bAyTArlıq
Elmi-praktik jurnal
12
Eritroblastozdan ölmüş quş cəsədində pato-
loji-anatomik yarma apardıqda arıqlıq,
dərialtı toxumalarda və orqanlarda yayılmış
hemorragiya, ürəkdə hipertrofiya ilə yanaşı,
onun divarlarının nazilməsi, əzələ toxuma-
sının yumşalması, güclü hepoto və spleno-
meqaliya görsənir. Dalağın sinus larında və
qaraciyərin payları arasında əhəmiyyətli
dərəcədə eritroblastların və eritrofaqların
yetişməmiş hüceyrələrinin tutulub saxlan-
ması müşahidə edilir.
Eritroid leykozun xarakterik əlamətləri
– anemiya, görünən selikli qişaların sa-
rımtıraq, dəri örtüyünün, pipiyin, saqqa-
lın göy rəngdə olmasıdır. Qan acıq-qırmızı
rəngdə olur, laxtalanması ləngiyir (2-5 də -
qiqə əvəzinə 6-10 dəqiqəyə). EÇR tezləşir,
eritrositlərin miqdarı 1000-500 min/mm³-ə
qədər olur, trombositlərin miqdarı azalır,
hemoqlobin 2-6%-ə qədər aşağı düşür. Ba-
zofil və eritroblastların miqdarı artır (90-
95%). Ümumi qırmızı qan element lərinin
sayı 200 leykositə qədər, 377 eritronor-
mablast düşür. Sümük iliyində eritronor-
mablastların miqdarı ümumi qırmızı qan
ele ment lərinin 85-90%-ini təşkil edir.
Trom bosit lərin miqdarı azalır.
Peroksidaza fermentinin sitoplazmada
miqdarı azacıq artır. Lakin lipidin miqdarı
əhəmiyyətli dərəcədə artır.
retikuloendotelial leykoz (retikuloen-
dotelioz, retikulez, monositar və histiosi-
tar leykoz). Kliniki nişanələrə görə mieloid
leykozdan fərqlənmir. Xəstəliyin xarakter
nişanələrı yoxdur. Leykozun başqa növlə-
rində olduğu kimi burada da görünən se-
likli qişalarda anemiya, inkişafdan qalma,
şiddətli arıqlıq, diri cəkinin əvvəlki çəki dən
20-30% az olması muşahidə edilir. Leyko-
zun bu növünün diaqnozu, ancaq histoloji
yolla qoyulur. Qanda eritrositlərin miqdarı
kəskın aşağı düşür, xəstəlik iti və yarım iti
formada gedir və müvafiq olaraq 100%,
70-80% quşun ölümünə səbəb olur. Qanda
eritrositlərin miqdarı kəskın aşağı düşür,
monositlərin miqdarı yüksəlir. Leykozun
bu forması leykozla xəstələnmiş quşların
ümumi miqdarının 2-3%-ni təşkil edir. Ley-
kemik və aleykemik formada gedən retiku-
loendotelial leykoz müəyyən edilib. Leyke-
mik gedişdə leykositlərin ümumi miqdarı
100 min/mm³ dən yüksək olur. Bu az təfriq
olunan mieloid sırasının hücey rələri hesabına
(monositlər, hemositoblastlar) və retikulyar
hüceyrələr hesabına artır. Eritrositlə rin ümumi
miqdarı aşağı düşür, hemoqlobinin miqdarı
Sali ilə 40-26% olur.
Hemositoblastoz. Bu leykozun zəif
növüdür. İ.İ.Kasyanenko (1978) he-
sab edir ki, müxtəlif orqanlarda, xüsusilə
qaraciyər, dalaq, böyrək və sümük iliyində
müxtəlif ölcüdə infiltratlar, zəif diferensa-
siya edilən hüceyrələr müşahidə olunur. Bu
hüceyrələrdə bazofil sitoplazma və iri qa-
barıq (suluğa oxşar) nüvə, 1-2 nüvəcikdən
ibarət olur. Hemositoblastoz mielo və lim-
foblasta oxşayır. Mieloblastozdan fərqli
olaraq hemositoblastozla xəstə quşda
adeno zintrifosfat fəallıgı aşkar edilir.
İ.İ.Kasyanenko göstərir ki, hemositoblastoz
leykemik gedişə malikdir. Ona ancaq histo-
loji üsulla diaqnoz qoyulmalıdır. Leykozun
bu formasında qanda və orqanlarda bazofil
limfoid hüceyrəsi – hemositoblast (12%-ə
qədər) aşkarlanır.
Sarkoma raus 1910-cu ildə 15 aylıq
plimutrok cinsli toyuğun sağ döşündə şiş
şəklində müəyyən edilmişdir. Şiş düzgün
olmayan şar formasında olmaqla, içəri sində
seliyə oxşar maddə toplanır .
Sarkomaya 5 aylıqdan 24 aylığa qədər
bütün cins toyuqlar yoluxur. Bu xəstəliyə
ördəklər, qazlar, hind toyuqları, kəklik, tu-
tuquşular, bil dirçinlər, hacıleylək, sərçə,
bülbüllər, bayquşlar və s. həssasdırlar. Şiş
düyünləri müxtəlif böyüklükdə, istənilən
13
Elmi-praktik jurnal
bAyTArlıq
orqanda əmələ gəlir, daxili orqanlarda on-
ları əllə məklə təyin etmək mümkün olmur.
Dəri altında yerləşdikdə isə, onu xaricdən əl
gəzdirməklə müəyyən etmək olur.
endotelioma – Miel-Hm-2, Mh-2
virus ları tərəfindən yumurtalıqda, qarın boş-
luğunda bozumtul, ağ rəngdə şişlər əmələ
gətirir. Bu şişlərlə böyrəklərdə inkişaf edən
şişlər arasında əlaqənin olduğu müəyyən
edilmişdir.
Sarkoma fujina – toyuqların sağ qana-
dında, hind qozu böyüklüyündə dəri altında
və orqanizmin müxtəlif nahiyələrində
müşahidə edilir. Hal-hazırda kimi sarkoma-
nın 70-dən çox ştammı ayrılmışdır.
Timoma-qalxanvari vəzin yaxşı keyfiy-
yətli əzələ toxumasının miomioması mədə-
bağırsağın, bronxların, damarların və dərı
əzələsinin yaxşı keyfiyyətli şişlərinə də rast
gəlmək olur.
Резюме
Шириев Ф.А., Ахмедова А.Г.
Лейкоз-саРкомные гРуппы боЛезнией птиц и их виды
Цель работы проведение дифференциации различных видов лейкоза среди птиц.
В статье указывается, что лейкозу птиц подразделяется к 5, а саркома к 3-м
различным видам. Каждый из этих видов в кроветворных органах птиц имеет
своеобразные клинические признаки и патологоанатомические изменения.
SuMMAry
Shiriyev F.A., Ahmadova A.Q.
leukOSiS-A GrOuP Of SArcOMA diSeASeS And iTS TyPeS
The purpose of the work different types of Leukosis diseases are still diversifying bet-
ween birds in this article. It is stated that there are 5 types of leukosis, 3 types of sarcoma
between birds. They each has its own specific and clinic filatures and there are pataloqano-
tamic changes in the blood excreting organs of the birds.
ədəbiyyAT
1. Меркулов Г.А. Курс лотологистологической техники. Москва 1969.
2. Коровин Р.Н. Болезнь Мaрека. В.кн: Справочник по болезням сельскохоз яйст-
венных птиц. Киев, 1980.
3. Лох В.А. Адепокарцинома кур. журнал “Ветеринария” №12, 1980.
4. Петерсон Б.Е. Онкoлогия. “Медицина”. М., 1980.