AZƏRBAYCAN CÜMHURİYYƏTİ
1 — Təbii gözəllikləri, 2 — Maddi və mənəvi sərvətləri, 3 — İslahat və
inşaatı. 4 – Xariclə əlaqə və gözəl şöhrəti.
Firdovsi deyir ki, Əfrasiyab Turanın gözəl bir parçasını damadı Siyavuşa
verdi.
Azərbaycan həqiqətən də əsrimizdəki Turan torpağının gözəl bir
parçasıdır.
Əski Albaniya, Şirvan, Arrak və Bərdə ölkəsindən meydana gələn bu yeni
Azərbaycan, əsrimizin ən böyük qüvvətini təşkil edən zəngin mədənlərindən başqa,
təbii gözəllikdən də pay almış bir yamyaşıl yerdir.
Şirvan tarixini yazan mərhum Abbasqulu ağa bura «Gülüstani-İrəm» adı
vermişdir. Firdovsi isə Bərdə haqqında
Xoşa mülkü Bərdə və aksayi vey
Ki ordi behişt əst hənkami dey
31
deyir. «Bərdə və aksayi vey» — deyəndə indiki Qarabağ yaylaları ilə qışlaqları
anlanmalıdır ki, Gəncə vilayətinin mühüm qismini təşkil edən bu yerə «Zenda
Vesta», «Aryatum İsu» — Aryanilərin cənnəti adını verir.
29
1918-si ildə bolşeviklər tərəfindən Bakıda müsəlman əhali üzərində icraolunan
qətl. Təfsilatı üçün yazarım: «Azərbaycan Cümhuriyyəti» adlı əsərinə baxınız.
30
Bakıda nəşr olunan bolşevik qəzeti bizimlə apardığı bir söz münaqişəsində «siz
Azərbaycan muxtariyyəti deyil, nəticədə bir xarabazar olacaqsınız» deyirdi.
31
Bərdə, mülkünə və ətrafına eşq olsun ki, elə bil cənnətdir.
35
Həqiqətən də Lənkəran, Quba, Şamaxı, Şəki, Zaqatala, Gəncə, Qarabağ və
Naxçıvanın ormanlarına, bağlarına, dağlarına, yaylalarına, irmaqlarına və
bulaqlarına, soyuq və isti sularına, dağ keçisi və ceyranlarına, nəhayət, Şirvan
şairləri ilə Qarabağ sazına və sənətkarlarına baxılarsa, Firdovsinin «Siyavuş —
gərd» təbiəti haqqındakı rəngarənk şeri nəzərimizdə göz önünə gəlmiş kimi olur.
Bakı və Abşeron yarımadasının «Quzğun dəniz» (Xəzər dənizi)
sahilindəki mənzərələri ilə limanda gəzən ağ çarşablı nazənin qızlarını da buna
əlavə etsək, o zaman Firdovsinin də təsəvvür edə bilmədiyi bir gözəllik hasil olar.
Firdovsi çox haqlıdır. Qüvvət olmayan yerdə gözəllik olmaz, gözəllik
olmayan yerdə qüvvət ola bilməz. Zövq ərbabı bu iki qarşı-qarşıya zidd qütbü bir-
birindən ayırmaz. Firdovsinin şairanə bir zövqlə ifadə etdiyini, «sağlam bədəndə
sağlam ruh» — deyən tərbiyə öyrətmənləri elmi şəkildə iddia etmirlərmi?
Firdovsi zamanında məmləklətin qüvvəti pəhləvanlıqlara dayanmışdı. İndi
isə ən böyük qüvvət təbii sərvətdir. İçərisində yanacağı ilə mədən, əsrin ən böyük
Rüstəmi, yenilməz və yılmaz «herkül»üdür. Yanacaqlar arasında daş kömürlə neft
dünyanın ən qüvvətli itələyən gücləridir. Dünya müsabiqəsi adətən dəmirlə yarış
idi. Kimin ki, dəmiri ilə kömürü və ya nefti çox idi, qalibiyyət onun idi.
Neftin kömürdən keyfiyyət üstünlüyü əskidən bəri məlumdur. Odla
işləyən gəmilərin icadından sonra daş kömür məlum olmuşsa da, qara neft daha
çox əvvəl insanlara məlum olub, dəmir ordular yaradılmasına xidmət etmişdi.
Firdovsi, İskəndəri-Ruminin Hindistan filləri üzərinə dəmirdən yapılma süvarilərlə
hücum etdiyini nəql edir. Hindistan padşahı Fur İsgəndərə qarşı külli miqdarda fil
çıxarmışdı. Bu fillər Rum ordusunu qorxutmuşdu. İskəndər mühəndislərini və fikir
adamlarını toplamış, düşündürmüş, nəhayət dəmirdən atlar döydürərək, içlərinə
neft doldurulmuş və fillərə qarşı sövq etdirmişdir. Dəmirdən yapılmış atlardakı neft
od alan kimi alovlanmağa başlamış və üzərlərinə yüyürən fillərin xortumlarını
yaxaraq məğlubiyyətlərinə səbəb olmuşdur.
32
Təbiidir ki, Fironun fillərini məğlub edən bu dəmir süvariləri Ford
hazırlamadığı kimi, onları hərəkətə gətirən neft də Amerikadan gələ bilməzdi:
çünki o zaman nə Xristof Kolomb anadan olmuş, nə də Amerika kəşf olunmuşdu.
Qafqasyadamı, yoxsa Mazandarandamı zühur edən bir yırtıcı vəhşi heyvanın yox
32
Be əsn və be neft atəş əndər zədənd
Həmə ləşkari for bər sər zədənd
Əz atəş bər əfruhd nəfti-siyah
Be cümbid əz an kahineyni bəd sinah
Çu pilan be didənd əz iyşan qureyz
Be rəftənd ba ləşkər əz səyi tiyz
36
edilməsi üçün neft bulaşmış məşəllərdən istifadə olunduğu yenə Firdovsidə
oxuduğumuzdan iddia edə bilərik ki, bu gün çaplinlər
33
uçuran, tanklar yürütən
benzinin dəmir ordular sövq edən ulu babası, şübhəsiz ki, Azərbaycandır.
Azərbaycan neftinin çoxluğu və kimyəvi maddələrinin dünyada mövcud
olan bütün neftlərə olan uyğunluğu, tarixin ən əskiliyi ilə uyğun bir mahiyyətdədir.
Bu, elə bir qüvvədir ki, bütün dünyanı özüylə əlaqədar edir. Rusiya bütün
əzəmət və qüdrətini ona bağlamışdır. Qafqasya onunla canlı, yaşar olduğuna
qanedir. Avropanın yanacaq həsrətiylə yanan könlü bunun eşqiylə yanır.
Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə durur.
Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr.
Dünyanın ikinci pəhləvanı dəmirdir. Dəmir nə qədər Azərbaycan
dağlarının içərisində miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən böyük
yavəri olan əl dəyməmiş Gəncə dağları ilə Qarabağ zirvələrində (Gədəbəy və
Zənkəzur mədənləri) çoxca bulunur.
Hazırkı dünyanın qüvvəti yalnız yanacaqla, mədənlərmi məhdudlaşır?
Yanacaqla mədənə bolluqla malik olan Almaniyanı aclıqla məğlub etmək
istəmirdilərmi? Demək, bu iki pəhləvandan sonra meydan ərzağındır. Azərbaycan,
orada olan Muğan, Mil, Aran və s. ovalığındakı münbit ərazisi sayəsində özünə
artıqlıq edən buğda anbarı vücuda gətirə bilər. Bu ovalıqlar Muğan çöllərində izləri
hələ qalan qədim arxlar kimi kanallar və yaxud daha müasir vasitələrlə başdan-
başa sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil, qonşularına da ərzaq verər
və yalnız insanları deyil, böyük fabrikləri də kətanı və ipəyi ilə doydurar.
Ərzaq qüvvəti heyvan qüvvəti ilə dəstəklənməsə heçdir. Azərbaycan bu
xüsusda da xoşbəxtdir. Azərbaycanda olan mal-davar Qafqasyanın heç bir
səmtində yoxdur. Balıq məhsulu isə Mavereyi-Qafqasyada yalnız buraya aiddir.
Buradakı atın, malın, qoyunun və sairənin bölümlərini saymaq isə mövzumuz
xaricindədir.
Sağlam ruh sağlam bədəndə olduğu kimi, inkişaf bir həyat da zəngin bir
yerdə ola bilər. Azərbaycanlıların doğuluşdan inkişafda olanlarının bir səbəbi də bu
çox iqtisadi həyatları deyilmi?
İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk
dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında
ilk qəzet yaradısıcı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran
yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam
aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır.
33
Təyyarə mənasındadır — M. Ə.
37
Siyavuş, öz yerinin təbii gözəlliyinə süni gözəlliklər qataraq «Siyavuş
gərd» adını binalar, qalalar, köşklərlə bəzəmişdi. Azərbaycan Cümhuriyyəti də
ölkəsinin təbii çatışmazlıqlarını sənaye təşəbbüsləri ilə təmir etməyə başlamış, az
zamanda çox uğurlar qazanmışdı.
Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün
vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir
insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırdı.
Kişi-qadın, müsəlman, xristian, Türk-Türk olmayan, cins və miliyyət fərqi
qoymadan varlı-kasıb, sahibkar işçi, torpaq sahibi-muzdur, öyrətmən-tələbə,
möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan
bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara
girmək haqqına da sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə
varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə
yoxsulluğu üçün sayğılanır, nə də zənkinliyi üçün alçaldılırdı.
Burada məktəb, elm, texnika tərəfsiz tutulub ondan bəlirli bir partiya və
ya sinfin haqlı-haqsız tələblərinə, qulağı sırğalı əsir kimi tabe olması istənilmir,
əksinə məktəblə alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə
sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənirdi.
Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan
Cümhuriyyəti hökuməti ona izin verilməsini istəmişdi. Burası söz azadlığı,
mətbuat azadlığı, vicdan azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki:
Hər ki hahəd, ku biya və hərçi hahəd ku be ku gibro nazu hacibə dərban
dərin dərgah nüst
34
— tərifi bunun haqqında söylənmişdir.
Hər kəs nə istərsə söylər, oxuyar, yazardı. Millətin hər partiyasının özünə
xas təşkilatı,və qəzeti vardı. Bu qəzetlər əksəriyyətlə hökuməti tənqid və
çəkişdirmələriylə məşğul olduqları halda, özlərinə qarşı böyük zəiflik və səbr
göstərirdilər.
Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin
təmamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz,
heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin
etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də
yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi
bir xalq cümhuriyyəti qurulmuşdu.
Azərbaycan
Xalq
Cümhuriyyətində vətəndaşlar arasında siyasi
bərabərlik bir qərar olmaqla, bərabər sosial ədalətsizliyin zərərli nəticələri
də aydın tərzdə dəyişdirilirdi. Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən
34
Kim dilərsə, söylə gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapısı, gərdası,
kibr və paz.
38
bəri insanların yaşayış və iqtisadiyyatda qarşılaşdıqları ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbəylə mülkiyyəti və bununla bağlı insanlar
arasında ortaya çıxan səfaləti ortadan qaldırmaq mümkün deyildi. Bundan
anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlarından başqa aydın bir nəticə alına
bilməzdi. Onlara görə, bu bir kərə siyasi ədalət təmin olunduqdan sonra öz-özünə
təkamül edəcək və yavaş-yavaş həll olunacaq bir məsələ idi. Azərbaycanlılar
düşünürdülər ki, mülkiyyəti tamamilə ortadan qaldırmaq, indiki durum içərisində
şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar. Sosial həyat irəliləmədən
düşər, insanlar bəsit ibtidaiyə doğru dönərlər: aləmin nizamı pozular. Fəqət,
bununla bərabər hər şeyin ifratından zərər gəldiyi kimi, mülkiyyətin də ifrat
tərəflərini yox etmək sosial islahatın əsasını meydana gətirməlidir. Mülkiyyət
ancaq ümumi aləmə yayılıb təsirli oluncaya qədər müdafiə olunub — bu
olmayanda ümumi zərər gətirən lüzumsuz bir artıqlıq kimi kəsilib atılmalıdır.
Ərazi məsələsində misal kimi desək: hər əkinçi özü əkib-becərdiyi müəyyən
miqdar torpağa sahibliyini qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş
torpaqları ölü halında saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd
edirdi. Millət məclisində hazır olan qanun layihəsinə görə, xüsusi ərazi
sahiblərindən alınıb dövlət malı olduqdan sonra əkin yeri, vətəndaşların
mülkiyyətinə bölünür, dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı
mədənlər isə tamamilə dövlət xəzinəsinə qalırdı.
Dikər əmlak və istehsal vasitələrindən olan fabrik və digər bu kimi
quruluşlara gəlincə, bunların xırda mülkiyyətlərə bölünməsi tətbiqi imkansız
olduğundan burada çalışan işıqlının yüksək tutulması xüsusi surətdə hazırlanan
əmək qanunlarının nəşri ilə təmin olunub, dəmir yolu, işıq, su, telefon, teleqraf və
sairə bu kimi ümumi işlərə xidmət edən quruluşlar ya milliləşir və yaxud
bələdiyyələşdirilirdi.
Azərbaycanlılar Rusiya istilası zamanında əsgərlik etməyə məcbur
olmadıqlarından, əsgərlikdən tamamilə məhrum qalmışdılar.
Azərbaycanın əsgər ehtiyacını hər nə qədər türk komandanlığı öz üzərinə
almışdısa da, Azərbaycanı tələsik tərk etmək məcburiyyətində qaldığından buna
müvəffəq ola bilməmişdi: ordunun quruluşu azərbaycanlıların çox az olan öz
zabitlərinin öhdəsinə buraxılmışdı. Başda ağsaqqal Səməd bəy olmaqla, müxtəlif
ordularda xidmət etmiş Azərbaycan zabitləri qeyrət etdilər. Çox çətinliklər və
ənkəllər içində bir ildə yoxdan 25 000-ə qədər çeşidli silaha sahib piyada, süvari,
topçu, lağımçı, çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir
ordu vücuda gətirdilər. İki ilə yaxın davam edən hərbiyyə məktəbindən yüzlərcə
kiçik yaşlı oğlan yetişərək, meydana gətirilən ordunun cavan komandasını təmin
etdilər. Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi
keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən
boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların
göz yaşları içində dost və düşmənə göstərdi. Az zaman içində Azərbaycan ordusu
39
öz başlanğıc tarixinə Lənkəranın əsgərlər tərəfindən fəthi kimi şanlı sətirlər yaz-
dırdı ki, bir sağalmaz xəstəlik də o intizam və itaətin son dərəcə yetişdiyini,
ikincisində isə mənəviyyat və fədakarlığının bənzərsiz olduğunu göstərirdi.
Azərbaycan hökuməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. 6—
7 ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət
donanmasından başqa 6—7 gəmilik bir donanmaya aid işlər hazırlanmış, qarşıdakı
ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman
halına gətirmişdi.
Anarxiya əsnasında Azərbaycan dəmir yolları, qonşusu Gürcüstanın
yollarına nisbətlə məhv olmuş kimi idi. Stansiyalar bərbad olmuş, körpülər
uçurulmuş, lokomotivlər qaçırılmış, vaqonlar parçalanmış, oturacaqlar (divanlar)
qoyulmuşdu. Az zamanda bunlar düzəldilmiş, yolun işləkliyi müharibədən əvvəlki
halına gəlmiş, müntəzəm dəmir yolu hərəkəti təmin olunmuşdu.
Bundan başqa yol və körpü nazirliyi Cümhuriyyətin ticarət, gəmi və siyasi
həyatını genişlətmək üçün həyati əhəmiyyəti olan Bakı-Culfa yolunu inşa edir, Kür
çayı üzərində qurduğu böyük körpünün açılışı təntənəsinə hazırlaşırdı.
Dəmir yolu işçisi hazırlamaq məqsədiylə türklərə aid dəmir yolu, teleqraf
və s. texniki ustalar hazırlamaq üçün yol idarəsi nəzdində xüsusi məktəblər açılmış,
dəmir yolu məmurları yüzdə-əlli miqdarında milliləşmişdi
35
Dəmir yolu idarəsi, eyni zamanda fəna halında pozulmuş Bakı-Batum neft
borusunu gözlənməyən bir sürət və məharətlə təmir etmiş, əvvəlkindən daha fəal
şəkildə neft alverinə başlanmışdı.
Cümhuriyyətin quruluşundan əvvəl bir-birinin ətini yeyən əhali arasında
hər yerdə meydana gətirilən zabitə sayəsində rus istilası zamanından daha yaxşı bir
əmin-amanlıq və intizam vücuda gəlib, hər tərəfdə bələdiyyə və məhəlli
idarələri qurulurdu.
Boş buraxılan ərazi ciddiyyətlə əkilməyə başlanmış, hər tərəfdə əkinçilik
əvvəlki halını almışdı.
Şəhərlər telefonlarla bir-birinə bağlanmış, teleqrafla da təbii bir dildə
müharibəyə girmişdilər.
Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın
nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi ögrənimin
(təhsilin — M. Ə.) həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən
məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkəklər və qızlar universitetləri
vasitəsiylə öyrətmənlər hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək
üçün xüsusi şəkildə İstambuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi
35
Bolşevik istilasından sonra bu quruluşlar tamamiylə aradan qaldırıldı. Son rəsmi
məlumata görə, hal-hazırda dəmir yolu məmurlarından yalnız yüzdə otuzu türkdür.
40
olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı
işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus
gimnaziya litseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai
məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.
Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə
kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz
kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi.
Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı
Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə
təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək
məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstambula yollanması qərara
alınmışdı.
Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz
mühitini unutdu, İstambul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə
Azərbaycanın «Yavru bayrağı»nı
36
Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq
təbrik edib qutladı, sevindi. O üç rənkli köksü hilallı gənc-bayrağa arzular
diləyərək dedi ki,
Dostları ilə paylaş: |