“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

20

Dabaq cütdırnaqlı heyvanların itigedişli 



kontagioz  virus  xəstəliyi  olub  yüksək  tem-

peratura, ağızın selikli qişasında və bədənin 

tüksüz nayihələrində (baş, yelin, dırnaqarası 

sahədə, burun aynasında) vezikulyar yarala-

rın  (aftaların)  əmələ  gəlməsi  və  hərəkətin 

pozulması kimi əlamətlərlə özünü göstərir.

Dabaq  üçün  xarakterik  cəhət  onun  tez 

yayılması və qısa müddətdə epizootiya ha-

lında görünməsidir.

Geniş  yayılma  qabiliyyətinin  olması, 

ərazidə  həssas  heyvan  növlərinin  çoxluğu, 

törədicinin  tiplərinin  və  serovariantlarının 

həddindən  artıq  olması,  uzun  müddət  bu 

amilin  xarici  mühitdə  və  orqanizmdə  qal-

ması, eləcədə bəzi heyvan növlərində onun 

kliniki əlamətlərinin tam görünməməsi ona 

qarşı  təşkilatı-təsərrüfat,  baytarlıq-sanita-

riya  təd birlərinin  aparılmasının  təşkilində 

prob lemlər yaradır.

Ərazidə  dabaq  baş  verdikdə  orada  la-

zımi  karantin  tədbirlərinin  aparılmasına 

külli miqdarda vəsait xərclənməklə bərabər, 

dövlətlərarası  ticarət  əlaqələrinə  ciddi  təsir 

göstərir  və  ölkə  iqtisadiyyatına  böyük 

məbləğdə ziyan dəyir.

Dabaq  epizootiyaları  coğrafi  və  iqlim 

sərhədi  bilmir  və  qısa  müddətdə  böyük 

əraziləri  əhatə  edirlər.  Respublikamızda 

uzun  illər  ərzində  aparılan  peyvəndlənmə 

ilə əlaqədar müəyyən qədər immun fon ya-

randığından  və  heyvanlarda  zəif  də  olsa 

antitellər  olduğundan  yaşlı  heyvanlar  ara-

sında  elə  də  böyük  ölüm  halları  olmur. 

Buna  baxmayaraq  təcrübələr  ğöstərmişdir 

ki,  müəyyən  dövrlərdə  ərazidə  ekzotik 

tiplərin xəstəlik törətməsi nəticəsində xeyli 

miqdarda  yaşlı  heyvanların  tələf  olmasına 

da rast gəlinir.

Bir qayda olaraq 3 aylığa qədər buzov-

lar, quzular və çoşkalar arasında xəstəlik ol-

duqda kütləvi ölümlə nəticələnir.

Alimlərin  hesablamalarına  görə  dabaq 

baş verdikdə südçülük və ətçilik heyvandar-

lıqla məşğul olan vətəndaşlara orta hesabla 

heyvanın dəyərinin 30-40 %-i həcmində iq-

tisadi ziyan dəyir.

Kənd təsərrüfatı heyvanlarından dabağa 

ən  həssas  iribuynuzlu  heyvanlar  (İBH)  və 

donuzlar hesab olunur. Digər növ heyvanlar 

xüsusilə  qoyun  və  keçilər  dabağa  az 

həssasdırlar.  Camışların  xəstəliyə  yolux-

ması müxtəlif formada ola bilir. Bəzən on-

lar  xəstəliyi  çox  yüngül,  bəzən  isə  İBH-da 

olduğu kimi ağır formada keçirirlər. 

Azərbaycan  Respublikasında  maldarlı-

ğın 17 %-ni camışçılıq təşkil etməsi və bir 

çox  hallarda  onlarda  virusdaşıyıcılıq  olma-

sına  baxmayaraq  kliniki  əlamətlərin  az  xa-

rakter olması faktı ərazidə dabağın epizoo-

tologiyasında  və  ölkə  ərazisində  virusun 

sirkulyasıyasında önəmli rol oynayır.

Donuzlar, qeyd etdildiyi kimi dabağı çox 

ağır keçirir, cavanların tələf olması ilə yanaşı, 

UOT 619:616-078:634.4



dAbAqəleyHi Tədbirlərin TəŞkili

Vəliyev U.M., baytarlıq elmləri namizədi

Səfiyeva N.V., biologiya elmləri namizədi

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına 

Elmi Nəzarət institutu

AÇAr SÖzlər: dabaq, törədici, yayılma, diaqnoz, profilaktika

keyWOrdS: aphtae epizootikae, exciter, spread, diagnosis, prophylaxis


21

Elmi-praktik jurnal   



bAyTArlıq

yaşlı donuzlarda xəstəliklə əlaqədar başmaq-

ların zədələnərək bir qayda olaraq düşməsi 

onların çıxdaş edilməsi ilə nəticə lənir.

Azərbaycanda donuzlar arasında dabağın 

geniş yayılması 1966-cı ildə dabağın O tipi-

nin  O1  variantı  tərəfindən  törədilən  ən  bö-

yük epizootiya zamanı müşahidə edilmişdir.

Donuzlar  arasında  sonuncu  dəfə  dabaq 

1987-ci  ildə  Abşeron  donuzçuluq  komp-

leksində  baş  vermiş,  O  tipinin  O1  variantı 

tərəfindən törədilən xəstəlik kütləvi surətdə 

cavanların  tələf  olmasına,  yüksək  məhsul-

dar ana donuzların, törədici qabanların çıx-

daşına səbəb olmuşdur.

Donuzçuluq müəssələrində mövcud do-

nuzların  məhv  edilməsi  üsulunun  ilkin 

mənbədə  tətbiq  edilməsi  mümkün  olma-

dıqda dabağın ləğv edilməsinə aylarla vaxt 

tələb olunur. Həmin dövrdə Abşeron donuz-

culuq  kompleksində  xəstəliyin  ləğv 

edilməsi  üçün  yaradılan  işçi  qrupuna  əsil 

təşkilatçılıq  qabiliyyətinə  malik  olan  və  o 

zamanlar  Kənd  Təsərrüfatı  nazirinin  müa-

vini vəzifəsində çalışan İ.R.Əbilov  rəhbərlik 

etmiş, həmin donuzçuluq müəs səsində apa-

rılan 

kompleks 



proflaktik 

tədbirlər 

nəticəsindəcə  2,5  ay  müddətində  xəstəlik 

yerindəcə ləğv edilmiş, və müəssənin gücü 

tam bərpa olunmuşdur. Keçmiş SSRİ-də bu 

tədbirlər  həmin  dövr  üçün  ən  böyük 

nailiyyətlərdən biri idi.

Xəstəliyin ləğvi üçün çox ciddi karantin 

tədbirləri  ilə  yanaşı,  sağlam  donuzlar  yaş 

qrupundan asılı olmayaraq emulsin vaksinlə 

peyvənd  edilmiş,  dezinfeksiya  məqsədilə 

10  tondan  artıq  yeyici  natrium  qələvisi 

işlənmişdir.

1987-ci  ildən  sonra  donuzlar  arasında 

da baq  xəstəliyinin  olması  barədə  məlumat 

yox dur. Əlbəttə donuzlar arasında xəstəli yin 

olmamasına başlıca səbəblərdən biri donuz-

ların baş sayının ilbəil azadılması hesab edilir. 

Azərbaycan  Respublikasının  ərazisi  da-

bağa  görə  yüksəkriskli  zonaya  aiddir  və 

məhz buna görə də onunla mübarizə öz spe-

sifikliyi  ilə  seçilir.  Bunun  əsasını Azərbay-

canın  dabağa  görə  bütün  dövrlərdə  qeyri-

sağlam  İran  və  Türkiyə  ilə,  eləcə  də 

Gür cüstan  və  Ermənistanla  həmsərhəd  ol-

ması, bu dövlətlərdə ekzotik tiplərin və se-

rovariantların  mütamadi  olaraq  görünməsi, 

eləçədə heyvandarlığın respublikada köçəri 

xarakter  daşıması,  yaz  və  payızda  köç  za-

manı epizootoloji cəhətcə müxtəlif heyvan-

ların məh dud əraziyə toplanması təşkil edir.

Heç  təsadüfi  deyil  ki,  respublikada  ek-

zotik  tiplərlə  baş  verən  epizootiyaların  ha-

mısı  1-ci  dəfə  sərhəd  rayonlarda  aşkar 

edilməklə  yanaşı,  heyvanların  köçürülməsi 

dövrlərinə düşmüş və əraziyə köç yolu boyu 

yayılmışdır.

Azərbaycanda  son  53  il  ərzində  baş 

verən 1957-ci il epizootiyası (O tipi), 1960-

1963-cü illərin epizootiyası (SAT-1), 1964-cü 

il epizootiyası (tip A, variant A22), 1966-cı 

il epizootiyası (tip O variant O1), 1983-cü il 

epizootiyası (Asiya-1) və 2001-ci il epizoo-

tiyaları  (Asiya-1)  məhz  ilk  dəfə  sərhəd  ra-

yonlarında baş vermiş, mərkəzi və şimal ra-

yonlarrina doğru yayılmışdır. Respublikada 

1957-ci  ildən  hazırki  dövrə  qədər  müxtəlif 

illərdə ən çox baş verən tip dabağın O tipi-

nin O1 variantıdır.

Aparılan  epizootiya  əleyhi  ümumi  və 

spesifik  profilaktika  tədbirləri  nəticəsində 

2001-ci  ildən  bəri  ərazidə  dabaq  xəstəliyi 

aşkarlanmamışdır.

Belə  sabitliyə  əlbəttə  son  10  il  ərzində 

İran  və  Türkiyə,  eləcədə  son  zamanlarda 

Gürcüstanla  sərhəd  yerlərdə  dabağa  görə 

bufer  zonasının  yaradılmasının  böyük  rolu 

olmuşdur. Ümumiyyətlə bufer zona yaradıl-

masına  hələ  keçən  əsrin  70-ci  illərindən 

başlanmışdır.  Belə  ki  1974-cü  ildə 

Cəlilabad  rayonunda  bir  sərhəd  kəndində 

dabağın  Asiya-1  tipinin  aşkarlanmasından 

sonra sərhəd rayonlarında İBH-ın polivalent 

A, O və Asiya-1 tiplərinə qarşı vaksinlərlə, 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə