“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

36

Əhalini  quş  əti  və  yumurta  ilə  təmin 



etmək üçün müasir quşçuluq təsərrüfatla rının 

yaradılması  və  inkişaf  etdirilməsi  dövlətin 

ən öndə olan məsələlərindən biridir. Bu məq-

sədlə respublikamızda son illər iri və xırda 

fermer təsərrüfatları yaradılmışdır. Lakin bu 

təsərrüfatların  inkişaf  etdiril məsində  quşlar 

arasında baş verə biləcək infeksion və inva-

zion xəstəliklər cətinliklər törədə bilər.

Təsərrüfatların surətlə inkişaf etdirilməsi 

üçün  quşları  parazitar  xəstəliklərdən  qoru-

maq, bu məqsədlə yeni müalicə və profilak-

tika tədbirləri işləyib hazırlamaq günün va-

cib  məsələlərindən  biridir.  Bu  baxımdan 

quşçuluq  təsərrüfatlarına  ən  çox  iqtisadi 

ziyan  vuran  askaridioz  və  kapillyariozun 

öyrənilməsi  təkcə  respublikamızda  deyil, 

bütün  dünya  dövlətlərində  ən  aktual  prob-

lemlərdən biridir. 

Askaridioz, kapillyarioz və onlarla birgə 

baş verən qarışıq invaziyaların öyrənilməsinə, 

onlara qarşı mübarizə tədbirlərinin hazırlan-

masına və aparılmasına, böyük ehtiyac vardır. 

Doğrudur, son 10 il ərzində respublikamızda 

fərdi  və  fermer  quşçuluq  təsərrüfatlarında 

quşlar arasında baş verən invaziyalara qarşı 

müalicə və profilaktika tədbirləri həyata ke-

çirilir. Lakin buna baxmayaraq, təsərrüfatlarda 

qarışıq invaziyalar hələ də geniş yayılmaq-

dadır.  Bunun  əsas  səbəbi  helmintlərin  bio-

loji  potensiala  malik  olmalarıdır.  Belə  ki, 

onlar yaşadıqları dövr ərzində yüz minlərlə 

və  daha  cox  yumurta  verir,  bu  da  təsər-

rüfatlarda  invaziyanın  daim  baş  verməsinə 

səbəb olur. Yaranmış vəziyyət elmi əsaslarla 

yeni  axtarışların  aparılmasını  tələb  edir. 

Bunu  nəzərə  alaraq  aparılan  elmi  araşdır-

malarda  əsas  məqsəd  respublikanın  müx-

təlif rayonlarında quşlar arasında askaridioz 

və kapillyariozla baş verən qarışıq invaziya-

nın  yayılmasını  aşkar  etmək,  invaziyaların 

ekstensivlik  və  intensivliyini  müəyyənləş-

dirmək,  bunlara  əsaslanaraq  xəstəliklərin 

profilaktikası  və  müalicəsinə  dair  təkliflər 

vermək olmuşdur.

Müayinələr  İsmayıllı  rayonunun  17, 

Göygöl rayonunun 9 fərdi fermer və bir ic-

timai  təsərrüfatında  aparılmışdır.  Onların 

hər  birindən  ayda  bir  dəfə  20  ədəd  nəcis 

nümunəsi  götürülərək  laboratoriyaya  gəti-

rilmiş, Fülleborn, ardıcıl yuma və çökdürmə 

üsulları ilə müayinə edilmişdir.

Tədqiqatlar zamanı təsərrüfatlarda ölmüş 

və məcburi kəsilmiş 2752 baş quş yarılaraq 

bağırsaqları və ayrı-ayrı daxili orqanları hel-

mintozlara görə müayinədən keçirilmiş, yo-

luxmanın  intensivliyi  müəyyən  edilmişdir. 

Toplanan  helmint  numunələri  Barbaqollo 

məhlulunda  fiksasiya  edilərək  əyani  vasitə 

kimi laboratoriyanın muzeyində saxlanmışdır.

Alınan  nəticələr  göstərir  ki,  invazion 

xəstəliklər  quşçuluq  təsərrüfatlarında  geniş 

yayılmaqdadır  və  təsərrüfatların  inkişafına 

mənfi təsir göstərir. Fərdi və fermer quşçu-

UOT 619.616.576.895.132



quŞlArın qArıŞıq HelMinTOzlArı 

(ASkAridiOz, kAPillyAriOz) və OnlArın yAyılMASı 

Bayramov S.Y., baytarlıq elmləri namizədi 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: helmintozlar, askaridioz, kapillyarioz, ekstensivlik, intensivlik

keyWOrdS: helminthosis, capillarios, ascaridios, extensivity, intensivity


37

Elmi-praktik jurnal   



bAyTArlıq

luq təsərrüfatlarında aparılan yarma müayi-

nələri  zamanı  askaridioz  və  kapillyariozla 

qarışıq invaziya aşkar edilmişdir.

Əsasən 3-4, 6-8 aylıq quşlar qeyd olunan 

helmintozlara daha cox yoluxur və buna da 



Ascaridia  qalli  və  Capillaria  obsiqnata 

növləri daha cox səbəb olur. 

İsmayıllı rayonunun quşçuluq təsərrüfat-

larında yoluxmanın ekstensivliyi kapillyari-

oza görə 54,1%, askaridioza görə isə 58,8% 

olduğu  müəyyən  edilmişdir.  Yarma  müa-

yinəsinə əsasən isə yoluxmanın intensivliyi 

kapillyarioza görə 20-450 ədəd, askaridioza 

görə isə 1-65 ədəd olmuşdur. 

Göygöl  rayonunun  fərdi  fermer  quşçu-

luq  təsərrüfatlarında  apardığımız  koproloji 

müayinələrə görə kapillyarioz 49,6%, aska-

ridioz  isə  54,6%  təşkil  etmişdir.  Yarma 

müayinəsinə  görə  isə  invaziyanın  intensiv-

liyi  kapillyarioza  görə  17-423  ədəd, 

askaridilərə  görə  isə  1-150  ədəd  olmuşdur. 

Bir təsərrüfatda isə müayinələr zamanı heç 

bir invaziya aşkar edilməmişdir.

Quşların kapillyari və askaridilərlə yolux-

masına səbəb onların yetişdirilmə texnologi-

yası, saxlanma şəraiti və yemləndirilmə sidir. 

Məlumdur  ki,  qəfəs  şəraitində  yetişdirilən 

quşlar heç bir invaziya ilə yoluxmurlar.

Müayinələr zamanı müəyyən edilmişdir 

ki,  quşlar  askaridioz  və  kapillyarioza  eyni 

vaxtda, yəni qarışıq halda da yoluxurlar. Bu 

cür  qarışıq  invaziyalar  monoinvaziyaya 

nisbətən  sahib  üçün  daha  təhlükəli  olur, 

quşlar  bu  xəstəliyi  ağır  keçirir,  patoloji 

vəziyyət  gərginləşir,  həyat  fəaliyyəti,  məh-

suldarlığı azalır, ölüm halları artır. Parazito-

senoz elmi yeniliklərlə bərabər böyük prak-

tiki əhəmiyyət kəsb edir, həmin xəstəliklərə 

qarşı  kompleks  mübarizə  və  profilaktika 

tədbirlərinin  işlənib  hazırlanmasına  və  tət-

biqinə elmi əsas verir. 

Tədqiqatlar göstərdi ki, hazırda aparılan 

müalicə və profilaktika tədbirlərinə baxma-

yaraq təsərrüfatlarda helmintlər geniş yayıl-

maqdadır.  Qeyd  edilən  xəstəliklərə  qarşı 

müalicə,  profilaktika,  baytarlıq-sanitariya 

tədbirləri tam olaraq aparılmır. Bunun nəti-

cəsi  olaraq  quşçuluq  təsərrüfatlarında  hələ 

də müxtəlif qarışıq invaziyalara rast gəlinir.

Beləliklə,  təsərrüfatlarda  helmintozlara, 

onların törədicilərinə qarşı kompleks müalicə, 

profilaktika və baytarlıq-sanitariya tədbirləri 

işlənib  hazırlanmalı  və  tətbiq  edilməlidir. 

Onun  üçün  də  geniş  spektrə  malik  yeni 

dərman preparatlarının istehsalına və təsər-

rüfatlarda tətbiqinə ehtiyac vardır.

Резюме

Байрамов С.Ю.

смешанная  инвазия  аскаРидиоз  и  капиЛЛяРиоз  птиц  и 

ее РаспРостРанение 

На основании вскрытий птиц и копрологических исследований изучена эпизоотическая 

ситуация  аскаридиоза  и  карилляриоза  в  птицеводческих  хозяйствах.  Установлено, 

что в птицеводческих хозяйствах расположенных в горных районах Исмаилинского 

района зараженность аскаридиозом составляет 58,8%, карилляриозом 54,1%, в Гей-

Гёлском районе зараженность составляет аскаридиозом 54,6%, карилляриозом 49,1%.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə