“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   24   25   26   27   28   29   30   31   32

59

Elmi-praktik jurnal   



bAyTArlıq

Erkək  və  dişi  siçovullar  üçün  oral  veril-

miş  klozantelin  LD

50

  göstəricisi  müvafiq 



olaraq 342 və 262 mq/kq, əzələ içərisinə vu-

rulduqda 35,9 və 28,4 mq/kq olmuşdur (Van 

Cauteren H., Vanderberghe J, HerinV., 1985).

Rus  tədqiqatçıları  Novik  T.S.,  Çukina 

S.İ.,  Ryabova  V.A.  (2005)  tərəfindən  klo-

zantelin  və  onun  5  %,  10  %  və  20  %-li 

inyeksiya  məhlullarının  toksikoloji  xüsu-

siyyətləri  ətraflı  öyrənilmiş  və  müəyyən 

etmişlər ki, 5 %, 10 % və 20 %-li klozan-

tin siçovulların mədəsinə yeridildikdə LD

50

 

göstəricisi  müvafiq  olaraq  4600,  2300  və 



1150  mq/kq  olmuşdur.  Əzələ  içərisinə  və 

dəri  altına  inyeksiya  edilmiş  5  %,  10  % 

və  20  %-li  klozantinin  LD

50

  göstəricisi 



müvafiq  olaraq  1164,  582  və  291  mq/kq 

olmuşdur. Onların tədqiqatlarına görə siçan 

və  siçovullarda  18  və  24  ay  ərzində  5-80 

mq/kq  və  2,5-40  mq/kq  dozalarda  verilmiş 

klozantel kanserogen təsir göstərməmişdir.

Klozantel müxtəlif növ  heyvanlarda re-

produktiv  fəaliyyətə  mənfi  təsir  göstərmə-

mişdir.


Van  Canteren,  H.Vanderberghe  J.  və 

Hervin  V.  (1985)  274  baş  ana  qoyunlar 

üzərində apardıqları təcrübəyə əsasən kloz-

antelin  embriotoksiki  və  teratogen  təsiri 

ol madığını  və  bu  zaman  heyvanların  fer-

tilliyi  nəzarət  heyvanlarınkı  səviyyəsində 

olduğunu  qeyd  etmişlər.  Klozantel  siç-

ovullara  peroral,  dəriüstü  və  dərialtı 

yolla  verildikdə  yerli  qıcıqlan dırıcı  təsir 

göstərmir.  Dəriiçərisi  və  konyuktivial  sı-

naq  zamanı  klozantel  allergik  fəallıq  gös-

tərməmişdir. 



Cədvəl 2

iri buynuzlu heyvanlar üçün

xəstəliklər

Hər 50 kq diri kütləyə klozantin ml-lə

Təsiredici 

maddə mq/kq

5 %

10 %

20 %

Fassiolyoz

2,5-5,0

1,15-2,5


0,65-1,25

2,5-5,0


Mədə-bağırsaq nemato-

dozları: hemonxoz, ezofa-

qostomoz, bunostomoz, 

trixostrongilyoz, ostertagioz

5,0

2,5


1,25

5,0


Hipodermatoz

5,0


2,5

1,25


5,0

Cədvəl 3

davarlar üçün

xəstəliklər

Hər 10 kq diri kütləyə klozantin ml-lə

Təsiredici 

maddə mq/kq

5 %

10 %

20 %

Fassiolyoz

1,0-1,5

0,5-0,75


0,25-0,40

5,0-7,5


Mədə-bağırsaq nemato-dozları: 

hemonxoz, nema-todiroz

trixostrongilyoz, xabertioz, 

bunostomoz, ezofaqostomoz,

1,5

0,75


0,40

7,5


Estroz

1,5


0,75

0,40


7,5


bAyTArlıq

   Elmi-praktik jurnal

60

Tətbiqi  və  işlədilmə  qaydası.  Klozan-

tin  inyeksiya  məhlulu  aşağıdakı  parazitar 

xəstəliklərin müalicə və profilaktikası məq-

sədi ilə tətbiq edilir:



iri  buynuzlu  heyvanlarda:  hemonxoz, 

ezofaqostomoz,  bunostomoz,  trixostrongi-

lyoz, ostertagioz  hipodermatoz zamanı;

davarlarda:  hemonxoz,  nematodiroz, 

trixostrongilyoz,  xabertioz,  bunostomoz, 

ezofaqostomoz  estroz zamanı.

Preparat  iri  buynuzlu  heyvanlara  əzələ 

içərisinə və dəri altına, davarlara isə yalnız 

dəri  altına,  aseptika  və  antiseptika  qayda-

larına əməl edilməklə bir dəfə vurulur.

Əgər bir dəfəyə inyeksiya ediləcək doza 

10  ml-dən  çox  olarsa,  ağrı  reaksiyasının 

olmaması  üçün  onu  bölüşdürərək  2-3  yer-

dən vurmaq lazımdır. 

Preparat  cədvəl  2  və  cədvəl  3-də  (səh. 

59) göstərildiyi qaydada dozalaşdırılmalıdır:

Preparatı kütləvi tətbiq etməzdən qabaq 

onun  hər  bir  seriyasını  5-7  baş  az  dəyərli 

heyvanlardan  ibarət  kiçik  qrup  üzərində 

tətbiq  edərək,  sınaqdan  keçirmək  lazımdır. 

3  gün  ərzində  heyvanlarda  heç  bir  fəsad 

müşahidə  edilməzsə  preparat  kütləvi  tətbiq 

üçün istifadə edilə bilər. 

Preparat  mədə-bağırsaq  nematodları-

nın müalicəsi məqsədi ilə göstəriş olduqda, 

profilaktika  məqsədi  ilə  heyvanları  tövlə 

və otlaq şəraitinə keçirməzdən qabaq tətbiq 

edilməlidir.  Mozalan  invaziyalarına  qarşı 

preparatla  işləmə  mozalanın  uçuşu  dayan-

dıqdan dərhal sonra aparılmalıdır.

Preparatın  sağmal,  zəif,  arıq  və  infek-

sion  xəstəliklərlə  yoluxmuş  heyvanlarda, 

inək  və  ana  qoyunlarda  doğuşdan  30  gün 

əvvəl  və  doğumdan  keçməmiş  tətbiqinə 

icazə  verilmir.  Klozantelin  inyeksiya  məh-

lulunun  xlorüzvü  və  fosforüzvü  insekto-

akarisid  preparatlarla  eyni  zamanda  tətbiq 

edilməsi məsləhət görülmür.

Heyvanların ətlik məqsədlə kəsilməsinə, 

preparat  tətbiq  edildiyi  vaxtdan  28  gün 

sonra  icazə  verilə  bilər.  Bundan  tez  məc-

buriyyət  qarşısında  kəsilmiş  heyvanın  əti 

vəhşi  heyvanların  yemləndirilməsi  və  ət-

sümük  ununun  hazırlanması  üçün  istifadə 

edilə bilər. 

Preparatla işləyərkən ümumi təhlükəsiz-

lik  və  şəxsi  gigiyena  qaydalarına  əməl 

etmək lazımdır.

Klozantin təsadüfən dəri üzərinə düşərsə 

onu sabun və su ilə, gözə düşərsə çoxlu su 

ilə  yaxşı  yumaq  lazımdır,  həzm  yollarına 

düşərsə tibb həkiminə müraciət edilməlidir. 

Boşalmış  preparat  flakonlarının  məişət 

ehtiyacları  üçün  istifadə  edilməsi  qada-

ğandır.  Onlar  polietilen  kisələrə  yığılaraq 

utilləşdirilməlidir. 

Nəqliyyat  vasitələrinin  və  iş  yerlərinin 

preparatlarla  çirklənən  sahələri  5  %-li  nat-

rium  hidroksid  məhlulu  ilə  neytrallaşdırıl-

malıdır. Klozantin inyeksiya məhlulu 50 və 

100  ml-lik  tünd  rəngli  şüşə  flakonlarda  və 

100 ml-lik polimer flakonlarda buraxılır. 

Preparat  istehsalçı  qablaşmasında,  quru 

və  qaranlıq,  uşaqlar  üçün  əlçatmaz  yerdə, 

ərzaq  məhsullarından  və  yemlərdən  aralı, 

5-25˚C – temperatur şəraitində saxlanmalıdır. 

Klozantin  5  və  10  %-li  inyeksiya 

məhlulu istehsalçı qablaşmasında, tələb olu-

nan  şəraitdə  saxlandıqda,  yararlıq  müddəti 

3, Klozantin 20 %-li inyeksiya məhlulunun 

isə 2 ildir.

Klozantin  inyeksiya  məhlulu  2008-ci 

ildə ekspertizadan keçirilmiş və Azərbaycan 

Respublikasında qeydə alınmışdır. 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə