bAyTArlıq
Elmi-praktik jurnal
36
Əhalini quş əti və yumurta ilə təmin
etmək üçün müasir quşçuluq təsərrüfatla rının
yaradılması və inkişaf etdirilməsi dövlətin
ən öndə olan məsələlərindən biridir. Bu məq-
sədlə respublikamızda son illər iri və xırda
fermer təsərrüfatları yaradılmışdır. Lakin bu
təsərrüfatların inkişaf etdiril məsində quşlar
arasında baş verə biləcək infeksion və inva-
zion xəstəliklər cətinliklər törədə bilər.
Təsərrüfatların surətlə inkişaf etdirilməsi
üçün quşları parazitar xəstəliklərdən qoru-
maq, bu məqsədlə yeni müalicə və profilak-
tika tədbirləri işləyib hazırlamaq günün va-
cib məsələlərindən biridir. Bu baxımdan
quşçuluq təsərrüfatlarına ən çox iqtisadi
ziyan vuran askaridioz və kapillyariozun
öyrənilməsi təkcə respublikamızda deyil,
bütün dünya dövlətlərində ən aktual prob-
lemlərdən biridir.
Askaridioz, kapillyarioz və onlarla birgə
baş verən qarışıq invaziyaların öyrənilməsinə,
onlara qarşı mübarizə tədbirlərinin hazırlan-
masına və aparılmasına, böyük ehtiyac vardır.
Doğrudur, son 10 il ərzində respublikamızda
fərdi və fermer quşçuluq təsərrüfatlarında
quşlar arasında baş verən invaziyalara qarşı
müalicə və profilaktika tədbirləri həyata ke-
çirilir. Lakin buna baxmayaraq, təsərrüfatlarda
qarışıq invaziyalar hələ də geniş yayılmaq-
dadır. Bunun əsas səbəbi helmintlərin bio-
loji potensiala malik olmalarıdır. Belə ki,
onlar yaşadıqları dövr ərzində yüz minlərlə
və daha cox yumurta verir, bu da təsər-
rüfatlarda invaziyanın daim baş verməsinə
səbəb olur. Yaranmış vəziyyət elmi əsaslarla
yeni axtarışların aparılmasını tələb edir.
Bunu nəzərə alaraq aparılan elmi araşdır-
malarda əsas məqsəd respublikanın müx-
təlif rayonlarında quşlar arasında askaridioz
və kapillyariozla baş verən qarışıq invaziya-
nın yayılmasını aşkar etmək, invaziyaların
ekstensivlik və intensivliyini müəyyənləş-
dirmək, bunlara əsaslanaraq xəstəliklərin
profilaktikası və müalicəsinə dair təkliflər
vermək olmuşdur.
Müayinələr İsmayıllı rayonunun 17,
Göygöl rayonunun 9 fərdi fermer və bir ic-
timai təsərrüfatında aparılmışdır. Onların
hər birindən ayda bir dəfə 20 ədəd nəcis
nümunəsi götürülərək laboratoriyaya gəti-
rilmiş, Fülleborn, ardıcıl yuma və çökdürmə
üsulları ilə müayinə edilmişdir.
Tədqiqatlar zamanı təsərrüfatlarda ölmüş
və məcburi kəsilmiş 2752 baş quş yarılaraq
bağırsaqları və ayrı-ayrı daxili orqanları hel-
mintozlara görə müayinədən keçirilmiş, yo-
luxmanın intensivliyi müəyyən edilmişdir.
Toplanan helmint numunələri Barbaqollo
məhlulunda fiksasiya edilərək əyani vasitə
kimi laboratoriyanın muzeyində saxlanmışdır.
Alınan nəticələr göstərir ki, invazion
xəstəliklər quşçuluq təsərrüfatlarında geniş
yayılmaqdadır və təsərrüfatların inkişafına
mənfi təsir göstərir. Fərdi və fermer quşçu-
UOT 619.616.576.895.132
quŞlArın qArıŞıq HelMinTOzlArı
(ASkAridiOz, kAPillyAriOz) və OnlArın yAyılMASı
Bayramov S.Y., baytarlıq elmləri namizədi
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
AÇAr SÖzlər: helmintozlar, askaridioz, kapillyarioz, ekstensivlik, intensivlik
keyWOrdS: helminthosis, capillarios, ascaridios, extensivity, intensivity
37
Elmi-praktik jurnal
bAyTArlıq
luq təsərrüfatlarında aparılan yarma müayi-
nələri zamanı askaridioz və kapillyariozla
qarışıq invaziya aşkar edilmişdir.
Əsasən 3-4, 6-8 aylıq quşlar qeyd olunan
helmintozlara daha cox yoluxur və buna da
Ascaridia qalli və
Capillaria obsiqnata
növləri daha cox səbəb olur.
İsmayıllı rayonunun quşçuluq təsərrüfat-
larında yoluxmanın ekstensivliyi kapillyari-
oza görə 54,1%, askaridioza görə isə 58,8%
olduğu müəyyən edilmişdir. Yarma müa-
yinəsinə əsasən isə yoluxmanın intensivliyi
kapillyarioza görə 20-450 ədəd, askaridioza
görə isə 1-65 ədəd olmuşdur.
Göygöl rayonunun fərdi fermer quşçu-
luq təsərrüfatlarında apardığımız koproloji
müayinələrə görə kapillyarioz 49,6%, aska-
ridioz isə 54,6% təşkil etmişdir. Yarma
müayinəsinə görə isə invaziyanın intensiv-
liyi kapillyarioza görə 17-423 ədəd,
askaridilərə görə isə 1-150 ədəd olmuşdur.
Bir təsərrüfatda isə müayinələr zamanı heç
bir invaziya aşkar edilməmişdir.
Quşların kapillyari və askaridilərlə yolux-
masına səbəb onların yetişdirilmə texnologi-
yası, saxlanma şəraiti və yemləndirilmə sidir.
Məlumdur ki, qəfəs şəraitində yetişdirilən
quşlar heç bir invaziya ilə yoluxmurlar.
Müayinələr zamanı müəyyən edilmişdir
ki, quşlar askaridioz və kapillyarioza eyni
vaxtda, yəni qarışıq halda da yoluxurlar. Bu
cür qarışıq invaziyalar monoinvaziyaya
nisbətən sahib üçün daha təhlükəli olur,
quşlar bu xəstəliyi ağır keçirir, patoloji
vəziyyət gərginləşir, həyat fəaliyyəti, məh-
suldarlığı azalır, ölüm halları artır. Parazito-
senoz elmi yeniliklərlə bərabər böyük prak-
tiki əhəmiyyət kəsb edir, həmin xəstəliklərə
qarşı kompleks mübarizə və profilaktika
tədbirlərinin işlənib hazırlanmasına və tət-
biqinə elmi əsas verir.
Tədqiqatlar göstərdi ki, hazırda aparılan
müalicə və profilaktika tədbirlərinə baxma-
yaraq təsərrüfatlarda helmintlər geniş yayıl-
maqdadır. Qeyd edilən xəstəliklərə qarşı
müalicə, profilaktika, baytarlıq-sanitariya
tədbirləri tam olaraq aparılmır. Bunun nəti-
cəsi olaraq quşçuluq təsərrüfatlarında hələ
də müxtəlif qarışıq invaziyalara rast gəlinir.
Beləliklə, təsərrüfatlarda helmintozlara,
onların törədicilərinə qarşı kompleks müalicə,
profilaktika və baytarlıq-sanitariya tədbirləri
işlənib hazırlanmalı və tətbiq edilməlidir.
Onun üçün də geniş spektrə malik yeni
dərman preparatlarının istehsalına və təsər-
rüfatlarda tətbiqinə ehtiyac vardır.
Резюме
Байрамов С.Ю.
смешанная инвазия аскаРидиоз и капиЛЛяРиоз птиц и
ее РаспРостРанение
На основании вскрытий птиц и копрологических исследований изучена эпизоотическая
ситуация аскаридиоза и карилляриоза в птицеводческих хозяйствах. Установлено,
что в птицеводческих хозяйствах расположенных в горных районах Исмаилинского
района зараженность аскаридиозом составляет 58,8%, карилляриозом 54,1%, в Гей-
Гёлском районе зараженность составляет аскаридиозом 54,6%, карилляриозом 49,1%.