52
etməməsilə əlaqədar populyasiyada eyni vaxtda yanaşı yaşların sürfələrinə də rast gəlinə bilər, lakin bütün
populyasiya tədricən imaginal vəziyyətə keçir və yayın sonunda yalnız yaşlı yarımyetişmiş formalardan ibarət
olur.
Eyni vaxtda yaşayan müxtəlif generasiyalı növləri iki qrupa bölmək olar: həyatında bir dəfə və dəfələrlə
artan.
May böcəyinin dişiləri yazda yumurta qoyduqdan sonra tezliklə məhv olur. Sürfələr torpaqda inkişaf edir və
dördüncü ilində puplaşır. Populyasiyada eyni vaxtda dörd generasiyanın nümayəndələri iştirak edir, onların hər
biri özündən əvvəlkindən sonrakı ili peyda olur. İlbəil bir generasiya özünün həyat tsiklini başa vurur və yenisi
gəlir. Belə populyasiyada yaş qrupları dəqiq fasilələrlə ayrılır.
Təkrar çoxalan növlərin populyasiyalarının yaş strukturu daha da mürəkkəbdir. Bu zaman iki kənar
vəziyyət mümkündür: 1) yaşlı vəziyyətdə həyat uzun sürmür və 2) yaşlı fərdlər uzun yaşayaraq dəfələrlə
çoxalır. Birinci halda hər il populyasiyanın böyük hissəsi əvəz olunur. Onun sayı sabit deyil və növbəti
nəsilvermə üçün əlverişsiz olan ayrı-ayrı illərdə kəskin dəyişə bilər. Populyasiyanın yaş strukturu güclü dəyişə
bilər.
İkinci halda populyasiyanın müxtəlif nəsillərinin mövcud olduğu nisbətən davamlı (sabit) strukturu əmələ
gəlir. Belə ki, Hindistan filləri 8-12 yaşında cinsi yetişkənliyə çatır və 60-70 il yaşayır. Dişilər dörd ildə bir,
nadir halda iki bala verir. Sürüdə adətən müxtəlif yaşlı fillər 80%, cavanlar isə 20% olur.
Yüksək nəsilvermə qabiliyyəti olan növlərdə yaş qrupları müxtəlif ola bilər, lakin populyasiyanın ümumi
strukturu həmişə kifayət qədər mürəkkəb qalır, bura müxtəlif nəsillərin nümayəndələri və onların müxtəlif yaşlı
nəsilləri də daxil olur.
Heyvanların təbii populyasiyalarının insan tərəfindən istismarı zamanı onların yaş strukturunun uçotu
mühüm əhəmiyyət daşıyır. Hər il çoxlu artım verən növlərin populyasiyasının xeyli hissəsini götürdükdə onların
sayının azalmasına təhlükə yaranmır. Mürəkkəb yaş strukturuna malik olan populyasiyanın çoxlu yaşlı fərdləri
məhv edilərsə, onun bərpasını olduqca ləngidər. Məsələn, ikinci ili yetişkənliyə çatan qorbuşanın (qızılbalıqlar
fəsiləsindən balıq növü) kürüverən fərdlərinin 50-60%-ni populyasiyanın sayının azalmasına ziyan vurmadan
tutmaq olar. Gec yetişən və daha mürəkkəb yaş strukturuna malik olan keta balığının cinsi yetişkən sürüsündən
tutulan balığın norması az olmalıdır.
Øÿêil 3.1. Ùåéâàí ïîïóëéàñèéàëàðûíäà ãèäà åùòèéàòëàðûíûí ãÿáóë
îëóíìàñûíû íèçàìëàéàí ãîìåîñòàç
53
Yaş strukturunun analizi populyasiyanın həyat boyu yaxın nəsillərdəki sayını proqnozlaşdırmağa imkan
verir. Belə analizlərdən sənaye sürülərinin (məs. balıq sənayesində) dinamikasını əvvəlcədən görməkdə geniş
istifadə olunur. Əgər yaş strukturu üzrə əldə olunan göstəricilər təbii populyasiyaya mühitin real təsirini düzgün
əks etdirirsə, bir çox illər üçün qabaqcadan ovlama planını planlaşdırmağa imkan verən yüksək dərəcədə etibarlı
proqnozlar alınar.
3.7. Populyasiyanın məkan (ərazi) strukturu
Populyasiyanın ərazi (məkan) strukturu fərdlərin və onların qruplaşmalarının landşaftın müəyyən
elementlərinə və bir-birinə nisbətən yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini əks etdi-
rir. Ərazidə fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji əhəmiyyət kəsb edir və əslində
populyasiyanın normal fəaliyyətinin bütün formalarının əsası sayılır. Məkanca strukturlaşma hər şeydən əvvəl
mühit resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektiv istifadə etməyi müəyyənləşdirir, populya-
siya daxilində fərdlərin rəqabətlik münasibəti səviyyəsini aşağı salır. Bunun əsasında növün biokütləsinin və
bioloji aktivliyinin yüksək səviyyədə qalmasına imkan yaranır. Bu, həmin populyasiyanın biosenozun digər
növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını artırır.
Ərazi strukturlaşmanın bioloji rolunun digər aspekti fərdlər arasında populyasiyadaxili kontaktı (əlaqəni)
lazımi səviyyədə sabit saxlamağın əsası sayılır. Populyasiyanın həm növ (çoxalma, yayılma və s.), həm bioseno-
tik funksiyasının (dövranda iştirakı, bioloji məhsulu yaratmaq, digər növlərin populyasiyalarına təsir) yerinə
yetirilməsi yalnız ayrı-ayrı fərdlər və onların qruplaşmalarının arasındakı sabit qanunauyğun qarşılıqlı təsirlər
əsasında mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı təsirin saxlanması ərazidə populyasiya
elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha etibarlı təmin olunmuşdur.
Ərazi yayılması tipləri
Populyasiyada fərdlərin ərazidə (məkanda) yayılmasının aşağıdakı prinsipial tipləri ayrılır: bərabər
(müntəzəm), diffuz (təsadüfi) və qrupla (mozaik).
Bərabər paylanma (yayılma) tipində hər bir fərd bütün qonşu fərdlərdən bərabər məsafədə yayılır. Nəzəri
baxımdan belə yayılma tipində minimal rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun gəlir.
Lakin təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda rast gəlmək mümkündür.
Øÿêil 3.2. Ïîïóëéàñèéàäà ôÿðäëÿðèí ÿðàçè ïàéëàíìàñû òèïëÿðè:
À - áÿðàáÿð; Á - äèôôóç; Ú - ìîçàèê
Belə yayılma xarakteri yaxın bəzi eyninövlü bitki qruplarına (kolluğuna) xasdır, burada bəzi oturaq
onurğasızların sıx populyasiyalarına rast gəlinir. Bərabər yayılma tipinin praktiki olaraq
mümkünsüzlüyü hər
şeydən əvvəl yaşama mühitinin müxtəlifliyi olub fərdlərin bərabər paylanmasını pozur.
Fərdlərin diffuz tipli yayılmasına təbiətdə tez-tez rast gəlinir, burada fərdlər ərazidə qeyri-bərabər,
təsadüfi yayılmışdır. Belə halda fərdlər arasındakı məsafə eyni deyildir, bu əsasən mühitin eynicinsli
olmamasından irəli gəlir. Belə yayılma tipi bitkilər və bir sıra heyvan taksonları arasında geniş yayılmışdır. Dif-
fuz yayılma tipində təbiətdə populyasiysnın üzvləri bir-birindən nisbətən asılı olmayab onun üçün eynicinsli
mühitdə yaşayır. Buna un böcəyi Tribolium confusumun unda yerləşməsi, kiçik çay suyunda birgünlük böcəyin
sürfələri, çəməndə qaraqurd hörümçəyinin yuvaları misal ola bilər.
Mozaik yayılma tipində yaranmış fərd qrupları arasında böyük boş ərazilər qalır. Bioloji cəhətdən belə
yayılma tipi ya mühitin kəskin müxtəlifcinsli olması, yaxud da fərdləri bir-birinə aktiv yaxınlaşdırma əsasında
baş verən aydın ifadə olunan sosial strukturla bağlıdır. Fərdlərin aktiv yaxınlaşması xüsusilə ali heyvanlara (po-
limorf koloniya yaradan bir çox onurğalılar, həşəratlar) xasdır.
Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu və ya digər dərəcədə bir-birindən
ayrılan qruplar (mikrosenopopulyasiya, subpopulyasiya) əmələ gətirir. Bu qruplar bir-birindən fərdlərin sayı,
sıxlığı, yaş strukturu, böyüklüyü ilə seçilir.
Bitkilərdən fərqli olaraq heyvanlarda, onların hərəkətdə olması nəticəsində ərazi əlaqələrini nizama (qay-
daya) salma üsulları çox müxtəlifdir. Hətta oturaq formalarda ərazidə səmərəli yerləşmək üçün bir sıra
uyğunlaşmalar vardır.