müqavilələrdə bir qayda olaraq mövcud müqavilənin predmeti olan hazır 
məhsulun adı, miqdarı, növü, tərkib və keyfiyyət göstəriciləri, qiyməti, ödəniş qay-
daları, tərəflərin rekvizitləri və başqa şərtər əks etdirilir. Məhsul satışı prosesi 
müəssisənin müvafiq şöbələri (satış və marketinq) tərəfindən təşkil edilir və müvafiq 
müqavilə şərtlərinin icra edilməsinə nəzarət edilir. Satış məqsədi ilə məhsulların 
yüklənmə prosesində tərəflərin vəkalətli nümayəndələri iştirak edir və buraxılmış 
məhsulun miqdarı müvafiq qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Bu zaman müvafiq 
aktda tərəflərin vəkalətli nümayəndələri imza etməklə mövcud sənəd məlumatlarının 
həqiqiliyini təsdiqləyirlər. Müvafiq aktlar bir necə nüsxədə tərtib edilməklə tərəflər 
arasında bölüşdürülür. Satış məqsədi ilə yüklənmiş məhsullara aid aktların bir 
nüsxəsi mühasibatlığa təqdim edilir. Müvafiq sənədlər əsasında hesab ödəmə tələb-
namələri (hesab-faktura) tərdib edilərək alıcının ünvanına təqdim edilir. Əgər 


45 
müqavilədə nəzərdə tutulubsa, müvafiq ödəniş tələbnaməsi yüklənmə sənədləri ilə 
birlikdə alıcının bankına təqdim edilə bilər. Bu halda ödəniş həmin sənədlər əsasında 
inkasso qaydasında həyata keçirilir. Müvafiq hesablaşma ödəniş sənədlərində ən azı 
mal alan və mal satanın adı, ünvanı, VÖEN-si, Bank hesab məlumatları, müqavilə-
nin nömrəsi, tarixi, məhsulun adı, miqdarı, ödəniləcək məbləğ əks etdirilməlidir. 
Məhsul istehsalı və satışı ilə məşğul olan müəssisələrdə müvafiq əməliyyatın 
uçotunu təşkil etmək məqsədi ilə hesablar planının bir qrup hesablarında istifadə 
edilir. Bu hesablara 204 saylı “Hazır məhsul”, 211 saylı “Alıcıların və sifarişçilərin 
qısamüddətli debitor borcları”, 711 saylı “Kommersiya xərcləri”, 601 saylı “Satış” 
hesabları aiddir. Yüklənmiş malların sintetik uçotu 211 saylı “Alıcıların və 
sifarişçilərin qısamüddətli debitor borcları” aktiv hesabından istifadə etməklə 
aparılır. Məhsul yükləndikdə 204 saylı “Hazır məhsul” hesabının kreditinə və 601 
saylı “Satış” hesabının debetinə yazılış verilir. Satiş məqsədi ilə yüklənmiş mallar 
qısamüddətli debitor borcuna çevrildiyi üçün müvafiq olaraq 601 saylı “Satış” 
hesabının kreditinə və 211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor 
borcları” hesabının debetinə yazılış aparılır. Müvafiq debitor borc ödənildikdə 211 
saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabının kreditinə, 
223 saylı "Bank hesablaşma hesabları"-nın (məhsul daxili bazarda reallaşdırda 223-
1 Bank hesablaşma hesabları – Manat subhesbında, xarici bazara ixrac edildikdə isə 
başqa valyutalardakı subhesablara yazılış verilir) debetinə müvafiq yazılış aparılır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə