“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

41

Elmi-praktik jurnal   



bAyTArlıq

İlin fəsilləri balıqların böyüməsinə, inki-

şaf  etməsinə  təsir  etdiyi  kimi,  müxtəlif 

xəstəliklərin  baş  verməsi  və  gedişi  də  mü-

hüm  rol  oynayır.  Qeyd  etmək  lazımdır  ki, 

balıq bədəninin temperaturu, demək olar ki, 

onun yaşadığı suyun temperaturu ilə eynidir 

və  suyun  temperaturunda  baş  verən 

dəyişikliklə  eyni  olaraq  balıq  bədəninin 

dəyişikliyinə  də  səbəb  olur.  Həmçinin  su 

hövzəsində və ya balıqların orqan və toxu-

malarında olan xəstəlik törədicilərinin həyat 

fəaliyyəti  temperaturun  kəskin  tərəddüd 

etməsi təsirindən dəyişilirlər.

Temperaturun qalxması nəticəsində törə-

dicinin  bədənində  gedən  bütün  həyati 

proseslər  müəyyən  həddə  kimi  sürətlənir. 

Bu həddən sonra orqanizmin həyat fəaliyyəti 

pozulur və törədici ölür. Əksinə, temperatu-

run aşağı düşməsi nəticəsində həyati proseslər 

zəifləyir və tədricən dayanır. Məsələn, çəki 

və  karp  balığının  daktilogiroz  xəstəliyinin 



Dactylogyrus  vastator  törədicisi  üçün  tem-

peratur optimumu 24-28°C arasında tərəddüd 

edir.  Bu  temperaturda  da  helmint  4-5-ci 

günü  yetginləşir  və  yumurta  ixrac  edir. 

Onun  embrional  inkişafı  3-4  gündən  sonra 

qurtarır. Xəstəliyin D. extensus törədicisinin 

temperatur  optimumu  13-15°C  arasında 

tərəddüd edir. Beləliklə, belə qənaətə gəlmək 

olur  ki,  parazitlər  istisevər  və  soyuqsevər 

olurlar.  Aparılan  tədqiqatlar  nəticəsində 

müxtəlif  xəstəlik  törədicilərinin  yayılma 

vəziyyəti  bu  qanunauyğunluğu  təsdiq  edir. 

Məsələn, daktilogiroz xəstəliyinin D. vastator 

törədicisi əsasən yay aylarında, D. extensus 

isə  yay  və  payız  aylarında  qeyd  olunmuş-

dur.  Xilodonellyoz  xəstəliyinin  törədicinin 

(Chilodonella cyprini) yayılmasında bu qa-

nunauyğunluq  hətta  balıqçılıq  obyektinin 

respublikanın  nisbətən  sərin  iqlimə  malik 

rayonlarında  yerləşməsilə  əlaqədar  olaraq 

yay  aylarında  da  müşahidə  edilmişdir.  La-

kin  qeyd  etmək  lazımdır  ki,  mühitin  digər 

faktorlarından  təcrid  olunmuş  halda  təkcə 

temperatur  həmişə  aparıcı  rol  oynamır. 

Məsələn,  aparılan  tədqiqatlar  göstərmişdir 

ki,  ixtioftirioz  xəstəliyinin  törədicisi  23-

24°C  temperaturda  inkişaf  edib  artmasına 

baxmayaraq,  bir  yaşa  qədər  olan  qızılbalı-

ğın sıxlığı yüksək, aşağı dolğunluqlu, inki-

şafdan  qalan  fərdlər  arasında  rast 

gəlinmişdir.

Ümumiyyətlə,  temperaturun  optimal 

göstəricidən kənar tərəddüd etməsi su höv-

zəsində yem bitkilərinin təbii inkişafına və 

onun  balıqlar  tərəfindən  mənimsənilməsinə 

mənfi  təsir  göstərir.  Nəticədə  balıqların  in-

kişafı ləngiyir, dolğunluqları aşağı düşür və 

bu da öz növbəsində onların ümumi rezistent-

liyinə təsir etməklə, qorxulu xəstəlik törədi-

ciləri ilə yoluxma davamlılığını xeyli azaldır.

Beləliklə, xarici mühit temperaturu nəinki 

balıqlara,  onların  xəstəlik  törədicilərinə, 

hətta balıqçılıq su hövzələrinin başqa hidro-

biontlarına  –  fauna  və  floraya  əhəmiyyətli 

dərəcədə təsir edir. Ona görə də temperatu-

run  lazımı  istiqamətdə  dəyişdirilməsilə 

onun mənfi təsirindən yaxa qurtarmaq olar.

Su hövzəsində qaz rejiminin balıqlara 

təsiri. Oksigen, azot və karbon qazının ba-

lıqçılıq  su  hövzəsində  bütün  heyvani  orqa-

nizmlər  və  bitkilər  üçün  böyük  əhəmiyyəti 

vardır.  Bütün  bu  qazlar  həm  birbaşa,  həm 

də dolayısı yollarla balıq orqanizminə təsir 

edirlər.


Bu qazlardan başqa balıqçılıq göllərində 

və  təbii  su  hövzələrində  bəzən  çox  zəhərli 

qazlar – kükürd qazı və metana da təsadüf 

edilir. Bu qazların suda olması gölün və su 

hövzəsinin  antisanitar  vəziyyətini  göstərir. 

Məsələn,  balıqları  parazitoloji  müayinə 

olunmuş  axarlılığı  olmayan  İsmayıllı  rayo-

nunun ərazisində yerləşən Aşıq Bayramlı su 

anbarında  və  Zaqatala  rayonunun  Qozluq 

axmazının suyunun hidrokimyəvi müayinəsi 

göstərmişdir ki, kükürd qazı 2-3 ml/l, oksi-

gen 1,5-2 ml/l, karbon qazı 50 ml/l, suyun 

aktiv reaksiyası (PH) 5-6 olmuşdur. Elə ba-



bAyTArlıq

   Elmi-praktik jurnal

42

lıqların  parazitoloji  müayinəsinin  nəticələri 



də suyun bu göstəricilərinə müvafiq olaraq 

xəstəlik  törədicilərini  aşkar  etmişdir.  Hətta 

hər  iki  su  hövzəsində  infeksion  xəstəlik 

olan  məxmərəyin  xroniki  (yaralı)  forması 

qeyd olunmuşdur.

Ümumiyyətlə,  balıqlar  üçün  suda  həll 

olan  oksigen  çox  vacibdir.  Onun  miqdarı 

temperaturdan (temperaturun düşməsilə ok-

sigenin həll olması artır və əksinə), atmos-

fer  təzyiqindən  (təzyiq  artdıqca  oksigenin 

həll  olması  artır)  asılı  olaraq  dəyişir.  Su 

hövzəsinin  oksigen  rejimi  suda  olan  üzvi 

maddələrin miqdarından da asılıdır. Onların 

suda çox olması zamanı çürümə prosesində 

oksidləşməyə (turşumağa) çox oksigen sərf 

olunur  və  balıqların  tənəffüs  etməsi  üçün 

oksigen azlığ edır. Həll olmuş oksigenin ça-

tışmamazlığı  nəticəsində  balıqların  kütləvi 

məhvolması baş verir. Elə bu vəziyyət Qoz-

luq axmazı karp balıqları arasında müşahidə 

edilmişdir. Bu su hövzəsində nəinki həll ol-

muş  oksigen  çatışmır,  hətta  bunun  nəticə-

sində  zoogigiyeniki  şərait  pisləşir,  üzvi 

maddələrin toplanması və saprofit mikroflo-

ranın  artması  baş  verir.  Uzun  müddət  belə 

suda  yaşayan  balıqların  fəallığı  zəifləyir, 

yemdən imtina edir, onlarda xarici mühitin 

mənfi faktorlarına və xəstəlik törədicilərinə 

davamlılıq  aşağı  düşür.  Göstərilən  su 

hövzəsində  həm  də  balıqların  parazitoloji 

müayinəsi nəticəsində ektoparazitlərin törət-

diyi  daktilogiroz,  xilodonellyoz,  kostioz, 

endoparazitlərin törətdiyi kariofillyoz, botri-

osefalyoz, mezoparazitlərin törətdiyi diplos-

tomoz,  postodiplostomoz,  parazit  xərçəng-

kimilərin  törətdiyi  lerneoz,  arqulyoz  və 

pissikolyoz  xəstəlikləri  qeyd  olunmuşdur. 

Deməli,  burada  biohelmintlərin  aralıq 

sahiblərinin inkişafına da təkan verən mün-

bit mühit yaranmışdır.

Balıqların həyatı üçün suda sərbəst kar-

bon  qazının  çox  böyük  əhəmiyyəti  vardır. 

Hətta  suda  həll  olmuş  oksigenin  miqdarı 

normada  olsa  belə,  sərbəst  karbon  qazının 

artması balıqlara mənfi təsir göstərir. Qeyd 

etmək  lazımdır  ki,  balıqlar  üçün  oksigenin 

və  karbon  qazının  miqdarının  normada  ol-

ması  ilə  yanaşı,  həm  də  onların  nisbəti  də 

çox vacibdir. Suda oksigenin miqdarının gün 

ərzində  tərəddüd  etməsi  və  ya  onun  uzun 

müddət  aşağı  düşməsi,  hətta  əhəmiyyətsiz 

dərəcədə sərbəst karbon qazının toplanması 

balıqların ölümünə səbəb olmur, ancaq onları 

boydan  saxlayır.  Həqiqətən  də  bu  qanuna-

uyğunluğu yuxarıda göstərilən su hövzə ləri-

nin  hidrokimyəvi  analizinin  nəticələrindən 

də aydın görmək olur.

Ümumiyyətlə,  sərbəst  karbon  qazının 

normadan  artıq  olması  balıqların  qidalan-

masının  pisləşməsinə  səbəb  olur,  nəticədə 

onların dolğunluğu və xəstəliklərə davamlı-

lığı aşağı düşür.

Balıqçılıq  obyektlərində  fauna  və  flo-

raya,  həmçinin  parazitosenoza  təsir  edən 

maddələrdən  olan  kükürd  qazının  1mqr/l 

konsentrasiyasında  balıqlarda  tənəffüsetmə 

aşağı  düşür  və  oksigen  qəbuletmə  iqtida-

rında  olmurlar.  Tənəffüs  hərəkətləri  öz  rit-

mini  itirir  və  balıq  ölür.  Kükürd  qazının 

toksiki  təsirindən  balıqların  yoluxucu 

xəstəliklərə və mühitin əlverişsiz təsirlərinə 

qarşı rezistentliyi aşağı düşür.

Qozluq  axmazından  və  Aşıq  Bayramlı 

su  anbarından  kimyəvi  tərkibinə  görə 

öyrənilən  su  nümunəsində  tapılan  kükürd 

qazının  izləri  bu  su  hövzələrində  yaşayan 

balıqların parazit və infeksion xəstəlik olan 

məxmərək xəstəlikləri ilə intensiv yoluxma-

sına  öz  təsirini  göstərmişdir.  Balıqların  və 

başqa  su  orqanizmlərinin  həyatında  suyun 

kimyəvi tərkibinin çox böyük rolu vardır.

Suda həll olan duzlar balıqlara bilavasitə 

təsir göstərərək, onun rezistentliyini dəyişir-

lər.  Sümük  toxumasının  formalaşmasında, 

qan  və  əzələ  zülallarının  sintezində  iştirak 

edən fosfor və kalsiumu balıqlar qida ilə ya-

naşı, həm də sudan alırlar. Sudan onlar həm-



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə