Məmməd Əmin Rəsulzadə


partiyasının tarixi daimi bir xəyanət və dönüklük tarixidir» — deyir



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   17   18   19   20   21   22   23   24   25
M.Ə.Rəsulzadə


partiyasının tarixi daimi bir xəyanət və dönüklük tarixidir» — deyir. 
Milli  təmayüllər  sovet  ziyalılarının  geniş  təbəqələrinə  nüfuz  edir:  bu 
xüsusilə məktəblərdə və mədəniyyət sahəsində çalışanlar arasında duyulur. Daxili 
İşlər  Komissarı  Bağırov  çıxışında  demişdir  ki:  «Müsavat  partiyası  Mərkəzi_ 
Komitəsinin bir təlimatnaməsi əlimizə keçib: burada müəllimlərə məktəblərdə milli 
şüur  təbliğatı  aparmaq  və  şagirdlər  arasında  rus-bolşevik  rejiminə  qarşı  nifrət 
oyandırmaq tövsiyə edilir» («Kommunist», 302, Bakı)). 
İstilalar  orqanları  uzun  müddət  Azərbaycanın  təhsil  sistemində 
«panturanizm»i  təmizləməklə  məşğul  oldular.  Ümum-türk  dünyası  ilə  hər  cür 
münasibətlər yaratmaq istəyən təmayülə «panturanizm» deyilirdi. 
 
*** 
 
Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar 
Azərbaycanda  «proletar  mədəniyyəti»ni  bərqərar  etmək  istəyirdilər.  Qısaca 
«proletkult» adlandırılan bu formulun mənası «formasa milli, məzmunca kommu-
nist» olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. 
Çünki  bu  iş  üçün  hazırlanmış  kadrlar  yox  idi.  Məktəb  kimi,  ədəbiyyat  da  uzun 
zaman  kommunizmə  yabançı  olan  ideoloqların  təsiri  altında  qalırdı.  1937-ci  ilə 
qədər bu  sahədəki  əsil  hakimiyyət  «inqilab»dan  əvvəlki  qələm  sahiblərinin  əlində 
idi.  Bu  iddianı  təsdiq  edən  dəlil  və  hadisələr  «Çağdaş  Azərbaycan  ədəbiyyatı» 
mövzusunda  oxuduğumuz  məruzədə  danışıldığından burada təfsilata  varmayacaq, 
yalnız  sovet  mətbuatından  mövzuya  aid  olan  bir  neçə  sətri  nümunə  gətirəcəyik. 


89 
 
1921-ci  ilin  5  oktyabr  tarixli  Bakıda  çıxan  «Kommunist»  qəzetində  o  zamankı 
maarif  nazirinin  yazıçıların  qurultayındakı  çıxışında  belə  yerlərə  rast  kə-lirik: 
«Azərbaycan  işçiləri  arasından  çıxan  şair  və  yazıçıların  sayı  gündən-günə 
artmaqdadır. Yazıçıların bu nəslinin  «Müsavat» dövründən xəbəri yoxsa da, yenə  
nəzərdə  tutulur)  milli  məktəbi  təsirinə  düşür  və  milli  Azərbaycan  ruhunda 
ədəbiyyat  yaradırlar.  Nəticədə  Azərbaycanın  Gənc  yazıçıları  uydurulmuş  rus 
təhlükəsinə  qarşı  çıxır  və  «Baxımsız  Azərbaycan»  şüarını  idealizə  etməyə 
başlayırlar.  Almas,  Əbdül,  Müşfiq,  Hüseynzadə  və  başqaları  kimi  gözəl  proletar 
şairləri  bir-bir  millətçi  olaraq  Proletar  Yazıçıları  İttifaqından  və  Kommunist 
partiyasından  çıxırlar  indi  isə  Cavadla  birlikdə  üç  rəngli  Azərbaycan  bayrağını 
tərənnüm  edirlər  («Kommunist»,  №2765—46.  1929.).  Adları  çəkilən  şairlərin  bir 
hissəsinin başqa yerlərə qaçaraq milli ideologiyanı tərənnüm etdiklərini də bilirik. 
Bakı mətbuatından öyrəndiyimizə görə Tağı Şahbazi, Böyükağa Talıblı, Əli Rza və 
Əhməd  Cavad  kimi  yazıçılar  sovet  ədəbiyyatında  millətçiliyi  təbliğ  etdiklərinə 
görə Yazıçılar İttifaqından xaric edilmişlər. 
 
*** 
 
Sovet  hökuməti,  Azərbaycandakı  milli  meyllərlə  təbiidir  ki,  yalnız 
ədəbiyyat  və  maarif  sahəsində  mübarizə  aparmır.  Azərbaycan  Kommunist 
Partiyasının tarixi partiya sıralarının «milli sapıntıçılıq»dan təmizlənməsi tarixidir. 
Milli  sapıntıçılıq  isə  yerli  kommunistlərin  partiya  ilə  sovet  idarələrini  Moskvanın 
hədsiz müdaxiləsindən qorumaq istəyən hərəkətlərinə deyilir. 
Diqqət  etdinizsə,  «sapıntıçılıq»  adlanan  bir  təbir  işlətdik.  Bununla 
«uklonist»  sözü  tərcümə  edilir.  «Uklon»—doğru  yoldan  sapmaq  deməkdir. 
Kommunizmin  əsas  əqidələri  ilə  razı  olmayanlara  və  partiya  intizamına  riayət 
etməyənlərə  bu  adı  verirlər.  Rus  olmayan  sovet  respublikalarında  milli  istiqlal 
fikrinə  meyl  edənlərə  «milli  sapıntıçılar»  adı  verilir.  Daha  sonra,  1924-cü  ildə 
Azərbaycan  Kommunist  Partiyasınınn  baş  katibi  Əyyub  Xanbudaqov  Azərbaycan 
sapıntıçılarına  başçılıq  etdi  və  bu  cərəyanın  istəklərini  bu  şəkildə  formullaşdırdı:. 
Bundan  sonra  Moskva  Azərbaycanın  daxili  işlərinə  qarışmayacaq.  2.  Yerli 
kommunistləri  sadəcə  yuxarıdan  təyin  olunan  katiblərlə  rəhbərlərin  idarəsində  və 
yalnız  onların  müşavirləri  rolunda  görmək  fikri  və  adətindən  vaz  keçiləcək.    3. 
Azərbaycan  milləti  öz-özünə  idarə  etmək  çağına  çatmış  ikən,  moskvalı  idarəçilər, 
yerlilərin  müstəqil  olaraq  çalışmalarına  əngəl  olur  və  bu  çalışmaya  «yerli 
millətçilik»  damğası  vurur.  Buna  qəti  olaraq  son  qoyulaçaq.  4.  İşçi  birlikləri, 
kooperativləri  və  digər  dövlət  müəssisələri,  sözdə  deyil,  gerçəkdən  türk-
ləşdiriləçək.  5.  Azərbaycanı  Rusiyadan  gətirilmiş  köçkünlərlə  məskun  etmək 
istəyən  sovet  hökumətinin  məskunlaşdırma  siyasətinə  son  qoyulacaq.  6.  Cənubi 
Qafqaz respublikalarında milli - mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi 
Qafqaz  Sovet  Sosialist  Respublikaları  Federasiyasının  təşkilatı  əsası  ilə,  qanunu 


90 
 
dəyişəcək (həmin tarixdə adı çəkilən  federasiya var idi.  Bu  federasiya sonradan  
dağıldı). 
Xanbudaqovun bu çıxışı Azərbaycan kommunistləri arasında qüvvətli bir 
hərəkata  səbəb  oldu.  Bu  hərəkat  Moskvanın  zorakı  tədbirləri  ilə  nəticələndi. 
Xanbudaqovu Azərbaycandan sürgün etdilər. Azərbaycan Kommunist Partiyasının 
baş katibliyinə bundan sonra Moskvadan tə'yin olunan yabançı katiblər göndərildi. 
Partiyanı  Xanbudaqov  tərəfdarlarından  təmizlədilər.  Komsomol  adlandırılan  gənc 
kommunistlərin belə 40%-i təşkilatdan qovuldu. 
Bu  dövrə  aid  Moskva  və  Bakı  qəzetləri  partiya  kütlələrini  sarmış 
millətçilik təsirinə qarşı mübarizədə səhlənkarlıq göstərən Azərbaycan Kommunist 
Partiyası  Mərkəzi  Komitəsinə  hücumlar  edirlər.  1929-cu  ildə  Moskvadə  sovet 
İttifaqı  Kommunist  Partiyasının  baş  orqanı  olan  «Pravda».  qəzetindəki 
«Azərbaycan Kommunist Partiyasının faciəli iflası» başlıqlı məqaləsində Bolşevik 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə