“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

32

Əzələ  ağarması  xəstəliyi  körpə  kənd 



təsərrüfatı  heyvanlarının,  eləcə  də  balaqla-

rın  endemik  xəstəliyi  olub,  ürək  və  skelet 

əzələlərində distrofik dəyişikliklərə və onla-

rın ağımsovlaşmasına, orqanizmdə mübadilə 

proseslərinin  kəskin  pozulması  nəticəsində 

funksional, biokimyəvi və morfoloji dəyişiklik-

lərə  səbəb  olan  ağırgedişli  xəstəlikdir. 

Əzələlərdə ağımtıl və boz rəngdə zolaqlara 

təsadüf  edildiyindən,  xəstəlik  əzələ  ağar-

ması adını almışdır. Xəstəlik əsasən qışlama 

dövrünün  ikinci  yarısında,  2  aylıqdan  – 

7 aylığadək balaqlarda müşahidə olunur.

Əzələ ağarması xəstəliyi ilk dəfə 1854-

cü  ildə  Polok  tərəfindən  buzovlar  arasında 

müşahidə  edilmişdir.  Sonra  xəstəlik 

İsveçrədə,  Norveçdə,  Danimarkada,  Rumı-

niyada,  Almaniyada,  İngiltərədə,  Avstrali-

yada,  Kanadada,  Fransada, ABŞ-da,  Çində 

və digər ölkələrdə, Müstəqil Dövlətlər Bir-

liyi ölkələrində isə 1920-ci illərdən öyrənil-

məyə  başlanmışdır.  Azərbaycanda  əzələ 

ağarması  xəstəliyi  ilk  dəfə  H.İ.  Dilbazi 

tərəfindən  1964-cü  ildə  Bərdə  rayonunun 

keçmiş  «Moskva»  kolxozunun  camışçılıq 

fermasında müəyyən edilmişdir. 

Xəstəlik ən çox Kür-Araz və Xəzərətrafı 

bölgələrdə  yerləşən  camışçılıq  təsərrüfat-

larında  müşahidə  edilir  və  böyük  iqtisadi 

zərər  verir.  Qeyri-sağlam  təsərrüfatlarda 

xəstəliyə  qarşı  qabaqlayıcı  tədbirlər  aparıl-

madıqda xəstələnmiş körpələrin və cavanla-

rın  50-70%-i  ölür.  Sağalanlar  isə  boy  inki-

şafından  qalır.  Xəstəliyin  etiologiyası 

müxtəlifdir. Dünyanın bir cox alimləri əzələ 

ağarması xəstəliyinin baş verməsi səbəblərini, 

yem payında Selen elementlərinin və E vi-

taminin çatışmaması ilə izah edirlər. 

P.Kukuruçiyev,  V.Leqantsova  (1959); 

K.Blester,  P.Utts,  V.Vud  (1952)  xəstəliyin 

əmələ  gəlməsini  E  vitaminin  çatışmama-

sında  görürlər.  Bunu  sübut  etmək  üçün 

A.Qrant, V. Xartli, S.Drayk (1960) eksperi-

mental şəraitdə profilaktik məqsədlə E vita-

minini  quzularda  tətbiq  etmiş,  lakin  tam 

müsbət nəticə almamışlar, quzular arasında 

xəstəlik baş vermişdir.

İ.Kaarde 

(1963), 


A. Kudryavtsev, 

M. Andreyev,  Q.Titov,  S.Gerasimov  (1963, 

1964), M.Tutuşin, İ.Lenes (1964); P.Tarabrik, 

V.Tartsmanoviç  (1961),  V.Verton,  K.Kerov, 

P.Çuşkov,  B.  Neqov  (1961)  körpə  heyvan-

larda  əzələ  ağarması  xəstəliyinin  baş 

verməsi səbəblərini yem payında selen ele-

mentinin çatışmaması ilə izah edirlər. 

H.İ.Dilbazi  (1974)  xəstə  və  sağlam 

kəlçələrin  orqan  və  toxumalaında  selenin 

miqdarını müqayisəli şəkildə öyrənmişdir. 

K.Briggs (1959), E.Kolb (1962), İ.Karde, 

A. Kudryavtsev, M. Andreyev (1963, 1965) 

UOT 619:616.34.17



bAlAqlArdA əzələ AĞArMASı xəSTəliyinin MüAlicə 

və PrOfilAkTikASındA reviTAMin P 

və yAlAMA dAŞının effekTliyi

Fərəcov A.F., biologiya elmləri namizədi

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına

Elmi Nəzarət İnstitutu

AÇAr SÖzlər: balaq, ağ əzələ, klinika, müalicə, profilaktika

keyWOrdS: calf, white musculature, clinic, treatment, profilaktikas


33

Elmi-praktik jurnal   



bAyTArlıq

və başqa alimlərlə yanaşı H.İ.Dilbazi (1975) 

əzələ ağarması xəstəliyinin müalicə sində se-

len  preparatlarının  tətbiqinin  yüksək  profi-

laktika və müalicəvi üstünlüyünü qeyd edir.

Tədqiqat  aparılmış  Neftçala  rayonunun 

camışçılıq  üzrə  ixtisaslaşmış  «Yavər  Bini 

oğlu»  kəndli  (fermer)  təsərrüfatında 

xəstəliyin əsasən mart-aprel aylarında geniş 

yayılması müşahidə edildi. 

«Yavər Bini oğlu» fermer təsərrüfatında 

150  baş  camış  vardır  ki,  bunun  da  65  başı 

ana camışlardır. Camışlardan hər il 60 başa 

yaxın  bala  alınır.  1997-ci  ildən  2005-ci  ilə 

kimi əzələ ağarması xəstəliyindən təsərrüfata 

böyük iqtisadi zərər dəymişdir. Hər il doğu-

lan  balaqların  40-50  %-i  əzələ  ağarması 

xəstəliyinə  tutulmuş  və  xəstələnənlərin  20-

30  %-i  ölümlə  nəticələnmişdir  (cədvəl  1). 

Müşahidələr  nəticəsində  müəyyən  edilmiş-

dir ki, xəstəlik dövründə balaqlar arıqlayır, 

ayaq üstə dura bilmir, yatdığı yerdən qaldır-

dıqda, yenidən yatır, tüklər pırpızlaşır, yemi 

yatdığı yerdə qəbul etsə də, əksər hallarda boş 

gövşəmələr  edir.  Ürək  fəaliyyəti  tezləşir, 

tənəffüs ağırlaşır, əzələlər tonusdan düşür (1 

dəq.  –  150-165).  Əksər  hallarda,  müa licə 

aparılmadıqda xəstəlik ölümlə nəticələnir.

Müalicə  məqsədilə  müxtəlif  vitaminlər, 

mikroelementlərdən, ürək-damar sisteminin 

fəaliyyətini tənzim edən dərmanlardan isti-

fadə etdikdə 70 %-ə yaxın balaqlarda sağalma 

getsə də, sonradan inkişaf zəif olmuşdur. 

Fermer  təsərrüfatında  balaqlar  arasında 

itkini  azaltmaq  məqsədilə  2006-cı  ildən 

başlayaraq  Türkiyənin  Reva  şirkətinin  is-

tehsal  etdiyi  Revitamin  P  (A.D.E+mineral 

maddələr) və Yalama daşından həm müalicə, 

həm də profilaktika məqsədilə istifadə edil-

Cədvəl 1

2000-2005-ci illərdə «yavər bini oğlu» kfT-da 

xəstələnən balaqların hərəkət dinamikası





Məzmunu

Ölçü 

vahidi

illər

2000

2001

2002

2003

2004

2005

1.

Xəstələrin sayı



baş

15

18



12

16

20



16

2.

Xəstəlikdən ölmüşdür



baş

3

5



3

5

5



3

3.

Ölüm



%

20

27



25

30

25



19

4.

Sağalmışdır



%

80

73



75

70

75



81

Cədvəl 2

revitamin 

P-nin tərkibi 

Hər kq-da vitamin və 

mineralların miqdarı, mq-la

3 kq-lıq yalama 

daşının tərkibi 

3 kq-da olan mineral-

ların miqdarı, mq-la

Vitamin A

1.000.000. T.V

Maqnezium

90 000 mq

Vitamin D

3

200 000 T.V.



Sink

22 500 mq

Vitamin E

900 mq


Dəmir

15 000 mq

Fosfor

100 mq


Manqan

15 000 mq

Manqan

5.000 mq


Mis

3 000 mq


Sink

6.000 mq


Kobalt

300 mq


Dəmir

5.000 mq


Selen

300 mq


Mis

1.000 mq


Kobalt

10 mq


Selen

10 mq


Yod

80 mq



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə