“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

50

Azərbaycanın bütün bölgələrində ziyan-



verən  gəmiricilər  çox  geniş  yayılmışdır. 

Ölkəmizdə deratizasiya tədbiri yalnız sink-

fosfid  preparatı  ilə  və  xarici  ölkələrdən 

gətirilmiş hazır aldadıcı yemlərlə aparılır ki, 

bu da səmərəli nəticə vermir. Odur ki, daha 

səmərəli kumarin tərkibli preparatların axta-

rılması, ölkəmizə gətirilməsi və tədbiqi çox 

vacibdir.

Bu  məqsədlə  bir  çox  baytarlıq  aptek-

lərinin  fəaliyyəti  təqdirəlayiqdir.Onlar 

dərman maddələrinin idxalı ilə məşğul olan 

firmalarla əlaqə saxlayaraq ölkəyə kumarin 

tərkibli  “SB”,  lorinat  preparatlar  və  Türki-

yədə istehsal edilən cəlbedici rakumin pas-

tası  və  Ukraynada  istehsal  edilən  aldadıcı 

yem  “Ştorm”  ilə  hazırlanmış  qarışıq  gətir-

mişlər.  Laboratoriya  şəraitində  ağ  siçan  və 

siçovullar üzərində bunlar sınaqdan keçiril-

miş, hər bir preparatın həm toksiki, həm də 

antikoaqulyant təsiri öyrən ilmişdir.

Təcrübələr  AzETBİ-nin  Ekologiya,  sa-

nitariya və yoluxmayan xəstəliklər laborato-

riyasında  həyata  keçirilmişdir.  Təcrübədə 

90  ədəd  ağ  siçovul,  80  ədəd  ağ  siçan  və 

6  ədəd  adadovşanından  istifadə  edilmişdir. 

Aldadıcı yemlərin hazırlanmasında cəlbedici 

maddələrin xüsusi əhəmiyyətini nəzərə ala-

raq onlardan dördü – vanilin, darçın, pişikotu 

cövhəri və cirə yağı sınaqdan keçirilmişdir. 

Ratindisid preparatların laborator heyvanları 

üzərində  kumulyativ  və  digər  toksikoloji 

təsiri “Zəhərli maddələrin sanitar-toksikoloji 

cəhətdən  qiymətləndiril məsi”  (Y.S.Koqan) 

metodik göstərişə və “Heyvandarlıq fermala-

rında  gəmiricilərin  küt ləvi  qırılması” 

(D.F.Traxanov,  Q.A.Riba sov)  tövsiyələrinə 

uyğun olaraq öyrənilmişdir.

“SB”  zofindisit  preparatının  sıçanlara 

təsiri 1 və 2 nömrəli şəkillərdə göstəril mişdir.

Əldə  edilmiş  iki  ratindisid  “SB”,  lori-

nat  preparatla  aldadıcı  yemlər  hazırlandı. 

Hər  qrupda  5  ədəd  ağ  siçan  olmaqla  alda-

dıcı  yemlə  3-4  gün  yemləndirildi.  Nəzarət 

qrupunda  olan  siçanlar  isə  adi  yemlə 

yemləndirildi.  “SB”  preparatı  ilə  hazırlan-

mış  aldadıcı  yemi  siçanlar  3  gün  həvəslə 

qəbul  etdilər.  Təcrübənin  4-cü  günü  siçan-

larda yemdən imtina etmək və hərəkətsizlik, 

5-ci  günü  isə  süstlük  əlamətləri,  yemdən 

tam  imtina  etmək,  qulaq,  quyruq  və  üz 

nahiyyələrində  kiçik  qan  sağıntıları  müşa-

hidə edildi. Təcrübənin 7-8 günləri siçanla-

rın hamısı zəhərlənmədən öldü.

Lorinat  preparatı  ilə  hazırlanmış  alda-

dıcı  yemlə  yemləndirilmiş  qrupda  siçanlar 

2 gün yemi yaxşı qəbul etdilər. Təcrübənin 

3-4-cü  günləri  onlarda  aqressivlik  əlamət-

Şəkil 1. Preparat verildikdən 

3-4 gün sonra

Şəkil 2. Dovşanların dərisinə “SB” prepa-

ratının sürtülməsi



51

Elmi-praktik jurnal   



bAyTArlıq

ləri başladı. Belə ki, siçanlar bir-birinə hü-

cüm çəkir və biri digərini yaralayırdı. Təc-

rübənin  4-5-ci  günləri  siçanlarda  süstlük 

əlamətləri  müşahidə  olundu.  Yeddinci  gün 

2 ədəd, 9-cu gün isə 1 ədəd siçan öldü. İki 

ədəd siçan isə 11-12-ci günlərədək salamat 

qalıb, verilən yemi qəbul edirdilər.

Aparılan  təcrübə  və  müşahidələrin 

nəticə ləri  göstərir  ki,  ən  yaxşı  ratindisid 

təsirə malik “SB” preparatıdır. Bunu nəzərə 

alaraq “SB” preparatının müxtəlif laborator 

heyvanları  üzərində  digər  toksiki  xüsusiy-

yətləri  öyrənildi.  Bu  məqsədlə,  preparatın 

onların  dərisinə  allerji  təsiri  öyrənildi,  hər 

biri  2,0  kq  çəkidə  olan  6  dovşan  və  200  q 

çəkidə  olan  10  ədəd  ağ  siçovul  götü rüldü. 

Laborator  heyvanlar  təcrübəyə  qoyul -

mazdan qabaq 7 gün karantində saxlanıldı. 

“SB”  pre pa ratının  dovşanların  dərisinə 

təsirini  öyrən mək  üçün  onların  bel 

nahiyəsində  5×5  sm

ölcüdə  tükdən 



təmizləndi.  Təcrübəyə  başlamazdan  əvvəl 

dovşanların  qulaq  venasından  qan  alınaraq 

trombositlərin  miqdarı  təyin  edildi.  Sonra 

“SB” preparatından günəba xan yağı ilə sus-

penziya  hazırlandı  və  1  ml  miqdarında  3 

gün ardıcıl olaraq dovşanların qırxılmış dəri 

nahiyəsinə  sürtüldü.  Təcrü bənin  1,3,5  və 

10-cu  günləri  dovşanlardan  qan  alınaraq 

trombositlərin  miqdarı  yenidən  müəy yən 

edildi. Məlum oldu ki, “SB” preparatı dov-

şanların  dərisindən  sorulma  xüsu siyyətinə 

malik deyildir. Qanda trombosit lərin miqda-

rında elə bir nəzərəçarpan dəyişikliklər mü-

şa hidə olunmadı.

Təcrübənin sonunda dovşan lar kəsilə rək, 

daxili  orqanlarında  patoloji-anatomik  dəyi-

şikliklər  müayi nədən  keçirildi.  Dəridə  və 

daxili  orqanlarda  heç  bir  patoloji  dəyişik-

liklər müşahidə olunmadı.

Sonra  “SB”  preparatından  hazırlanmış 

suspenziyadan  3  ədəd  ağ  siçovulun  gözlə-

rinə  bir  damla,  nəzarət  qrupunda  olan  2 

ədəd siçovulun gözlərinə isə adi günəbaxan 

yağı  damız dırıldı.  Suspenziya  töküldükdən 

10-15  dəqiqə  sonra  sıcovulların  gözlərində 

qıcıqlanma  əlamətləri  göründü.  Lakin  bir-

neçə  saatdan  sonra  siçovulların  gözlərində 

allergiyaya xas olan əlamətlər görünmədi. 

Beləliklə  müəyyən  edildi  ki,“SB”  pre-

paratının  güclü  zəhərləyici  xassəsinə 

baxmaya raq  o,  dəridən  sorulmur,  dəridə 

və  göz  qişasında  allerji  təsirə  malik  deyil-

dir.  Təsərrüfat  şəraitində  kumarin  tərkibli 

“SB”  preparatı  ilə  hazırlamış  yemə  cirə, 

digərlərinə  isə  pişikotu  cövhəri  əlavə 

edəcək,  Abşeron  rayonun  Giləzi,  Buzovna 

quşçuluq  və  “Cavid”  MMC  damazlıq  və 

kəndli-fermer təsərrüfatlarında onlarla dera-

tizasiya tədbirləri aparılmışdır. 

Beləliklə aparılan təcrübələrin nəticələri 

əsas  verir  ki,  kumarin  tərkibli  “SB”  pre-

paratından  hazırlanmış  aldadıcı  yemə 

cəlbedici  cirə  yağı  və  ya  pişikotu  cövhəri 

əlavə etməklə deratizasiya tədbirinin həyata 

keçirilməsi məqsədəuyğundur. 

Tədqiqatların  nəticəsi  olaraq  aldadıcı 

yemlərin  deratizasiya  məqsədilə  aşağıdakı 

tərkibdə işlədilməsini təklif edilir:

1.  Bir  kiloqram  təmiz  buğdaya  25  q 

“SB”  preparatı,  50  q  bitki  yağı  (yaxşı  olar 

ki,  günəbaxan  yağı  işlədilsin),  suspenziya 

əmələ gələnə kimi qarışdırılır, sonra üzərinə 

5-6 damcı cirə və yaxud 10-15 damcı vale-

rian  cövhəri  əlavə  edilir  və  yenidən  yaxşı 

qarışdırılır.  20-30  dəqiqədən  sonra  hazır-

lanmış dərmandan 2-3 xörək qaşığı siçovul 

yuvalarına  tökülür.  Tədbir  3  gün  dalbadal 

təkrar  edilir.  Deratizasiya  aparılmış  sahə 

7-10 gün nəzarətdə saxlanılır. Məhv olan si-

çovullar yığılaraq yandırılır.

2.  Toyuq  saxlanan  sexlərdə  siçovlları 

məhv etmək üçün 2-3 ədəd bişmiş yumurta 

əzilərək  bir  kiloqram  buğdaya  qarışdırılır. 

25  q  “SB”  preparatından  götürüb  60  q 

günəbaxan  yağı  ilə  suspenziya  hazırlanır. 

Sonra bunların hamısı bir yerdə qarışdırılır 

və 30-45 də qiqədən sonra istifadə olunur.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə