“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

24

BEB-n dabaqla mübarizədə tətbiq edilən 



2  sistemin  –  “stempinq-aut”  və  orada  hey-

vanların  məhv  edilməsinə  və  mənbəətrafı 

dairəvi peyvəndlənməsinin apaılması barədə 

mövcud  olan  rəsmi  materialların  təhlili 

göstərir ki, 2-ci üsul, yəni mənbədə heyvan-

ların  məhv  edilməsi  və  onun  ətrafında 

dairəvi peyvəndləmə aparılması nəticəsində 

dabaq  bir  çox  Avropa  və  Asiya  dövlət-

lərində ilkin mənbələrdə ləğv edilmiş, onun 

yayılmasının  qarşısı  alınmışdır.  Makedoni-

yada  1986,  Albaniyada  1996,  Monqolus-

tanda 2000, 2001-ci illərdə peyvəndləmə işi 

gec  təşkil  edildiyinə  görə  xəstəliyin  ləğv 

edilməsi müd dəti xeyli uzadılmış və həmin 

dövlətlərə  küllü  miqdarda  iqtisadi  ziyan 

dəymişdir.  Hal-hazırda  bir  sıra  Avropa 

dövlətlərində  dabağa  qarşı  mübarizədə 

vaksinlərdən  istifadə  edilməsi  məsələsinin 

müzakirələri aparılır.

Hazırda  Rusiya  Federasiyasında  dabaq-

əleyhi bir sıra yüksəkeffektli vaksinlər isteh-

sal edilir,  MBD-yə  üzv və digər dövlət lərə 

satılır. Bu mono- və polivalent vak sin lər iri 

buynuzlu  heyvanlarda,  camışlarda,  yak-

larda, qoyun və keşilərdə dabağın A, O, C, 

Asiya-1,  SAT-1,  SAT-2  və  SAT-3  tipləri 

tərəfindən törədilən xəstəliyə qarşı profilak-

tik tədbir olaraq geniş tətbiq edilir. Heyvan-

larda  immunitet  vaksin  ilk  dəfə  tətbiq 

edildikdə 21 gün ərzində yaranır. İnfeksiya 

mənbəyində,  təhlükəli  zonada,  habelə 

əvvəllərdə  vaksin  işlənilməyən  yerlərdə 

heyvanlar birgün lükdən başlayaraq iki dəfə 

10-20  gün  ara  verməklə  peyvənd  edilir. 

Bundan  sonra  heyvanlar  18  aylığa  çatana 

kimi hər 3 aydan bir, yaşlılar isə hər 6 ay-

dan  bir  peyvənd  olunur.  Bufer  zonada 

yerləşən və əvvəllər peyvəndləmə aparılma-

yan təsərrüfatlarda cavanlar 4 aylıqdan baş-

layaraq  18  aylı ğadək  hər  3  aydan  bir,  yaşlı 

həssas heyvanlar isə hər 6 aydan bir revaksi-

nasiya edilməlidir.

Vaksinlərin vaxtı keçdikdə, etiketi olma-

dıqda, flakonlarda çat olduqda, dondurulmuş 

vəziyyətdə  olduqda,  habelə  açılan  gün  tam 

işlənməyən  vaksinlərin  o  biri  gün  işlənmə-

sinə yol verilməməlidir. Vaksin 1°C-dən 8° C 

temperaturda  saxlandığı  halda  keyfiyyətinə 

zəmanət  verilə  bilər.  Gün  qaba ğında  qalan 

vaksin  öz  keyfiyyətini  tam  itirdiyinə  görə 

onun tətbiqinə yol verilmə məlidir.

Azərbaycanda heyvandarlığın köçəri xarak-

ter daşıdığını nəzərə alaraq peyvənd ləmənin 

heyvanlar  yaz-yay  otlaqlarına  çıxarılmamış-

dan və qışlaqlara qaytarılmamışdan 20-30 gün 

əvvəl  edilməsi  məqsədəmüvafiqdir.  Belə  və-

ziyyətdə heyvanlarda immunitetin gərginliyi 

ən yüksək halda olduğuna görə onların xəs-

təliyə yoluxma ehtimalı çox az olur, nəticədə 

dabağın başvermə riski minimuma endirilir.

Azərbaycan  Respublikasında  uzun  illər 

ərzində  dabaqəleyhi  tədbirlərin  təhlili  və 

tədqiqat  işləri  göstərir  ki,  ərazidə  mövcud 

olan  iri  buynuzlu  heyvanların  mart  ayında, 

davarlar  arasında  isə  aprel  ayında  tam 

peyvəndləmədən  kecirilməsi  xəstəliyin  baş 

verməsinin  qarşısının  alınmasında  ən  mü-

hüm  amildir.  Hec  bir  əsası  olmadan 

peyvəndləmənin 

kecikdirilməsi 

yazın 

əvvəlində  epizootolojı  xüsusiyyətlərinə 



ğörə müxtəlif olan heyvanların (immuniteti 

olmayanlar, virusdaşıyıcılar və s.) bir-birinə 

qarışması, məhdud ərazidə belə heyvanların 

sıxlığının artması nəticəsində kliniki cəhətcə 

sağlam görünən heyvan orqanizimində viru-

sun təbii olaraq pasaj edilməsi ilə əlaqədar 

olaraq xəstəlik halları baş verə bilir.



25

Elmi-praktik jurnal   



bAyTArlıq

Резюме

Велиев У.M., Сафиева Н.B.

оРганизация пРотивоящуРных меРопРиятий 

Предложенная ФАО система мероприятий для профилактики и борьбы с ящуром 

показала результативность проведения “stamping-out” мероприятий с параллельным 

осуществлением  кольцевой  вакцинации  вокруг  очага  инфекции  (Албания,  1996; 

Македония, 1986; Монголия, 2000-2001).

В Азербайджане в последние годы при заражении экзотическими типами прово-

дится убой всех заболевших животных. В остальных случаях осуществляются каран-

тинные меры (до 21 дня) в неблагополучной зоне, лечение заболевших животных в очаге 

инфекции и проводится системная, а при необходимости вынужденная, вакцинация. 

SuMMAry

Veliyev U.M., Safiyeva N.V.

OrGAnızATıOn THe MeASureS AGAınSTfMd

Offered FAO the system of measures for prevention and control FMD (food and mouth 

disease) has shown efficiency of realization of “stamping-out” measures with parallel reali-

zation of ring vaccination around of the center of an infection (Albania, 1996; Macedonia, 

1986; Mongolia, 2000-2001).

In Azerbaijan last years at infection by exotic types effect the abolition all diseased ani-

mals. In other cases the quarantine measures (about 21 days) in an unsuccessful zone and 

the system and forced vaccination will be carried out.

ədəbiyyAT

1. Бойко А.А., Шуляк Ф.С. Ящур. Биолого-экологический аспект проблемы. М.,1971.

2.  Велиев  У.М.  О  закономерностях  сохранения  вируса  ящура  и  элементах 

прогнозирования  ящурных  эпизоотий  на  территории  Азербайджанской  ССР.  Авто-

реферат. Баку, 1983.

3. Эпизоотология и инфекционные болезни сельскохозяйственных животных. Под 

ред. проф. А.А.Конопаткина. Москва, “Колос”, 1984.

4. Бурдов А.Н., Дидников А.И. и др., Ящур. М., ВО “Агропромиздат”, 1990.

5. http://www.fao.org European commission for the control of FMD.

6.  Международный  Ветеринарный  Кодекс  (млекопитающие,  птицы  и  пчелы). 

- МЭБ, Париж, 1997, с.10.

7.  www.fao.org/Ag/againfo/.../docs/.../shiraz/FINAL_Repor_FMD_RU  Окончательный 

доклад.  разработка  стратегического  плана  поэтапной  борьбы  с  ящуром  в  Западной 

Евразии, 2008.

8. FAO Media Centre: Главные силы брошены на борьбу с яшурам. Рим. 2009

9. Мищенко А.И. и др. Патологический процесс при экспериментальном и спон-

танном ящуре крупного рогатого скота. Ветеринария. 2010, №4, с.25-27

10.  Training  Course  on  Veterinary  Practical  Techniques  for  Central Asian  Countries. 

Main  Infectious  Disease  of  Herding  Sheep  and  Cattle:  Foot  and  Mouth  Disease  (FMD). 

Beijing & Hohhot, China, 2010, p.47




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə