bAyTArlıq
Elmi-praktik jurnal
4
qoji fəaliyyəti sayəsində yüksəkixtisaslı bay-
tar həkimlərinin hazırlanması işlərinin
keyfiyyəti xeyli yaxşılaşmışdı. Onun epizoo-
tologiya fənnindən söylədiyi mühazirələr
tələbələr tərəfindən maraqla dinlənilirdi.
Professor K.Səfərov çox hazırlıqlı, bi-
likli müəllim olmaqla yanaşı, həm də
tələbələrlə səmimi və mehriban müna sibət
saxlayırdı. Möhkəm və güclü yaddaşa ma-
lik olduğu üçün ilk günlərdən hamını ad-
baad tanıyırdı. Tələ bələrlə şən zarafat
edirdi, vəziyyə tləriylə maraqlanırdı, imkan-
sız tələbələrə köməklik göstərirdi. Bir sözlə,
onun şəxsində yüksək insani nəcib liklə
alimlik vəhdət təşkil edirdi. Ona görə də
professor dərs dediyi tələ bələrin qəlbində
və hafizəsində ən yaxşı müəllim lərdən biri
kimi əbədi yaşayır.
Yüksəkixtisaslı elmi kadrların hazırlan-
masında da K.Səfərovun böyük xid mətləri
olmuşdur. Onun KTN-nin elmi idarəsinə
rəhbərlik etdiyi illərdə aspiranturaya qəbul
güclənmiş, institutlarda gənc alimlərin sayı
artmış,
aparılan
elmi
tədqiqatların
keyfiyyəti yaxşılaşmışdır.
K.Səfərovun təşkilatçılıq, idarəetmə fəaliy-
yəti də təqdirə layiqdir. Hələ gənc yaşla-
rında o, sığorta idarəsində baş baytar
həkimi, sonralar ali məktəbdə kafedra
müdiri, KTN-də Baş elmi idarənin rəisi,
Yemçilik İnstitutunda direktor, Baytarlıq
İnstitutunda şöbə müdiri işləyər kən həmin
təşkilatlarda iş rejimi, əmək intizamı həmişə
yüksək səviyyədə olmuşdur.
K.Səfərov baytarlıq elmi, tədrisi və prak-
tikasında böyük əhəmiyyət daşıyan əsərlər
– elmi məqalələr, tövsiyələr, monoqrafiya və
dərs vəsaitləri dərc etdirmişdir. Bunlardan
“Ümumi epizootologiya”, “Epizootologiya-
nın əsasları və kənd təsərrüfatı heyvanlarının
yoluxucu xəstə likləri”, “Kənd təsərrü fatı hey-
vanlarının brusellyozu və onunla mü ba rizə
tədbirləri”, “Enterotoksemiya və qoyunların
bradzotu, onlara qarşı mübarizə təd bir ləri”,
çoxlu sayda yüksəksəviyyəli və məz munlu
elmi məqalələri və s. göstərmək olar.
Görkəmli alim, professor K.Səfərov həm
də baytarlığın patriotu, fədaisi idi. O, tez-
tez rayonlarda olur, baytar həkimlərə elmi-
metodiki və praktiki köməklik gös tərirdi.
100 illiyini qeyd etdiyimiz Kəbutər müəl-
lim zəhmətkeş və məhsuldar alim olmaqla
yanaşı, çox alicənab, mehriban, qayğıkeş ata,
ailə başçısı, müəllim-pedaqoq, baca rıqlı təş-
ki latçı, həmişə hər yerdə – ailədə, ali mək-
təbdə, elmi müəssisələrdə – hörmətlə qarşı-
lanan, sayılan, seçilən şəxsiyyət idi. Onun
respublikamızda baytarlığın inkişafında
müs təsna xidmətləri vardır. Onu tanıyanlar,
onunla təmasda olanlar heç zaman Kəbutər
müəllimi unutmayacaqlar. O, həmişə bizim
qəlbi mizdə yaşayır və yaşayacaqdır.
Çoxları kimi mənim də həyatımda pro-
fessor K.M.Səfərovun zəhməti böyük olmuş-
dur. Mən heç vaxt onu unutmaram. Məza-
rını ziyarət edəndə qəlbən deyirəm: “Əziz
professor, çəkdiyin zəh məti mənə halal et.
Allah sənə rəhmət eləsin!”
5
Elmi-praktik jurnal
bAyTArlıq
İstedadlı ipəkçi alim və seleksiyaçı,
Azərbaycan SSR Elmlər Akademiyasının
müxbir üzvü, SSRİ Dövlət mükafatı laure-
atı, biologiya elmləri doktoru, professor
rəhim Allahverdi oğlu Hüseynov təkcə
ölkəmizdə deyil, onun hüdudlarından uzaq-
larda da yaxşı tanınmışdır. Rəhim Hüsey-
nov 1914-cü ildə qədim Gəncə şəhərində
anadan olmuşdur. O, 1936-cı ildə Azərbay-
can Kənd Təsər rüfatı İnstitutunun ipəkçilik
şöbəsini bitirdikdən sonra Tbilisi şəhərində
ipək çilik üzrə ölkənin ən sanballı elm ocağı
olan Zaqafqaziya İpəkçilik İnstitutunun as-
piranturasına daxil olmuş, 1939-cu ildə
“Tut ipəkqurdunda inbriding çoxal dılması”
mövzusunda disertasiya müdafiə edərək
biologiya elmləri namizədi alimlik dərəcəsi
almış və Azərbaycan ipəkçilik stansiyasında
elmi fəaliyyətə başlamışdır. Lakin Böyük
Vətən müharibəsinin odlu-alovlu illəri hamı
kimi bu gənc alimə də elmi yaradıcılığını
davam etdirməyə mane olmuşdur. Rəhim
Hüseynov müharibənin ilk günlərindən So-
vet ordusu sıralarında Vətəni müda fiəyə
getmiş, 2-ci Ukrayna cəbhəsində döyüşmüş,
əks-kəşfiyyatçı olmuşdur. SSRİ Kənd Tə-
sərrüfatı Nazirliyi Rəhim Hüseynovu hərbi
xidmətdən qayıtdıqdan sonra doğma kol-
lektivə, indiki İpəkçilik İnstitutuna göndər-
mişdir. R.Hüseynovun yaratdığı yük sək
məhsuldarlığı ilə seçilən “Azərbaycan” ipək
qurdu cinsi 1950-ci ildə Stalin mükafatına
layiq görülmüşdür.
R.A.Hüseynov seleksiya elminin bani-
lərindən biri, akademik H.İ.Vavilovun “Se-
leksiya insan iradəsilə nizamlanan təka-
müldür” tezisini tut ipəkqurdu üzə rində
birinci olaraq sübuta yetirmişdir. Səmərəli
elmi axtarışları və onlardan alı nan nəticələr
əsasında o, 1962-ci ildən Azərbaycan ipək-
çiliyində seleksiya və damazlıq işləri möv-
zusunda müvəffəqiy yətlə dissertasiya müdafiə
edərək, respublikamızda ipəkçilik sahəsində
ilk biologiya elmləri doktoru alimlik dərə-
cəsinə layiq görülmüş və Azərbaycan SSR
Elmlər Akademiyasının müxbir üzvü seçil-
mişdir.
R.Hüseynov bütün elmi fəaliyyətini
Azərbaycanda ipəkçiliyin seleksiyası və da-
Elmimizin və peşəmizin korifeyləri
GÖrkəMli iPəkÇi-SelekSiyAÇı
AliM
Azərbaycan Dövlət Aqrar Universitetinin
Bitkiçilik və bitki mühafizəsi kafedrasının
baş müəllimi, kənd təsərrüfatı üzrə
fəlsəfə doktoru A.R.Hüseynov