“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


bAyTArlıq    Elmi-praktik jurnal 38 SuMMAry



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

38

SuMMAry

Bayramov S.Y.

Mixed invASiOn birdS And iTS diSTribuTiOn TO fAciliTieS

On the bazis of opemings birds and kaprologi researches the setuation askaridosis and 

kapillarios in poultry-farming facilities located in mountain areas İsmaili of area contami-

nation askaridiosis it is made 58,8%, kapillarios 54,1%, in the Gaygel area contamination 

makes askaridosis 54,6%, kapillarios 49,1%. 

ədəbiyyAT

1. Демидчик Л.Г. Паразитарные болезни гусей Зауралья // Ветеринария. Рефера-

тивный журнал. М., 2001, .с.630.

2. Məhərrəmov S.H. Helmintlərin yayılmasının mövsümü dinamikası /Müasir riyaziyyat 

və təbiətşünaslığın prob. Naxçıvan, Qeyrət, 2001, s.116-118.

3. Altaş M., İriadam M. Helmintozoonozlar // HR Üniversitesi Ziraat Fakultesi dergisi, 

2003, e 7., s. 45-53.

4.  Абдуррахманов  М.Г.,  Профилактика  паразитозов  кавказских  туров  //  Ветери-

нария, М., 2003, № 3 с.29-32.



39

Elmi-praktik jurnal   



bAyTArlıq

Balıqların  normal  həyat  fəaliyyəti  üçün 

abiotik  (suyun  kimyəvi  tərkibi,  termiki  və 

qaz rejimi, su hövzəsinin hidroloji xüsusiy-

yətləri – axarlılığın dərəcəsi) və biotik (ba-

lıqların  qidasını  təşkil  edən  onurğasız  hey-

vanlar,  həmçinin  kürüləmək,  daldalanmaq 

üçün istifadə edilən bitki örtüyü və s.) fak-

torların  əhəmiyyətli  dərəcədə  rolu  vardır. 

Digər tərəfdən su hövzəsində yüksək dərəcədə 

bitki örtüyünün olması bəzi parazitlərin ço-

xalmasının  qarşısını  alır.  Bütün  bu  faktor-

lara nəzarət edərək xarici mühit faktorlarını 

istənilən  istiqamətdə  dəyişmək,  eyni  za-

manda  xəstəliklərin  balıqlar  arasında  baş 

verməsinin  qarşısını  almaq  və  balıqçılıq 

təsərrüfatlarının  sağlamlaşdırılması  üçün 

epizootiyaəleyhi tədbirlərin hazırlanmasında 

istifadə  etmək  olar.  Bu  məsələnin  ayrı-ayrı 

aspektləri, o cümlədən xəstəliklərin balığın 

yaşından, qidalanmasından, onların yerləşmə 

sıxlığından,  ilin  mövsümlərindən,  suyun 

kimyəvi  tərkibindən,  ən  nəhayət  iqlim 

dəyişikliyindən  asılılığı  üzrə  əldə  olunan 

məlumatlar tərəfimizdən təhlil edilmişdir.

Balıqlar  arasında  yayılan  xəstəliklər 

öyrənilərkən  onların  balığın  yaşından  ası-

lılığı  aydın  nəzərə  çarpmışdır.  Məsələn, 

daktilogiroz  xəstəliyinin  törədicilərindən 



Dactylogyrus  vastator  ancaq  cavan  balıq-

larda,  D.  extensus  isə  həm  cavan,  həm  də 

yaşlı balıqlarda parazitlik edir və hətta yaş 

artdıqca  yoluxmanın  intensivliyi  də  artır. 

Törədicisi  qamçılılar  olan  kostioz  xəstəliyi 

ilə  cavan  balıqlarda  yoluxma  müşahidə 

edilməklə, aşağı dolğunluqlu fərdlərdə daha 

ağır  keçir.  Girodaktilyoz  əsasən  tam  sisi-

temli  Göygöl  rayonu  Çaykənd  və  Qəbələ 

qızılbalıq  artırma  və  yetişdirmə,  Zaqatala 

forel əmtəəcilik təsərrüfatında 1 yaşa qədər 

cavan balıqlarda qeyd olunmuşdur.

Trematodlar tərəfindən törədilən diplos-

tomoz  və  postodiplostomoz  xəstəlikləri 

kürüdən çıxan sürfələri artıq 6-10 günlükdə 

yoluxdurur. Posthodiplostomum cuticola tre-

matodunun  serkarisi  balığın  dərisinə  daxil 

olur və yaş artdıqca dəri örtüyü və pulcuq-

ların  qalınlaşması  səbəbindən  serkarilərin 

daxil olması mümkün olmur.

Lentşəkilli helmintlərin törətdiyi botrio-

sefalyoz  xəstəliyinin  törədicisinə  9  günlük 

ağ  amur  balıqlarında  təsadüf  olunmuş  və 

yaş  artdıqca  zooplanktonla  qidalanmanın 

çoxalması  ilə  əlaqədar  olaraq  yoluxmanın 

ekstensivliyi  və  intensivliyi  də  yüksəlmiş, 

ancaq su bitkiləri ilə qidalanmağa başladığı 

vaxtdan isə xəstəliklə yoluxmanın zəifləməsi 

və tədricən dayanması möşahidə edilmişdir.

Törədicisi  nematod  olan  filometroidoz 

xəstəliyi  zooplanktonla  qidalanmaya  keçən 

7-8 günlük körpələrdə qeyd olunmuş və 2-3 

həftəlik  yaşda  kütləvi  ölüm  hallarına  təsa-

düf edilmişdir.

Parazit xərçəngkimilər tərəfindən törədilən 

lerneoz  və  arqulyoz  xəstəliklərinə  əsasən 

UOT 619:616:576:895.132

bAlıqlArdA PArAziT xəSTəliklərin bAŞ verMə 

və yAyılMASındA biOTik və AbiOTik fAkTOrlArın rOlu

Abdullayeva X.H., biologiya elimləri namizədi

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: balıq, helmintozlar, biotik və abiotik faktorlar

keyWOrdS: helminthiases, fish, biotic factor, abiotic factor 



bAyTArlıq

   Elmi-praktik jurnal

40

körpə – 1 yaşa qədər olan balıqlarda təsadüf 



edilmişdir.

Balıqlarda qeyd olunan digər xəstəliklərə 

isə  yaşlı  balıqlarda  rast  gəlinmişdir.  Belə 

vəziyyəti  balığın  morfoloji  və  fizioloji 

xüsusiyyətlərinin  yaş  artdıqca  dəyişməsi, 

qidasının  tərkibi,  yaşama  yeri  və  bir  çox 

başqa səbəblərlə izah etmək olar.

Belə xəstəlik törədicilərinin sayı yaş art-

dıqca  çoxalır  və  xəstəliyin  baş  verməsinə 

gətirib çıxarır. Bu hal parazit xərçəngkimilər 

tərəfindən  törədilən  erqazilyoz  xəstəliyinə 

çox  xarakterikdir.  Məsələn,  bu  xəstəliyin 

törədicisi Erqasilus sieboldi-nin sayı balığın 

yaşı artdıqca çoxalır və qəlsəmə aparatının 

dağılması nəticəsində balıqlarda ölüm halla-

rına təsadüf edilir.

Balıqçılıq  obyektlərində  xəstəliklərin 

baş verməsinə balıqların qidalanması, ye-



min  tərkibi  və  keyfiyyəti  çox  böyük  təsir 

göstərir.  Hər  bir  balıqçılıq  obyektində  ye-

min  tərkibi  öyrənilərək,  balıqların  hansı 

parazitlərlə  yoluxacağını  proqnozlaşdırmaq 

mümkündür. Məlumdur ki, mürəkkəb inki-

şaf  dövrünə  malik  olan  helmintlərin  aralıq 

sahibləri plankton və bentik orqanizmlərdir. 

Yemin çatışmamazlığı müxtəlif, o cümlədən 

parazit  xəstəliklərin  baş  verməsinə  səbəb 

ola bilər. Məsələn, yetişdirilən 1 yaşa qədər 

olan karp balıqlarının yayın son dövrlərində 

yeminin  azlığı  nəticəsində  onlar  qışlamaya 

aşağı  dolğunluq  göstəriciləri,  yəni  qidalı 

maddələr ehtiyatının kifayət dərəcədə olma-

ması ilə keçirlər. Bu da qışlamanın sonuna 

yaxın  onların  Chilodonella  cyprini  və  b. 

ektoparazitlərlə  kütləvi  yoluxması  üçün 

şərait  yaradan  distrofiyasına  gətirib  çıxarır. 

Yetişdirilən balıqların yüksək dolğunluğunu 

təmin  edən  yaxşı  yemləmə  şəraitinin  yara-

dılması balıqçılıq təsərrüfatlarında profilak-

tikanın çox vacib elementlərindəndir.

Bundan  əlavə,  təbii  yemin  tərkibi,  yem 

payında çoxlu miqdarda patogen helmintlə-

rin  aralıq  sahiblərinin  olması  da  bu  və  ya 

digər  xəstəliklərin  baş  verməsinə  səbəb 

olur. Məsələn, çəki və karp balığının kario-

fillyoz xəstəliyi onların çoxlu miqdarda xəs-

təliyin aralıq sahibləri olan azqıllı qurdlarla 

qidalanarkən  baş  verir.  Ağ  amur  balığının 

körpələri  kürəkayaqlı  xərçənglərlə  qidala-

nanda xəstəliyin törədicisi olan Bothriocep-



halus opsariichthydis, B.acheilognathi para-

zitləri ilə yoluxurlar.

Balıqların  xəstəliklərlə  yoluxması  onla-

rın göllərdə sıxlığından da çox asılıdır. Ba-

lıqların sıxlığı yüksək olduqda, onların yeni 

sahibə  keçmə  ehtimalı  böyük  olur.  Doğru-

dan da aparılan tədqiqatlar göstərmişdir ki, 

balıqların  yüksək  sıxlıqda  yerləşdiyi  Kiçik 

Qızılağac  balıqyetişdirmə  təsərrüfatında 

müayinə olunan çəki balığında 80-90% yo-

luxma ekstensivliyi ilə daktilogiroz xəstəliyi 

qeyd  olunmuşdur.  Əsasən  də  bu  faktorun 

balıqların ektoparazitləri tərəfindən törədilən 

xəstəliklərlə  yoluxmasında  rolu  böyükdür. 

Belə təsərrüfatlarda kiçik göllərdə bir və ya 

bir  neçə  balıq  növünün  yüksək  sıxlıqda 

yerləşməsi  bu  parazitlərin  geniş  yayılma-

sına  səbəb  olur.  Qeyd  etmək  lazımdır  ki, 

cəmi bir növ balıq yetişdirilən təsərrüfatlarda 

dar  spesifikliyə  malik  xəstəlik  törədiciləri 

daha geniş yayılırlar. Əksinə, geniş spesifik-

liyə malik xəstəlik törədiciləri, məsələn ixti-



oftirius  müxtəlif  növlü  balıqyetişdirmə 

təsərrüfatlarında  geniş  yayılırlar.  Bununla 

yanaşı, onu da qeyd etmək lazımdır ki, çox 

da  böyük  olmayan  yeni  yaradılan  balıq- 

əmtəə təsərrüfatlarında yetişdirilən bir və ya 

bir  neçə  növdən  olan  balıqların  ektopa-

razitlərlə yoluxması həm ekstensivlik, həm 

də intensivlik cəhətdən xeyli zəif olmuşdur. 

Belə  vəziyyət  körpə  balıqların  xəstəliklərə 

qarşı tədbirlər aparılan təsərrüfatlardan alın-

ması  və  göllərin  sanitar-meliorasiya 

tədbirlərinə riayət edərək hazırlanması, özəl 

əmtəə-balıqçılıq  təsərrüfatlarında  balıqların 

keyfiyyətli,  vitaminlərlə  zəngin  yemlərlə 

yemləndirilməsi ilə izah edilə bilər.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə